Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə182/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   178   179   180   181   182   183   184   185   ...   209

536        

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ... 

 

deyil.  Amma  ölü  çəyirtkə  kafirin  əlində  olsa  və  onu  diri  tutub-



tutmaması  məlum  olmasa,  hətta  “diri  tutmuşam”  desə  də,  halal 

deyil.  


Məsələ  2632:  Qanadı  çıxmayan  və  uça  bilməyən  çəyirtkəni 

yemək haramdır. 

 



İzahlı şəriət hökmləri

       537 

 

YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN 

HÖKMLƏRİ 

Məsələ  2633:  Ev  toyuqu,  göyərçin  və  sərçənin  növləri 

halaldır.  Bülbül  sərçənin  növüdür.  Gecə  quşu,  tovuz  quşu  və 

qarğanın  növləri,  şahin  və  qartal  kimi  caynaqlı  quşların  ətinin 

yeyilməsi  haramdır.  Qaranquş  və  şanapipikin  ətini  yemək 

məkruhdur.  Uçduğu  zaman  qanad  çalması,  havada  qanad 

saxlayıb süzməsindən çox olan hər bir quş və ya pətənəsi yaxud 

çinədan  ya  da  ayaqının  arxasında  caynağı  olan  quşların  əti 

halaldır.  



Məsələ  2634:  Əgər  ruhlu  bir  hissəni  diri  bir  heyvandan 

ayırsalar,  məsələn: qoyun diri olduğu halda  onun quyruğunu və 

ya  ətinin  bir  miqdarını  kəssələr,  (o  kəsilmiş  tikə)  nəcis  və 

haramdır. 



Məsələ  2635:  Əti  halal  olan  heyvanların  üzvlərin  on  dördü 

haramdır: 

1-Qan. 

2-Fəzlə.  



3-Erkəklik; cinsiyyət üzvü. 

4-Fərc (cinsiyyət orqanı). 

5-Balalıq. 

6-“Duşul” adlanan vəzlər; (artıq ətlər.) 

7-Erkəklik yumurtaları, (xayalar.) 

8-Kəllədə yerləşən, beyndə noxud şəkilli bir hissə. 

9-Onurğa sütunun içində olan haram ilik. 

10-Onurğa sütunun iki tərəfində olan piy. 

11-Öd kisəsi. 

12-Dalaq. 

13-Sidik kisəsi. 

14-Gözlərin bəbəyi. 




538        

YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ 

 

Zahirən  quşlarda  fəzlə,  qan,  öd  kisəsi,  dalağ  və  xayalardan 



başqa bu qeyd olunanlar yoxdur.  

Məsələ  2636:  Heyvanın  peyini,  bövl,  burnunun  suyunu  və 

insanın  təbiətcə  nifrət  etdiyiyi  sair  iyrənc  şeyləri  yemək 

haramdır.  Amma  pak  olsa  və  onun  bir  miqdarı  camaatın 

nəzərində  aradan  getmiş  sayılan  tərzdə  halal  olan  şeylərlə 

qarışsa,  yeyilməsinin  eybi  yoxdur.  Həmçinin  dəvə  və  qoyunun 

sidiyini müalicə üçün içməyin eybi yoxdur. 



Məsələ  2637:  Torpaq  yemək  haramdır.  Amma  Həzrəti 

Seyyidü-Şühəda  İmam  Hüseynin 



(ələyhis-salam)

  türbətini  şəfa 

üçün  az  miqdarda  yeməyin  eybi  yoxdur.  Dağıstan  və  İrəvan 

gilini müalicə üçün yeməyin eybi yoxdur. Daha yaxşı olar türbəti 

suda həll etdikdən sonra içsinlər. 

Məsələ  2638:  Ağıza  gələn  burun  suyunu  və  bəlğəmi  udmaq 

haram deyil. Həmçinin, dişlərin dibini təmizləyən zaman oradan 

çıxan yemək qalıqlarını udmağın, eybi yoxdur. 

Məsələ  2639:  İnsana  zərəri  olan  və  insanın  bədən  üzvünün 

bəzilərini sıradan çıxaran şeyləri yemək haramdır.  



Məsələ  2640:  At,  qatır  və  ulaq  ətinin  yeyilməsi  məkruhdur, 

Əgər  bir  şəxs  onlarla  vəty  (yaxınlıq)  edərsə,  ətinin  yeyilməsi 

haram  olur  və  gərək  onları  şəhərdən  çıxarıb  başqa  bir  yerdə 

satsınlar. 



Məsələ  2641:  Əgər  (inək  və  qoyun  kimi)  əti  halal  olan 

heyvanla  yaxınlıq  edilərsə  onun  idrar  və  peyini  nəcis  olur, 

onların  südünü  içmək  də  haramdır.  Gərək  o  heyvanı  dərhal 

öldürüb  yandırsınlar,  eləcədə  vəty  edən  şəxs,  o  heyvanın  plunu 

sahibinə ödəməlidir. 

Məsələ  2642:  Şərab  içmək,  haramdır.  Bəzi  rəvayətlərdə  ən 

böyük günah sayılmışdır. Hər şəxs onu halal hesab etsə kafirdir. 

İmam Cəfər Sadiq 

(ələyhis-salam)

 buyurub: Şərab pisliklərin kökü, 

günahların mənşəyidir. Şərab içən kəs öz əqlini əldən verir və o 

vaxtda  Allahı  tanımır.  Heç  bir  günahdan  qorxusu  olmur.  Heç 




İzahlı şəriət hökmləri

       539 

 

kəsin  hörmətini  saxlamır.  Yaxın  qohumlarının  haqqına  riayət 



etmir. Çirkinliklərdən çəkinmir. İman və tovhid ruhu bədənindən 

çıxır.  Naqis  və  xəbis,  Allahın  rəhmətindən  uzaq  olan  bir  ruh 

onda qalır. Allah, mələklər, peyğəmbərlər və möminlər ona lənət 

edir, 40 gün namazı qəbul olmur. Qiyamət günü onun üzü qara, 

dili  ağzından  çölə  çıxmış,  ağzının  suyu  sinəsinə  axan  halda 

susuzluqdan nalə edəcəkdir. 



Məsələ  2643:  Şərab  içilən  süfrənin  başında  oturmaq 

nəticəsində,  onlardan  sayılarsa,  o  süfrədə  oturmaq  haramdır. 

Onların süfrəsindən bir şey yemək də haramdır. 

Məsələ  2644:  Kafir  ölkələrindən  gətirilən  ətlər,  onların  halal 

olmaları  şəriət  baxımdan  sübut  olmasa,  nəcis  yeyilməsi  isə 

haramdır.  Onların  alqı-satqısı  da  icazəli  deyil.  Etibarsız  və 

tanınmaz  insanların  sözlərinin  və  yazılarının  heç  bir  etibarı 

yoxdur.  

YEMƏK YEYƏNDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR 

Məsələ 2645: Yemək yeyən vaxt bir neçə şey müstəhəbdir: 

1. Yeməkdən əvvəl hər iki əlləri yumaq. 

2. Yeməkdən sonra əlləri yuyub dəsmalla qurlamaq. 

3.  Qonaqı  olan  hamıdan  əvvəl  yeməyə  başlasın  və  hamıdan 

sonra  əlini  yeməkdən  çəksin.  Ev  sahibi  yeməzdən  əvvəl,  birinci 

əlini yusun, sonra da onun sağ tərəfində olan şəxsdən başlayaraq 

sol tərəfində oturan şəxsədək, əllərini yusunlar. Yeməkdən sonra 

ev sahibinin sol tərəfində oturan birinci əlini yusun və nəhayətdə 

əl yumaq növbəsi ev sahibinin sağ tərəfində olan şəxsə, sonrada 

ev sahibinə çatsın. 

4.  Yeməyə  bismillah-la  başlamaq.  Əgər  süfrədə  müxtəlif 

yeməklər  olsa,  onların  hər  birini  yeyərkən  bismillah  demək 

müstəhəbidir.  

5. Yemək sağ əllə yeyilsin. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə