Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə184/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   180   181   182   183   184   185   186   187   ...   209

544        

NƏZR, VƏ ƏHDİN HÖKMLƏRİ 

 

çıxa bilər və oruc tutmaya bilər. Səfərdə olsa, iqamət qəsdi edib, 



oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən,  ya 

xəstəlik  və  ya  heyz  kimi  digər  üzr  səbəbindən  o  günü  oruc 

tutmasa, lazımdır ki, o gününün qəzasını tutsun. 

Məsələ 2663: Əgər insan ixtiyarlı halda nəzirinə əməl etməsə, 

gərək keçən məsələdə deyilən qədər kəffarə versin. 



Məsələ  2664:  Əgər  müəyyən  bir  vaxtadək  bir  əməli  tərk 

etməyi nəzr etsə, o vaxt keçəndən sonra o əməli edə bilər. Əgər 

vaxt  keçməmişdən  qabaq  unudaraq,  yaxud  naçar  olaraq  o  işi 

etsə,  heç  nə  vacib  olmur.  Amma  yenə  də,  o  vaxta  qədər  həmin 

əməli  etməməlidir.  Əgər  həmin  vaxt  qurtarmamışdan  qabaq 

üzrsüz  olaraq  yenidən  o  əməli  etsə,  2662-ci  məsələdə  deyildiyi 

qədər kəffarə verməlidir. 

Məsələ 2665: Bir şəxs bir əməli tərk etməsini nəzr edib, onun 

üçün  vaxt  təyin  etməybsə,  unutqanlıqdan,  naçarlıqdan  ya  da 

bilməməzlikdən  o  əməli  yerinə  yetirsə,  ona  kəffarə  vacib 

deyildir.  Amma  sonra  hər  vaxt  ixtiyarlı  olaraq  onu  etsə;  kəffarə 

verməlidir. 

Məsələ  2666:  Əgər  hər  həftənin  müəyyən  gününü,  məsələn: 

cümə gününü oruc tutmağı nəzr etsə və cümələrdən biri Fitir və 

Qurban  bayramına  düşsə,  yaxud  cümə  günü  başqa  üzr  tapılsa, 

məsələn:  heyz  vaxtına  düşsə,  gərək  o  günü  oruc  tutmasın  və 

qəzasını tutmalıdır. 

Məsələ  2667:  Əgər müəyyən qədər sədəqə verməyi nəzr etsə 

və sədəqə verməmişdən qabaq ölsə, həddi-büluğa çatan vərəsə, o 

miqdarı onun malından sədəqə verməlidir. 

Məsələ  2668:  Əgər  müəyyən  bir  fəqirə  sədəqə  verməyi  nəzr 

etsə, başqa fəqirə verə bilməz. O fəqir ölsə, ehtiyata əsasən, onun 

vərəsələrinə verməlidir. 

Məsələ  2669:  Əgər  İmamlardan  hər  hansı  birinin  məsələn: 

həzrəti  Əba  Əbdillahın 



(ələyhis-səlam)

  ziyarətinə  getməyi  nəzr 

edib başqa İmamın ziyarətinə getsə, kifayət deyil. Əgər müəyyən 



İzahlı şəriət hökmləri

       545 

 

üzr səbəbilə həmin İmamı ziyarət edə bilməsə, ona bir şey vacib 



deyil. 

Məsələ 2670: Ziyarətə getməyi nəzr edən, amma ziyarət qüslü 

və  ziyarət  namazını  nəzr  etməyən  bir  şəxsin,  onları  yerinə 

yetirməsi lazım deyil. 

Məsələ  2671:  Əgər  İmamlardan,  yaxud  İmamzadələrdən 

birinin  hərəmi  üçün  bir  şeyi  nəzr  etsə,  o  şey  hərəmə  sərf 

edilməlidir.  Təmir  etməyə,  xalça,  pərdə,  işıq  avadanlıqları  və 

digər  işlərə  sərf  edilməli  yaxud  oranın  xidmətçilərinə 

verilməlidir. 

Məsələ  2672:  Əgər  İmamın 

(ələyhis-səlam)

  özü  üçün  bir  şey 

nəzr  edib,  müəyyən  bir  yerə  xərcləməyi  qəsd  etsə,  həmin  yerə 

sərf etməlidir. Əgər müəyyən yerə xərcləməyi qəsd etməsə, daha 

yaxşı  olar  elə  yerə  xərcləsin  ki,  imam  ilə  bağlılığı  olsun, 

məsələn:  fəqir  zəvvarlara  versin  və  ya  imamın  hərəminin  təmiri 

kimi  işlərinə  istifadə  etsin.  İmamzadələr  üçün  də  bir  şey  nəzr 

etsə, eyni qayda ilə. 



Məsələ  2673:  Sədəqə,  yaxud  İmamlardan  birinə  nəzr  olunan 

qoyun,  əgər  nəzr  üçün  sərf  olunmazdan  qabaq  süd  versə,  yaxud 

doğsa,  nəzr  edən  şəxsin  malıdır.  Amma  yunu  və  kökəldiyi 

miqdar, nəzrin bir hissəsidir.  



Məsələ  2674:  Əgər  xəstəsi  sağalarsa,  yaxud  səfərdə  olanı 

qayıdarsa, filan əməli yerinə yetirəcəyini nəzr etsə, bu halda nəzr 

etməmişdən  qabaq  xəstənin  sağaldığı,  yaxud  səfərdə  olanın 

qayıtmış olduğu məlum olsa, nəzrə əməl etmək lazım deyil. 



Məsələ  2675:  Əgər  ata  və  ya  ana,  öz  qızımı  seyyidə  ərə 

verəcəyini  nəzr  etsə,  qız  təklifə  çatdığı  zaman,  özü  bu  işdə 

ixtiyarlıdır və onların nəzri etibarsızdır.  

Məsələ 2676: Bir şəxs, şəri istəyinə çatarsa xeyir bir iş yerinə 

yetirəcəyini Allah ilə əhd etsə, istəyi yerinə yetdikdən sonra o işi 

yerinə  yetirməlidir.  Həmçinin,  əgər  istəyi  olmadan,  xeyir  bir  iş 

görməyi əhd etsə, o əməli yerinə yetirmək ona vacibdir. 




546        

NƏZR, VƏ ƏHDİN HÖKMLƏRİ 

 

Məsələ  2677:  Əhddə  də  nəzr  kimi  siyğə  oxunmalıdır.  Əhd 

etdiyi iş, gərək ibadət olsun (vacib və müstəhəb namaz kimi) və 

ya  elə  bir  iş  olsun  ki,  onu  yerinə  yetirmək,  yetirılməməsindən 

daha yaxşı olsun.  



Məsələ  2678:  Əgər  öz  əhdinə  əməl  etməsə,  kəffarə 

verməlidir.  Yəni,  ya  60  fəqiri  doyurmalı,  yaxud  iki  ay  oruc 

tutmalıdır. 

 



İzahlı şəriət hökmləri

       547 

 

AND İÇMƏYİN HÖKMLƏRİ 

Məsələ 2679: Əgər insan, hər hansı bir işi görməsi, yaxud tərk 

etməsi üçün məsələn: oruc tutmasına,  yaxud siqaret çəkməməyə 

and  içib  qəsdən  bu  andına  müxalif  çıxsa,  kəffarə  verməlidir. 

Yəni  ya  10  fəqiri  doyurmalı,  ya  da  onları  geyimlə  təmin 

etməlidir. Əgər bunları edə bilməsə, üç gün oruc tutmalıdır. 

Məsələ 2680: And içməyin bir neçə şərti var: 

1.  And  içən  şəxs,  gərək  baliğ  və  aqil  olsun,  məqsədli  və 

ixtiyarlı and içsin. Deməli, uşaq, dəli, sərxoş və məcburi olaraq 

and  içənin  andı,  düz  deyildir.  Həmçinin,  əsəbi  halda,  ixtiyarsız 

and içənin də andı, düz deyildir. 

2.  Yerinə  yetirməsi  üçün  and  içdiyi  iş,  haram  və  məkruh 

olmasın.  Tərk  etməsi  üçün  and  içdiyi  iş,  vacib  və  müstəhəb 

olmasın.  Əgər  and  içir  ki,  mubah  bir  işi  yerinə  yetirsin,  gərək 

onu  tərk  edilməsi,  camaatın  nəzərində  yerinə  yetirilməsindən 

yaxşı  olmasın.  Əgər  mubah  bir  işi  tərk  etmək  üçün  and  edirsə, 

gərək  camaatın  nəzərində  onu  etmək,  tərk  edilməsindən  yaxşı 

olmasın. 

3.  Gərək  Allah-təalanın  müqəddəs  zatından  qeyrisinə  dəlalət 

etməyən  adlarından  birinə  and  içilsin,  məslən;  “Tanrı”  və 

“Allah” adları kimi. Əgər Allahdan başqasına da aid olan adlara 

and içsə, amma o adlar, o qədər Allahın haqqında işlədilibdir ki, 

insan hər vaxt onu eşitsə Allahın müqəddəs zatını nəzərə gətirir, 

məsələn:  “Xaliq”  və  “Raziq”-ə  and  içsə,  səhihdir.  Əgər  bir  ada 

and  içsə  ki,  and  içilən  zaman  yalnız  Allahın  zatı  nəzərə  gəlirsə 

məsələn: “Eşidən” və “Bilən” kimi yenədə andı səhihdir.  

4.  Andı  dilinə  gətirsin.  Yazarsa  və  ya  qəlbindən  keçirərsə, 

səhih deyildir. Amma lal adamın işarə ilə andı səhihdir. 

5.  Ona  mümkün  olan  əməli  edəcəyinə  and  içsin.  Amma  and 

içdiyi  zaman  mümkün  olub,  sonradan  ona  əməl  etməkdə  aciz 

qalarsa, o and, aciz olduğu vaxtdan etibarən ləğv olur. Həmçinin, 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə