Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə180/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   176   177   178   179   180   181   182   183   ...   209

530        

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ... 

 

DƏVƏNİN NƏHR EDİLMƏSİNİN QAYDALARI 

Məsələ  2604:  Əgər  dəvəni  can  verəndən  sonra  pak  və  halal 

olsun  deyə,  nəhr  etmək  istəsələr,  gərək  heyvanın  başının 

kəsilməsindəki  beş  şərtdən  əlavə,  bıçaq,  dəmir  və  s.  kimi  kəsici 

olan  başqa  şeyi,  onun  sinəsi  ilə  boynu  arasındakı  çüxur  yerə 

batırsınlar. 

Məsələ  2605:  Bıçağı  dəvənin  boğazına  batırmaq  istədikləri 

vaxt  yaxşı  olar  ki,  dəvə  ayaq  üstə  olsun.  Amma  dizlərini  yerə 

qoyan  halda,  yaxud  böyrü  üstə  yatıb  bədəninin  qabağı  üzü 

qibləyə  olanda,  bıçağı  onun  sinəsi  ilə  boynu  arasındakı  çüxur 

yerə batırsalar, eybi yoxdur. 

Məsələ  2606:  Əgər  bıçağı  dəvənin  boynundakı  çüxura 

batırmaq  əvəzinə  başını  kəssələr,  yaxud  qoyun,  inək  və  s.-ni 

dəvədə  olan  kimi  bıçağı  onun  boynundakı  çüxura  batırsalar, 

onların  əti  haram,  bədənləri  nəcis  olur.  Amma  dəvənin  dörd 

damarını  kəsib  diri  olduğu  müddətdə  qeyd  olunan  göstərişlərə 

əsasən,  bıçağı  onun  boynundakı  çüxura  batırsalar,  əti  halal, 

bədəni  pak  olur.  Həmçinin,  əgər  bıçağı  inək,  qoyun  və  s.-in 

boynundakı  çüxura  batırıb  diri  olduğı  müddətdə  başını  kəssələr 

halal və pakdır. 

Məsələ  2607:  Əgər  heyvan  inadkar  olsa  və  onu  şəriətdə 

müəyyən  olan  göstərişlərə  əsasən  kəsə  bilməsələr;  yaxud 

məsələn: quyuya düşüb ölməsi gözlənilsə və şəriətdəki qaydalara 

əsasən kəsilməsi mümkün olmasa, heyvanın bədənini yaralasalar 

və  yaralanma  nəticəsində  can  versə,  halal  olur;  üzü  qibləyə 

olması  lazım  deyil.  Ancaq  gərək  heyvanların  başının 

kəsilməsindəki deyilən sair şərtlərə riayət olunsun. 

HEYVAN KƏSİLƏNDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR 

Məsələ  2608:  Heyvanların  başının  kəsilməsində  bir  neçə  şey 

müstəhəbdir: 




İzahlı şəriət hökmləri

       531 

 

1-Qoyunun  başını  kəsəndə  iki  qabaq  və  bir  arxa  ayağını 



bağlayıb,  bir  ayağını  isə,  açıq  qoysunlar.  İnəyin  başını  kəsəndə 

isə  dörd  ayağını  bağlayıb  quyruğunu  açıq  qoysunlar.  Dəvəni 

nəhr edəndə qabaq ayaqlarını dizlərinə qədər, yaxud qoltuğunun 

altına  qədər  bir-birinə  bağlayıb  dal  ayaqlarını  açıq  qoysunlar. 

Müstəhəbdir  ki,  toyuğun  başını  kəsdikdən  sonra  buraxsınlar  ki, 

qol-qanad çalsın. 

2-Heyvanın başını kəsən şəxs, üzü qibləyə olsun

3-Heyvanı kəsməmişdən qabaq qabağına su qoysunlar; 

4-Heyvanı,  az  əzab-əziyyət  çəkəcək  şəkildə  kəssinlər; 

məsələn: bıçağı yaxşı itiləsinlər və başını tez kəssinlər. 



HEYVAN KƏSƏNDƏ MƏKRUH OLAN ŞEYLƏR 

Məsələ 2609: Bir neçə şey heyvanı kəsəndə məkruhdur: 

1-Heyvanın canı çıxmazdan qabaq dərisini soymaq; 

2-Başqa  heyvanların  görə  biləcəkləri  yerdə  bir  heyvanın 

başını kəsmək; 

3-Cümə  gecəsi  və  ya  cümə  günü  zöhrdən  qabaq,  heyvanın 

başını kəsmək; amma ehtiyac olduqda eybi yoxdur. 

4-İnsanın  özünün  bəslədiyi  dörd  ayaqlı  heyvanın  başını 

kəsməsi; 



SİLAH İLƏ OV ETMƏYİN HÖKMLƏRİ 

Məsələ  2610:  Əgər  əti  halal  olan  vəhşi  heyvanı  silah  ilə 

ovlasalar və ölsə, beş şərt daxilində bədəni pakdır: 

1-Ov  silahı  bıçaq,  qılınc  kimi  kəsici,  yaxud  nizə,  ox  kimi  iti 

olsun  və  itilik  səbəbilə  heyvanın  bədənini  parçalasın.  Əgər 

heyvanı tora salmaq, çubuq, daş və s. kimi şeylərlə ovlasalar pak 

olmur,  onu  yemək  də  haramdır.  Əgər  bir  heyvanı  tüfənglə 

ovlasalar, onun güllələri iti olub heyvanın bədəninə batsa və onu 

parçalasa,  pak  və  halaldır;  əgər  güllənin  ucu  iti  olmasa,  əksinə 

sürət nəticəsində heyvanın bədəninə batıb öldürsə, yaxud hərarət 



532        

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ... 

 

vasitəsilə  bədənini  yandırsa  və  bu  səbəblə  heyvan  ölsə,  pak  və 



halal olması işkallıdır. 

2-Ov  edən  müsəlman,  yaxud  yaxşını  və  pisi  başa  düşən 

müsəlman uşağı olsun. Əgər kafir, yaxud Peyğəmbərin 

(səlləllahu 

ələyhi və alihi və səlləm) 

əhli-beytinə düşmən olan bir şəxs heyvanı 

ovlasa, o ov halal deyil. 

3-Silahı,  heyvan  ovu  üçün  işlətsin.  Amma  başqa  yeri  nişan 

alsa və təsadüfən heyvana dəyib öldürsə, o heyvan pak deyil və 

yeyilməsi də haramdır. 

4-Silahdan  atəş  açanda  Allahın  adını  desin.  Əgər  qəsdən 

Allahın adını deməsə, ov halal deyil. Amma unutsa, eybi yoxdur. 

5-Heyvana  çatanda  ölmüş  olsun,  yaxud  diri  olarsa,  başını 

kəsmək  miqdarında  vaxt  olmasın.  Başını  kəsmək  miqdarında 

vaxt olduğu təqdirdə heyvanın başını kəsməsə və ölsə, haramdır. 

Məsələ  2611:  Əgər  biri  müsəlman  və  digəri  kafir  olan  iki 

nəfər  bir  heyvanı  ovlasa,  o  heyvan  halal  deyil.  Əgər  hər  ikisi 

müsəlman  olsa,  lakin  ikisindən  biri  Allahın  adını  deyib  digəri 

qəsdən deməsə, o heyvan halal deyil. 



Məsələ  2612:  Əgər  heyvanı;  məsələn:  güllə  ilə  vurduqdan 

sonra suya düşsə və insan onun həm güllə, həm də suya düşmək 

səbəbilə  can  verdiyini  bilsə,  halal  deyil.  Hətta  təkcə  güllə 

səbəbilə ölüb-ölməməsində şəkk etsə də, halal deyil. 



Məsələ  2613:  Əgər  bir  şəxs  qəsbi  it  və  ya  qəsbi  silah  ilə 

heyvanı  ovlasa,  ov  halal  və  onun  öz  malıdır.  Amma  günah 

etməklə yanaşı silahın və ya itin muzdunu sahibinə verməlidir. 

Məsələ  2614:  Əgər  qılınc,  yaxud  ov  etmənin  səhih  olduğu 

başqa  şeylərlə,  2610-cu  məsələdə  deyilən  şərtlərə  uyğun  olaraq 

heyvanı iki yerə bölsə, başı ilə boynu bir tərəfində qalsa və ovçu 

ona,  can  verməsindən  sonra  çatsa,  hər  iki  hissəsi  halaldır;  əgər 

heyvan  diri  olsa,  amma  baş  kəsmək  üçün  vaxt  olmasa,(  hər  iki 

hissəsi halaldır). Əgər heyvan diri olsa və baş kəsmək üçün vaxt 

olsa,  baş  və  boyun  olmayan  hissə  haram,  olan  hissə  isə  şəriət 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə