Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə177/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   173   174   175   176   177   178   179   180   ...   209

520        

QƏSBİN HÖKMLƏRİ 

 

Məsələ  2560:  Əgər iki nəfər birlikdə bir şeyi qəsb etsələr, və 

hər  birinin  istifaəsində  onun  yarsı  olsa,  onların  hər  biri  həmin 

şeyin  yarısına  zamindirlər.  Əgər  onun  hamısı  hər  ikisinin 

istifadəsində olsa, hər birini onun hamısına zamindirlər.  



Məsələ 2561: Əgər qəsb etdiyi şeyi başqa bir şeylə qarışdırsa; 

məsələn: qəsb etdiyi buğdanı arpa ilə qarışdırsa, bu halda onların 

ayrılması  mümkün  olsa,  hətta  zəhmətə  də  səbəb  olsa,  ayırıb 

sahibinə qaytarmalıdır. 



Məsələ  2562:  Əgər  qızıl  və  gümüş  qabı  və  ya  düzəlməsi 

haram  olan  şeyi  ğəsb  edib  xarab  etsə,  onu  düzəltmək  haqqını 

sahibinə  vermək  lazım  deyil.  Əgər  sırğa  və  s.  kimi  şeyləri  qəsb 

edib  xarab  etsə,  gərək  onu,  düzəldilməsinə  lazım  olan  muzd  ilə 

birlikdə  sahibinə  qaytarsın.  Muzdu  verməmək  üçün  “əvvəlki 

olduğu  şəkildə  düzəldəcəyəm”  deyərsə,  sahibi  qəbul  etməyə 

məcbur  deyil.  Həmçinin  sahibi,  onu  əvvəlki  kimi  düzəltməyə 

məcbur edə bilməz. 



Məsələ  2563:  Əgər  qəsb  etdiyi  şeyi  əvvəlkindən  daha  yaxşı 

surətdə  düzəldə  bilsə;  (məsələn:  qəsb  etdiyi  qızıldan  sırğa 

düzəltsə)  bu  halda  malın  sahibi  “həmin  halda  ver”  desə, 

verməlidir. Çəkdiyi zəhmət üçün muzd ala bilməz, hətta malikin 

icazəsi  olmadan  əvvəlki  halına  qaytarmağa  haqqı  yoxdur.  Əgər 

icazəsi  olmadan  o  şeyi  əvvəlki  halına  salsa,  onu  düzəltməyin 

muzdunu da sahibinə verməlidir. Daha yaxşı budur ki, bir-birləri 

ilə razılaşsınlar. 



Məsələ  2564:  Əgər  qəsb  etdiyi  şeyi  əvvəlkindən  daha  yaxşı 

halda  düzəltsə  və  malın  sahibi  də  onu  əvvəlki  hala  salmalısan 

desə,  əvvəlki  hala  salması  vacibdir.  Əgər  onun  qiymətinin 

azalmasına  səbəb  olacaq  bir  şəkildə  olsa,  qəsb  edən  qiymət 

təfavütünü  də  sahibinə  verməlidir.  Deməli,  qəsb  etdiyi  qızıldan 

sırğa düzəltsə və onun sahibi əvvəlki halına qaytarmalısan desə, 

bu 

halda 


onun 

əridilməsindən  sonrakı  qiyməti  sırğa 




İzahlı şəriət hökmləri

       521 

 

düzəldilməsindən  qabaqkı  qiymətindən  az  olsa,  onun  qiymət 



fərqini də verməlidir. 

Məsələ  2565:  Əgər bir şəxs qəsb etdiyi torpaqda taxıl, yaxud 

ağac  əksə,  taxıl,  ağac  və  onun  meyvəsi  onun  özünündür.  Əgər 

yerin  sahibi  əkin  və  ya  ağacın  həmin  torpaqda  qalmasına  razı 

olmasa,  qəsb  edən  şəxs  hətta  zərər  etsə  də  dərhal  əkini,  yaxud 

ağacları  yerdən  çıxartmalıdır.  Həmçinin,  əkin  və  ağac  əkdiyi 

müddətdəki yerin icarə haqqını da yer sahibinə verməli, torpaqda 

yaranan  xarablıqları  düzəltməlidir;  məsələn:  ağacı  çıxartdığı 

yerin  çalalarını  doldurmalıdır.  Əgər  bu  işlərin  vasitəsi  ilə  yerin 

qiyməti  əvvəlki  qiymətindən  az  olsa,  onun  qiymət  fərqini  də 

verməlidir.  O,  yerin  sahibini,  yeri  ona  satmağa,  yaxud  icarə 

verməyə məcbur edə bilməz. Yerin sahibi də ağacı,  yaxud əkini 

ona satmağa məcbur edə bilməz. 



Məsələ  2566:  Əgər  yerin  sahibi  əkinin,  ağacların  onun 

yerində  qalmasına  razı  olsa,  onu  qəsb  edən  şəxsin  ağacı,  yaxud 

əkini  oradan  çıxartması  lazım  deyil.  Amma  qəsb  etdiyi 

müddətdən  etibarən  sahibinin  razı  olduğu  müddətə  qədər  yerin 

icarəsini verməlidir. 

Məsələ  2567:  Əgər  qəsb  etdiyi  şey  tələf  olarsa,  bu  halda 

qiymətləri  fərqlənən  inək,  qoyun  kimi  mallardan  olsa,  (gərək 

onun dəyər qiymətini versin. Əgər bazarın qiyməti dəyişmiş olsa

gərək tələf olan günün qiyməti ilə versin. Ehtiyat-vacib budur ki, 

qəsb  etdiyi  gündən  verdiyi  günə  qədər  olan  ən  yuxarı  qiymətlə 

razılaşsınlar. 



Məsələ  2568:  Əgər  qəsb  edib  tələf  etdiyi  şey  buğda  və  arpa 

kimi  növləri  qiymət  baxımından  fərq  etməyən  şeylərdən  olsa, 

onda  mislini  verməlidir.  Ancaq  vermək  istədiyi  şeyin 

xüsusiyyətləri qəsb edib tələf etdiyi şeyin misli kimi olmalıdır. 



Məsələ  2569:  Əgər  qiyməti  bir-birindən  fərqlənən  (qoyun 

kimi) bir şeyi qəsb etsə və o şey də aradan getsə, bu halda onun 

bazar  qiyməti  fərqlənməmiş  olsa,  amma  onun  yanında  olan 



522        

QƏSBİN HÖKMLƏRİ 

 

müddətdə;  məsələn:  kökəlmiş  olsa,  kökəldiyi  vaxtın  pulunu 



verməlidir. 

Məsələ  2570:  Əgər  qəsb  etdiyi  şeyi  başqası  ondan  qəsb  etsə 

və tələf olsa,  malın sahibi əvəzini onların hər birindən  ala bilər, 

yaxud  onların  hər  birindən  aradan  gedən  şeyin  bir  miqdarını 

tələb  edə  bilər.  Əgər  birincidən  alsa,  birinci  də  öz  növbəsində 

ikincidən  ala  bilər.  Amma  ikincidən  alsa,  o,  verdiyi  şeyi 

birincidən ala bilməz. 



Məsələ 2571: Əgər satılan şeydə müamilənin şərtlərindən biri 

olmasa;  məsələn:  çəki  ilə  alver  edilməli  olan  bir  şey  çəkisiz 

müamilə olunsa, müamilə batildir. Əgər satıcı və alıcı müamiləni 

nəzərə almadan, bir-birinin malından istifadə etməyə razı olsalar 

eybi  yoxdur.  Əks  halda  (icazə  verməsələr)  isə,  bir-birindən 

aldıqları şey qəsbi mal kimidir. Gərək onu bir-birinə qaytarsınlar. 

Əgər  hər  birinin  malı  digərinin  əlində  tələf  olsa,  müamilənin 

batil  olduğunu  bilib-bilməmələrindən  asılı  olmayaraq,  əvəzini 

verməlidirlər. 

Məsələ  2572:  Əgər  bir  malı  satıcıdan,  baxmaq  üçün  götürsə, 

yaxud müəyyən müddətdə öz yanında saxlayıb bəyənəcəyi halda 

almaq üçün götürdüyü təqdirdə, o mal tələf olarsa, onun əvəzini 

sahibinə verməlidir.  

 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə