Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə175/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   171   172   173   174   175   176   177   178   ...   209

İzahlı şəriət hökmləri

       513 

 

Məsələ  2528:  Əgər  qadın,  ərinin  öldüyünə  yəqin  etsə,  vəfat 

iddəsi  saxladıqdan  sonra  başqasıyla  evlənərsə,  daha  sonra 

əvvəlki ərinin, ikinci əri ilə evliliyi zamanında öldüyü bilinsə və 

vəfat iddəsi bu evlilik içində olduğu məlum olarsa, ikinci ərindən 

ayrılmalıdır.  Əgər  ikinci  ərindən  hamilə  də  qalmışsa,  (doğana 

qədər)  ikinci  əri  üçün  təlaq  bəhsində  müddəti  bildirilən  təlaq 

iddəsi;  sonra  da  birinci  əri  üçün  vəfat  iddəsi  saxlamalıdır.  Əgər 

hamilə  deyilsə,  əvvəlcə  birinci  əri  üçün  vəfat  iddəsi,  sonra  isə 

ikinci əri üçün təlaq iddəsi saxlamalıdır. 

Məsələ  2529:  Vəfat  iddəsinin  başlanğıcı,  qadının  ərinin 

ölümündən xəbərdar olduğu vaxtan başlanır. 



Məsələ  2530:  Əgər  qadın  “iddəm  tamam  olmuşdur”  desə, 

onun bu sözü iki şərtlə qəbul edilir: 

1-Töhmət etmək mövqeyində olmasın; 

2-Təlaqdan, yaxud ərinin ölməsindən sonra iddənin müddətdə 

tamam olması mümkün olacaq qədər vaxt keçsin. 

BAİN VƏ RİCİ TƏLAQ 

Məsələ  2531:  Bain  təlaqı  budur  ki,  təlaqdan  sonra  kişinin  öz 

arvadına  qayıtmaq  haqqı  olmasın.  Yəni,  əqd  oxunmadan  onu 

arvad kimi qəbul edə bilməz. Bu beş qismdir: 

1-Doqquz yaşı tamam olmayan qadının təlaqı; 

2-Yaisə olan qadının təlaqı;  

3-Ərinin əqddən sonra yaxınlıq etmədiyi qadının təlaqı; 

4-Üç dəfə təlaq verilən qadının üçüncü təlaqı; 

5-Xül  və  mübarat  təlaqı  (Bunların  hökmləri  sonradan 

deyiləcək).  

Bunlardan  başqa  yerdə  qalanları  rici  təlaqdır  ki,  təlaqdan 

sonra, qadın iddədə olduğu vaxta qədər kişi, ona qayıda bilər . 

Məsələ  2532:  Arvadına  rici  təlaq  verən  bir  şəxsin,  onu  təlaq 

verilən  vaxtda  olduğu  evdən  çölə  çıxartması  haramdır.  Amma 

bəzi  vaxtlar  onu  çölə  çıxartmağın  eybi  yoxdur,  o  cümlədən; 



514        

TƏLAQIN HÖKMLƏRİ 

 

fahişəlik  və  ya  əcnəbilərlə  gediş-gəlişi  olarsa.  Həmçinin,  lazım 



olmayan işlər üçün evdən çölə çıxarması da haramdır. 

QAYITMAĞIN HÖKMLƏRİ 

Məsələ  2533:  Rici  təlaqda  kişi  öz  qadınına  iki  cür  qayıda 

bilər: 


1-İkinci dəfə onu özünə arvad etməsi mənasını daşıyan bir söz 

desin; 


2-Elə bir iş görsün ki, onun qayıtması başa düşülsün; Yaxınlıq 

etməklə qayıtmaq gerçəkləşir, hərçənd qayıtmaq məqsədi olmasa 

da  

Məsələ  2534:  Rücu  etməkdə  kişinin  şahid  tutması,  yaxud 

qadına xəbər verməsi lazım deyil. Hətta, əgər bir şəxs bilmədən 

“arvadıma  rücu  etdim”  (yəni,  təlaq  verdiyim  yoldaşımı  ozümə 

ailəliyə qaytardım) desə, səhihdir. 



Məsələ  2535:  Əgər  kişi  öz  arvadına  rici  təlaq  verib,  ona 

qayıtmamaq  üçün  ondan  bir  mal  alaraq  onunla  razılaşsa, 

razılaşma  səhihdir  və  vacibdir  kişi qayitmasın. Əgər qayıtsa  ər-

arvadlıq  öz  yerini  tutur,  ehtiyat  budur  ki,  ərindən  aldığını  ona 

qaytarsın. 

Məsələ  2536:  Əgər  kişi,  arvadına  iki  dəfə  təlaq  verib  sonra 

rücu  etsə,  yaxud  iki  dəfə  təlaq  verib  hər  təlaqdan  sonra  əqdinə 

keçirsə,  üçüncü  təlaqdan  sonra  qadın  ona  haramdır.  Amma 

üçüncü  təlaqdan  sonra  başqa  ərə  getsə,  dörd  şərtlə  birinci  ərinə 

halal olur (yəni, birinci əri onu, ikinci ərindən boşanandan sonra, 

yenidən ala bilər): 

1-İkinci  ərinin  əqdi  daimi  olsun;  deməli;  məsələn:  bir  aylıq, 

bir  illik  siyğə  etsə,  ondan  ayrılandan  sonra  birinci  əri,  onu  öz 

əqdinə keçirə bilməz; 

2-İkinci əri onunla cinsi əlaqədə olsun;  

3-İkinci əri ona təlaq versin, yaxud ölsün; 

4-İkinci ərinin təlaq, yaxud vəfat iddəsi tamam olsun.  




İzahlı şəriət hökmləri

       515 

 

XÜL TƏLAQI 

Məsələ 2537: Ərinə meyli olmayan qadının mehriyəsini və ya 

özünə aid olan başqa malını boşanması üçün  ərinə bağışlayarsa, 

buna, xül təlaqı deyilir.  

Məsələ  2538:  Əgər  ər,  təlaq  siyğəsini  oxumaq  istəsə  və 

qadının adı; məsələn: Fatimə olsa, desin: 

 

َ

اط 



َ

ى ّه 


ْ

ت

َ



ل

َ

ذ



َ

با

َ



م ى

َ

ل



َ

ع ا


َ

ه

ُ



ت

ْ

ع



َ

لا

َ



خ 

ُ

ة



َ

م ّطا


َ

ف ى ّت


َ

ج

ْ



و

َ

ز



 

 

ق ّل



 

Yəni,  arvadım  Fatiməyə  verdiyi  şeylər  müqabilində  xül  təlaqı 

verdim və o boşandı.Yaxud belə desin: 

Məsələ  2539:  Əgər  qadın,  bir  şəxsi  mehriyyəsini  ərinə 

vermək  üçün,  əri  də  həmin  şəxsi,  arvadına  təlaq  vermək  üçün 

vəkil  etsə,  bu  halda;  məsələn:  ərin  adı  Mühəmməd,  arvadın  adı 

Fatimə olarsa, vəkil təlaq siyğəsini belə oxumalıdır: 

 

ْ

ن



َ

ع

 



 

ْ

ت



ْ

ل

َ



ذ

َ

ب 



َ

ة

َ



م ّطا

َ

ف  ي ّت



َ

ل

ِّ



ك

َ

و



ُ

م

 



 

ُ

م ّل  ا



َ

ه

َ



ر

ْ

ه



َ

م

ى ّل



ِّ

ك

َ



و

 

 



َ

ح

ُ



م

  ٍد


َّ

م

 ّه



ْي

َ

ل



َ

عا

َ



ه

َ

ع



َ

ل

ْ



خ َي ّل

 

ondan sonra dərhal deməlidir: 



 

ُ

ة



َ

ج

ْ



و

َ

ز



 

 

َ



ي ّه 

ْ

ت



َ

ل

َ



ذ

َ

با



َ

م ى


َ

ل

َ



ع ا

َ

ه



ُ

ت

ْ



ع

َ

لا



َ

خ ى ّل


ِّ

ك

َ



و

ُ

م



 

ا

َ



ط

 

 



ق ّل

 

Əgər  qadın,  bir  kişini,  ərinə  mehriyyədən  başqa  bir  şey 



bağışlayıb  ona  təlaq  verməsini  vəkil  etsə,  gərək  vəkil,  məhrəha 

kəlməsinin  yerinə  onun  verdiyi  şeyi  desin;  məsələn:  əgər  100 

tümən vermiş olsa, gərək desin: 

نا

َ



مو

ُ

ت 



َ

ة

َ



ئا ّم 

ْ

ت



َ

ل

َ



ذ

َ

ب



 

MÜBARAT TƏLAQI 

Məsələ  2540:  Əgər  ər-arvad  bir-biri  ilə  yaşamaq  istəməsələr 

və qadın bir malı kişiyə, təlaq versin deyə, bağışlasa, belə təlaqa 

mübarat təlaqı deyilir. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə