Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə174/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   170   171   172   173   174   175   176   177   ...   209

510        

TƏLAQIN HÖKMLƏRİ 

 

adətən  qadınların  heyz  və  ya  nifasdan  təmizləndikləri  müddətə 



qədər gözləsin.  

Məsələ  2513:  Əgər  kişi,  heyz  və  ya  nifas  qanından  pak  olan 

arvadı  ilə  yaxınlıq  edib  sonra  təlaq  vermək  istəsə,  gərək  ikinci 

dəfə  heyz  qanı  görüb  paklanmasını  gözləsin.  Amma  9  (hicri 

qəməri  ilə)  yaşı  tamam  olmayan,  yaxud  hamilə  olan  qadına, 

onunla yaxınlıq etdikdən sonra təlaq versələr eybi yoxdur. Qadın 

yaisə olsa da eyni qayda ilə. (Əgər yaxınlıq edəndən sonra təlaq 

versələr  eybi  yoxdur).  Yaisənin  mənası  441-ci  məsələdə  qeyd 

olundu. 


Məsələ  2514:  Əgər  kişi  heyz  və  ya  nifas  qanından  pak  olan 

arvadı ilə yaxınlıq edib həmin paklıq müddətində təlaq versə və 

sonra  təlaq  verdiyi  vaxt  hamilə  olduğu  məlum  olsa,  ehtiyat-

vacibə görə gərək ikinci dəfə təlaq versin.  



Məsələ  2515:  Əgər  kişi  heyz  və  ya  nifas  qanından  pak  olan 

arvadı  ilə  yaxınlıq  edib  sonra  ayrılsa  məsələn:  səfərə  getsə  və 

səfərdə  təlaq  vermək  istəsə,  amma  səfərdə  arvadının  halından 

məlumat  əldə  edə  bilməsə,  bu  halda  qadınların  adətən  o 

paklıqdan  sonra  qan  görüb  yenidən  pak  olduqları  qədər 

gözləməlidir.  Ehtiyat-vacib  budur  ki,  o  müddət  bir  aydan  az 

olmasın.  Əgər  qeyd  olunanlara  əsasən  təlaq  versə  və  sonra 

təlaqın birinci paklıq zamanı verildiyi məlum olsa, eybi yoxdur. 



Məsələ  2516:  Əgər  kişi,  yaradılışca,  yaxud  xəstəlik  üzündən 

heyz  görməyən  qadınına  təlaq  vermək  istəsə,  onunla  yaxınlıq 

etdiyi  vaxtdan  etibarən  üç  ay  müddətində  onunla  cinsi  əlaqədə 

olmaqdan çəkinməli, sonra təlaq verməlidir. 



Məsələ 2517: Təlaq ərəbcə və səhih siyğə ilə olmalıdır və iki 

nəfər  adil  kişi  də  onu  eşitməlidir.  Əgər  ərin  özü  təlaq  siyğəsini 

oxumaq  istəsə  və  arvadının  da  adı;  məsələn:  Fatimə  olsa  gərək 

desin: 


 

ُ

ة



َ

م ّطا


َ

ف  ّىت


َ

ج

ْ



و

َ

ز



 

 

 



ق ّلا

َ

ط



 


İzahlı şəriət hökmləri

       511 

 

Yəni arvadım Fatimə azaddır. 

Əgər başqasını vəkil etsə, vəkil belə deməlidir: 

 

ُ

ة



َ

ج

ْ



و

َ

ز



 

 

 



ق ّلا

َ

ط 



ُ

ة

َ



م ّطا

َ

ف  ّى ّل



ِّ

ك

َ



و

ُ

م



 

Məsələ 2518: Siyğə olunan; (məsələn: bir aylıq, bir illik) qadının 

təlaqı  yoxdur.  Onun  boşanması,  müddətinin  tamam  olması, 

yaxud  kişinin  həmin  müddəti  ona  bağışlamasına  bağlıdır;  yəni, 

“müddəti  sənə  bağışladım”  desin.  Bu  halda  qadının  heyz 

qanından paklığı və şahid tutulması lazım deyil. 

TƏLAQ İDDƏSİ 

Məsələ  2519:  Doqquz  yaşı  tamam  olmayan,  həmçinin  yaisə 

qadının  iddə  müddəti  yoxdur.  Yəni,  ərinin  onunla  yaxınlıq 

etməsinə  baxmayaraq,  təlaq  veriləndən  sonra  dərhal  ərə  gedə 

bilər. 


Məsələ  2520:  Doqquz  yaşı  tamam  olan  və  yaisə  olmayan 

qadının əri, onunla yaxınlıq edib təlaq versə, təlaqdan sonra iddə 

saxlamalıdır. Yəni, təlaq verildiyi paklıqdan sonra, yenidən heyz 

görüb pak olacağı qədər gözləməlidir. Üçüncü heyzi görən kimi, 

iddəsi  tamam  olur  və  ərə  gedə  bilər.  Amma  yaxınlıq  etmədən 

təlaq  versə,  iddəsi  yoxdur;  yəni,  təlaqdan  sonra  dərhal  ərə  gedə 

bilər. 

Məsələ  2521:  Heyz görən qadınlar ilə bir yaşda olan və heyz 

görməyən  qadının  əri,  təlaq  versə,  təlaqdan  sonra  üç  ay  iddə 

saxlamalıdır. 

Məsələ  2522:  İddəsi  üç  ay  olan  qadının  əgər  ayın  əvvəlində 

təlaqını  versələr,  üç  ay  hilali  yəni  ayın  görülməsindən  üç  ay 

müddətində  iddə  saxlasın.  Əgər  ayın  əsnasında  təlaqını  versə, 

gərək  ayın  qalanını  sonrakı  iki  ay  ilə  bərabər  və  birinci  aydan, 

qalanını isə dördüncü aydan iddə saxlasın ki, üç ay tamam olsun. 

Məsələn, əgər ayın 20-ci gününün qürubunda təlaqını versələr və 

o ay 29 gün olsa, gərək ayın qalan doqquz gününü ondan sonrakı 



512        

TƏLAQIN HÖKMLƏRİ 

 

iki  ay  ilə  birlikdə  və  iyirmi  gün  dördüncü  aydan  iddə  saxlasın 



Ehtiyat-müstəhəb budur ki, dördüncü aydan 21 gün iddə saxlasın 

ki, birinci aydan iddə saxladığı miqdarla 30 gün olsun. 



Məsələ 2523: Əgər hamilə qadına təlaq versələr, onun iddəsi, 

uşağın  dünyaya  gəlməsinə,  yaxud  siqt  olmasına  qədərdir; 

məsələn: təlaqdan bir saat sonra uşaq dünyaya gəlsə, həmin vaxt 

iddəsi tamam olur. 



Məsələ  2524:  Doqquz  yaşı tamam olan və  yaisə olmayan bir 

qadın; (məsələn: bir ay, yaxud bir illiyə) siyğə olunsa, əri onunla 

yaxınlıq edib və o qadının müddəti tamam olsa, yaxud əri həmin 

müddəti  bağışlasa,  gərək  iddə  saxlasın.  Əgər  heyz  görürsə  və 

hamilə  deyilsə,  ehtiyat-vacibə  görə  gərək  iki  heyz  müddətində 

iddə saxlasın; Əgər heyz görmürsə, ehtiyat-vacibə görə gərək 45 

gün  ərə  getməsin.  Hamilə  olduğu  surətdə,  onun  iddəsi  uşağın 

dünyaya gəlməsi və ya uşağın siqt olmasına qədərdir.  



Məsələ  2525:  Təlaq  iddəsinin  əvvəli,  təlaq  siyğəsinin  tamam 

olduğu vaxtdan etibarən başlayır; istər qadın ona təlaq verildiyini 

bilsin, istərsə də bilməsin. Əgər iddə qurtarandan sonra ona təlaq 

verilməsini başa düşsə, yenidən iddə saxlaması lazım deyil. 



ƏRİ ÖLƏN QADININ İDDƏSİ 

Məsələ 2526: Əri ölən qadın hamilə olmasa, hətta əgər yaisə, 

yaxud səğiyrə olsa da, yaxud əri onunla yaxınlıq etməsə də, 4 ay 

10 gün iddə saxlamalı, yəni ərə getməməlidir. Əgər hamilə olsa, 

doğuşa  qədər  iddə  saxlamalıdır.  Amma  uşaq  4  ay  10  gün 

keçməzdən qabaq dünyaya gəlsə, ərinin ölümündən 4 ay 10 gün 

keçənədək gözləməlidir. Buna vəfat iddəsi deyilir. Həmçinin, əri 

fitri mürtəd olan qadının da iddəsi eyni qayda ilə. 

Məsələ  2527:  Vəfat  iddəsində  olan  qadının  bəzəkli  paltar 

geyməsi,  sürmə  çəkməsi  həmçinin,  zinət  sayılan  sair  işlər 

görməsi ona haramdır. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə