Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə176/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   172   173   174   175   176   177   178   179   ...   209

516        

TƏLAQIN HÖKMLƏRİ 

 

Məsələ  2541:  Əgər  ər,  mübarat  siyğəsini  oxumaq  istəsə  və 

arvadının adı; məsələn: Fatimə olsa, gərək desin: 

ى ّت

َ

ج



ْ

و

َ



ز 

ُ

ت



ْ

أ

َ



را

َ

ب



 

 

َ



ة

َ

م ّطا



َ

ف

 



ْ

ت

َ



ل

َ

ذ



َ

با

َ



م ى

َ

ل



َ

ع

 ّل



َ

اط 


َ

ى ّه


َ

ف

 



 

ق

 



Yəni,  mən  və  arvadım  Fatimə,  onun  verdiyi  şeyin 

müqabilində ayrıldıq, o azaddır.  

Əgər başqasını vəkil etsə, vəkil deməlidir: 

 

َ



ة

َ

م ّطا



َ

ف ى ّل


ِّ

ك

َ



و

ُ

م 



َ

ة

َ



ج

ْ

و



َ

ز 

ُ



ت

ْ

أ



َ

را

َ



ب

 

ْ



ت

َ

ل



َ

ذ

َ



با

َ

م ى



َ

ل

َ



ع

 

َ



ف

ط 

َ



ى ّه

 

 



ق ّل

َ

ا



 

Hər bir surətdə   ت ل ذ

 با م ى ل ع kəlməsinin əvəzinə

  ب


  ت ل ذ با م

 

 desə eybi 



yoxdur. 

Məsələ  2542:  Xül  və  mübarat  siyğələri,  ərəbcə  səhih 

oxunmalıdır. Amma qadın öz malını ərinə bağışlaması üçün hər 

hansı  dildə,  “təlaq  üçün  filan  şeyi  sənə  bağışladım”  desə,  eybi 

yoxdur. 


Məsələ 2543: Əgər qadın, xül yaxud mübarat təlaqı əsnasında 

öz  bağışladığı  şeyi  vermək  fikrindən  dönsə,  əri  qayıdıb  (rücu 

edib) əqd oxunmadan yenidən onu özünə arvad edə bilər. 

Məsələ  2544:  Mübarat  təlaqı  üçün  ərin  aldığı  mal, 

mehriyyədən  çox  olmamalıdır.  Ancaq  xül  təlaqında  çox 

olmasının eybi yoxdur. 

TƏLAQIN MÜXTƏLİF MƏSƏLƏLƏRİ 

Məsələ  2545:  Əgər  bir  şəxs,  naməhrəm  qadınla,  öz  əyalı 

olduğunu  güman  edərək  yaxınlıq  etsə;  istər  qadın  onun  əri 

olmadığını  bilsin,  istərsə  də  əri  olduğunu  güman  etsin,  iddə 

saxlamalıdır. 



Məsələ  2546:  Əgər  bir  şəxs,  öz  arvadı  olmadığını  bildiyi  bir 

qadınla  zina  edərsə,  istər  qadın  onun  öz  əri  olduğunu  bilsin 

istərsədə güman etsin iddə saxlaması lazım deyildir.  



İzahlı şəriət hökmləri

       517 

 

Məsələ  2547:  Əgər  bir  kişi,  qadını  özünə  arvad  etmək  üçün 

aldadıb  onun  ərindən  təlaq  alsa,  o  qadına  verilən  təlaq  və  əqd 

səhihdir. Amma hər ikisi böyük günah etmişlər.  

Məsələ  2548:  Əqd əsnasında səfərə gedəcəyi təqdirdə, yaxud 

onun  altı  aylıq  xərcini  verməsə,  təlaqın  ixtiyarının  onun  əlində 

olmasını qadın əri ilə şərt etsə, bu şərt batildir. Amma kişi, səfərə 

gedərsə  və  ya  misal  üçün;  altı  ayadək  onun  xərcini  verməzsə, 

onun  tərəfindən  özünə  təlaq  vermək  üçün  vəkil  olmasını  şərt 

etsələr,  səhihdir;  qoyulan  şərt  baş  verdiyi  təqdirdə  özünə  təlaq 

verərsə təlaqı səhihdir. 

Məsələ  2549:  Əri  itmiş  bir  qadın  başqası  ilə  evlənmək 

istəyərsə,  adil  bir  müctəhidin  yanına  gedib,  onun  göstərişinə 

əməl etməlidir. 

Məsələ 2550: Dəlinin atası və ata tərəfindən olan babası, onun 

arvadını boşaya bilərlər.  



Məsələ  2551:  Əgər  ata,  yaxud  (ata  tərəfindən  olan)  baba,  öz 

övladı (və  ya nəvəsi) üçün bir qadını siyğə  etsələr, hətta uşağın 

həddi-büluğa  çatması  zamanının  bir  miqdarı,  siyğə  müddətinin 

bir hissəsi olsa da; (məsələn: bir arvadı 14 yaşlı oğluna iki illiyə 

siyğə  etsə)  bu  halda  uşağ  üçün  məsləhətli  olsa,  onun  vaxtını 

qadına  bağışlaya  bilərlər,  lakin  onun  daimi  arvadına  təlaq  verə 

bilməzlər. 

Məsələ  2552:  Əgər  şəriətdə  müəyyən  olunmuş  əlamətlərə 

əsasən,  kişi,  iki  nəfəri  adil  bilərək  onların  yanında  öz  arvadına 

təlaq  versə;  başqa  bir  şəxs  onların  adil  olmalarında  şəkk  etsə,  o 

qadını özü, yaxud başqası üçün iddəsi tamam olandan sonra əqd 

edə  bilər.  Amma  onların  fasiq  olduğunu  bilsə,  ehtiyat-vacibə 

görə  onunla  evlənməkdən  çəkinsin  və  başqası  üçün  də  onu  əqd 

etməsin.  

Məsələ  2553:  Əgər  bir  şəxs  öz  qadınına,  o  başa  düşmədən 

təlaq  versə,  bu  halda  onun  xərclərini  arvadı  olan  müddətdəki 

kimi vermiş olarsa; məsələn: bir ildən sonra “bir il bundan qabaq 



518        

TƏLAQIN HÖKMLƏRİ 

 

sənə  təlaq  vermişəm”  desə  və  şərən  də  bu  işi  sübuta  yetsə,  o 



müddətdə  qadın  üçün  tədarük  gördüyü,  amma  qadının  sərf 

etmədiyi  şeyləri  ondan  geri  ala  bilər.  Lakin  sərf  etdiyi  şeyləri 

ondan tələb edə bilməz. 



İzahlı şəriət hökmləri

       519 

 

QƏSBİN HÖKMLƏRİ 

Qəsb odur ki, insan zülm ilə bir şəxsin malını, yaxud haqqını 

ələ  keçirsin.  Bu,  böyük  günahlardan  biridir  və  bu  işi  edən  şəxs 

qiyamət günüdə ağır əzaba düçar olacaq. Peyğəmbəri Əkrəmdən 



(səlləllahu  ələyhi  və  alihi  və  səlləm)

  rəvayət  olunub  ki,  “Hər  kəs  bir 



qarış  torpağı  başqasından  qəsb  etsə,  Qiyamət  günü  o  torpağı 

onun yeddi təbəqəsi ilə birlikdə boyunbağı kimi onun boynundan 

asacaqlar”

Məsələ  2554:  Əgər  insan  məscid,  mədrəsə,  körpü  və  ümumi 

camaat  üçün  tikilmiş  digər  yerlərdən  camaatın  istifadə  etməsini 

qoymazsa,  onların  haqqını  qəsb  etmiş  olur.  Həmçinin,  məscidə 

özü üçün yer ayırıb və digərlərinin istifadə etməsinə maneə olan 

şəxsin əməli də qəsb sayılır.  

Məsələ  2555:  İnsanın  borclu  olduğu  şəxsin  yanında  girov 

qoyduğu  şey  onun  yanında  qalmalıdır  ki,  borc  qaytarılmadığı 

təqdirdə borcunu onun vasitəsi ilə əldə etsin. Deməli, əgər o şeyi, 

borcunu  verməmişdən  qabaq  razılıq  olmadan  ondan  geri  alsa, 

onun haqqını qəsb etmişdir. 

Məsələ  2556:  Bir  şəxsin  yanında  girov  qoyulan  bir  malı 

başqası qəsb etsə, malın sahibi və borc sahibi o şeyi ondan tələb 

edə  bilərlər.  O  şeyi  ondan  aldıqdan  sonra,  yenə  də  girovdur. 

Əgər  o  şey  tələf  olub  aradan  getsə  və  əvəzini  alsalar  o  (əvəz 

alınan) şey də əvvəlki şeyin özü kimi girov sayılır. 

Məsələ  2557:  Əgər  insan  bir  şeyi  qəsb  etsə,  gərək  dərhal 

sahibinə qaytarsın. Tələf olarsa, əvəzini sahibinə verməlidir. 



Məsələ  2558:  Əgər  qəsb  etdiyi  şeydən  mənfəət  əldə  etsə; 

məsələn: qəsb etdiyi qoyun doğsa o, mal sahibinindir. Həmçinin, 

evi qəsb edən bir şəxs orada oturmasa belə, icarəsini verməlidir. 

Məsələ  2559:  Əgər  uşağın  və  dəlinin  malını  qəsb  etsələr, 

həmin  şeyi  vəlisinə  verməlidirlər.  Əgər  tələf  olarsa,  əvəzini 

verməlidirlər. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə