Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə178/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   174   175   176   177   178   179   180   181   ...   209

İzahlı şəriət hökmləri

       523 

 

TAPILAN ŞEYİN HÖKMLƏRİ 

Məsələ  2573:  İtmiş  malı  insan  tapsa  və  sahibi  məlum  olmaq 

üçün heç bir nişanəsi olmasa, onu özü üçün götürə bilər. Amma 

ehtiyat-müstəhəbə əsasən, onu sahibi tərəfindən sədəqə versin.  

Məsələ  2574:  Əgər  bir  şəxs,  bir  dirhəmdən  12/6  noxud 

böyüklüyündə gümüş puldan az olan və üzərində əlaməti olan bir 

malı  taparsa,  onun  kimə  aid  olduğu,  məlum  olsa  sahibinin  razı 

olub-olmamasını  bilməsə,  onun  icazəsi  olmadan  götürə  bilməz. 

Əgər  sahibinin  razı  olduğunu  bilsə  əmanət  kimi  götürə  bilər. 

Amma  o  malın  sahibi  məlum  olmazsa,  mülkiyyətinə  keçirmək 

niyyəti ilə onu, özünə götürə bilər. Ancaq ehtiyat-vacib budur ki, 

sahibi tapıldığı təqdirdə onun əvəzini sahibinə versin.  



Məsələ  2575:  Əgər  bir  şəxs,  üzərində  əlaməti  olan  bir  malı 

taparsa,  onun  qeyri  şiyə  və  ya  müsəlmanların  himayəsi  altında 

yaşayan  zimmi  bir  kafirə  aid  olduğunu  bilsə,  o  şeyin  qiyməti 

12/6  noxud  sikkəli  gümüş  dəyərində  olsa,  tapdığı  gündən 

etibarən bir həftəyədək hər gün bir dəfə, sonra bir ayadək həftədə 

bir  dəfə  sonra  bir  ilədək  ayda  bir  dəfə,  insanların  toplandığı 

yerlərdə elan edib eşitdirməsi lazımdır. Zahirən bu kimi elandan 

məqsəd,  nümunə  göstərməkdir;  əsas  məqsəd  isə,  hər  dəfəsində 

ilk mövzuya aid olduğu bilinən şəkildə elan olunmasıdır.  

Məsələ  2576:  Əgər  insanın  özü  elan  etmək  istəməsə,  əmin 

olduğu şəxsə, onun tərəfindən elan etməsini deyə bilər. 



Məsələ  2577:  Əgər  bir  il  müddətində  elan  etdikdən  sonra 

sahibi  tapılmazsa,  onu  özü  üçün  götürə  bilər.  Lakin  hər  vaxt 

sahibini  tapacağı  təqdirdə,  onun  əvəzini  vermək  məqsədində 

olsun;  və  ya  götürüb  onun  üçün  saxlasın  və  hər  vaxt  tapılsa, 

qaytarsın; amma ehtiyat-müstəhəb budur ki, sahibinin tərəfindən 

sədəqə versin. 



Məsələ 2578: Əgər bir il elan etdikdən sonra sahibi tapılmasa 

və  malı  onun  üçün  saxlasa  və  tələf  olub  aradan  getsə,  bu  halda 




524        

TAPILAN ŞEYİN HÖKMLƏRİ 

 

onu saxlamaqda səhlənkarlıq və həddin aşmamışsa, zamin deyil. 



Lakin  sahibinin  tərəfindən  sədəqə  vermiş,  yaxud  özü  üçün 

götürmüş olsa, hər iki halda zamindir.  



Məsələ  2579:  Bir  malı  tapan  şəxs,  qeyd  olunan  şəkildə 

bilərəkdən  elan  etməzsə,  günah  etməsinə  baxmayaraq  yenə  də 

elan etməsi vacibdir. 

Məsələ 2580: Əgər həddi-büluğa çatmayan uşaq bir şey tapsa, 

onun qəyyumu elan etməlidir.  



Məsələ 2581: Əgər insan, elan etdiyi il ərzində mal sahibinin 

tapılmasından ümidsiz olarsa, sədəqə vermək istəsə heç bir eybi 

yoxdur. 

Məsələ  2582:  Əgər  insan,  elan  etdiyi  il  əsnasında  mal  tələf 

olub aradan getsə, bu halda onu saxlamaqda səhlənkarlıq edib və 

həddin  aşmışsa,  gərək  onun  əvəzini  sahibinə  versin.  Onu 

saxlamaqda  səhlənkarlıq  etməyib  və  həddin  aşmamışsa,  bir  şey 

ona vacib deyil. 

Məsələ  2583:  Əgər  nişanəli,  qiyməti  12/6  noxud  ölçüsündə 

sikkəli  gümüş  dəyərinə  çatan  bir  malı,  elan  etməklə  sahibinin 

tapılmayacağı  məlum  olan  yerdən  tapsa,  elə  tapdığı  gün 

sahibinin  tərəfindən  sədəqə  verə  bilər;  Əgər  sonradan  sahibi 

tapılsa və sədəqə verilməsinə razı olmasa, əvəzini qaytarmalıdır. 

Ehtiyat-müstəhəb budur ki, öz mülküyyətinə keçirməsin. Verdiyi 

sədəqənin  savabı  onun  özünə  çatır.  Ehtiyat-müstəhəb  budur  ki, 

öz mülküyyətinə keçirməsin. 



Məsələ 2584: Tapdığı bir şeyi, öz malı zənn edərək götürsə və 

sonra  isə  özünə  aid  olmadığını  başa  düşərsə,  bir  il  müddətində 

elan  etməlidir.  Amma  ayaqla  vurması  və  hərəkət  etdirməsi, 

tapılmış malın hökmünü ona aid etmir. 



Məsələ  2585:  Elan  edərək  tapdığı  şeyin  cinsini  müəyyən 

etməlidir,  belə  ki,  camaatın  nəzərində  tərif  sayılarsa,  kifayətdir. 

Məsələn: “bir kitab tapdım” və ya “bir paltar tapdım” desin, əgər 

bir şey tapmışam desə kifayət deyil. 




İzahlı şəriət hökmləri

       525 

 

Məsələ  2586:  Əgər  bir  şəxs  bir  şey  tapsa  və  digəri  “mənim 

malımdır”  desə,  əminlik  hasil  olması  üçün,  ondan  malın 

nişanələrini  deməsini  istəməlidir.  Amma  çox  vaxt  malin  sahibi 

də diqqət etmədiyi, əlamətləri deməsi lazım deyil. 



Məsələ  2587:  Əgər  tapdığı  şeyin  qiyməti  12/6  noxud 

ölçüsündə  olan  gümüş  dəyərinə  çatsa,  bu  halda  elan  etmədən 

məsciddə,  yaxud  camaatın  yığışdığı  başqa  yerlərdə  qoysa, 

nəticədə  aradan  getsə,  yaxud  başqası  götürsə,  tapan  şəxs 

zamindir. 

Məsələ  2588:  Əgər  saxlandıqda  xarab  olan  bir  şey  tapsa, 

cameüş-şərait  müctəhidin,  yaxud  onun  vəkilinin  icazəsi  ilə 

qiymət  qoyub  satmalı  və  pulunu  saxlamalıdır,  yaxud  qiymət 

qoyub  özü  istifadə  edib,  pulunu  saxlamalıdır.  Əgər  hər  iki 

surətdə  elan  edəndən  sonra  sahibi  tapılmazsa,  zəmanət  şərti  ilə 

özü istifadə etsin və ya onun tərəfindən sədəqə versin. 



Məsələ  2589:  Əgər  tapdığı  şey  dəstəmaz  alanda,  namaz 

qılanda,  onun  üstündə  olsa,  məqsədi  sahibini  tapmaqdırsa,  eybi 

yoxdur.  

Məsələ  2590:  Əgər  bir  kəsin  ayaqqabısını  aparsalar  və  onun 

yerində  başqa  ayaqqabı  qoysalar,  belə  ki,  qalan  ayaqqabının 

onun  ayaqqabısını  aparan  kəsin  olduğunu  və  ayaqqabını  aparan 

həmin  adamın  apardığı  ayaqqabının  əvəzində  öz  ayaqqabısını 

götürməyə  razı  olduğunu  bilsə,  o  ayaqqabını  özünkünün  yerinə 

götürə  bilər.  Onun  ayaqqabısını  haqqsız  yerə,  zülm  olaraq 

götürüldüyünü bildiyi təqdirdə də hökm eynidir. Amma bu halda 

o  ayaqqabının  qiyməti  öz  ayaqqabısının  qiymətindən  çox 

olmamalıdır.  Əgər  belə  olmasa,  artıq  qiymət  üçün  məchulul-

malikin  hökmü  caridir.  Bu  iki  haldan  başqa  halda,  məchulul-

malikin hökmü o ayaqqabıya cari olacaqdır. 

Məsələ  2591:  Əgər  insanın  əlində  olan  mal  məchulul-malik 

olsa,  yəni  sahibi  naməlum  olsa  və  o  mala  itirilmiş  deməsələr, 

onun  sahibinin  həmin  insanın  o  maldan  istifadə  etməsinə  razı 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə