Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə179/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   175   176   177   178   179   180   181   182   ...   209

526        

TAPILAN ŞEYİN HÖKMLƏRİ 

 

olduğuna əmin olandan sonra, hansı tərzdə onun istifadəsinə razı 



olsa,  o  maldan  o  cür  istifadə  edə  bilər.  Əgər  belə  olmasa  onun 

sahibini tapmağa ehtimal verdiyi vaxta qədər axtarmaq lazımdır, 

sahibinin  tapılmasından  məyus  olduqdan  sonra  gərək  o  malı 

fəqirə  sədəqə  versin.  Ehtiyat-vacibə  əsasən,  sədəqə  şəriət 

hakiminin  icazəsi  ilə  verilməlidir.  Əgər  sonra  sahibi  tapılsa,  və 

sədəqə verildiyinə razı olmasa, zəmanət yoxdur. 

  



İzahlı şəriət hökmləri

       527 

 

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ... 

HEYVANLARIN BAŞINI KƏSMƏYİN VƏ  

OVLAMAĞIN HÖKMLƏRİ 

Məsələ  2592:  Əgər  əti  halal  olan  heyvanın  başını,  sonradan 

deyiləcək göstərişlərə əsasən kəssələr; istər vəhşi olsun istərsə də 

əhli, can verdikdən sonra əti halal, bədəni pak olur. İnsanın vəty 

(yaxınlıq)  etdiyi  heyvanın  başını  şəri  göstərişlərə  əsasən  də 

kəssələr,  əti  haramdır.  Amma  nəcasət  yeyən  heyvanın  başını, 

şəriətdə  müəyyən  olunan  göstərişlərə  əsasən  istibra

1

 etmədən 



kəssələr, əti halal deyil.  

Məsələ  2593:  Əti  halal  olan  vəhşi  heyvanların,  ahu,  kəklik, 

dağ  keçisi  və  s.  kimi  və  əti  halal  olub  sonradan  vəhşiləşən  əhli 

heyvanların,  qaçıb  vəhşi  olan  ev  inəyi  və  dəvə  kimi,  sonradan 

deyiləcək göstərişlərə əsasən ovlasalar pak və halal olur. Amma 

qoyun, ev toyuğu  və  s. kimi  əti halal  əhli heyvanları  həmçinin, 

təlim  verilməklə  əhilləşdirilən  əti  halal  vəhşi  heyvanları 

ovlasalar, pak və halal olmur. 

Məsələ  2594:  Əti  halal  olan  vəhşi  heyvan  qaçıb  və  ya  uça 

bildiyi  təqdirdə,  ovlandıqda  pak  və  halal  olur.  Deməli,  ahunun 

qaça bilməyən, kəkliyin uça bilməyən balasını ovlamaqla pak və 

halal olmur. Əgər ahu və onun qaça bilməyən balası bir güllə ilə 

ovlansa, ahu halal, balası haram olur. 

Məsələ  2595:  Əti  halal,  amma  atıcı  qanı  olmayan  heyvan; 

məsələn: balıq, öz-özünə ölsə, pakdır; lakin ətini yemək olmaz. 



Məsələ  2596:  Atıcı  qanı  olmayan  haram  ətli  heyvan,  ilan 

kimi, başı kəsilməklə halal olmur. Amma onun ölüsü pakdır. 

                                              

1

 İstibra  bölməsində  hökmləri  deyildiyi  kimi,  heyvanın    pak  yeməklə 



paklanması. 


528        

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ... 

 

Məsələ  2597:  İt  və  donuz  başı  kəsilməklə,  ov  edilməklə  pak 

olmur.  Onların  ətini  də  yemək  haramdır.  Yırtıcı  və  ət  yeyən 

haram  ətli  heyvanların  canavar  və  pələng  kimi  başı,  deyilən 

göstərişlərə  əsasən  kəsilsə,  yaxud  güllə  və  s.  ilə  ovlansa,  pak 

olur;  amma  əti  halal  olmur;  əgər  ov  iti  ilə  onu  ovlasalar, 

bədəninin pak olması işkallıdır. 



Məsələ  2598:  Fil,  ayı  və  meymun,  yırtıcı  heyvan 

hökmündədirlər  paklığı  qəbul  edirlər.  Amma  yerin  daxilində 

yaşayan  siçan  və  kərtənkələ  kimi  heyvanların  atıcı  qanı  olduğu 

təqdirdə  və  öz-özünə  ölsələr,  nəcisdirlər;  hətta,  əgər  başlarını 

kəssələr, yaxud ovlasalar belə, bədənlərinin pak olması işkallıdır. 

Məsələ  2599:  Əgər  diri  heyvanın  qarnından  balası  ölü 

doğulsa,  yaxud  onu  ölü  halda  çölə  çıxarsalar,  ətini  yemək 

haramdır. 

HEYVAN BAŞININ KƏSİLMƏSİ QAYDALARI 

Məsələ  2600:  Heyvanın  başını  kəsəndə,  dörd  böyük  damarı 

boğazın  altında  olan  çıxıntının  alt  tərəfindən  kamil  şəkildə 

kəsilməlidir. Əgər onları deşsələr, kifayət deyil. 

Məsələ  2601:  Dörd  damarın  bəzilərini  kəsdikdən  sonra 

heyvanın ölməsini gözləyib, sonra isə qalan damarlarını kəsmək 

kifayət  deyil.  Amma  dörd  damarı  normal  şəkildə  bir-birinin 

ardınca  kəsməsələr,  hələ  heyvan  can  vermədən,  qalan 

damarlarını  kəssələr,  heyvan  pak  və  halaldır.  Amma  ehtiyat 

budur ki, ardıcıl olsun.  



Məsələ 2602: Qurd, qoyunun boğazındakı dörd damarı bütöv 

parçalayarsa,  o  qoyunun  əti  haram  olar.  Amma  boğazının  bir 

miqdarını parçalayıb, dörd damarı sağlam qaldığı təqdidə başını 

kəssələr, halal və təmiz olar. Boğazındakı damarlardan bəzilərini 

qopardıb və digərləri sağlam qalıbsa, ehtiyata əsasən halal deyil. 

Əgər  bədəninin  başqa  bir  yerini  yaralayarsa;  qoyun  diri  olduğu 

təqdirdə, onu şəri göstərişə əsasən kəsərlərsə, halal və pakdır. 



İzahlı şəriət hökmləri

       529 

 

HEYVANIN BAŞININ KƏSİLMƏSİ ŞƏRTLƏRİ 

Məsələ 2603: Heyvanın başının kəsilməsinin beş şərt var: 

1-Heyvanın başını kəsən şəxs; istər qadın olsun istrəsə də kişi, 

müsəlman  olmalıdır  və  peyğəmbərin  əhli-beytinə 

(ələyhimus-

səlam) 

düşmənliyi  olmasın.  Müməyyiz  (yaxşını-pisi  başa  düşən) 

müsəlman uşağı, heyvanın başını kəsə bilər. 

2-Heyvanın  başı  dəmir  şeylərlə  kəsilməlidir.  Amma  dəmir 

tapılmasa  və  heyvanın  başını  kəsməyəcəkləri  halda  murdar 

olacağı  gözlənilərsə  və  ya  onu  kəsmək  məcburiyyətində 

qaldıqları təqdirdə, onun dörd damarını ayıra bilən iti bir şey ilə 

(şüşə, daş parçası və s.) başını kəsmək olar.  

3-Heyvanın  başını  kəsəndə  üz,  əl,  ayaq  və  qarnı  üzü  qibləyə 

olmalıdır.  Heyvanın  başının  üzü  qibləyə  kəsilməli  olduğunu 

bilən  bir  şəxs,  qəsdən  üzünü  qibləyə  çevirməsə,  heyvan  haram 

olur. Amma unutsa, məsələni bilməsə,  yaxud qibləni səhv salsa, 

yaxud  qiblənin  hansı  tərəfdə  olmasını  bilməyib  və  ya  heyvanı 

üzü qibləyə döndərə bilməsə, eybi yoxdur.  

4-Heyvanın başını kəsmək istəyəndə, yəni bıçağı onun başına 

qoyanda,  baş  kəsmək  niyyəti  ilə  Allahın  adını  zikr  etməlidir. 

Bismillah  demək  kifayətdir.  Amma  baş  kəsmək  qəsdi  olmadan 

Allahın  adını  desə,  o  heyvan  pak  olmur,  əti  də  haramdır. 

Unutqanlıq üzündən Allahın adını deməsə, eybi yoxdur.  

5-Heyvan  kəsildikdən  sonra,  gözünü  çırpması,  quyruğunu 

tərpətməsi  və  ya  ayağını  yerə  vurması  kimi  canlı  olduğunu 

bildirən  bir  hərəkət  etməlidir.  Ehtiyat-lazıma  əsasən  qan  normal 

axmalıdır.  Ehtiyat  əsasən  ruh  bədənindən  çıxmamış  heyvanın 

başını bədənindən ayırmaq olmaz.  Həmçinin  heyvanın bədənini 

yarıb  boynundan  quyruğuna  qədər  uzanan  və  nuxa  (onurğa 

beyini)  adlanan  ağ  damarı,  ruh  bədənindən  çıxmamış  kəsmək, 

ətin haram olmamasına baxmayaraq, icazəli deyildir. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə