Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə181/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   177   178   179   180   181   182   183   184   ...   209

İzahlı şəriət hökmləri

       533 

 

qaydalarına  əməl  etməklə  kəsilsə  halaldır.  Əks  halda  o  hissəsi 



də, haramdır. 

Məsələ 2615: Əgər çubuq, daş və ov üçün səhih olmayan sair 

şeylərlə  heyvanı  iki  yerə  bölsələr,  baş  və  boynu  olmayan  hissə 

haram,  baş  və  boyun  olan  hissə  isə  diri  olsa  və  bir  miqdar  diri 

qalması  mümkün  olsa,  başını  şəriət  qaydalarına  uyğun  olaraq 

kəssələr, halaldır. Əks halda o hissə də haramdır. 

Məsələ  2616:  Əgər  bir  heyvanı  ovlasalar  və  ya  başını 

kəssələr,  onun  qarnından  balası  diri  çıxsa,  bu  halda  onu  şəriət 

qaydalarına uyğun kəssələr, halal, əks halda isə haramdır. 

Məsələ  2617:  Əgər  bir  heyvanı  ovlasalar,  yaxud  başını 

kəssələr  qarnından ölü balası çıxsa, bu halda onun xilqəti kamil 

olsa, bədənində tük, yun bitmiş olsa pak və halaldır.  

OV İTİ İLƏ OV ETMƏK 

Məsələ 2618: Əgər ov iti, əti halal olan vəhşi heyvanı ov etsə, 

onun pak və halal olmasının altı şərti vardır: 

1-İtə  elə  təlim  verilsin  ki,  hər  vaxt  onu  ov  tutmaq  üçün 

göndərsələr  getsin  və  hər  vaxt  ov  dalınca  getməsinin  qarşısını 

alsalar,  dayansın;  və  adəti  bu  olmalıdır  ki,  sahibi  çatmazdan 

qabaq ovu yeməsin. Amma təsadüfən ovu yesə, eybi yoxdur. 

2-O  iti,  sahibi  göndərsin;  əgər  göndərilmədən  ovun  dalınca 

gedib  ov  etsə,  o  heyvanı  yemək  haramdır.  Hətta  əgər  öz-özünə 

ova  getsə  və  sonradan  sahibi  ovu  tez  tutmaq  üçün  əmr  versə, 

sahibinin səsi vasitəsi ilə tələsməsinə baxmayaraq, ehtiyat-vacibə 

görə, gərək o ovun ətini yeməsinlər. 

3-İti ov dalınca göndərən şəxs, müsəlman, yaxud yaxşını-pisi 

başa düşən müsəlman övladı olsun; Əgər kafir, yaxud Əhli-beyt 

(ələyhimus-salam)

 ilə düşmənlik edən şəxs iti göndərsə, o itin etdiyi 

ov haramdır. 



534        

HEYVANLARIN BAŞINI KƏSMƏYİN ... 

 

4-İti  göndərən  vaxt  Allahın  adını  zikr  etsin;  Əgər  qəsdən 



Allahın  adını  zikr  etməsə,  o  ov  haramdır.  Amma  unudaraq 

deməsə, eybi yoxdur. 

5-Ov, itin dişindən aldığı yara səbəbilə ölsün; Deməli, it ovu 

boğsa, yaxud ov qaçmaqla, qorxudan ölsə, halal deyil. 

6-İti  göndərən  şəxs,  heyvanın  öldüyü  vaxt  çatsın,  yaxud  diri 

olarsa,  başını  kəsmək  qədər  vaxt  olmasın;  Əgər  başını  kəsmək 

miqdarında vaxt olanda çatsa; başını kəsməsə və nəticədə heyvan 

ölsə, halal deyil. 



Məsələ  2619:  İti  göndərən  şəxs,  başını  kəsə  biləcəyi  vaxt 

heyvana  çatıb  adi,  yaxud  tələsən  halda  bıçağı  çıxarsa  və  baş 

kəsilmə  vaxtı  keçsə,  nəticədə  heyvan  ölsə,  halaldır.  Əgər 

heyvanın  başını  kəsmək  üçün  alət  olmasa  və  o  heyvan  ölsə, 

ehtiyat-vacib  budur  ki,  onun  ətini  yeməkdən  çəkinilsin.  Amma 

iti, heyvanı öldürməyə vadar etsə halaldır. 



Məsələ  2620:  Əgər bir neçə iti birlikdə bir heyvanı ov etmək 

üçün göndərsələr və onların hamısında 2618-ci məsələdə deyilən 

şərtlər  mövcud  olsa,  ov  halaldır.  Əgər  birində  həmin  şərtlər 

olmasa ov haramdır. 



Məsələ 2621: Əgər iti bir heyvanı ov etmək üçün göndərsələr 

və  başqa  heyvanı  ov  etsə,  halal  və  pakdır.  Həmçinin.  əgər  it,  o 

heyvanı başqa heyvanla birlikdə ov etsə, hər ikisi halal və pakdır. 

Məsələ  2622:  Əgər  aralarında  bir  kafir  olan  bir  neçə  nəfər 

birlikdə  iti  ova  göndərsələr,  o  ov  haramdır.  Əgər  hamısı 

müsəlman  olsa,  amma  onlardan  biri  Allahın  adını  qəsdən 

deməsə,  o  ov  haramdır.  Həmçinin,  göndərilən  itlərdən  birinə 

əvvəldə deyilən kimi təlim verilməmiş olsa, o ov haramdır. 

Məsələ  2623:  Əgər  ov  itindən  başqa  şahin  və  ov  quşu  bir 

heyvanı  ov  etsə,  o  ov  halal  deyil.  Amma  heyvanın  diri  olduğu 

vaxt çatıb şəriətdəki qaydalara əsasən başını kəssələr, halaldır. 



İzahlı şəriət hökmləri

       535 

 

BALIQ OVU 

Məsələ  2624:  Suda  diri  olaraq  tutulduqdan  sonra  quruda  can 

verən  pullu  balıq,  təmiz  və  yeyilməsi  halaldır.  Suyun  içində 

ölərsə  təmizdir,  ancaq  ətini  yemək  haramdır.  Əgər  balıqçının 

torunun  içində  ölsə  yeyilməsi  halaldır.  Pulu  olmayan  balıq  isə, 

suyun içində diri olaraq tutulub çöldə can versə belə, haramdır.  

Məsələ  2625:  Əgər balıq sudan kənara düşsə,  yaxud dalğalar 

onu  kənara  atsa,  yaxud  da  su  çəkilsə  və  balıq  quruda  qalsa, 

ölməmişdən  qabaq  bir  şəxs  onu  əl  ilə,  yaxud  başqa  vasitələrlə 

tutsa, öləndən sonra halaldır. 



Məsələ  2626:  Balığı  tutan  bir  şəxsin  müsəlman  olması,  onu 

götürən vaxt Allahın adını deməsi, lazım deyil.  



Məsələ  2627:  Sudan  ölü  və  ya  diri  olaraq  tutulduğu  məlum 

olmayan  ölü bir balığ, müsəlman  əlində  olarsa, halaldır.  Amma 

əgər kafir bir kimsənin əlində olarsa, onu diri olaraq tutulduğunu 

söyləsə belə, insanın buna yəqini olmadığı və ya iki adil şahidin 

buna şəhadət vermədiyi təqdirdə, haramdır. 

Məsələ  2628:  Ehtiyat-müstəhəb  budur  ki,  diri  balığı 

yeməkdən çəkinilsin.  



Məsələ  2629:  Əgər  diri  balığı  kabab  etsələr,  yaxud  sudan 

kənarda  can  verməmişdən  qabaq  öldürsələr,  ehtiyat-müstəhəb 

budur ki, onu yeməkdən çəkinilsin.  

yeyilməsinin eybi yoxdur. 



Məsələ  2630:  Əgər balığı sudan  qıraqda iki parçaya bölsələr, 

balığın bir parçası canlı olaraq suya düşsə və digər parçası çöldə 

qalarsa,  ehtiyat-müstəhəb  budur  ki,  çöldə  qalan  hissəsi 

yeyməsinlər. 



ÇƏYİRTKƏ OVU 

Məsələ  2631:  Əgər çəyirtkəni əl,  yaxud başqa vasitələrlə diri 

tutsalar, can verəndən sonra yeyilməsi halaldır. Onu tutan şəxsin 

müsəlman  olması,  onu  tutduğu  vaxt  Allahın  adını  deməsi  lazım 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə