Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə189/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   185   186   187   188   189   190   191   192   ...   209

İzahlı şəriət hökmləri

       561 

 

Məsələ  2745:  Əgər meyyitin varisi təkcə ata ya ana oğlan və 

qızla birlikdə olsalar, malı altı hissəyə bölürlər; bir hissəsini ata 

və  ya  anaya,  qalanını  isə  hər  oğlana,  qıza  düşənin  iki  bərabəri 

düşəcək şəkildə bölürlər. 



Məsələ 2746: Əgər meyyitin varisi təkcə ata və bir qız, yaxud  

ana  və  bir  qız  olsa,  malı  dörd  hissəyə  bölüb  bir  hissəsini  ata 

yaxud anaya, qalalnını isə qıza verirlər. 

Məsələ  2747:  Əgər  meyyitin varisi təkcə  ata və bir neçə qız, 

yaxud  ana  və  bir  neçə  qızdırsa,  malı  beş  hissəyə  bölüb  bir 

hissəsini  ata,  yaxud  anaya,  dörd  hissəsini  isə  qızların  arasında 

bərabər şəkildə bölürlər. 



Məsələ 2748: Əgər meyyitin övladı yoxdursa, onun oğlundan 

olan  nəvəsi,  qız  olsa  belə,  oğluna  düşən  irs  payına  sahib  çıxır. 

Qızdan olan nəvəsi oğlan olsa belə, qızına düşən irs payına sahib 

çıxır;  məsələn:  meyyitin  qızından  bir  oğlu  və  oğlundan  bir  qızı 

varsa, malı üç hissəyə bölüb bir hissəsini oğlana və iki hissəsini 

qıza verirlər. 



İKİNCİ DƏSTƏNİN İRSİ 

Məsələ  2749:  Payına  irs  düşən  ikinci  yaxın  dəstə  babası  və 

nənəsi,  qardaşı və  bacısıdır. Əgər qardaş  və bacısı  yoxdursa, irs 

onların övladlarına çatır. 

Məsələ  2750:  Əgər meyyitin varisi təkcə bir qardaş və ya bir 

bacıdırsa, bütün mal ona çatır. Əgər ata və anadan neçə qardaş, 

yaxud  ata  və  anadan  neçə  bacısı  varsa,  mal  onların  arasında 

bərabər  şəkildə  bölünür.  Əgər  ata  və  anadan  qardaş  və  bacı 

birlikdədirlərsə,  hər  qardaş,  bacıya  düşən  payın  iki  bərabəri 

qədər  aparır;  məsələn:  əgər  ata  və  anadan  iki  qardaş  və  bir  bacı 

varsa, malı beş qismə bölüb qardaşlardan hər biri iki qismini və 

bacıya onun bir qlsmi düşür. 



Məsələ  2751:  Əgər  meyyitin  ata-anadan  bir  olan  qardaş  və 

bacısı  olsa,  atadan  bir,  anadan  ayrı  olan  qardaş  və  bacısı  irs 




562        

İRSİN HÖKMLƏRİ 

 

aparmaz.  Əgər  ata-anadan  bir  olan  qardaş  və  bacısı  olmasa  və 



əgər  ancaq  atadan  bir  olan  bir  bacı,  ya  bir  qardaşı  olsa,  malın 

hamısı  ona  çatır. Əgər ata  tərəfdən bir olan  bir neçə  qardaş,  ya 

bir  neçə  bacı  olsa,  malı  öz  aralarında  bərabər  böləcəklər.  Əgər 

atadan bir olan həm qardaşı və həm də bacısı olsa, hər qardaş hər 

bacıdan iki bərabər çox irs aparacaq. 

Məsələ  2752:  Əgər  meyyitin  varisi  ancaq  anadan  bir  olub, 

atadan ayrı olan bir bacısı ya bir qardaşı olsa, malın hamısı ona 

çatar. Əgər anadan bir olan bir neçə qardaş ya bir neçə  bacı  ya 

bacı  və  qardaş  olsa,  bərabər  şəkildə  mal  onların  arasında 

bölünür. 

Məsələ  2753:  Əgər ölünün ata-anadan qardaş və bacı, atadan 

qardaş və bacısı, anadan bir qardaş, yaxud bir baçısı olsa, atadan 

olan  qardaş  və  bacıya  irs  çatmır.  Malı  altı  hissəyə  bölüb,  bir 

hissəsini anadan olan qardaşa, yaxud bacıya, qalanını ata-anadan 

olan qardaş və bacıya verirlər. Hər qardaş, bacının payına düşən 

irsin, iki bərabəri miqdarına sahib olur. 



Məsələ  2754:  Əgər  ölünün  ata-anadan  qardaş  və  bacısı, 

atadan qardaş və bacısı və anadan qardaş və bacısı varsa, atadan 

olan  qardaş  və  bacısına  irs  çatmır.  Malı,  üç  qismə  bölürlər;  bir 

qismini  ana  tərəfindən  olan  qardaş  və  bacının  arasında  bərabər 

bölürlər. Qalanını, ata-anadan bir olan qardaş və bacıya verirlər. 

Hər qardaş, bacıya düşən irsin iki bərabərinə sahib olur. 



Məsələ 2755: Əgər ölünün varisi təkcə atadan bir olan qardaş 

və  bacısı  və  ana  tərəfdən  bir  qardaşı,  yaxud  anadan  bir  bacısı 

olsa,  malı  altı  hissəyə  bölüb  bir  hissəsini  anadan  olan  qardaş, 

yaxud bacıya, qalanını atadan olan qardaş, yaxud bacıya verirlər. 

Hər qardaş, bacıya çatan irsin iki bərabərinə sahib olur. 

Məsələ  2756:  Əgər  ölünün  varisi  təkcə  ata  tərəfindən  qardaş 

və bacısı və ana tərəfindən bir neçə qardaş və bacısı olsa, malı üç 

qismə  bölürlər;  bir  hissəsini  ana  tərəfindən  olan  qardaş  və 

bacının  aralarında  bərabər  şəkildə  bölürlər.  Qalanını,  ata 




İzahlı şəriət hökmləri

       563 

 

tərəfindən  olan  qardaş  və  bacıya  verirlər.  Hər  qardaş,  bacıya 



çatacaq irsin, iki bərabərinə sahib olur. 

Məsələ  2757:  Əgər  ölünün  varisi  təkcə  qardaş,  bacı  və 

arvadıdırsa,  arvad  öz  irsinə,  (2781-ci  məsələdə  qeyd  ediləcəyi 

kimi) sahib olur. Bacı və qardaş isə, keçən məsələlərdə deyildiyi 

şəkildə, irsə sahib olacaqlar. Həmçinin, əgər bir arvad ölsə, onun 

varisi təkcə bacı, qardaş və əridirsə, ərinə, irsin yarısı çatır. Bacı 

və  qardaşa,  keçən  məsələlərdə  deyilən  şəkildə  irs  çatır.  Ancaq 

arvad, yaxud ərə, irs çatan zaman, ana tərəfindən olan qardaş və 

bacının  payından  azalmayacaq;  ata-anadan  bir  olan  və  ya  ata 

tərəfindən  bir  olan  qardaş  və  bacının  payından  azalır.  Məsələn: 

əgər ölənin varisi  əri,  ana  tərəfindən olan qardaş  və  bacısı, ata-

ana  tərəfindən  olan  qardaş  və  bacısıdırsa,  malın  yarısı  ərə,  əsl 

malın  üçdə  biri,  ana  tərəfindən  olan  qardaş  və  bacıya  verirlər. 

Maldan  qalan  hissə  isə,  ata-anadan  olan  qardaş  və  bacıya  çatır. 

Deməli, əgər onun bütün malı altı tüməndirsə, üç tümən ərə, iki 

tümən  ana  tərəfindən  olan  qardaş  və  bacıya,  ata-anadan  olan 

qardaş və bacıya isə, bir tümən verirlər. 



Məsələ  2758:  Əgər ölənin qardaş və bacısı  yoxdursa, onların 

irs  payını  övladlarına  verirlər.  Ana  tərəfindən  olan  qardaşının 

övladı və bacısının övladının ararsında bərabər şəkildə bölünür. 

Ata  və  ya  ata-ana  tərəfindən  olan  qardaşının  övladına,  yaxud 

bacısının  övladına  düşən  paylarda,  hər  oğlana,  qızın  iki  misli 

qədəri irs çatır. 



Məsələ  2759:  Əgər  ölənin  varisi  təkcə  bir  baba,  yaxud  bir 

nənə  (istər  ata  tərəfdən,  istərsə  də,  ana  tərəfdən)  olarsa,  bütün 

mal ona çatır. Ölənin babası olduğu halda, babasının atasına irs 

çatmır.  Əgər  ölənin  varisi  təkcə  bir  baba,  yaxud  ata  tərəfindən 

nənəsi  olarsa,  mal  üç  qismə  bölünür;  iki  qismi  babaya  və  bir 

qismi  nənəyə  verilir.  Əgər  ana  tərəfindən  olan  baba  və  nənə 

olarsa, malı öz aralarında bərabər şəkildə bölürlər. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə