Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə190/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   186   187   188   189   190   191   192   193   ...   209

564        

İRSİN HÖKMLƏRİ 

 

Məsələ  2760:  Əgər  ölünün  varisi  ata  tərəfindən  təkcə  baba 

yaxud  nənəsi  olsa,  ya  da  ana  tərəfindən  təkcə  babası  yaxud 

nənəsi  olarsa,  mal  üç  qismə  bölünür;  iki  hissəsi  ata  tərəfindən 

olan  babaya  yaxud  nənəyə  və  bir  hissəsi  ana  tərəfindən  olan 

babaya, yaxud da nənəyə çatır. 

Məsələ  2761:  Əgər ölünün varisi ata tərəfindən olan baba və 

nənəsi,  və  ana  tərəfindən  olan  baba  və  nənəsi  olarsa,  mal  üç 

qismə  bölünür;  onun  bir  hissəsini  ana  tərəfindən  olan  baba  və 

nənəsi  öz  aralarında  bərabər  bölürlər,  iki  hissəsini  də,  ata 

tərəfindən  olan  baba  və  nənəsinə  verirlər.  Babaya,  nənənin  iki 

bərabəri qədər irs düşür. 



Məsələ  2762:  Əgər  ölənin  varisi  təkcə  arvad,  ata  tərəfindən 

babası, nənəsi və ana tərəfindən baba və nənəsi olsa, arvada (ərlə 

arvadın  irsi  bölmündə  deyiləcəyi  kimi)  irs  çatır.  Malın  əslinin 

üçdə  bir  hissəsini,  ana  tərəfindən  baba  və  nənəsinə  verirlər  və 

onlar malı öz aralarında bərabər şəkildə bölürlər. Qalan hissəsini, 

ata  tərəfindən  olan  baba  və  nənəsinə  verirlər.  Baba,  nənənin  iki 

bərabəri  qədər  irsə  sahib  olur.  Əgər  ölünün  varisi  ər,  baba  və 

nənədirsə,  ər  malın  yarısına,  baba  və  nənə  isə,  keçən  məsələdə 

deyildiyi kimi, öz irsinə sahib olur. 

Məsələ  2763:  Qardaşın,  bacının  və  ya  qardaşların  və 

bacıların,  baba  yaxud  nənə  və  ya  babalar  yaxud  nənələr  ilə 

cəmlənməsinin bir neçə surəti vardır: 

1.  Baba  ya  nənənin  hər  biri  və  qardaş  ya  bacı,  hamısı  ana 

tərəfdən  olsunlar.  Bu  halda  onların  arasında  kişi  və  qadın 

olmaqda müxtəlif olsalar da, bərabər bölünəcək. 

2. Onların hamısı ata tərəfindən olsunlar, bu halda hamısı kişi 

və ya hamısı qadın olsa, mal onların arasında bərabər bölünəcək. 

Əgər  kişi  və  qadın  olmaqda  müxtəlif  olsalar,  hər  kişi  qadından 

iki dəfə çox aparacaq. 

3. Baba və  ya nənədən hər biri ata  tərəfdən olsun və bacı  ya 

qardaş  ata-anadan  olsun.  Bunun  hökmü  keçən  haldakı  hökm 




İzahlı şəriət hökmləri

       565 

 

kimidir.  Məlum  oldu  ki,  meyyitin  ata  tərəfdən  olan  bacı,  ya 



qardaşı  əgər  ata-anadan  bir  olan  bacı  ya  qardaşla  cəm  olsa,  ata 

tərəfdən olanlar irs aparmır. 

4.  Babalar,  ya  nənələr,  ya  hər  ikisi  həm  ata  tərəfdən  olsun, 

həm  ana  tərəfdən  olsun,  qardaşlar  ya  bacılar,  ya  da  hər  ikisi  də 

belə olsalar, bu halda ana tərəfdən qohum olan qardaşlar, bacılar, 

babalar,  nənələr,  malın  üçdə  birini  öz  aralarında  bərabər 

böləcəklər,  kişi  və  qadın  olmaqda  müxtəlif  olsalar  da;  ata 

tərəfdən  qohum  olanlara  isə  malın  üçdə  ikisidir  ki,  hər  kişiyə 

qadından  iki  dəfə  çox  veriləcək.  Əgər  onların  arasında  hamısı 

kişi, ya hamısı qadın olsa, onların arasında bərabər bölünəcək. 

5. Ata tərəfdən olan baba ya nənə, ana tərəfdən olan qardaş ya 

bacı ilə cəm olsun. Bu halda qardaş ya bacı təkdirsə malın altıda 

birini  aparacaq,  əgər  tək  deyilsə,  onun  üçdə  birini  bərabər  öz 

aralarında böləcəklər, qalanını isə baba ya nənənin malıdır. Əgər 

baba və nənə hər ikisi olsa, baba nənədən iki dəfə çox aparacaq. 

6. Ana tərəfdən olan baba ya nənə, ata tərəfdən olan qardaş ilə 

cəm olsun. Bu halda baba, ya nənə üçün malın üçdə biridir, əgər 

hər ikisi sağ olsa, üçdə birini bərabər şəkildə bölərlər, onun üçdə 

ikisi  isə  qardaş  üçündür.  Əgər  o  baba  ya  nənə  ilə  ata  tərəfdən 

bacı  olsa,  tək  olan  halda  malın  yarısını  aparacaq,  əgər  çox 

olsalar,  üçdə  ikisini  aparacaqlar,  hər  halda  baba  ya  nənə  üçün 

malın  üçdə  biridir.  Buna  görə  də  əgər  bacı  tək  olsa,  meyyitin 

malının altıda biri onlardan artıq qalır, bunu da ata tərəfdən olan 

bacıya  vermək  lazımdır.  Ehtiyat  budur  ki  altıda  birində 

razılaşsınlar. 

7.  Babalar,  nənələr,  onların  bəziləri  ata  tərəfdən  bəziləri  isə 

ana tərəfdən olsun və onlar ilə ata tərəfdən bacı ya qardaş olsun, 

istər tək olsun, istərsə də çox, bu halda ana tərəfdən olan baba ya 

nənə üçün malın üçdə biridir. Əgər çox olsalar öz aralarında kişi 

və  qadın  olmaqda  müxtəlif  olsalar  da,  bərabər  böləcəklər.  Ata 

tərəfdən  olan  baba  ya  nənə  üçün  və  ata  tərəfdən  olan  bacı  ya 



566        

İRSİN HÖKMLƏRİ 

 

qardaş üçün qalan malın üçdə ikidir. Əgər qadın və kişi olmaqda 



müxtəlif  olmasalar  bərabər  şəkildə  aralarında  bölünəcək.

 

Əgər 



qadın  və  kişi  cəhətdən  müxtəlif  olsalar,  kişilər  qadınlardan  iki 

qat  artıq  pay  aparacaq.  Əgər  o  babalar  ya  nənələrlə  bir  anadan 

olan  bacı  ya  qardaş  olsalar,  bir  anadan  olan  babaya  ya  nənəyə, 

bir anadan olan bacı  ya  qardaş ilə  birlikdə  üçdə  bir düşəcək və 

kişi və qadın cəhətindən müxtəlif olmalarına baxmayaraq onların 

arasında  bərabər  bölünəcək,  ata  tərəfdən  olan  baba  ya  nənəyə 

üçdə  ikisi  çatacaqdir.  Əgər  qadın  və  kişi  olmaqda  müxtəlif 

olmasalar  bərabər  şəkildə  aralarında  bölünəcək.

 

Əgər  qadın  və 



kişi  cəhətdən  müxtəlif  olsalar,  kişi  qadından  iki  qat  artıq  pay 

aparacaq. 

8.  Qardaş  ya  bacıların  bəzisi  ata  tərəfdən,  bəzisi  isə  ana 

tərəfdən olsun və onlar ilə ata tərəfdən olan baba ya nənə olsun, 

bu  surətdə,  ana  tərəfdən  olan  bacı  ya  qardaş  üçün  tək  olan 

surətdə malın altıda birdir. Əgər çox olsalar, malın üçdə birdir ki

öz  aralarında  bərabər  böləcəklər.  Ata  tərəfdən  olan  bacı  ya 

qardaş  üçün  ata  tərəfdən  olan  baba  ya  nənə  ilə  birlikdə  malın 

qalanıdır. Əgər qadın və kişi olmaqda müxtəlif olmasalar bərabər 

şəkildə  aralarında  bölünəcək.  Əgər  qadın  və  kişi  cəhətdən 

müxtəlif  olsalar,  kişilər  qadınlardan  iki  qat  artıq  pay  aparacaq. 

Əgər  o  qardaş  ya  bacılar  ana  tərəfdən  olan  baba  ya  nənə  ilə 

birlikdə  olsa,  ana  tərəfdən  olan  baba  ya  nənə  üçün  ana  tərəfdən 

bacı  qardaş  ilə  birlikdə  malın  üçdə  biridir  ki,  öz  aralarında 

bərabər  böləcəklər,  ata  tərəfdən  olan  bacı  ya  qardaş  üçün  irsin 

üçdə  ikisidir.  Əgər  qadın  və  kişi  olmaqda  müxtəlif  olmasalar 

bərabər  şəkildə  aralarında  bölünəcək.  Əgər  qadın  və  kişi 

cəhətdən  müxtəlif  olsalar,  kişilər  qadınlardan  iki  qat  artıq  pay 

aparacaq. 

Məsələ  2764:  Meyyitin  qardaş  və  bacısı  olduğu  təqdirdə 

meyyitin qardaşının və ya bacısının uşağına irs çatmaz. Lakin bu 

hökm  qardaşın  və  ya  bacının  övladının  qardaş  və  bacının 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə