Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə186/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   182   183   184   185   186   187   188   189   ...   209

İzahlı şəriət hökmləri

       551 

 

nəsil  üçün  icarə  batil  olmur.  Əgər  mütəvəllisi  olmasa  və  vəqf 



olunan  kəslərdən  bir  nəsil  ona  icarəyə  verib,  icarə  müddəti 

əsnasında  ölsələr,  icarə  batil  olur.  İcarəçinin  bütün  icarə 

müddətinin  haqqını  verdiyi  təqdirdə,  onların  öldüyü  müddətdən 

başlayaraq,  icarə  vaxtının  axrınadək  olan  icarə  haqqını,  onların 

malından götürəcəkdir.  

Məsələ  2697:  Əgər  vəqf  olunan  mülk  xarab  olsa,  vəqflikdən 

çıxmayır.  



Məsələ  2698: Müəyyən miqdarı vəqf olan və onun bir qədəri 

də  vəqf  olmayan  bir  mülk  bölünməyibsə,  şəriət  hakimi  və  ya 

vəqfin  mütəvəllisi,  oranın  haqqında  məlumatı  olan  şəxslərin 

nəzərinə əsasən vəqf payını, oradan ayıra bilər. 



Məsələ  2699:  Əgər  vəqfin  mütəvəllisi  xəyanət  etsə  və  onun 

gəlirini müəyyən olunduğu yerlərə xərcləməsə, şəri-hakim, əmin 

bir mütəvəlli onun yerinə təyin etsin.  

Məsələ  2700:  Hüseyniyyə  üçün  vəqf  olunan  xalçanı,  namaz 

üçün məscidə (hətta onun yaxınlığına da olsa) aparmaq olmaz.  



Məsələ  2701:  Əgər  bir  mülkü  müəyyən  bir  məscidin  təmiri 

üçün vəqf etsələr, bu halda o məscidin təmirə ehtiyacı olmasa və 

bir  müddət  də  təmirə  ehtiyacı  olmayacağına  ehtimal  verilsə,  o 

mülkün gəlirini, təmirə ehtiyacı olan məsçidə sərf edə bilərlər. 



Məsələ  2702:  Əgər  bir  mülkün  gəlirinin  məscidin  təmirinə, 

imam-camaata  və  məsciddə  azan  deyən  şəxsə  xərclənməsi  üçün 

vəqf  etsə,  əgər  hər  biri  üçün  bir  miqdar  müəyyən  etmiş  olsa, 

gərək həmin cür xərcləsinlər. Əgər təyin etməyibsə, gərək əvvəl 

məscidi təmir etsinlər, əgər bir şey artıq qalarsa, imam-camaatla, 

azan  deyənin  arasında  bərabər  şəkildə  bölsünlər.  Yaxşısı  budur 

ki, bu iki nəfər öz aralarında bölən zaman razılaşsınlar. 

 



552        

VƏSİYYƏTİN HÖKMLƏRİ 

 

VƏSİYYƏTİN HÖKMLƏRİ 

Məsələ 2703: Vəsiyyət odur ki, insan ölümündən sonra, onun 

üçün  müəyyən  işlər  görülməsini,  yaxud  malından  bir  şeyi 

başqasının mülkünə keçirilməsini tapşırsın. Yaxud da, öz övladı 

və  ya  ixtiyarında  olan  şəxslər  üçün  qəyyum  və  himayəçi  təyin 

etsin. Vəsiyyət edilən şəxsə, “vəsi” deyilir. 

Məsələ  2704:  Əgər danışa bilməyən şəxs, işarə ilə məqsədini 

anlada  bilərsə,  hər  iş  üçün  vəsiyyət  edə  bilər.  Danışa  bilən  şəxs 

də, əgər işarə ilə məqsədini anlada bilsə, vəsiyyət edə bilər. İstər 

böyük işlər üçün olsun, istərsə də dəyəri az olan kiçik işlər üçün 

olunan vəsiyyət səhihdir. 

Məsələ 2705: Əgər meyyitin imzası və ya möhrü olan bir yazı 

görsələr,  onun  məqsədini  çatdırarsa  və  vəsiyyət  üçün  olduğu 

məlum olsa, gərək ona əsasən əməl etsinlər.  

Məsələ 2706: Vəsiyyət edən şəxs, gərək baliğ və ağıllı olsun, 

ixtiyar  üzündən  vəsiyyət  etsin,  səfeh  olmasın.  Yəni,  öz  malını 

mənasız  işlərdə  sərf  etməsin.  Amma  baliğ  olmaq  vəsiyyətin 

düzgün olma şərti deyil. On yaşı tamam olmuş və xeyirli yolları 

və işləri bilən uşağ, xeyriyyə işlər üçün vəsiyyət edə bilər. 

Məsələ  2707:  Əgər  bir  şəxs,  özünə  qəsd  məqsədi  ilə  özünü 

öldürməyə  cəhd  etsə,  məsələn:  özünü  yaralasa  və  ya  zəhər  içsə, 

əgər  malından  bir  miqdarının  xərc  olunmasına  vəsiyyət  etsə, 

vəsiyyəti  səhih  deyildir.  Əgər  özünə  qəsd  etmək  fikrində  olub 

vəsiyyət etsə və sonra bu işlərə əl atıbsa, vəsiyyəti səhihdir. 

Məsələ 2708: Əgər insan, bir şeyin birinə verilməsini vəsiyyət 

etsə,  o  şəxs,  vəsiyyət  edənin  həyatda  olduğu  zaman  və  ya  onun 

ölümündən  sonra  vəsiyyəti  rədd  etməsə,  ona  malik  olur.  Əgər 

onun  həyatda  olduğu  zaman  rədd  etsə,  istər  qəbul  etmiş  olsun 

istərsədə qəbul etməmiş, vəsiyyət batil olur. 

Məsələ 2709: İnsan ölüm nişanələrini özündə gördüyü zaman, 

gərək  dərhal  camaatın  əmanətlərini  sahiblərinə  qaytarsın.  Əgər 




İzahlı şəriət hökmləri

       553 

 

camaata borcludursa və borcu vermək vaxtı çatıbsa, gərək versin. 



Əgər  özü  verə  bilməsə  və  ya  borcun  vaxtı  çatmasa  gərək 

vəsiyyət  etsin  və  vəsiyyətinə  şahid  tutsun.  Amma  onun  borcu 

məlum  olsa,  yaxud  sənəd  etibarlı  olsa  vəsiyyət  etmək  lazım 

deyildir.  



Məsələ  2710:  Ölüm  nişanələrini  özündə  görən  şəxs  xüms, 

zəkat  və  boynunda  məzalim

1

 varsa,  gərək  dərhal  versin.  Əgər 



verə  bilməzsə;  özünün  malı  varsa  və  ya  bir  şəxsin  onu 

verəcəklərinə  ehtimal  versə,  gərək  vəsiyyət  etsin.  Həmçinin, 

həcc ona vacib olarsa, (eyni qayda ilə). 

Məsələ6  2711:  Ölümün  nişanələrini  özündə  görən  şəxs,  əgər 

qəza  namaz  və  ya  orucu  varsa,  gərək  malından,  onlar  üçün  əcir 

tutulmasına vəsiyyət etsin. Əgər malı olmazsa və onların heç bir 

şeysiz  (zəhmət  haqqı  almadan)  yerinə  yetirilməsinə  ehtimal 

versə, yenədə vacibdir ki, vəsiyyət etsin. Əgər qəza namaz və ya 

orucu  1399-1407-ci  məsələlərdə  deyidiyi  təfsilat  ilə  böyük 

oğluna  vacib  olsa,  gərək  ona  xəbər  versinlər  və  ya  yerinə 

yetirilməsinə vəsiyyət etsin. 



Məsələ  2712:  O  şəxs  ki,  ölümün  nişanələrini  özündə  görür, 

əgər birində malı varsa və ya bir yerdə gizlədib ki, vərəsə (onun 

yerini)  bilməyir,  bu  bilməməzlik  vasitəsilə  onların  haqqı  itərsə, 

gərək  onlara  məlumat  versin.  Özünün  kiçik  uşaqları  üçün 

qəyyim və himayəçi təyin etməsi, lazım deyil. Amma qəyyim və 

himayəçi  olmadığı  təqdirdə  onların  haqqı  tapdalana  bilərsə, 

gərək onlar üçün əmin himayəçi təyin etsin. 

Məsələ  2713:  Vəsiyyət  edilən  şəxs  müsəlman,  baliğ,  aqil, 

əmin və etimadlı olmalıdır. 



Məsələ 2714: Əgər bir şəxs, özünə bir neçə vəsi təyin edərsə, 

həmçinin,  onların  hər  birinin  ayrıca  vəsiyyətə  əməl  etməsinə 

                                              

1

 İnsanın  boynunda  olan  və  sahibini  tanımadığı,  yaxud  sahibini  tapa 



bilmədiyi şeylər.  


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə