Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə194/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   190   191   192   193   194   195   196   197   ...   209

İzahlı şəriət hökmləri

       577 

 

beytul-maldan  versinlər.  Zindanda  oğurluq  edərsə,  gərək  onu 



öldürsünlər. 

 



578        

DİYƏNİN HÖKMLƏRİ 

 

DİYƏNİN HÖKMLƏRİ 

Məsələ  2808:  Əgər  baliğ  və  aqil  bir  şəxs,  qəsdən  və  haqsız 

olaraq  müsəlmanı  öldürərsə,  ölən  kişi  və  ya  oğlan  olsa 

öldürülənin  vəsisi,  qatili  bağışlaya  və  ya  ölddürə  bilər.  Əgər 

öldürülmüş  şəxs  kafirdirsə  və  onun  qatili  müsəlmandırsa, 

müsəlmanı  öldürmək  olmaz.  Əgər  öldürülən  müsəlman  qadın 

yaxud  qızdırsa,  onun  müsəlman  qatilini  öldürmək  olar,  lakin 

qatil  müsəlman  kişidirsə  gərək  diyənin  yarısını,  oldürənin 

vəlisinə  versinlər.  Əgər  qatil  dəli  və  ya  balığ  deyilsə,  mütləq 

olaraq, gərək diyə versinlər. Onun diyəsi aqiləyədir ki, sonradan 

izah olunacaqdır. Həmçinin ölənin vəlisi tərəflərin razı olduqları 

miqdarda  qatildən  diyə  ala  bilər.  Amma  onlar  şəriətdə  təyin 

olunmuş  diyəyə  razı  olsalar,  şəri  diyələrin  miqdarı  müxtəlif 

olduğuna  görə,  onun  miqdarını  təyin  etməyin  ixtiyarı  qatilin 

öhdəsindədir.  Hər  biri  onun  üçün  asan  olsa  onu  seçə  bilər. 

Deməli  digərlərinə  nisbətən  qiyməti  az  olan  gümüşün  qiymətini 

verə  bilər.  Amma  səhvən  (məhz  səhv  üzündən)  öldürərsə, 

məsələn:  bir  heyvana  atdığı  güllə,  başqasını  öldürsə,  ölənin 

vəsisinin, onu öldürməyə haqqı yoxdur. Amma aqilə yəni qatilin 

ata  tərəfindən  olan  yaxınlarından  və  qohumlarından  diyə  ala 

bilər.  Onlar  vermədiyi  təqdirdə  qatilin  özündən  diyə  alsın. 

Amma  qəsdə  oxşar,  səhv  üzündən  öldürərsə,  məsələn:  bir  şəxs, 

adətən  öldürücü  olmayan  alətlə,  başqasını  vursa  və  öldürmək 

məqsədi  də  olmadığı  halda,  təsadüfən  öldürsə,  ölənin  vəsisinin, 

onu öldürməyə haqqı yoxdur. Qatil gərək diyə versin. 



Məsələ  2809:  Azad  müsəlman kişini öldürən qatilin verəcəyi 

diyə, (öldürülmüş, müsəlman kişidirsə,) altı şeydən biridir: 

1-Altı  yaşa  daxil  olmuş  yüz  baş  dəvə.  Bu  hökm,  qəsdən 

öldürmənindir. Səhvən və qəsdə oxşar olan halda, dəvələrin yaşı 

bundan az olcaq.  

2-İki yüz inək. 




İzahlı şəriət hökmləri

       579 

 

3-Min qoyun. 



4-İki  yüz  hellə  (geyim).  Hər  bir  hellə  iki  qat  parçadır,  daha 

yaxşı olar Yəməndə toxunan parça olsun. 

5-Min  (şəri)  misqal  qızıl  sikkə.  Onun  hər  bir  misqalı,  18 

noxud həcmindədir.  

6-On  min  dirhəm.  Onun  hər  biri,  on  ikidə  alti  (12/6)  noxud 

gümüş sikkədir.  

Əgər  ölən  müsəlman  və  azad  qadındırsa  onun  diyəsi  bu  altı 

şeyin  hər  birində  müsəlman  kişinin  diyəsinnin  yarısı  qədərdir. 

Zimmi  kafirin  diyəsi;  kişidirsə,  səkkiz  yüz  dirhəm,  qadındırsa, 

dörd yüz dirhəmdir. Qeyri-zimmi kafirin diyəsi yoxdur. 



Məsələ  2810:  Bəzi  şeylərin  diyəsinin  miqdarı,  yuxarıdqakı 

məsələlərdə deyilən qətlin diyəsi qədərdir: 

1-Bir  şəxsin  iki  gözünü  kor  edən  və  ya  göz  qapaqların  hər 

dördünü  sıradan  çıxaran,  (qətl  diyəsi  versin).  Əgər  bir  gözünü 

kor etsə, qətl diyəsinin yarısı qədər diyə versin. 

2-Bir  şəxsin  iki  qulağını  kəsərsə  və  ya  hər  iki  qulağın  kar 

olmasına  səbəb  olan  iş  görsə  (qətl  diyəsi  versin).  Əgər  bir 

qulağını kəsərsə və ya kar edərsə, gərək öldürməyin yarısı qədər 

diyə  versin.  Qulağın  (aşağı)  yumuşaq  hissəsini  kəsərsə, 

öldürümə diyəsinin üçdə biri qədər diyə versin. 

3-Bütün  burnu  və  ya  aşağı  (yumşaq)  hissəni  kəsərsə, 

(öldürülənin diyəsini versin). 

4-Bir  şəxsin  dilini  dibdən  kəsərsə,  (öldürmə  diyəsi 

verməlidir).  Əgər  onun  bəzi  hissəsini  kəsərsə,  hərfləri 

tələffüzünə  diqqət  etməklə,  dilin  nə  qədər  kəsildiyini  müəyyən 

etmək  lazımdır  və  bütöv  diyəni,  hərfin  tələffüzündə  yaranan 

nöqsana  görə  bölüb  o  miqdarını  verəməlidir.  Daha  yaxşı  olar 

dilin  ölçüsünü  nəzərə  alıb  görsün  nəqədəri  vacib  olur  (yəni 

yarısı,  üçdə  biri,  dördə  biri  və  bunun  kimi  hesab  edib  görsün 

nəqədəri vacib olur) hansı çoxdursa, onu versinlər. 




580        

DİYƏNİN HÖKMLƏRİ 

 

5-Birinin  bütün  dişlərini  sıradan  çıxararsa,  (öldürmə  diyəsi 



verməlidir).  Dişləri  düşən  şəxs  kişi  olarsa  və  dişlərinin  bəziləri 

düşərsə ağızda olan on iki qabaq dişlərin hər biri üçün, beş yüz 

dirhəm  diyə  verməlidir.  Qalan  on  səkkiz  dişin  hər  biri  üçün  iki 

yüz  əlli  dirhəm  diyə  versin.  Qadının  diyəsi,  kişinin  diyəsinin 

üçdə birə çatınca, bərabərdir. Üçdə birdən keçdikdən sonra, onun 

dişlərinin diyəsi, kişinin dişinin diyəsinin yarısı qədərdir. 

6-Bir  şəxsin  hər  iki  əlini  biləkdən  kəsərsə,  öldurmə  diyəsi 

verməlidir.  Əgər  bir  əlini  biləkdən  kəsərsə,  onun  diyəsi 

öldürməyin yarısı qədərdir. 

7-Bir  şəxsin  on  barmağını  kəsərsə  öldürmənin  diyəsini 

verməlidir.  Şəhadət  barmağının  (baş  barmağın  yanındakı 

barmaq)  diyəsi,  əlin  diyəsinin  üçdə  biri  qədərdir.  Digər 

barmaqların  diyəsi  əlin  diyəsinin  altıda  biri  qədərdir.  Qadının 

diyəsi üçdə birə çatsa, kişinin diyəsinin yarsı qədərdir.  

8-Qadının hər iki döşünü kəsərsə, öldurmə diyəsi verməlidir. 

Əgər  bir  döşünü  kəsərsə,  gərək  öldürməyin  yarısı  qədər  diyə 

versin. 

9-Bir şəxsin hər iki ayaqlarını, qatlanacağadək kəsərsə, yaxud 

ayaq barmaqlarının onunu da kəsərsə, öldurmə diyəsi verməlidir. 

Ayağın hər bir barmağın diyəsi əlin barmağının diyəsi qədərdir. 

10-Kişinin  yumurtalıqlarını  sıradan  çıxaran,  öldurmə  diyəsi 

verməlidir. 

11-Bir şəxsə, ağlını itirəcək şəkildə xəsarət yetirməyin diyəsi, 

öldurməyin diyəsi qədərdir. 

12-Birinin  belini,  heç  vaxt  düzəlməyəcək  şəkildə  sındırarsa, 

onun  diyəsi,  öldürmənin  diyəsi  qədərdir.  Ehtiyat  budur  ki, 

razılaşsınlar. 

Məsələ  2811:  Əgər  səhvən  bir  şəxsi  öldürsə,  (2808-ci 

məsələdə  qeyd  olunduğu  kimi)  onun  diyəsini  verməkdən  əlavə 

gərək bir qul azad etsin, əgər qul azad edə bilməsə iki ay ardıcıl 

oruc  tutsun,  əgər  bunu  da  bacarmasa,  altımış  fəqiri  doyursun. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   190   191   192   193   194   195   196   197   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə