Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə192/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   188   189   190   191   192   193   194   195   ...   209

570        

İRSİN HÖKMLƏRİ 

 

Məsələ  2777:  Əgər  ölünün  varisi  dayı  və  ya  ana  tərəfindən 

xalası, yaxud ata-ana və  ya ata tərəfindən olan bir neçə dayı və 

xalası, ya da əmi və bibi olsa, malı üç qismə bölürlər. Onun iki 

hissəsini,  yuxarıda  deyildiyi  kimi,  əmi  və  bibi,  öz  aralarında 

bölürlər. Deməli, əgər ölünün bir dayı və ya ana tərəfindən xalası 

varsa, onun ikinci hissəsini, altı qismə bölürlər; bir hissəsini ana 

tərəfindən  olan  dayıya  və  ya  xalaya,  qalanı,  ata-ana  tərfindən 

olan və  ya ata tərəfindən olan dayı və xalaya verirlər. Onlar da, 

onu bərabər şəkildə bölürlər. Ehtiyata görə, bölüşmə zamanı bir-

birləri  ilə  razılığa  gəlsinlər.  Əgər  ana  tərəfindən  olan  bir  neçə 

dayı və ya ana tərəfindən olan xalası, yaxud həm ana tərəfindən 

olan dayısı, həm də, ana tərəfindən xalası varsa, o bir hissəni üç 

hissəyə  bölürlər,  bir  hissəsini  ana  tərəfdən  olan  dayıları  və 

xalaları,  öz  aralarında  bərabər  şəkildə  bölürlər.  Qalanı,  ata-ana 

tərəfindən olan və ya ata tərəfindən olan dayı və xalaya verirlər. 

Onlar  da,  onu  öz  aralarında  bərabər  şəkildə  bölürlər.  Ehtiyata 

görə, bölmə zamanı bir-birləiə razılaşsınlar. 

Məsələ 2778: Əgər ölününün əmi, dayı və xalası olmasa, irsin 

əmi və bibiyə çatan miqdarı, onların övladlarına; dayı və xalaya 

çatan miqdarı da, onların övladlarına verilir. 

Məsələ  2779:  Əgər  ölünün  varisi,  atatsınin  əmi,  bibi,  dayı 

xalası və anansının əmi, bibi, dayı və xalasıdırsa, malı üç qismə 

bölürlər;  onun  bir  hissəsini  əmi,  bibi,  dayı  və  anasının  xalası, 

aralarında  bərabər  şəkildə  bölüşdürürlər.  Digər  iki  hissəni  üç 

hissəyə  bölürlər,  bir  hissəsini  atanın  dayı  və  xalası  aralarında 

bərabər  şəkildə  bölürlər.  Qalan  iki  hissə  isə,  əmi  və  ölünün 

atasının bibisinə verirlər. Əmiyə, bibinin iki misli qədər irs çatır. 

ƏR VƏ ARVADIN İRSİ 

Məsələ 2780: Əgər daimi olan arvad ölərsə və övladı olmasa, 

bütün  malın  yarısını  ərə,  qalanı  digər  vərəsəyə  çatır.  Əgər  o 




İzahlı şəriət hökmləri

       571 

 

ərdən və ya başqa ərdən övladı varsa, bütün malın dördə biri ərə, 



qalanı digər vərəsəyə çatır. 

Məsələ  2781:  Əgər  bir  kişi  ölsə  və  övladı  olmasa,  malının 

dörddə biri arvadına, qalanı isə başqa vərəsələrə çatacaq. Əgər o 

qadından  ya  başqa  qadından  övladı  olsa,  malının  səkkizdə  biri 

arvadına,  qalanı  isə  başqa  vərəsələrə  çatacaq.  Qadın  evin 

yerindən, nə yerin özündən, nə də onun qiymətindən irs aparmır. 

Ehtiyat-müstəhəb  budur  ki,  bağ,  əkin  və  digər  yerlərin 

torpaqlarında  vərəsələr  ilə  razılaşsınlar.  Həmçinin  bina  və  ağac 

kimi havada (torpaqdan yuxarı) olan malın özündən irs aparmır, 

ancaq  onun  qiymətindən  irs  aparır.  Həmçinin,  bağda,  əkin 

sahəsində  və  başqa  yerlərdə  olan  ağac,  əkin  və  evlərdən  irs 

aparmasına  baxmayaraq,  onun  bunlardan  və  qiymətlərindən  irs 

aparması  işkallıdır.  Ehtiyat-vacib  budur  ki,  bunlarda  digər 

vərəsələr ilə razılaşsın.  

Məsələ  2782:  Əgər  qadın  irs  aparmadığı  şeylərdən,  məsələn; 

məskunlaşmış  evin  yerini  istifadə  etmək  istəsə,  gərək  başqa 

vərəsədən  icazə  alsın.  Həmçinin,  ehtiyat-vacib  budur  ki, 

vərəsələr  arvadın  payını  verməmiş,  arvadın  qiymətindən  irs 

apara  biləcəyi  şeylərdən  məsələn;  bina  və  ağac  kimi,  onun 

icazəsi  olmadan  istifadə  etməsinlər.  Əgər  arvadın  irs  payı 

verilməzdən əvvəl bunları satarsa, arvad icazə versə, səhih, icazə 

vermədiyi halda isə batildir. 



Məsələ  2783:  Bina,  ağac  və  buna  bənzər  şeylərin  qiymətini 

müəyyən  etmək  istərlərsə,  dəyər  müəyyən  edən  mütəxəssislərin 

etdiyi kimi, onların olduqları yerin xüsusiyyətini nəzərə almadan 

nə  qədər  qiymət  daşıdıqlarını  hesab  etməlidirlər.  Onları  yerdən 

qoparılmış  fərz  edərək  qiymət  qoymasınlar.  Yaxud  onları 

kirayəsiz  və  ya  kirayəli  olaraq  o  yerdə  qalıb  aradan  gedəcəkləri 

şəkildə qiymət qoymasınlar. 



572        

İRSİN HÖKMLƏRİ 

 

Məsələ  2784:  Su  kanalı  yeri  və  bunun  kimi  yerlər,  yer 

hökmündədir.  Kərpic  və  tikintidə  istifadə  olan  şeylər,  bina 

hökmündədir. 

Məsələ  2785:  Əgər  ölünün,  birdən  çox  arvadı  varsa,  övladı 

olmadığı halda  malın dördə biri, övladı olduğu halda isə, malın 

səkkizdə  biri,  deyilmiş  şərhlə,  onun  əqdində  olan  arvadların 

arasında,  (onların  heç  biri  və  ya  bəzisi  ilə  yaxınlıq  etməsə  də,) 

bərabər  şəkildə  bölünməlidir.  Amma  ölümünə  səbəb  olan 

xəstəlik zamanı bir qadını əqd etsə və onunla yaxınlıq etməsə, o 

qadına irs çatmır və mehr haqqı da yoxdur.  

Məsələ  2786:  Əgər  qadın  xəstəlik  halında  ərə  getsə  və  o 

xəstəliklə  də  ölərsə,  əri  onunla  yaxınlıq  etməsə  belə,  ondan  irs 

aparır. 

Məsələ  2787:  Əgər  arvada,  təlaq  hökmlərində  deyildiyi  kimi 

“rici  təlaq”  verərlərsə  və  iddə  halında  ölərsə,  ərinə  ondan  irs 

çatır. Həmçinin, arvadın iddəsi zamanı əri ölərsə, onun arvadına 

irs çatır. Amma “rici iddənin” vaxtı bittikdən sonra və  ya “bain 

təlaqın”  iddəsi  zamanı  onlardan  biri  ölərsə,  digərinə  ondan  irs 

çatmır. 


Məsələ 2788: Əgər ər, xəstəlik halında arvadını boşayarsa, on 

iki ay (mah hilali) keçməzdən əvvəl ölərsə, arvad üç şərtlə ondan 

irs ararır: 

Birinci; bu müddət ərzində başqa ərə getməsin. 

İkinci; ərinə meyli olmadığına görə, təlaq verməyə razı etmək 

üçün,  ona  bir  mal  verməmiş  olsun.  Ərinə  bir  şey  verməsə  də, 

boşanma,  arvadın  razılığı  ilə  olarsa,  yenədə  irs  aparması, 

işkallıdır. 

Üçüncü;  ər,  xəstə  olduğu  halda  arvadına  təlaq  versə,  o 

xəstəliklə  və  ya  başqa  səbəbə  görə  ölərsə,  (arvad  irs  aparır). 

Deməli,  əgər  o  xəstəlikdən  sağalarsa  və  başqa  səbəbə  görə 

dünyadan gedərsə, onun arvadına irs çatmır. 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə