Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə188/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   184   185   186   187   188   189   190   191   ...   209

İzahlı şəriət hökmləri

       557 

 

vərəsələr də, onun vəsiyyətinə əməl olunmasına icazə versələr, o 



öləndən sonra icazə vermək fikrindən dönə bilməzlər. 

Məsələ  2732:  Əgər  bir  nəfər,  onun  malının  üçdə  birindən 

xüms, zəkat, yaxud başqa borclarının verilməsini, həmçinin qəza 

namaz-orucları  üçün  əcir  tutulmasını  və  müəyyən  müstəhəb 

əməlləri  də  məsələn:  fəqirə  təam  vermək  kimi,  yerinə 

yetiriilməsini vəsiyyət etsə, bu halda əvvəlcə borcu onun malının 

üçdə  birinndən  verməlidirlər.  Əgər  artıq  olsa,  onun  namaz  və 

orucu  üçün  əcir  tutsunlar.  Əgər  ondan  da  artıq  olsa,  müəyyən 

etdiyi müstəhəb işlərə sərf etsinlər. Əgər onun malınin üçdə biri, 

təkcə onun borclarını ödəyəcək qədər olsa, vərəsə də, malın üçdə 

birindən  artıq  xərc  olunmasına  icazə  verməsə,  namaz,  oruc  və 

müstəhəb işlər üçün olan vəsiyyət batildir. 

Məsələ  2733:  Əgər  borcunun  verilməsini  və  qəza  namaz-

orucları üçün əcir tutulmasını, həmçinin müstəhəb iş görülməsini 

vəsiyyət  etsə,  bu  halda  onların,  malın  üçdə  birindən  edilməsini 

vəsiyyət  etməsə,  borcunu  malın  əslindən  verməlidirlər.  Əgər 

artıq  qalsa,  onun  üçdə  birini  namaz,  oruc  və  müəyyən  etdiyi 

müsthəb  işlərə  sərf  etməlidirlər.  Amma  üçdə  biri  çatmasa,  bu 

halda  vərəsələr  icazə  versələr,  vəsiyyəti  əməli  olaraq  həyata 

keçirilməlidir. Əgər icazə verməsələr, namaz-orucları üçün malın 

üçdə  birindən  verməli,  artıq  qalarsa,  müəyyən  etdiyi  müstəhəb 

işlərə sərf etməlidirlər. 



Məsələ  2734:  Əgər bir şəxs, deyə ki, ölü vəsiyyət edibdir ki, 

filan  məbləği  mənə  versinlər,  əgər  iki  adil  kişi  onun  dediyini 

təsdiq etsələr və ya and içsə və bir adil kişi onun dediyini təsdiq 

etsə,  yaxud  bir  adil  kişi  və  iki  adil  qadın,  ya  da  dörd  adil  qadın 

onun  dediyinə  şəhadət  versələr,  gərək  onun  dediyi  miqdarı  ona 

versinlər.  Əgər  bir  adil  qadın  şəhadət  versə,  tələb  etdiyinin 

dörddə  birini  ona  versinlər.  Əgər  iki  adil  qadın  şəhadət  versə, 

onun yarsını, əgər üç adil qadın şəhadət versə, gərək dördə üçünü 

ona versinlər. Əgər iki zimmi kafir kişi öz dinlərində adildirlərsə, 



558        

VƏSİYYƏTİN HÖKMLƏRİ 

 

onun  dediyinə  şəhadət  versələr;  (ölünün  vəsiyyət  etdiyi  zaman 



adil  kişi  və  qadının  olmadığına  görə,  çarəsiz  qalıb  onlara 

vəsiyyət  etdiyi  surətdə)  gərək  vəsiyyətə  əməl  olunsun  və  onun 

tələbi ona verilsin. 

Məsələ 2735: Əgər bir şəxs, “mən ölünün vəsisiyəm və onun 

malından  istifadə  etməyi,  mənə  tapşırıb”  desə  və  ya  “məni  öz 

uşaqlarına  qəyyum  təyin  edib,”  desə  iki  adil  kişi  onu  təstiq 

edəcəyi təqdirdə, gərək onun sözü qəbul olunsun. 



Məsələ  2736:  Əgər  müəyyən  şeyin,  bir  şəxsə  verilməsini 

vəsiyyət  etsə,  o  kəs  də  vəsiyyəti  qəbul,  yaxud  rədd  etməmişdən 

qabaq  ölsə,  onun  vərəsələri  vəsiyyəti  rədd  etməyincə,  o  şeyləri 

qəbul  edə  bilərlər.  Bu  şərtlə  ki,  vəsiyyət  edən,  öz  fikrindən 

dönməsin. Əks təqdirdə, o şeydə haqqları yoxdur. 

 



İzahlı şəriət hökmləri

       559 

 

İRSİN HÖKMLƏRİ 

Məsələ  2737:  Qohumluq  vasitəsilə  irs  aparan  şəxslər  üç 

dəstədir: 



Birinci  dəstə:  Ata,  ana  və  meyitin  övladı.  Övlad  olmadığı 

halda, övladın övladı və hər nə qədər aşağı getsə. Bunlardan hər 

hansı  meyyitə  daha  yaxındırsa,  irs,  ona  çatır.  Bu  dəsətdən  bir 

nəfər olduğu halda, ikinci dəstəyə irs düşmür. 



İkinci dəstə: “Cədd”, yəni, baba və “Cəddə” yəni, nənə və hər 

nə  qədər  yuxarı  getsələr;  qardaş  və  bacı;  qardaş  və  bacı 

olmadıqda,  onların  övladlarına;  onlardan,  meyyitə  daha  yaxın 

olan,  irs  aparır.  Bu  dəstədən  bir  nəfər  olduğu  halda,  üçüncü 

dəstəyə irs çatmır. 

Üçüncü  dəstə:  Əmi,  bibi,  dayı,  xala  və  onların  övladlarıdır. 

Meyyitin əmilərindən, bibilərindən, dayılarından və xalalarından 

biri həyatda olduğu halda, onların övladlarına irs çatmır.  Amma 

meyyitin  ata  tərəfdən  olan  əmisi,  yaxud  atasının  ya  da  anasının 

əmisi  oğlu  varsa  irs  ata-anasının  əmisi  oğluna  çatır.  Atasının 

əmisinə irs çatmır. 



Məsələ  2738:  Əgər  meyyitin  özünün  əmi,  bibi,  xala,  onların 

övladları  və  övladlarının  övladları  olmasalar,  meyyitin  ata  və 

anasının əmi, bibi, dayı və xalası irsə sahib olurlar. Əgər bunlar 

olmasalar, meyyitin baba və nənəsinin əmi, bibi, dayı və xalsına 

və onlar da olmasa, onların övladlarına irs çatır. 

Məsələ  2739:  Ər  və  arvad  2780-cı  məsələdə  deyiləcəyi 

şəkildə, bir-birlərindən irs aparırlar. 



BİRİNCİ DƏSTƏNİN İRSİ 

Məsələ 2740: Əgər meyyitin varisi, təkcə birinci dəstədən bir 

nəfərdirsə,  məsələn:  ata  və  ya  ana,  yaxud  bir  oğul  və  ya  bir  qız 

olsa, meyyitin bütün malı, ona çatır. Əgər neçə oğlan və ya neçə 

qız  olarsa,  bütün  mal  bərabər  şəkildə  onların  arasında  bölünür. 




560        

İRSİN HÖKMLƏRİ 

 

Əgər bir oğlan və bir qızdırsa, malı üç qısmə bölüb, iki qismini 



oğlana  və  bir  qismini  qıza  verilir.  Əgər  neçə  oğlan  və  neçə  qız 

olsalar, hər oğlan, qıza nisbətən iki dəfə artıq ala biləcək şəkildə, 

mal bölünür. 

Məsələ 2741: Əgər meyyitin varisi, təkcə onun ata-anasıdırsa, 

mal  üç  hissəyə  bölünür;  iki  hissəsi  ataya  və  bir  hissəsi  anaya 

çatır.  Amma  meyyitin  iki  qardaşı  və  ya  dörd  bacısı  və  ya  bir 

qardaşı  və  bir  bacısı  varsa  ki,  hamısının  atası  birdir,  (atalarının 

bir  olmasının  mənası  odur  ki,  onların  və  meyyitin  atası  bir 

olsun),  istər  anaları,  meyyitin  anası  olsun  və  ya  olmasın, 

meyyitin  ata  və  anası  olduğu  halda,  onlara  irs  çatmır.  Amma 

onlar olarsa, ana altıda bir irs aparır və qalanı ataya verilir. 



Məsələ  2742:  Əgər  meyyitin  varisi  təkcə  ata-ana  və  bir  qız 

olsa,  əgər  meyyitin  iki  qardaş  və  ya  dörd  bacısı,  yaxud  bir 

qardaşı  və  bir  bacısı  (atadan  bir)  olmasa,  mal  beş  hissəyə 

bölünür;  ata  və  ana  hər  biri,  onun  bir  hissəsini  və  qız  onun  üç 

hissəsini  aparır.  Əgər  iki  qardaş  və  ya  dörd  bacı,  yaxud  bir 

qardaş  və  iki  bacısı  (atadan  bir)  olsa,  mal  altı  hissəyə  bölünür, 

ata  ananın  hər  biri  bir  hissə  və  qıza  üç  hissə  çatır.  Qalan  ikidə 

biri  dörd  yerə  bölüb,  bir  hissəsini  ataya,  üç  hissəsini  isə,  qıza 

verirlər.  Məsələn:  meyyitin  malını  24  hissəyə  bölsələr,  onun  15 

hissəsini qıza, 5 hissəsini ataya və dörd hissəsini anaya verirlər. 



Məsələ  2743:  Əgər  meyyitin  varisi  təkcə  ata-ana  və  bir  oğlu 

olsa,  malı  altı  hissəyə  bölürlər;  ata-ananın  hər  biri  bir  hissə, 

oğlan  dörd  hissə  aparır.  Əgər  bir  neçə  oğlan  və  bir  neçə  qız 

olarsa,  o  dörd  hissəni  onların  arasında  bərabər  şəkildə  bölürlər. 

Əgər  oğlan  və  qız  olsalar,  o  dörd  hissəni,  hər  oğlana,  qıza 

düşənin iki bərabəri düşəcək şəkildə bölürlər. 



Məsələ  2744:  Əgər  meyyitin  varisi  təkcə  ata  və  bir  oğlan  və 

ya  ana  və bir oğlan olarsa,  malı altı hissəyə  bölürlər;  bir hissəsi 

ata və ya anaya, beş hissəsini isə oğlana verirlər. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə