Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə187/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   183   184   185   186   187   188   189   190   ...   209

554        

VƏSİYYƏTİN HÖKMLƏRİ 

 

icazə versə, o vəsiyyəti həyata keçirəndə, onların bir-birlərindən 



icazə  alması  lazım  deyil.  Əgər  icazə  verməzsə,  onların  birlikdə 

vəsiyyəti  yerinə  yermələrini  desə  və  ya  deməsə  gərək  bir-

birlərinin  nəzəri  ilə  vəsiyyətə  əməl  etsinlər.  Əgər  birlikdə 

vəsiyyətə  əməl  etmələrinə  razılaşmasalar,  şəri  hakim  onları 

məcbur  edəcək  ki,  digərənin  nəzəri  ilə,  razılığa  gəlsinlər.  Əgər 

itaət etməsələr, onların yerinə başqalarını təyin edəcək.  



Məsələ  2715:  Əgər insan öz vəsiyyətindən dönərsə, məsələn: 

“malının  üçdə  birini,  bir  şəxsə  versinlər”  dedikdən  sonra, 

“verməsinlər”  deyərsə,  vəsiyyət  batil  olur.  Əgər  öz  vəsiyyətini 

dəyişə, məsələn: uşaqları üçün müəyyən etdiyi qəyyumun yerinə 

başqasını təyin edərsə, birinci vəsiyyəti batil olur və gərək ikinci 

vəsiyyətinə əməl etsinlər. 



Məsələ  2716:  Əgər bir əməl vəsitəsilə, özünün vəsiyyətindən 

döndüyünü bildirsə,  məsələn: birinə vəsiyyət  etdiyi bir evi satsa 

və ya başqa birini, onu satmaq üçün vəkil etsə, vəsiyyət batildir. 

Məsələ  2717:  Əgər  bir  şəxs,  müəyyən  bir  şeyin  bir  şəxsə 

verilməsini  vəsiyyət  etdikdən  sonra,  onun  yarsının,  başqasına 

verilməsini  vəsiyyət  etsə,  gərək  o  şeyi  ikiyə  bölüb,  onların  hər 

birinə, onun bir hissəsini versinlər. 



Məsələ  2718:  Bir  şəxs  ölümünə  səbəb  olan  bir  xəstəlik 

halında,  malının  bir  qismini  bir  şəxsə  bağışlasa  və  ölümündən 

sonra  da  bir  miqdarının  başqasına  verilməsini  vəsiyyət  edərsə, 

2264-ci  məsələdə  qeyd  edildiyi  kimi,  gərək  bağışladığı  malı 

özündən  sonra  qalacaq  malından  ayırsın.  Amma  vəsiyyət  etdiyi 

malı, malın üçdə birindən çıxartsın.  



Məsələ  2719:  Əgər  malının  üçdə  birinin  satılmamasını  və 

ondan gələn gəlirin müəyyən yerlərə xərclənməsini vəsiyyət etsə

gərək onun dediyinə uyğun əməl olunsun. 

Məsələ  2720:  Əgər  ölümünə  səbəb  olan  xəstəlik  halında 

başqa birinə bir miqdar, borclu olduğunu desə, belə ki, “bu sözü 

vərəsəyə ziyan vurmaq üçün söyləmişdir” deyə ittiham edilərsə, 



İzahlı şəriət hökmləri

       555 

 

gərək  təyin  etdiyi  miqdarı  onun  malının  üçdə  birindən  verilsin. 



Əgər ittiham olunmasa və bir şəxs də onun dediyini inkar etməsə 

gərək onun malının əslindən verilsin. 



Məsələ  2721:  İnsanın  (bir  şey  verilməsini)  vəsiyyət  etdiyi 

şəxs,  mövcud  olmalıdır.  Deməli,  sonradan  dünyaya  gələməsi 

mümkün  olan  bir  uşağa  bir  şey  verilməsini  vəsiyyət  etsə, 

işkallıdır  və  ehtiyat  budur  ki,  vərəsələr  razılaşsınlar.  Amma 

anasının  bətnində  olan  uşağa  bir  şey  verilməsini  vəsiyyət  etsə, 

hətta  hələ  ruh  daxil  olmasa  da,  vəsiyyət  səhihdir;  əgər  diri 

doğulsa,  vəsiyyət  etdiyi  şeyləri  ona  verməlidirlər;  əgər  ölü 

doğulsa, vəsiyyət batil olur və vəsiyyət olunan şeyləri vərəsələr 

öz aralarında böləcəklər. 

Məsələ  2722:  Əgər  insan  bir  şəxsin  onu  vəsi  etməsini  bilsə, 

əgər  vəsiyyəti  yerinə  yetirməyə  razı  olmadığını,  vəsiyyət  edən 

şəxsə xəbər versə, onun ölümündən sonra vəsiyyətə əməl etməsi 

lazım deyil. Amma ölməmişdən qabaq onu vəsi etməsini bilməsə 

və ya bilib ancaq onun vəsiyyətinə əməl etməyəcəyini ona xəbər 

verməsə,  məşəqqətli  olmadığı  təqdirdə,  gərək  onun  vəsiyyətinə 

əməl etsin. Vəsiyyət edənin xəstəliyinin şiddətlənməsi səbəbi ilə, 

başqasına  vəsiyyət  edə  bilməyəcəyi  vaxt  xəbərdar  olsa,  gərək 

vəsiyyəti qəbul etsin. 

Məsələ  2723:  Əgər  vəsiyyət  edən  şəxs  ölsə,  vəsi  meyyitin 

işlərini yerinə yetirmək üçün başqasını təyin edib, öz boynundan 

ata  bilməz.  Amma  meyyitin  məqsədi,  vəsinin  o  işləri  şəxsən 

yerinə  yetirməsi  deyil,  yalnız  işin  yerinə  yetirilməsi  olduğunu 

bilsə, başqasını öz tərəfindən vəkil edə bilər. 

Məsələ  2724:  Əgər  bir  şəxs,  iki  nəfəri  vəsi  etsə  və  o  iki 

nəfərdən biri ölsə və  ya kafir,  yaxud dəli olsa, şəri hakim, onun 

yerinə  başqa  bir  nəfəri  təyin  etməlidir.  Əgər  hər  ikisi  ölsələr, 

yaxud dəli və  ya  kafir olsalar, şəri hakim, başqa iki nəfəri təyin 

etməlidir.  Amma  bir  nəfər  vəsiyyəti  yerinə  yetirə  bilsə  ikinci 

nəfəri təyin etmək lazım deyil. 




556        

VƏSİYYƏTİN HÖKMLƏRİ 

 

Məsələ  2725:  Əgər  vəsi,  tənhalıqda  ölünün  işlərini  yerinə 

yetirə  bilməzsə,  şəri  hakim,  ona  kömək  etmək  üçün  digər  bir 

nəfəri təyin edir. 

Məsələ  2726:  Əgər  meyyitin  malının  bir  miqdarı,  vəsinin 

əlində tələf olsa; əgər onu saxlamaqda səhlənkarlıq və ya həddini 

aşsa,  məsələn:  meyyit,  malının  bir  miqdarını  hər  hansı  bir 

şəhərin  fəqirlərinə  verməyi  vəsiyyət  etdiyi  halda,  o  isə,  həmin 

malı  başqa  şəhərə  aparsa  və  yolda  tələf  olsa  zamindir.  Əgər 

səhlənkarlıq etməyib və həddini də aşmasa zamin deyil. 



Məsələ 2727: İnsan bir nəfəri vəsi etdiyi zaman desə ki, “əgər 

o  şəxs  ölsə,  filan  şəxs  vəsi  olsun,”  birinci  vəsi  öləndən  sonra, 

gərək ikinci vəsi, meyyitin işlərini yerinə yetirsin. 

Məsələ  2728:  Meyyitə vacib olan həcc, borc, xüms, zəkat və 

məzalim  kimi  haqlar,  hətta  meyyit  onlar  üçün  vəsiyyət 

etməmişsə də, gərək meyyitin malının əslindən versinlər. 

Məsələ  2729:  Əgər  meyyitin  malı  onun  borc,  vacib  həcc, 

habelə  xüms,  zəkat,  məzalim  kimi  borclarından  artıq  gəlsə,  bu 

halda  malının  üçdə  birini,  yaxud  üçdə  birinin  bir  hissəsinin 

müəyyən  yerə  xərclənməsini  vəsiyyət  etmiş  olsa,  onun 

vəsiyyətinə  əməl  edilməlidir.  Əgər  vəsiyyət  etməmiş  olsa  yerdə 

qalan mal, vərəsələrindir. 



Məsələ  2730:  Əgər  meyyitin  srəf  olunmağa  müəyyən  etdiyi 

mal,  onun  malının  üçdə  birindən  çox  olsa,  onun  üçdə  birindən 

çox olan vəsiyyəti o vaxt səhihdir ki, vərəsələrin danışmağı və ya 

müəyyən  bir  iş  ilə,  vəsiyyətin  yerinə  yetirilməsinə  icazə 

vermələri, məlum olsun; onların təkcə razı olmaları kifayət deyil. 

Əgər  onun  ölümündən  bir  müddət  sonra  da  icazə  versələr, 

səhihdir.  Əgər  onların  bəziləri  icazə  verib  digərləri  icazə 

verməsələr, vəsiyyət yalnız icazə verənlərin payında səhihdir. 



Məsələ  2731:  Əgər  meyyitin  sərf  olunmağa  müəyyən  etdiyi 

mal, onun malının üçdə birindən çox olsa və ölməmişdən qabaq 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə