Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə185/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   181   182   183   184   185   186   187   188   ...   209

548        

AND İÇMƏYİN HÖKMLƏRİ 

 

nəzr  və  əhdə  də,  əməl  etmək  məşəqqətli  dərəcədə  dözülməz 



olarsa, ləğv olur. 

Məsələ  2681:  Əgər  ata  öz  övladının  and  içməsinə  qarşı 

çıxarsa və ya ər, öz arvadının and içməsinə qarşı çıxarsa, onların 

andları səhih deyildir. 

Məsələ 2682: Əgər övlad atanın, arvad ərinin icazəsi olmadan 

and içsə, ata və ya ər, onların andlarını poza bilərlər. 



Məsələ 2683: Əgər insan unutqanlıq və ya çarəsizlik üzündən 

öz  andına  əməl  etməsə,  həmçinin,  andına  əməl  etməməsinə 

məcbur  etsələr,  kəffarə  vacib  deyil.  Vəsvas  adam  and  içsə, 

məsələn:  “Vallahi  bu  saat  namaz  qılmağa  başlayıram”  desə, 

amma  vəsvaslıq  səbəbi  ilə  qılmasa,  bu  halda  onun  vəsvaslığı, 

ixtiyarsız olaraq andına əməl etməməsinə səbəb olarsa, kəffarəsi 

yoxdur. 

Məsələ  2684:  Əgər  bir  şəxs,  düz  danışdığı  halda  sözünün 

düzlüyünü  bildirmək  üçün  and  içsə,  məkruhdur.  Yalandırsa, 

haram  və  böyük  günahlardandır.  Amma,  özünü  və  ya  bir 

müsəlmanı  zalımın  şərrindən  qurtarmaq  üçün  yalan  and  içsə, 

eybi  yoxdur,  hətta  bəzən  vacibdir.  Amma  “toriyə”  edə  bilərsə, 

(yəni,  and  içdiyi  zaman  bir  şəkildə  niyyət  etsin  ki,  yalan 

olmasın), ehtiyata görə, gərək “toriyə” etsin; məsələn: bir zalım 

birinə əziyyət vermək üçün, “onu görməyibsən?” deyə, insandan 

soruşsa, o da, bir saat qabaq onu görmüş olsa, ehtiyat budur ki, 

beş  dəqiqə  bundan  əvvəl  onu  görmədiyini  niyyət  edərək, 

“görməmişəm” desin. 



İzahlı şəriət hökmləri

       549 

 

VƏQFİN HÖKMLƏRİ 

Məsələ 2685: Əgər bir şəxs, müəyyən bir şeyi vəqf etsə, onun 

mülkündən  çıxır.  Onun  özü  və  başqaları  da,  onu  bağışlaya,  sata 

bilməzlər.  Heç  bir  şəxs,  o  mülkdən  irs  aparmır.  Amma  2102-ci 

məsələdə deyildiyi kimi, bəzi hallarda satılmasının eybi yoxdur. 



Məsələ  2686:  Vəqfin  siğəsini  ərəbcə  oxumaq  lazım  deyildir. 

Hətta,  “evimi  vəqf  etmişəm”  deyərsə,  vəqf  etdiyi  şəxs  özü, 

yaxud  onun  vəkil  və  ya  vəlisi  “qəbul  etdim”  deyərsə,  vəqf 

səhihdir.  Deməli,  vəqfin  əməli  şəkildə  bildirilməsi  də,  onun 

həqiqiliyi  üçün  yetərlidir;  məsələn:  xalçanı  aparıb  məscidə 

qoysun  və  ya  namaz  qılanların  ixtiyarlarında  qoymaq  üçün 

məscid tiksin; Amma  məscid və  mədrəsə  kimi  ümumi cəmiyyət 

üçün vəqf etsə, yaxud fəqirlər və seyyidlər üçün vəqf etsə, vəqfin 

səhihliyi üçün bir şəxsin onu qəbul etməsi lazım deyil.  

Məsələ  2687:  Əgər  bir  mülkü  vəqf  üçün  müəyyən  etsə  və 

vəqf siğəsini oxumamışdan qabaq peşiman olsa ya ölsə, vəqf düz 

deyildir.  

Məsələ  2688:  Bir  malı  vəqf  edən  şəxs,  ehtiyat  və  daha  yaxşı 

budur  ki,  onu  qürbət  qəsdi  ilə  etsin.  Siğə  oxunan  zamandan 

başlayaraq  malı, həmişəlik vəqf etsin.  Əgər  məsəslən; “bu  mal, 

mən  öldükdən  sonra  vəqf  olsun”  desə,  vəqf  siğəsi  oxunandan 

başlayıb, o ölənədək vəqf olmadığı üçün, səhih deyil. Həmçinin, 

əgər  “on  ilədək  vəqf  olsun,  ondan  sonra  olmasın”  yaxud  “on  il 

vəqf  olsun  sonra  beş  il  olmasın,  yenidən  vəqf  olsun”  desə,  vəqf 

səhih deyildir. 



Məsələ  2689:  Vəqf o vaxt səhihdir ki, vəqf olunan malı vəqf 

etdiyi şəxsin,  yaxud  onun vəkilinin və  ya vəlisinin təsərrüfatına 

keçirsin. Amma şəxs bir şeyi öz azyaşlı övladlarına vəqf edib, o 

mülkün onların malı olsun deyə, onların tərəfindən saxlasa, vəqf 

səhihdir. 



550        

VƏQFİN HÖKMLƏRİ 

 

Məsələ  2690:  Məscid,  mədrəsə  və  s.  bu  kimi  ümumi 

vəqflərdə  qəbz  şərt  deyil  və  vəqf  sadəcə  vəqf  etməklə 

gerçəkləşər. 

Məsələ  2691: Vəqf edən, gərək aqil, baliğ olsun, öz qəsdi və 

ixtiyarı ilə vəqf etsin və həmçinin şərən öz malında istifadə edə 

bilsin.  Buna  görə  də  səfehin  (yəni  malını  bihudə  yerdə 

xərcləyən)  öz  malından  istifadə  etməyə  haqqı  olmadığına  görə 

əgər bir şeyi vəqf etsə, səhih deyildir. 

Məsələ 2692: Əgər malı, hələ dünyaya gəlməyənlər üçün vəqf 

etsə,  düz  deyildir.  Amma  hazırda  dünyada  olanlar  üçün  və 

sonradan  dünyaya  gələnlər  üçün  vəqf  etsə,  məsələn:  bir  şeyi 

övladına vəqf edə ki, onlardan sonra nəvələrinə çatsın, (beləliklə 

də) ondan sonra gələn hər dəstə, ondan istifadə etsin, səhihdir. 

Məsələ  2693:  Əgər  bir  şeyi  özünə  vəqf  etsə,  məsələn:  bir 

mağazanı,  gəlirinin  öləndən  sonra  ona  məqbərə  tikilməsinə 

xərclənsin  deyə,  vəqf  etsə  səhih  deyil.  Amma  misal  üçün; 

müəyyən  bir  malı  fəqirlərə  vəqf  edib,  sonra  özü  də  fəqirləşsə, 

vəqfin mənfəətlərindən istifadə edə bilər. 

Məsələ  2694:  Əgər  vəqf  etdiyi  şey  üçün  nəzarətçi  müəyyən 

etsə,  gərək  onun  qərar  qoyduğuna  mütabiq  əməl  etsin.  Əgər 

müəyyən etməsə, belə ki, məxsusi şəxslərə, məsələn; öz övladına 

vəqf etsə, onlar həddi-büluğa çatmış olsalar ondan istifadə etmək 

ixtiyarı onların özü ilə olar. Əgər həddi-büluğa çatmamış olsalar, 

ixtiyar onların vəlisinindir və vəqfdən istifadə etmək üçün şəriət 

hakiminin icazəsi lazım deyil.   

Məsələ 2695: Əgər müəyyən bir mülkü misal üçün; fəqirlərə, 

seyyidlərə  vəqf  etsə,  yaxud  mənfəətinin  xeyir  işlərə  sərf 

olunmasını vəqf etsə, bu halda o mülkə müəyyən bir şəxsi vəliy 

təyin etməyibsə, onun ixtiyarı şəri-hakimin əlindədir. 



Məsələ  2696:  Əgər  bir  mülkü  xüsusi  şəxslərə  məsələn:  öz 

övladına  nəsildən-nəsilə  ondan  istifadə  etsinlər  deyə  vəqf  etsə, 

bu halda o mülkün mütəvəllisi, onu icarəyə verib və ölsə, sonrakı 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə