Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə183/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   179   180   181   182   183   184   185   186   ...   209

540        

YEMƏLİLƏRİN VƏ İÇMƏLİLƏRİN HÖKMLƏRİ 

 

6.  Üç  barmaq  və  ya  üçdən  çox  barmaq  ilə  yeyilsin.  İki 



barmaqla yeyilməsin. 

7.  Bir  neçə  nəfər  süfrədə  oturduqları  zaman,  hər  şəxs,  öz 

qabağındakı yeməklərdən yesinlər. 

8. Yemək kiçik loqma ilə götürülsün. 

9. Süfrə üstündə çox otusun və yemək yeməyi uzadsın. 

10. Yeməyi yaxşı çeynəsin. 

11. Yeməkdən sonra aləmlərin Rəbbinə həmd etsin. 

12. Barmaqları yalamaq. 

13. Yeməkdən sonra xəlal etsin. Amma nar  ağacının  çubuğu 

ilə,  reyhan,  ney  çubuğu  və  xurma  ağacının  yarpağı  ilə,  xəlal 

edilməsin. 

14.  Süfrənin  kənarına  tökülənləri  yığıb  yesin.  Amma  çöldə 

yemək  yeyərsə,  tökülənləri  quşlar  və  heyvanlar  üçün  saxlamağı 

müstəhəbdir. 

15.  Günün  əvvəlində  və  gecənin  əvvəlində  yemək  yesin, 

gecənin ortasında və günün ortasında yemək yeməsin. 

16.  Yeməkdən  sonra  arxa  üstə  uzanıb  və  sağ  ayağını,  sol 

ayağının üstünə qoysun. 

17. Yeməyə duzla başlasın və duzla qurtarsın. 

18. Meyvəni yeməzdən əvvəl təmiz su ilə yusun. 



YEMƏK YEYƏRKƏN MƏKRUH OLAN ŞEYLƏR 

Məsələ 2646: Yemək vaxtı bir neçə şey məkruhdur. 

1-Tox halında yemək. 

2-Çox  yemək.  Rəvayətdə  var  ki,  Allahın  hər  şeydən  artıq, 

qarnı dolu olan adamdan acığı gəlir. 

3-Yemək yeyəndə başqalarının üzünə baxmaq. 

4-Xörəyi çox isti yemək. 

5-Yediyi, yaxud içdiyi şeyi üfürmək. 

6-Süfrəyə çörək qoyulandan sonra başqa şeyləri gözləmək. 

7-Çörəyi bıçaqla kəsmək. 



İzahlı şəriət hökmləri

       541 

 

8-Çörəyi yemək qabının altına qoymaq.  



9-Sümüyə yapışan ətləri, heç bir şey qalmayacaq şəkildə 

təmizləmək. 

10-Meyvəni soymaq. 

11-Meyvəni tamam yemədən atmaq. 



SU İÇƏNDƏ MÜSTƏHƏB OLAN ŞEYLƏR 

Məsələ 2647:Su içməkdə bir neçə şey müstəhəbdir: 

1-Suyu sovurmaqla içmək. 

2-Gündüzlər ayaq üstə su içmək. 

3-Su içməkdən əvvəl bismillah, axırda əlhəmdu lillah 

demək. 

4-Suyu üç dəfəyə içmək. 



5-Meyli olanda su içmək. 

6-Su içəndən sonra, İmam Hüseyn 

(ələyhis-s

alam)

 və onun əhli-

beytini yad edib və o həzrətin qatillərinə lənət göndərmək. 



SU İÇƏNDƏ MƏKRUH OLAN ŞEYLƏR 

Məsələ  2648:  Çox  su  içmək,  piyli  yeməklərdən  sonra  su 

içmək  gecə  ayaq  üstə  su  içmək  məkruhdur.  Həmçinin  suyu  sol 

əllə  içmək,  qabın  sınıq  yerindən  və  onun  dəstəsi  olan  yerindən 

içmək məkruhdur. 




542        

NƏZR, VƏ ƏHDİN HÖKMLƏRİ 

 

NƏZR, VƏ ƏHDİN HÖKMLƏRİ 

Məsələ  2649:  Nəzr  budur  ki,  insan  müəyyən  xeyir  işi  Allah 

üçün  yerinə  yetirməyi,  yaxud  görülməməsi  yaxşı  olan  işi,  Allah 

üçün tərk etməyi özünə vacib etsin.  

Məsələ  2650:  Nəzrdə  siyğə  oxunmalıdır.  Onun  ərəbcə 

oxunması lazım deyil. Deməli, əgər “xəstəm sağalsa, Allah üçün 

10 tümən fəqirə vermək mənim boynumadır” desə, səhihdir. 

Məsələ 2651: Nəzr edən şəxs mükəlləf, aqil olmalı, öz ixtiyarı 

və  qəsdi  ilə  nəzr  etməlidir.  Deməli,  nəzr  etməyə  məcbur  olan, 

əsəbiləşib ixtiyarsız olaraq nəzr edən şəxslərin nəzri səhih deyil. 

Məsələ  2652:  Malını  gərəksiz  işlərdə  sərf  edən  səfeh  şəxs, 

məsələn: əgər fəqirə vermək üçün bir şeyi nəzr etsə, səhih deyil. 



Məsələ 2653: Əgər kişi, qadının nəzr etməsinin qarşısını alsa, 

qadın  nəzr  edə  bilməz.  Əgər  qadın  ərinin  icazəsi  olmadan  nəzr 

etsə kişi nəzri poza bilər. 

Məsələ 2654: Əgər qadın, ərinin icazəsi ilə nəzr etsə, ər onun 

nəzrini  poza  bilməz;  və  ya  buna  əməl  etməsinin  qarşısını  ala 

bilməz. 

Məsələ  2655:  Əgər  övlad,  atasının  icazəsi  ilə  nəzr  etsə, 

nəzrinə  əməl  etməlidir.  Əgər  övlad,  atasının  icazəsi  olmadan 

nəzr etsə, ata övladının nəzrini poza bilər.  

Məsələ  2656:  İnsan,  o  işi  nəzr  edə  bilər  ki,  görülməsi 

mümkün  olsun.  Deməli,  piyada  Kərbəlaya  gedə  bilməyən  bir 

şəxs, piyada getməyi nəzr etsə, nəzri səhih deyil. 

Məsələ  2657:  Əgər  məkruh,  haram  bir  iş  görməyi,  yaxud 

vacib, müstəhəb işi tərk etməyi nəzr etsə, nəzri səhih deyil. 



Məsələ 2658: Əgər mübah bir işi yerinə yetirməyi, yaxud tərk 

etməyi  nəzr  etsə,  bu  halda  onu  yerinə  yetirməklə  tərk  etmək, 

bütün  cəhətlərdən  bərabər  olsa,  nəzri  səhih  deyil.  Əgər  yerinə 

yetirilməsi  müəyyən  cəhətdən  yaxşı  olsa  və  insan  da  həmin 

cəhəti nəzərdə tutaraq nəzr etsə, məsələn: müəyyən şey  yeməyi, 



İzahlı şəriət hökmləri

       543 

 

ibadətdə  qüvvət  tapması  üçün  nəzr  etsə,  onun  nəzri  səhihdir. 



Həmçinin, əgər mübah bir işin tərk olunması, müəyyən cəhətdən 

yaxşı  olsa  və  insan  da  həmin  cəhəti  nəzərdə  tutaraq  nəzr  etsə, 

məsələn:  tüstünün  zərərli  olduğuna  görə,  siqareti  tərk  etməsini 

nəzr etsə, nəzri səhihdir. 



Məsələ  2659:  Əgər  vacib  namazı  öz-özlüyündə,  adi  halda 

savabı çox olmayan  bir yerdə qılmağı məsələn: otaqda qılmağı, 

nəzr etsə, bu halda orada namaz qılmaq müəyyən cəhətdən yaxşı 

olsa,  məsələn:  ora  sakitlik  olduğuna  görə,  insan  orada  hüzuri-

qəlb tapacaqsa nəzr səhihdir. 

Məsələ  2660:  Əgər bir əməli yerinə yetirməyi nəzr etsə, nəzr 

etdiyi qaydada yerinə yetirməlidir. Deməli, əgər ayın əvvəl günü 

sədəqə verməsini, yaxud oruc tutmasını, yaxud da ayın əvvəlinin 

namazını qılmağı nəzr etsə, bu halda həmin gündən əvvəl və ya 

sonra  yerinə  yetirsə,  kifayət  deyil.  Həmçinin,  əgər  xəstəliyi 

sağalarsa,  sədəqə  verməyi  nəzr  etsə  və  sağalmamışdan  qabaq 

sədəqə versə, kifayət deyil. 

Məsələ  2661:  Əgər  oruc  tutmağı  nəzr  etsə,  amma  vaxtını  və 

miqdarını müəyyən etməsə, bir gün oruc tutması kifayətdir. Əgər 

namaz  qılmağı  nəzr  edib  amma  miqdarını,  xüsusiyyətlərini 

müəyyən etməsə, iki rəkətlik bir namaz qılması kifayətdir. Əgər 

sədəqə  verməsini  nəzr  edib,  onun  hansı  maldan  olmasını  və 

miqdarını  müəyyən  etməsə,  “sədəqə  vermişdir”  deyilə  bilən  bir 

şey  versə,  öz  nəzrinə  əməl  etmişdir.  Əgər  bir  işi  Allah  üçün 

yerinə  yetirməyi  nəzr  etsə,  onda  bir  namaz  qılsa,  yaxud  bir  gün 

oruc  tutsa,  yaxud  bir  şey  sədəqə  versə,  öz  nəzrini  yerinə 

yetirmişdir. 



Məsələ  2662:  Müəyyən  bir  gündə  oruc  tutmağı  nəzir  edərsə, 

gərək  o  günü  oruc  tutsun.  Qəsdən  o  günü  oruc  tutmasa,  gərək 

onun  qəzasını  tutmaqdan  əlavə,  kəffarəsini  də  versin.  Zahirən 

kəffarəsi,  andına  müxalifət  etməyin  kəffarəsidir.  2679-cu 

məsələdə qeyd olunacaqdır. Amma o günü ixtiyarlı halda səfərə 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə