Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə191/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   187   188   189   190   191   192   193   194   ...   209

İzahlı şəriət hökmləri

       567 

 

mirasına  bir  əngəl təşkil etmədiyi hala  aid deyil. Məsələn;  əgər 



meyyitin ata tərəfdən olan qardaşı və ana tərəfindən olan babası 

olarsa,  ata  tərəfindən  olan  qardaşı  malın  üçdə  ikisini  və  ana 

tərəfindən  olan  babası  malın  üçdə  birini  irs  aparır,  bu  təqdirdə 

meyyitin ana tərəfindən olan qardaşı oğlu da olarsa, o qardaşoğlu 

ana babası ilə malın üçdə birinə bərabər şəkildə şərik olur. 

ÜÇÜNCÜ DƏSTƏNİN İRSİ 

Məsələ  2765:  Üçüncü  dəstə,  meyyitin  əmisi,  bibisi,  dayısı, 

xalası və onların övladlarıdır. Qeyd olunduğu kimi, əgər birinci 

və  ikinci  təbəqədən  bir  şəxs  olmazsa,  yalnız  bu  halda,  üçüncü 

dəstə irs aparır. 



Məsələ  2766:  Əgər  ölünün  varisi  təkcə  bir  əmi,  yaxud  bir 

bibidirsə, istər ata-anadan bir olsun (yəni, ölənin atası ilə bir ata 

anadandırlar)  istərsə  də,  təkcə  atadan,  yaxud  da  ana  tərəfindən 

olsun, bütün mal ona çatır. Əgər bir neçə əmi, yaxud neçə bibisi 

olarsa, hamısı ata-anadan, yaxud atadan bir olsalar, mal bərabər 

şəkildə onların arasında bölünəcək. Əgər əmi və bibinin hər ikisi 

olsalar  və  hamı  ata-ana  tərəfindən  bir  olsalar  və  ya  hamı  ata 

tərəfindən  bir  olsalar,  əmiyə  bibinin  iki  misli  qədəri  irs  çatır. 

Məsələn:  əgər  ölünün  varisi  iki  əmi  və  bir  bibidirsə,  malı  beş 

qismə bölürlər; bir hissəsini bibiyə verirlər və dörd hissəsini isə 

əmilər, öz ararlarında bərabər şəkildə bölürlər.  

Məsələ  2767:  Əgər  ölünün  varisi  təkcə  ana  tərəfindən  təkcə 

bir neçə əmi yaxud bir neçə bibi, yaxud da, ana tərəfindən əmi və 

bibi olsalar, mal onların arasında bərabər şəkildə bölünür.  

Məsələ  2768:  Əgər  ölünün  varisi  əmi  və  bibi  olsa,  onlardan 

bəzisi  ata  tərəfindən,  bəzisi  də  ana  tərəfindən  və  bəzisi  ata-ana 

tərəfdən  olsalar,  ata  tərəfindən  olan  əmi  və  bibiyə  irs  çatmır. 

Deməli,  ölünün  varisi  ana  tərəfindən  bir  əmi  və  ya  bir  bibi 

olarsa,  malı  altı  qismə  blürlər;  bir  hissəsini  ana  tərəfindən  əmi, 

yaxud  bibiyə  və  qalanını,  ata-ana  tərəfindən  olan  əmi  və  bibiyə 




568        

İRSİN HÖKMLƏRİ 

 

verirlər;  ata-ana  tərəfindən  olan  əmiyə,  ata-ana  tərəfindən  olan 



bibinin,  iki  misli  qədər  irs  çatır.  Əgər  ana  tərəfindən  həm  əmi, 

həm də bibisi olarsa, malı üç qismə bölürlər; iki hissəsini ata-ana 

tərəfindən olan əmi və bibiyə verirlər və əmiyə iki dəfə çox çatır. 

Bir  hissəni  isə,  ana  tərəfindən  əmi  və  bibiyə  verirlər  ki,  bu  da, 

onların  arasında  bərabər  şəkildə  bölünür.  Ehtiyat  budur  ki, 

bölüşdürəndə bir-birləri ilə razılaşsınlar. 



Məsələ  2769:  Əgər  meyyitin  varisi  təkcə  bir  dayı  və  ya  bir 

xala olsa, malın hamısı ona çatır. Əgər həm dayısı, həm də xalası 

olsa  və  hamısı  da,  ata-anadan,  yaxud  atadan  və  ya  anadan  bir 

olsalar,  mal  onların  arasında  bərabər  şəkildə  bölünməlidir. 

Ehtiyat budur ki, malı bölməkdə bir-biri ilə razılaşsınlar. 

Məsələ  2770:  Əgər  ölünün  varisi  təkcə  ata  tərəfdən  dayı  və 

xalası  olsa  və  ana  tərəfindən  dayı  və  xalası  olsa  və  ata-ana 

tərəfdən  dayı  və  xalası  olsa  ata  tərəfindən  dayı  və  xalaya  irs 

çatmır. Malı altı qismə bölüb bir hissəsini ana tərəfindən dayı və 

ya  xalasına  və  qalanını  ata-ana  tərəfindən  dayı  və  xalasına 

verirlər  ki,  malı  aralarında  bərabər  şəkildə  bölsünlər.  Ehtiyat 

budur ki, bölüşmə zamanı, bir-birlərilə razılaşsınlar. 

Məsələ 2771:  Əgər ölünün varisi təkcə ata tərəfindən dayı və 

xalası, ana  tərəfindən  dayı və  xalası, ata-ana tərəfindən  dayı və 

xalası  olsalar,  ata  tərəfindən  olan  dayı  və  xalaya  irs  çatmır. 

Gərək  malı  üç  qismə  bölüb,  onun  bir  hissəsini  ana  tərəfindən 

olan  dayı  və  xala  öz  ararlarında  bərabər  şəkildə  bölsünlər. 

Qalanı,  ata-ana  tərəfindən  olan  dayı  və  xalaya  verirlir  və  onlar 

da, onu öz aralarında bərabər şəkildə bölürlər. Ehtiyat budur ki, 

onun bölünməsində razılığa gəlsinlər. 



Məsələ  2772:  Əgər  ölünün  varisi  bir  dayı,  yaxud  bir  xala  və 

bir əmi və ya bir bibi olarsa, malı üç qismə bölürlər; bir hissəsini 

dayı ya xalaya və qalan hissəsini isə əmi, yaxud bibiyə verirlər. 

Məsələ 2773: Əgər ölünün varisi bir dayı, yaxud bir xala, əmi 

və  bibi  olsa,  əgər  əmi  və  bibi  ata-ana  tərəfindən,  yaxud  ata 




İzahlı şəriət hökmləri

       569 

 

tərəfindən  olsalar,  malı  üç  qısmə  bölürlər;  bir  hissəsini  dayı  və 



ya  xalaya,  qalan  iki  hissəsindən  əmiyə  və  bir  hissə  də,  bibiyə 

verirlər.  Buna  görə  də,  əgər  malı  doqquz  qismə  bölsələr,  üç 

hissəsini dayı, yaxud xalaya, dörd hissəsini əmiyə və iki hissəsini 

bibiyə verirlər. 



Məsələ  2774:  Əgər  ölünün  varisi  bir  dayı  ya  bir  xala  və  bir 

əmi və ya ana tərəfindən bir bibi, və ata-ana yaxud ata tərəfindən 

əmi  və  bibidirsə,  malı  üç  qismə  bölürlər.  Bir  hissəsini  dayı, 

yaxud xalaya verirlər. Qalan iki hissəni altı qismə bölürlər; onun 

bir hissəsini əmi, yaxud ana tərəfindən bibiyə, qalan beşdə birini, 

ata-ana  tərəfindən,  yaxud  ata  tərəfindən  olan  əmi  və  bibiyə 

verirlər.  Əmiyə,  bibinin  iki  misli  qədər  irs  çatır.  Buna  görə  də, 

əgər  malı  doqquz  hissəyə  bölsələr,  üç  hissəsini  dayıya,  yaxud 

xalaya,  bir  hissəsini  əmi,  yaxud  ana  tərəfindən  olan  bibiyə  və 

digər beş hissəni isə, ata-ana yaxud ata tərəfindən əmi və bibiyə 

verirlər. 

Məsələ  2775:  Əgər  ölünün  varisi  bir  dayı  və  ya  bir  xala  və 

ana  tərəfindən  əmi  və  bibi,  və  ata-ana  yaxud  ata  tərəfindən  əmi 

və  bibidirsə,  malı  üç  qismə  bölürlər.  Bir  hissəsini  dayı,  yaxud 

xalaya  verirlər.  Qalan  iki  hissəni  üç  qismə  bölürlər;  onun  bir 

hissəsini ana tərəfindən əmi və bibiyə verirlə bərabər şəkildə öz 

aralarında bölürlər, qalan iki hissəni ata-ana tərəfindən yaxud ata 

tərəfindən  olan  əmi  və  bibiyə  verirlər.  Əmiyə,  bibinin  iki  misli 

qədər irs çatır. Buna görə də, əgər malı doqquz hissəyə bölsələr, 

üç  hissəsini  dayıya,  yaxud  xalaya,  iki  hissəsini  ana  tərəfindən 

olan  əmi  və  bibiyə,  digər  dörd  hissəni  isə,  ata-ana  tərəfindən 

yaxud ata tərəfdən əmi və bibiyə verirlər. 

Məsələ  2776:  Əgər  ölünün  varisi  neçə  dayı  və  xala  olsa  ki, 

hamı ata-ana ya ata yaxud ana tərəfindən olsalar, əmi və bibisi də 

olsa,  malı  üç  qismə  bölürlər;  onun  iki  hissəsini  keçən  məsədə 

deyildiyi  kimi,  əmi  və  bibi,  öz  aralarında  bölürlər.  Bir  hissəsini 

isə, dayılar və xalalar, bərabər şəkildə öz aralarında bölürlər. 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə