Toziholmasael



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə29/209
tarix19.10.2018
ölçüsü4,66 Mb.
#75208
1   ...   25   26   27   28   29   30   31   32   ...   209

İzahlı şəriət hökmləri

       73 

 

Məsələ 233: Qızıl və gümüşdən hazırlanan qablarda yemək və 

içmək,  haramdır.  Amma  onlarla  otağı  və  buna  bənzər  şeyləri 

bəzəmək  və  onları  saxlamağın  eybi  yoxdur,  lakin  ehtiyat-

müstəhəb  budur  ki,  bu  da  tərk  edilsin.  Amma  qızıl  və  gümüş 

qabları  düzəltmək  və  onun  müqabilində  zəhmət  haqqı  almaq 

haramdır. 



Məsələ  234:  Qızıl  və  gümüş  qabların  alınıb-satılması  üçün 

satıcının  bunların  müqabilində  aldığı  pul  və  hər  hansı  bir  şey 

haramdır. Amma alqı-satqı evi bəzəmək və  saxlamaq üçün olsa 

icazəlidir. 



Məsələ  235:  Əgər  stəkanın  tutacağı  qızıl  və  ya  gümüşdən 

hazırlansa,  bu  halda  stəkanı  götürdükdən  sonra  ona  qab 

deyilərsə,  həm  təklikdə,  həm  də  stəkanla  birlikdə  istifadə 

olunması  haramdır.  Amma  ona  qab  deyilməzsə,  istifadə 

edilməsinin eybi yoxdur. 

Məsələ  236:  Üzərinə  qızıl  və  gümüş  suyu  çəkilmiş  qabın 

istifadə edilməsinin eybi yoxdur. 



Məsələ  237:  Bir  filizi  qızıl  və  ya  gümüşlə  qarışdırıb  qab 

hazırlayarlarsa,  qabdakı  filizin  miqdarı,  ona  qızıl  və  ya  gümüş 

deyilməyəcək  qədər  artıq  olsa,  istifadə  olunmasının  maneəsi 

yoxdur. 


Məsələ  238:  Əgər  insan,  qızıl  və  gümüş  qabda  olan  xörəyi 

onlarda  yemək  haram  olduğuna  görə  başqa  bir  qaba  töksə,  eybi 

yoxdur.  Əgər  bu  məqsədlə  olmasa,  yeməyin  qızıl  ya  gümüş 

qabdan digər qablara tökülməsi haramdır. Amma hər iki surətdə 

yeməyi ikinci qabdan yeyilməsinə maniə yoxdur.  

Məsələ  239:  Qəlyanın  üfürən  yeri,  qılıncın  qını,  bıçaq  və 

Quranın qabı, qızıl və gümüşdən hazırlansa istifadə etməyin eybi 

yoxdur.  Ehtiyat-vacib  budur  ki,  qızıl  və  gümüşdən  hazırlanmış 

kül qabı, ətir və sürmə qabından istifadə edilməsin.  



Məsələ  240:  Qızıl  və  gümüş  qablardan  məcburiyyət  halında 

istifadə  etməyin  eybi  yoxdur.  Amma  dəstəmaz  və  ya  qüsl  üçün 




74        

PAKLAYICILAR 

 

hətta  çarəsizlik  halında  belə,  istifadə  etmək  olmaz,  gərək 



təyəmmüm edilsin. 

Məsələ  241:  Qızıl-gümüşdən  və  ya  digər  bir  şeydən 

hazırlandığı bilinməyən bir qabdan istifadə etməyin eybi yoxdur. 




İzahlı şəriət hökmləri

       75 

 

DƏSTƏMAZ 

Məsələ 242: Dəstəmaz alarkən üz və qolları yumaq, başın ön 

hissəsinə və ayaqların üzərinə məsh çəkmək vacibdir. 



Məsələ  243:  Üz,  (dəstəmaz  üçün  olan  uzunluq  miqdarına 

görə),  gərək  alının  yuxarı  hissəsindən  (tüklərin  bitdiyi  yerdən) 

çənənin axırına qədər yuyulsun. Eni isə, gərək baş barmaqla orta 

barmağın tutduğu miqdarda  yuyulsun. Əgər bu miqdardan hətta 

azacıq  yuyulmasa,  dəstəmaz  batildir.  Bu  miqdarın  tamamilə 

yuyulmasına yəqin etmək üçün, gərək onun ətrafından da bir az 

yusun. 

Məsələ  244:  Əgər  bir  kəsin  üzü  və  ya  əli,  normal  insanların 

üzü  və  ya  əlindən  böyük  və  ya  kiçik  olsa,  camaat  arasında 

normal adamın üzünü haraya qədər yuduğuna diqqət etməli, o da 

oraya qədər  yumalıdır. Həmçinin əgər alnında tük çıxarsa və  ya 

başının önündə tük olmazsa, alnını normal miqdarda yumalıdır. 

Məsələ  245:  Qaşlarında,  gözünün  və  ya  dodaqlarının 

kənarında  suyun  keçməsinə  mane  olacaq  çirk  və  ya  başqa  bir 

şeyin olduğuna ehtimal verirsə və bu ehtimal camaatın nəzərində 

düzgün bir ehtimaldırsa, dəstəmaz almamışdan əvvəl yoxlamalı, 

əgər varsa aradan qaldırmalıdır. 

Məsələ  246:  Əgər  üzün  dərisi,  tüklərin  arasından  görünərsə, 

gərək  suyu  dəriyə  çatdırsın.  Amma  görünməsə,  tükləri  yumaq 

kifayətdir və suyun tüklərin altına çatdırılması lazım deyil.  

Məsələ  247:  Üzün  dərisinin  tüklərin  arasından  görünüb-

görünmədiyində  şəkk  edərsə,  ehtiyat-vacibə  əsasən  saqqalı 

yumalı, üzün dərisinə də suyu çatdırmalıdır. 

Məsələ  248:  Burunun  içini  və  qapandığı  zaman  göz  və 

dodaqların  görünməyən  yerini  yumaq  vacib  deyil.  Amma  əgər 

insan yuyulması vacib olan miqdarın yuyulmasına əmin deyilsə, 

buna yəqin etməsi üçün onlardan bir miqdarını yuması vacibdir. 




76        

DƏSTƏMAZ 

 

Əgər bir şəxs dəstəmazda vacib olan miqdarı yuyub-yumadığını 



bilməzsə, o dəstəmazla qıldığı namazlar səhihdir.  

Məsələ  249:  Qollar  və  üz  gərək  yuxarıdan  aşağıya  doğru 

yuyulsun. Aşağıdan yuxarı doğru yuyulsa, dəstəmaz batildir. 



Məsələ  250:  Əgər  insan  əllərini  isladıb  üzünə  və  əllərinə 

çəksə  və  əlinin  yaşlığı,  əllərə  çəkilməsi  vasitəsilə  onlardan  su 

axacaq miqdardadırsa, kifayətdir. 

Məsələ  251:  Üzü  yuyandan  sonra  əvvəlcə  sağ  əli,  sonra  isə 

sol əli dirsəkdən barmaqlarının ucuna qədər yumaq lazımdır. 



Məsələ  252:  Dirsəyin  tamamilə  yuyulmasına  yəqin  etmək 

üçün, gərək bir az dirsəkdən yuxarı yusun. 



Məsələ  253:  Üzünü  yumamışdan  əvvəl  əllərini  biləklərinə 

qədər  yuyan  bir  şəxs,  dəstəmaz  alarkən  qolunu  dirsəkdən 

barmaqlarının  ucuna  qədər  yumalıdır.  Əgər  təkcə  biləklərinə 

qədər yusa, dəstəmazı batildir. 



Məsələ  254: Dəstəmaz alarkən üzü və qolları bir dəfə yumaq 

vacib,  iki  dəfə  yumaq  müstəhəb,  üç  və  daha  artıq  yumaq  isə 

haramdır.  Dəstəmazda  deyilən  “birinci,  ikinci  və  üçüncü  dəfə 

yumaq”  dəstəmaz  alan  şəxsin  niyyətinə  və  tam  şəkildə  üz  və 

qollarını  yumağa  bağlıdır.  Deməli  dəstəmaz  niyyəti  ilə  iki  dəfə 

kamil şəkildə yusa üçüncü dəfə yumaq haramdır. Əgər dəstəmaz 

niyyəti ilə bir neçə dəfə su töksə hər vaxt su üz və qollara kamil 

şəkildə  dəysə  bir  dəfə  hesab  olunur.  Bundan  çox  yumaq 

baxmayaraq  ki,  birinci  dəfəni  niyyət  etsə  sonrakı  yumaq  hesab 

olunur.  



Məsələ  255:  Hər  iki  əl  yuyulduqdan  sonra,  gərək  əldə  qalan 

dəstəmaz  suyunun  yaşı  ilə  başın  üstünə  məsh  çəksin.  Ehtiyat-

vacib budur ki, sağ əlin içi ilə məsh çəkilsin və məsh yuxarıdan 

aşağıya doğru olsun. 



Məsələ 256: Başın, alnın qabağında yerləşən dörd hissəsindən 

biri  məsh  yeri hesab edilir. Bu hissənin  hər  yerinə  məsh çəkilsə 

kifayətdir.  Ehtiyat  budur  ki,  məshin  eni  üç  bağlı  barmaq  qədəri 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   209




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə