37
yasaqdır! “Bir dil, bir ölkə, bir Şah!” damğası üçün fars termini
yetərlidir. Başını aşağı sal, quzu kimi yaşa!
Gülnaz xanım Maşallahxandan hamilə qalmışdı! Onlar
Başçavuşun ölümündən bir il sonra evləndilər. Maşallahxan, dörd
uşaqlı dərdli türk qadınla evləndiyi üçün mutlu görünürdü. O, öz
imkanlarını İlyasın ekonomi bacarığı ilə birləşdirərək, uğurlu iş
planı gərçəkləşdirmişdi. Birlikdə Tehranın Paçinar xiyavanında
yerləşən əmlak dükanı açaraq yer alım-satımıyla məşğul idilər.
Üstəlik, Maşallahxan iş yerinin yaxınlığında ev alaraq, xanımını
və uşaqlarını orada yerləşdirmişdi.
Mənimlə Olqa, yenə də Banu xanımın evində qalırdıq. Qulam, bir
otaq kira edərək bizim yaxınımızda yaşayırdı. Olqa yenə də
hamilə qalmışdı! Bu onun altıncı boyluluğu sayılırdı. Banu xanım
uşağın sağlam qalması üçün əlindən gələni edirdi. O, Olqaya görə
türkcəni öyrənməyə başlamışdı. Bu, bizimlə Olqa arasındakı
böyük fərqliklərdən biri idi. Onun içindəki inamı çox güclüydü.
Olqa, ən ağır durumlarda belə, öz milli varlığını canla-başla
qorumağa çalışırdı. O, ən çətin günlərində belə, bir gün vətənə
dönmə umudunu itirmirdi. İçimizdə ən çox dil bilən birisi olduğu
kimi, həm də ən çox dilimizi qoruyan şəxs idi! O, rus və ləzgi
dillərini mükəmməl, farscanı isə yaxşı danışıb yazırdı. Olqa Banu
38
xanımdan öyrəndiyi gözəl əl işlərilə də uğraşırdı. Onların əl
işlərilə süslənmiş geyimlər satış daşqamın ən bəzəkli nəsnəsi
sayılırdı. Qulamla isə, artıq birlikdə deyildik. O, gözlərdən uzaq
olsun deyə, bir daş mədənində işləyirdi.
Yaşam öz axışında, biz isə onun üzücü balıqlar kimi ovlanma
günümüzü güdürdük! Olqa, arxa-arxasına düşük yapırdı! Artıq,
hər düşükdən sonra, aramızda olan ilk ilişginin gəbəliyi
alışqanlığa çevrilmişdi! Mənim bütün istəklərimə qarşı Olqa
cinsəl önləm istəmirdi! Onun üçün bu bir qutlu dirənc sayılırdı!
-
Olqa, gözəlim gəl bu inadından vaz geç! Bir dəri, bir sümük
olmusan! Artıq canın çəkməz olub. Sənin bu inadın məni
qorxudur. Mən də səninlə yanıb-yaxılıram!
-
İstərsən mənə yaxın gəlmə Cəvanşir! İstərsən məni at! İstərsən
mənimlə...! Mənimlə bütünləşən zaman sevgimizin həniltisini
kəsmə! Mən, alınyazıma alışqanam! Məni sevirsən belə sev!
Bizim hələ çox zamanımız var. Bu qara yazıya əsla təslim ola
bilmərəm! Mən, uşağımızı bağrıma basmaq istərəm!
-
Mən də istərəm! Kim istəməz ki! Hələ indiki durumda, bu yalqız
yaşamda bir uşaq deyil, çox uşağımız olsun istərəm! Ancaq səni
belə üzgün gürüncə...!
39
Olqa, dodaqlarımı bal dodaqlarıyla kəsərək, bir daha sevgi
dənəməsinə özən göstərdi! Mən isə, onun qudsal analıq sevgisinə
atalıq payı qatmaq üçün canımı canana buraxdım!
Təhlükəsizlik və bəlli nədənlər üzündən, Olqa evdə çalışmağa
üstünlük verirdi. O, Banu xanımla birlikdə toxuma işini gəlir
qaynağına çevirmişdilər. Ancaq, bununla kifayətlənməyib, paket
qayırma işinə də başlamışdılar. Belə ki, mən hər iki gündən bir
Tehranın “Səbze Meydan” çevrəsində yerləşən bir paketçi
dükanına gedərək, iki böyük torba köhnə qəzet alır gətirirdim.
Onlar isə, paketçidən aldığımız qəzetləri paket formasına salıb
geri qaytarır, iş əməyinə görə qazanc əldə edirdilər. Günlərin bir
günü səhər tezdən qəzetləri qoştəkər (bisiklet) arxasına
yerləştirdiyimdə,
gözüm
bir
qəzetin
baş
yazısına
sataşdı:“Sərkərdeye təcziyetələban dər Baku Mord!/Ayrımcıların
başçısı Bakıda öldü!/” Bu köhnə xəbərdən dizlərim çökdü!
Qəzeti ayırdım, oxumağa başladım! Pişəvəri baba Gəncə yolunda
maşın olayında ölmüşdü! Gözümün suyu ilə burnumun suyu bir-
birinə qarışmışdı. Hönkür-hönkür ağlayırdım! Nə önümdən
gələni, nə də yanımdan keçəni görmürdüm. Bir anlığına çiynimdə
bir silkəniş hiss etdim. Bir yaşlı ağbirçək ana öz ana türkcəmdə
dilə gəldi:
40
-
Oğul-oğul! Niyə ağlayırsan? Elə bil əzizin ölübdür! Nədəndir bu
hönkür-hönkür ağlamaq!?
-
(Onun əllərindən tutaraq) Hə gözəl anam, sevimli nənəm atam
ölübdü!
-
Başın sağolsun oğlum, gəl buraya! (başımı qollarının arasına
alır): Oğlum bəs niyə burada ağlayırsan? Bəlli ki, atan yenicə
ölmüşdür! Hə?
-
Anacan bax! Bu ölmüş, bu! (Ağbirçək ana diqqətlə şəkilə baxaraq
əllərini yanaqlarına çəkir): Qurbanın olum, ay oğul! O, hamının
atası, babası sayılırdı! Sil göz yaşlarını, ağlamaq üçün gec qaldın!
Onu öldürdülər! Öz əcəlilə ölə bilmədi! O, Təbrizi azad görəndən
sonra ölmək istəyirdi! O da olmadı! Onu keçən il öldürdülər. Dost
sandığı düşmənlər onu öldürdülər! “Kor gözə sürmənin nə
faydası var”?deyərlər oğlum! Uruslar xalqımızı silahsız buraxan
zaman yetim Azərbaycanı kor göz etdilər. Pişəvəri baba da, bir
kor edilmiş gözün sürməsi olaraq, atrıq nəyə gərək idi! Bir də
gözəl bir atalar sözümüz vardir:“Keçmə namərd körpüsündən,
qoy aparsın sel səni, Yatma tülkü daldasında, qoy yesin aslan
səni!” Oğlum! Bu bizim millətimizin alın yazısıdır. Bu sarı
büvələrə inanan yanar! Onların çatı düz deyil! Tanrının qəzəbinə
gəlsinlər İnşallah!
Dostları ilə paylaş: |