18
Məhəllədən biri olmuşduq. Kimsə bizimlə deyil, bizim işimizlə
ilgilənirdi. Artıq böyük bir komanda oluşmuşdu!
Başqa yandan, Əmicanın durumu gün keçdikcə daha da pisləşirdi.
Son iki gündə, yemək-içməkdən düşən xəstəmiz bütün günü
yatmağa başlamışdı! Artıq, başçavuşun yaşam mübarizəsi sona
yetişirdi! Əgər o, gözünü yumarsa nə edəcəyimizi düşünürdük.
Onun məndən dilədiyini necə yerinə yetirə bilərdim? O, “imkanın
olarsa, məni qardaşımın ayağı altında basdır!”, deyirdi. Nifrətlə
nəcabətinə vardığım əmicanımın son bir istəyini necə
gərçəkləşdirə bilərdim?!
Xəstəxanadan Əmicanın evə götürülməsini dedilər. Artıq bundan
sonra xəstəxanada qalmasının faydasız olduğu deyildi. Xəstənin
Təbrizdən olduğunu, Tehranda kimsəsizliyini önə çəkdik.
Xəstəni götürmək üçün 3 gün zaman verdilər! Hər günümüz
dünəndən ağır başlar, daha ağır bitirdi!
Sonunda bir cümə günündə Gülnaz xanımın izinə düşdük. İlyasla
birlikdə Cavadiyədən dəmir yoluna gedən bir tənikəlik evlərə sarı
getdik! Oraya yaxınlaşdıq. Kiçik bir bakkal, bir qəssab, kiçicik
göyərti satan, dəllək, bir torpaqlıq meydandan sonra yan-yana
19
sıralanmış palçıqdan evləri gördük. Bakkaldan Gülnaz xanımı
soruşduq:
-
Salam, buralarda 4 uşaqlı bir Gülnaz adında xanım yaşayırmı?
-
Siz, onların nəyi olursunuz?
-
Mən, ailəsiyəm. O, əmimim xanımıdır. Mən, Təbrizdən
gəlmişəm.
-
Mən də Binablıyam. Onu tanıyıram. Nəcabətli bacımızdır. İlmək
salmaqla balalarını yaşadır. Tanrı bu qadına elə bir qeyrət verib
ki! Özü qorusun onu!
-
Evi hardadır! Üç həftədən çoxdur onu axtarırıq. Xoş xəbər oldun!
Xəstə ərinə ruh verdin! Tanrı ürəyinin istəyini versin!
50-60 yaşları arasında bəstəboy ağ saçlı kişi bizi arxasına alaraq,
sol tərəfdə olan bir küçəyə girdi. Çərçivəsiz bir taxta qapını
döyərək, “Gülnaz xanım sizi axtaran var”, - dedi.
Gülnaz xanım: Sadıq əmi, mən dedim ki, haralardan olmasından
heç xəbərim yoxdur. Məni və balalarımı rahat buraxsınlar! Yenə
nədən qapıma dayanıblar. Hər şeyimi əlimdən aldılar. Bu
xarabada da rahat buraxmırlar. Allah, sən özün canımı al!
Balalarıma sahib dur!
20
Sadıq əmi: Bacım, qorxma! Bu özünüzdəndir. Əmisinin arvad-
uşağını axtarır. Gəl qapını aç!
Gülnaz xanım: Sadıq əmi, bu qapı bağlanmaz ki, açılsın! Gəldim!
Dilim-dodağım qurumuşdu. Salam verməyə belə, cəsarətim yox
idi. 70 yaşlılara bənzər beli bükük, bir dəri-bir sümük qadın
qarşımda dayanmışdı! Bu qadının Əmicanımın xanimi olmasına
inanmırdım. Əmicanda olan foto ilə bu qadın arasında 30 yaş fərq
görünürdü! Yavaş-yavaş salam verib soruşdum:
-
Bağışlayın mən Əmicanımın ailəsini axtarıram!
-
Sən kimsən? Kimlərdənsən? (Bu arada dörd xırım-xırda, cansız
uşaq onun çevrəsini tutdular).
Adresi düz tapmışdıq. Bu yazıq qadın Fərəc əmicanın həyat
yoldaşı, dörd uşağının anası idi. Mən, ayaqda qurumuş bu qadına
nə deyə bilərdim! Ona baxınca, uşaqlara gözüm düşüncə içim qan
ağlayırdı. Ürəyimin çırpıntısı dodaqlarımda vururdu! Bir söz
deməyə dilim gəlmirdi. Özüm də bilmədən dizlərimin bükülüb
yerə oturduğumu hiss etdim! 10 yaşlarında olan bir oğlan
uşağının əlində bardaq “buyur, su iç”, deməsilə özümə gəldim!
Bir daha uşağın üzünə baxdım. Suyu əlindən alıb dodaqlarıma
yaxınlaşdırdım. İçmədən öncə soruşdum:
21
-
Sənin adın nədir?
-
Barış! Bəs sənin adın nədir? Kimsən? Nədən belə oldun?
-
Barış sənsənmı? Mən sənin əmi oğlunam! Sevincimdən özümdən
keçdim. Axı çoxdandır sizi axtarıram! Adım Cəvanşirdi, biz bir-
birimizi heç görmədik!
-
Sən mənim atamı gördünmü? O, hardadır? Nə zaman gələcək?
Niyə gəlmir?
Gülnaz xanım: Mən də səni heç görmədim! Səni, atanı,
qardaşını..!
-
Hə! Doğrudu!
-
Bəs anan, bacın!?
-
Onlar da..!
-
İndi də, Əminmi?
-
Yox! O sizin yolunuzu gözləyir!
-
Harda, niyə burda deyil?
İlyas: Xanım sakit olun! Biz, sizi onun yanına götürəcəyik!
-
İndi götürün! Mən uşaqları hazırlayım! Yox, yox, bağışlayın, ilk
öncə evə gəlin, bir çay için sonra!
22
Devarından asılan iki xalça darı, döşəməsi həsirdən olan suvaqlı
kiçik bir otaq! Tavandan asılan ağ, qumru, qara, yaşıl, boz və b.
boyalı yumru ipliklər, xalça dəzgahının heyrəsində yerləşən həvə,
toxmaq, daraq, qayçı, qarmaqlı biçaqlar, iki lampa çirağı, ayaqları
beton bölükdən olan taxta masanın üstündə bir piltə, çaynik, iki-
üç qbacıma, saxsı güzə, həsirli qabda yerləşən dörd beş yeralması
ilə soğan, otağın küncündə isə, köhnə yorqan-döşəklə, bir neçə
paltar boxçası! Bunlar bir beş nəfərlik ailənin gözə çarpan varlığı
sayılırdı!
Gülnaz xanım həyətdə yerləşən suyu dəbbəsindən çaydanı
dolduraraq:
-
Tanrı bu Sadıq əmini darda qoymasın, İnşalllah! Bu daxma, bu
dəzgahlar, burada gördüyünüz bütün nəsnələri o gətiribdir. Bizə
iplik alır, əlimizdən tutur, gecə-gündüz göz-qulaq olur! Çörək,
çay verir! Mən də, balalarımla ilmək atır, gördüyünüz kimi palaz
toxur, satıb yaşamaya çalışırıq!
İlyas: Biz, sizi Kərəc yolunda olan ordu evlərində axtarırdıq. Bəs
niyə orda qalmadınız?
-
Oğlum! Bizi saxlamadılar. Bir gün üç-dörd əskər evə girib, bizi
evdən qovdular. Tək biz deyildik, bizimlə birlikdə beş-on ailəni
Dostları ilə paylaş: |