Türk bayrağini üRƏKLƏRİNDƏ



Yüklə 1,69 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix01.07.2018
ölçüsü1,69 Mb.
#52647
1   2   3   4   5   6   7   8   9   ...   53

 
 
 

 
olarmı?  Həmin  axşam,  hamılıqca  həyət  balkonunda  oturub  çay 
içməyi düşündük. Hava sərin olsa da, xoş idi. Hər kəs üstünə bir 
yorğan çəkərək, balkon kefi yaşadıq. Ortada gəzən mövzu Fərəc 
əmican üzərindən qopmurdu! Ən sonunda onun ailəsini tapmaq 
üçün İlyasa biraz daha bilgi verməyi mənə tapşırdılar.  
Səhər  tezdən,  hər  zaman  olduğu  kimi  İlyas  qapıya  dayandı. 
Əlində biri ev sahibi “Banu xanım”a, ikisi isə bizim üçün olan isti 
daşçörəyi (səngək) hamıya “günaydın”, dedi. 
Çay-çörəkdən  dərhal  sonra  evdən  çıxmağa  hazırlandıq. 
Maşallahxanla Qulam xəstəxanaya, mənimlə Olqa və İlyas yeni 
axtarışa!  Ancaq,  bu  kəz  çıxmadan  öncə  Fərəc  əmicanla  bağlı 
İlyasa danışdım: 
-
 
İlyas,  mənim  əmicanım  çox  vətənsevər,  millətsevər  bir  türk 
əskərdir. Onun başına gələn nə varsa milli insan olduğundandır. 
İlyas,  mən  indiyəcən  bəzi  bilgiləri  səndən  saxlamışam.  Mənim 
əmim  bir  başcavuşdur.  O,  Tehran  ordusunun  Təbrizdə  yola 
saldığı  genəl  qırğında  ortaqlıq  etmədiyi  üçün  suçlu  sayılaraq, 
Luristanın yaxınlığına sürgün düşüb, ailəsi əlindən alınıbdır. İndi 
də, savaş məhkəməsinə verilibdir. Hətta edam olma ehtimalı da 
var. İndi də ağır xəstədir. Uzun yaşaması üçün şansı çox azdır. Ən 


 
 
 
10 
 
azından  xanımını  və  dörd  uşağını  görsün,  sonra  hayata  gözünü 
yumsun! Bir də, xanımı  ilə dörd balasının gözü yolda qalmasın 
deyə,  onları  tapmamız  gərəkdir.  Özünün  dediyinə  görə,  onu 
Təbrizdən sürgün salanda uşaqları Tehranın Kərəc yolunda olan 
ordu  evlərində  saxlanılırdı.  Ancaq,  son  bilgisinə  görə,  o  evdən 
başqa yerə aparılacaqmışlar! 
İlyas:  Cəvanşir bəy olan işdi! Mən də sizin yerinizə olsaydım, 
əmicanımın  gizli-saxlısını  tanımadığım  birisilə  paylaşmazdım! 
Mənə inandığınız üçün sağolun. Mənim həyəcanım daha da artdı! 
Mən bir milli qəhrəmanın ailəsini tapmaq üçün özümü daha çox 
borclu  sanıram!  Əgər  mənim  biləcəyim  başqa  şeylər  də  varsa, 
yolda  anladarsan!  İndi  isə  zamanı  əldən  verməyək!  Məncə,  ilk 
öncə  kərəc  yolunda  olan  ordu  evlərinə  getməliyik.  Ora  getmək 
üçün “Dərvaza Qəzvinə” ya da “Gömrük Meydanına” getməliyik. 
Bəlkə gecəni qayıda bilmədik. Ola bilsin ki, avtobus tapılmasın! 
Onda yol qəhvəxanasında səhəri gözləməliyik. Ondan sonrasına 
baxarıq. 
Olqa:  O zaman mənim gəlməyim artıq olacaq! Mən evdə qalıb 
sizi gözlərəm! Xoş xəbərlərlə gəliniz! 


 
 
 
11 
 
Axşam radələrində ordu evinin girişinə çatdıq. Orada bir çox ailə 
evi var idi. O günədək gördüyüm ən modern evlər sayılırdı. Bizim 
axtardığımız  türk  ailələri  olsa  da,  Məşədli  bir  zabitin  ailəsilə 
parkda  dolandığı  diqqətimizi  çəkdi.  İlyas  öz  istəyilə  zabitə 
yaxınlaşaraq: 
-
 
Salam qurban! Sizdən yardım almaq mümkünmü? 
-
 
Salam! Nə kimi yardım? 
-
 
Biz  Tehrandan  gəlirik.  Mən  xalamı  axtarıram.  Onlar 
Təbrizdəndirlər. Yenicə bilmişik gəldiklərini! 
-
 
Kimdir, kimin ailəsidir. Adı nədir?  
-
 
Xalamın adı Gülnazdı! Dörd balası var! 
Zabitin eşi:  Hə Təbrizli başçavuşun ailəsi Gülnaz xanım! Onları 
Tehrana apardılar! Bəs ağasından xəbər gəlmədi! Yazıq uşaqlar 
hər gün atalarını səsləyib durdular! Sonunda da buradan getdilər! 
İlyas:  Bağışlayın Tehranın harasına apardılar?  
Zabit:  Bildiyimə görə, başçavuşu demokratlar öldürdülər. Eləmi 
cavan?  


 
 
 
12 
 
İlyas:    Çox  acılıqla  elədir,  cənab  sərvan!  İndi,  xalama  və 
balalarına qovuşmaq üçün hər yeri axtarırıq. Anamın bacısı üçün 
gecə-gündüzü yoxdur! 
Zabit:    Başçavuşla  mən  bundan  10  il  öncə  tanış  olmusam!  O 
zaman  mən  zabitliyə  girdim.  Ancaq,  nədənsə  o  girə  bilmədi. 
Sonra  daha  görmədim.  Bildiyimə  görə,  başçısı  ölən  ailələri 
Tehranın  “Xanı  Abad”  məhəlləsində  tikilən  binalarda,  ya  da 
“Cavadiyə” ordu evlərində yerləşdirirlər.  
Zabit  və  xanımının  fərqli  farsca  danışmasından  dolayı,  İlyas 
onların Məşəddən olub-olmadığını soruşdu. Zabit gülə-gülə İlyası 
alqışladı.  Mən,  onların  Azərbaycan  haqqında  verdiyi  sualları 
xoşlarına  gələn  tərzdə  cavbacıdım.  Az  sonra  Tehrana  sarı  yola 
düşməyimizi duyunca, zabit dedi: 
-
 
İndi bu saatda Tehrana necə gedəcəksiniz?!  
Böyük  bir  gəlişmə  əldə  etmişdik.  Tehrana  çatmaq  üçün  çox 
tələsirdik.  Bu  üzdən  heç  düşünmədən  küçə  qırağı  ilə  ayaqda 
yürüməyə  başladıq.  Axşam  çağı  qaranlığına  doğru  bir  daşımaçı 
qarşımızda saxladı. 


 
 
 
13 
 
Hardasa iki saatdan sonra Tehranın “Gömrük” meydanına çatdıq! 
Düşdüyümüz yerdən Xani Abad məhəlləsinə çox da uzun deyildi! 
Ancaq gecənin qaranlığına görə, səhər tezdən axtarışımızı davam 
etməyi düşündük. Çox yorğun halda evə çatdıq. Axşam yeməyi 
üçün  bizi  gözləyirdilər.  İlyas  tezliklə  evlərinə  getdi!  Mən, 
başımıza  gələnləri  qısaca  da  olsa,  anlatdım!  Onların  sevincini 
gözlərkən, kədərli üzlərindən rahatsız oldum! 
-
 
Əmicana nə olub? Niyə beləsiniz? Üzünüzdən tökülən bir parça! 
Doğrunu deyin! 
Olqa:  Özün əmicanın durumunu yaxşı bilirsən! Halı yaxşı deyil! 
Bu gün də halı heç yaxşı deyildi! Çox halsız idi. 
Qulam:  Cəvanşir biz axşamacan onun yanındaydıq. Danışmağa 
meyl göstərmirdi. Sanki, birilərini gözləyir! Sən də əlindən gələni 
edirsən. Inşallah bir sonuc əldə olunar! 
Maşallahxan:  Umudlu olmalıyıq! Hər şey Onun əlindədir (başını 
qaldıraraq göyə işarə etdi). Səhər açılsın, xoş açılsın! 
Yorğunluqdan 
ayaqda 
duracaq 
gücümüz 
qalmamışdı. 
Yerlərimizə çəkildik. Yatağa girər-girməz Olqanı öpərək, “gecən 
xeyrə qalsın sevgilim” deyib yuxuya daldım! 


Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə