Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə96/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   92   93   94   95   96   97   98   99   ...   111

SUYMƏNKUL ÇOKMOROV (1939-1992)
Gözəl peşəkar rəssam, populyar və hamının sevimli 
artisti – beynəlxalq kinofestivallarda ən yaxşı kişi roluna 
görə  beş  dəfə  ali  mükafata  layiq  görülmüş  yeganə 
aktyor.  Onun yaratdığı obrazlar sayəsində bütün dünya 
əsil  qırğızın  qəlbi,  mentallığı  və  dünyagörüşündən 
xəbərdar  oldu.  Onun  bədii  təsvirləri  Milli  Muzeyin 
təsviri  incəsənət  zallarını  bəzəyir,  çəkildiyi  filmlər 
isə  yaşlı  və  gənc  nəsli  həyəcanlandırır.  Suymənkulun 
qeyri-adi xasiyyəti haqqında, onun öz işinə məsuliyyətli 
münasibəti  haqqında  tənqidçilər  və  jurnalistlər  az 
yazmamışlar. Bu aktyorun şəxsiyyətini parlaq xarakterizə 
edən bir hadisə yadıma düşür. “Karaş aşırımında atışma” 
filminin çəkilişləri zamanı Çokmorovun qəhrəmanı öz 
atı ilə gur dağ çayında boğulmalı idi, iş belə gətirdi ki, o 
həqiqətən də boğulmağa başladı. Çəkiliş qrupundan heç 
kim ona gur, buz kimi soyuq sudan çıxarmağa yardımçı 
ola  bilmirdi,  bu  an  rejissor  tərəfindən  lentə  alındı  və 
həqiqətdə  nə  baş  verdiyi  tamaşaçılardan  heç  kimin 
ağlına belə gəlmədi. Hamı yalnız ustalıqla oyuna və baş 
qəhrəmanın xarakterinin verilməsinə valeh olurdu. Bu 
məqam  –  filmin  ən  təsiredici  anıdır.  Məhz  onda  dahi 
qırğız aktyoru soyuqladı və sağalmaz böyrək xəstəliyinə 
tutuldu. Ömrünün son illərini Suymənkul Çokmorov ağır 
xəstəlikdən əziyyət çəkirdi, lakin bunlara baxmayaraq, 
mütəmadi  olaraq  filmlərdə  çəkilməkdə  davam  edirdi. 
10 il ərzində hər üç gündən bir Suymənkulun 4-5 saat 
ərzində qanını təmizləyir və gün ərzində cəmi üç stəkan 
su  içməyə  icazə  verirdilər.  Onun  həyata,  insanlara 
sönməz məhəbbəti, sınmaz ruhunun aliliyi bütün xalqın 
iradəsinin əksi idi. 
Suymənkulla  bütün  Qırğızıstanın  vidalaşdığı 
kədərli  günü  xatırlayıram.  Akademik  Opera  və  Balet 
Teatrında  vətəndaşların vidalaşması ilə dəfn mərasimi 
keçirildi.  Gələnlərin sayı həddindən artıq çox idi – ucu-
bucağı  görünməyən  kütlə.  Gələnlərin  heç  də  hamısı 
sonuncu dəfə dahi artistə təzim etmək üçün içəri keçə 
bilmədi.  Çoxları  dəfn  mərasiminin  arxasınca  Ala-
Arça  qəbristanlığına  getdilər  ki,  sevimli  artistlə  orada 
vidalaşa bilsinlər. Suymənkul Çokmorovun vəfat günü 
ümummilli  matəm  günü  oldu.  O  həqiqətən  də  milli 
qəhrəman idi və xalqın yaddaşında əfsanəvi şəxsiyyət 
kimi qaldı. 
Manas  rolunu  oynamağı  arzulayan  böyük  aktyor 
dünyadan  köçdü.  Həqiqətən,  o,  bəlkə  də  Səxavətli 
Manasın  obrazını  nəinki  mənəvi,  eləcə  də  zahirən 
yaradacaq yeganə kino aktyoru idi. 
253


BULAT MINJILKIYEV (1940-1996)
Özünün  ilhamverici  incəsənəti  ilə  istedadlı 
və  zəhmətkeş  qırğız  xalqını  təmsil  edən  Bulat 
Minjilkiyev  23.04.1940  tarixində  İssık-Kul 
vilayətinin Toru-Ayğır kəndində anadan olmuşdur. 
O,  XX  əsrin  məhşur  baslarından  biri,  SSRİ 
Xalq  artisti,  qırğız  xalqının  fəxarəti  idi.  Sözsüz, 
qüdrətli istedadı ona Allah tərəfindən verilmişdi, 
uşaq  vaxtı  eşitdiyi  xalq  melodiyaları,  doğma 
yurdun əfsanələri, dahi musiqiçilərin yaratdıqları 
isə  yaradıcı  vergisini  oyatmışdı.  Onun  əzəmətli, 
eyni  zamanda  məxməri  səsi,  gözəl  aktyorluq 
qabiliyyəti  təbiətin  möcüzəsi  idi.  O,  romansları, 
operalardan ariyaları parlaq peşəkarlıq və qəlbdən 
gələn insan hərarəti ilə ifa edərdi. Onun səhnəyə 
hər gəlişi hadisəyə çevrilərdi. Maraqlıdır ki, XX 
əsr qırğız incəsənəti renessansının nümayəndələri 
məhz opera müğənniləri olmuşdu. Bizim Bulat isə 
qırğız xalqının ruhunun güclü təmsilçisi idi. Bu, 
xüsusilə  “Manas”  və  “Ayçörək”  tamaşalarındakı 
onun yaratdığı əfsanəvi obrazlarda təzahür etmişdi. 
O  təkrarolunmaz  fərdiliyə  malik  idi:  dinləyicini 
şaşırdan artistizmə, epik geniş əhatəyə, dramatik 
təzadlara, əzəmətli səsə və zahiri cazibədarlığa. 
İlya  Erenburqun  ədalətli  sözləri  yada  düşür: 
“Milli  dahi  nə  qədər  böyükdürsə,  sarhədləri 
bir  o  qədər  asanlıqla  aşıb  ümumbəşəri  olur”. 
Yəqin  buna  görədir  ki,  Bulatı  İtaliyada  və 
Fransada,  Yaponiyada  və  Almaniyada,  ABŞ-
da  və  Rusiyada, Avstriyada    və  b.  ölkələrdə  də 
özününkü  hesab  edirdilər.  O,  çox  gözəl  opera 
incəsənəti  məktəbi  keçmişdi:  Daşkənd,  Sankt-
Peterburq,  italyan  məktəbləri  və  müğənninin 
sonuncu yaradıcılıq məkanı – cahanşümul ecazkar 
istedadlar  koqortasını  yetişdirən,  həmişə  dünya 
istedadlarının qızıl beşiyi olmuş Mariinsk opera və 
balet teatrı. Bulat Minjilkiyev həmişə qırğız opera 
incəsənətinin  birinci  ulduzu  olaraq  qalacaqdır. 
Mən  2010-cu  ilin  noyabrında  Sankt-Peterburqda 
idim.  Və  afişalarda  aşağıdakı  məzmunlu  mətni 
görəndə Mariinsk teatrına minnətdar oldum: “Bu 
ilin  teatr  mövsümünün  açılışı  SSRİ  Xalq  artisti 
Bulat Minjılkiyevin xatirəsinə ithaf olunur”.
254


TOLOMUŞ OKEYEV (1937-2001)
Gənc 
qırğız 
rejissoru 
T.Okeyevin 
“Uşaqlığımızın  səması”  filmi  ekrana  çıxdıqdan 
sonra xarucdə “qırğız filminin möcüzəsi” haqqında 
danışmağa  başladılar.  Sonra  digər  filmlər  çıxdı: 
“Atəşə  itaət  et”,  “Qırmızı  alma”,  “Ulan”,  “Qızıl 
payız”,  “Vəhşi”,  “Ağ  Bəbirin  nəsli”  və  əsil 
kinoşedevrə  çevrilmiş  daha  onlarca  filmlər. 
Bütün  işlər  yalnız  ona  xas  uşaq  səmimiliyi  və 
sadəlövhlüyü  ilə  seçilir.  Onun  filmləri  dəfələrlə 
beynəlxal  festivallarda  əsas  mükafatlara  layiq 
görülmüşdür.  T.Okeyevin  sayəsində  bizdə  yeni 
istedadlı aktyorlar pleyadası yaranmışdır. 
“Uşaqlığımızın  səması”  filmi  kəndli-
tamaşaçılarda  həmişə  ayaqyalın  uşaqlıq  illərinin 
xatirələri ilə assosiasiya edilir.  “Ağ Bəbirin nəsli” 
– bu, ətraf aləmimizə, insanın ana-təbiətlə qırılmaz 
əlaqəsinə  həsr  olunan  himndir.  Bu  filmin  ayrı-
ayrı  epizodları  uşaqlığını  dağlar  arasında  keçirən 
hər  birimizə  doğma  və  anlaşılandır.  Azadlığa  və 
sevgiyə oxunan himn... Özünün ən böyük arzusunu 
– Çingiz xan haqqında film çəkməyi – artıq həyata 
keçirməyə çatdırmadı. 
Istedadlı qırğız rejissorunun ölüm xəbəri bizim 
üçün naqafil oldu. Tolomuş Okeyevin qəfil ölümü 
barədə  xəbər  uzaq  xaricdə  bütün  onu  tanıyanlar 
arasında  şok  yaratdı.  Həyatdan  bu  cür  əsil 
insanın getməsi həqiqətən də milli faciə oldu. O, 
insanpərvərlik, humanizm və Vətənə məhəbbətinə 
görə  hələ  sağlığında  ikən  ümummilli  sevgisi 
qazanmış şəxsiyyətlərdən biri idi. O, ölkəsinin əsil 
oğlu idi. 
  Məlum  olmuşdur  ki,  Tolomuş  ağa  İssık-
Kul  sahillərində  azad  iqtisadi  zona  –  “Kinostan” 
yaratmaq istəyirmiş. Hal-hazırda mənim tərəfimdən 
“Kinostan” haqqında qanuncericilik hazırlanmışdır, 
dahi usta bunu bütün ömrü boyu arzulamışdı. 
255


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə