Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek Fonu Bu kitap Türk Dilinde Konuşan Ülkelerin politikasına Destek



Yüklə 144 Kb.
Pdf görüntüsü
səhifə93/111
tarix06.05.2018
ölçüsü144 Kb.
#42318
1   ...   89   90   91   92   93   94   95   96   ...   111

AALI TOKOMBAYEV (1904-1988)
Qırğızıstanın  xalq  şairi,  ilk  qırğız  yazıçısı, 
Sosialist  Əməyi  Qəhrəmanı,  Toktoqul  ad.  Dövlət 
mükavatı  laureatı,  ilk  qırğız  dramaturqu,  özünün 
yaşadığı 1916-cı illər hadisələrinə həsr edilən “Qanlı 
illər”  mənzum  romanının  müəllifi,  onlarla  poeziya 
toplusunun  müəllifi,  “Yaralı  qəlb”,  “Melodiyanın 
sirri” kimi mənsur povestlərinin və bir çox əsərlərin 
müəllifi – Aalı Tokombayev respublikada bədii sözün 
patriarxı  hesab  edilir.  07.11.1924-cü  ildə  ilk  qırğız 
qəzeti  “Erkin  Too”nun  birinci  nömrəsində  məhz 
onun “Oktyabr epoxası” adlı şeiri çap edilmişdi.  Bir 
müddət  sonra  Aalı  Tokombayev  sonradan  peşəkar 
yazıçılar  birliyinə  qədər  yüksələcək  “Uçqun” 
adlı  ilk  ədəbi  birlik  yaradır.  O,  birinci  yazıçılar 
şəcərəsinin lideri oldu. Aalı Tokombayev Dante və 
Şekspir, Göte və Balzak, Puşkin və Tolstoy, Qorki 
və  Mayakovskinin  əsərlərini  respublikada  qırğız 
dilinə ilk tərcümə edən olmuşdur. Hələ 1936-cı ildə 
A.Tokombayev  respublika  Konstitusiyasına  qırğız 
dilinə dövlət statusu verilməsi haqqında bəndin əlavə 
olunması barədə təklif irəli sürmüşdü.
A.Tokombayev  Stalin  həbsxanasında  guya 
millətçi baxışlarına görə cəza çəkərkən ona nə kağız, 
nə mürəkkəb verirdilər, lakin bunlara baxmayaraq o, 
çörəyin içindən Lenini büstünü yapmış, geyimindən 
sapları  dartaraq  zindan  döşəkağısında  Puşkinin 
portretini və bu dahi rus şairinə həsr edilən üç rübai 
tikmişdi:  “Mən də sənin kimi şərləndim günahsız...” 
A.Tokambayev  öz  zəmanəsinin  sadiq  oğlu  idi,  o, 
sosializm ideallarına fədakarcasına inanır və qulluq 
edir,  Rusiyanın  ucqarlarındakı  millətlərin  çoxunun 
azadlığına yol açmış böyük şəxsiyyət hesab edərək 
Leninin qarşısında təzim edirdi.
Məşhur  qırğız  tənqidçisi  Keneşbəy Asanəliyev 
öz əsərlərində A.Tokombayevi belə xarakterizə edir: 
“Aalı  Tokombayevin  öhdəsinə  milli  ədəbiyyatın 
peşəkarcasına doğulduğu, yaranış tapdığı və sonrakı 
inkişaf  prosesi  və  çiçəklənmə  məqamının  bütün 
mühüm  mərhələlərində  xüsusi  bir  yük  daşımaq 
missiyası  düşdü”  A.Tokombayev  özündən  sonra 
zəngin yaradıcılıq irsi qoyub getdi: şeirlər, pyeslər, 
povestlər  və  digər  müəlliflərin  əsərlərindən  etdiyi 
tərcümələr.  Onun  parlaq  həyat  yolu  hamıya  yaxşı 
bəllidir və xalq tərəfindən sevilməkdədir.
244


İSHAQ RƏZZAQOV (1910-1979) 
İshaq  Rəzzaqov  atadan-anadan  yetim  idi, 
savada  uşaq  evində  yiyələnmişdi.  Uzun  müddət 
Özbəkistanda işləmiş, orada hörmət qazanmışdı, 
buna bariz nümunə kimi, onun neçə il Özbəkistan 
SSR KP MK-nın katibi işləməsini misal çəkmək 
olar. 1945-50-ci illərdə Qırğızıstan SSR Nazirlər 
Sovetinin sədri, 1950-ci ildən 1961-ci ilə qədər isə 
Qırğızıstanın KP MK-nın birinci katibi olmuşdu. 
70  il  ərzində  ötən  əsrin  dahi  şəxsiyyətlərinin, 
o  cümlədən  milli  kateqoriyalarla  düşünən  və 
yaradan İ.Rəzzaqovun da adı zor gücünə insanların 
hafizəsindən silinirdi.
O, həddindən artıq ziyalı, çox mütaliə etmiş və 
məqsədyönlü,  xalqının  müqəddəsliyini  dərindən 
duyan, aktiv təşkilatçı bir insan idi, ədəbiyyatla ciddi 
maraqlanırdı və hətta L.Tolstoyun və A.Çexovun 
ayrı-ayrı əsərlərini özbək dilinə tərcümə də edirdi. 
Məhz  onun  dövründə  Qırğızıstanda  ilk  elmi-
təhsil mərkəzləri, institutlar yaradılmış, iri sənaye 
və  elmi  müəssisələrin  tikintisi  başlanılmışdı. 
O,  iqtisadi  sferada  bölgə  məsələlərinin  həlli 
üçün  respublikanın  səlahiyyətlərinin  artırılması 
uğrunda  fəal  surətdə  böyük  işlər  aparırdı.  Onun 
zamanında  Qırğızıstan  KP  MK-nın  18-28 
avqust 1958-ci il ildə “Rus məktəblərində qırğız 
dilinin  tədrisi”  haqqında  qərarı  qəbul  edildi. 
İshaq  Rəzzaqov  özünü,  həyatının  mənasını 
Qırğızıstansız  təsəvvür  edə  bilmirdi.  Hətta  o, 
Moskvada  məcburən  yaşadığı  zamanda  bircə 
şey  arzulayırdı  –  ölümündən  sonra  Vətənində 
dəfn  edilsin.  Bu  arzu  yalnız  2000-ci  ildə  həyata 
keçdi,  Qırğızıstan  Respublikasının  Prezidenti 
Əsgər Akayevin təşəbbüsü ilə İ.Rəzzaqovun nəşi 
Vətəninə  gətirilib  dəfn  olundu.  Onun  adı,  dan 
ulduzu  Çolpon  kimi,  xalqa  xidmət  yoluna  şəfəq 
saçır.  Onu  başqalarından  fərqləndirən  misilsiz 
insansevərliyi,  alicənablığı  və  şəffaf  təmizliyi 
idi.  Qırğızıstanı  çiçəklənən  görmək  onun  üçün 
xoşbəxtlik  idi.  Əldə  etdiyimiz  dövlətçiliyə  görə 
biz  böyük  şəxsiyyətlərimizin  yaradıcı  əməyin,  o 
cümlədən  İ.Rəzzaqova  borcluyuq.  O,  keçmişdə 
yaşadı, amma gələcəyin şəxsiyyətinə çevrildi.
245


TOROBAY KULATOV (1908-1984)
1908-ci  ildə  Oş  vilayətinin  Aravan  bölgəsinin 
Qızıl-Bulaq  kəndində  anadan  olmuşdur.  1920-ci 
ildən 1925-ci ilədək Qızıl-Kiya şəhərində yaşamışdır. 
1925-ci  ilin  fevralından  Kuvasay-Qızıl-Kiya 
dəmiryolunun tikintisində işləmişdir. Sonra şaxtada 
qazmaçı kimi çalışmışdır. 1934-cü ildə kömürçülərin 
komitə  sədri  seçilmişdir.  1936-cı  ildə  sovet-partiya 
işçilərinin kursunda təhsil almış, 1938-ci ildə Qızıl-
Kiya  şəhər  sovetinin  icraiyyə  komitəsinin  sədr 
müavini  seçilmiş,  sonra  “Qırğızkömür”  trestinin 
direktor  müavini  olmuşdur.  1938-ci  ilin  iyulunda 
Qırğızıstan  SSR  Xalq  Komissarları  Sovetinin 
sədri  təyin  edilmiş,  1945-ci  ilin  sentyabrında  isə 
Qırğızıstan  SSR  Ali  Sovetinin  Rəyasət  Heyətinin 
sədri seçilmişdir ki, orada 33 il səmərəli surətdə və 
uğurla  işləmişdir.  1978-ci  ildən  İttifaq  əhəmiyyətli 
təqaüdə çıxmışdır.  
Vətən qarşısında xüsusi xidmətlərinə görə, beş 
dəfə Lenin ordeni, dörd dəfə Qırmızı Bayraq ordeni 
və bir çox medallarla təltif edilmişdir. Dəfələrlə SSRİ 
və Qirğızıstan SSR Ali Sovetinin deputatı seçilmişdir. 
T.Kulatov böyük yenidənqurmalar dövründə ölkənin 
rəhbəri  olmuşdur.  Yəqin  respublikanın  istənilən 
bölgəsində elə bir möhtəşəm tikili tapmaq olmaz ki, 
ora Kulatov öz imzasını atmamış olsun. Məhz bu illər 
Böyük  Çuy  kanalı  salındı,  Kant-Balıqçı  dəmiryolu 
qolu çəkildi, eləcə də yüksək dağ magistralı Frunze-
Oş  inşa  olundu.  T.Kulatov  siyasətçi-konsolidator, 
xalqının  mənafeyini  güdən  insan  idi.  O  həddindən 
artıq xeyirxah, sadə və həssas insan olmuşdur. Bizdə 
belə deyirlər: “Ot quruyar, dağlar qalar, amir gedər, 
xalq qalar”. Həqiqətən də illər keçdi, amma Kulatov 
haqqında xatirələr xalqın bu gün də yaddaşındadır. 
Bu, Jenijokun mahnısında belə ifadə olunur.          
Xalqınla bahəm – insansan,
   Xalqsız bir kəs deyilsən. 
  Göydə ulduza çatsan da,
  Cahanı əl altına alsan da.
  Yalnız xalqınla böyüksən, 
  Xalqsız – yalnız “kiyiksən”.
246


Yüklə 144 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə