Türk dünyasının böyük oğlu



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə8/93
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48411
1   ...   4   5   6   7   8   9   10   11   ...   93

 
26
qiymətləndirilmiş, bir çox elmi-tədqiqat işləri isə beynəlxalq arenaya 
çıxmağa müvəffəq olmuşdu. Bunu demək kifayət-dir ki, 1970-ci ildə 
Azərbaycan Elmlər Akademiyasında 30 elmi müəssisə, o cümlədən 22 
elmi-tədqiqat institutu, 3,3 min elmi işçi, o cümlədən 209 elmlər doktoru, 
1311 elmlər namizədi fəaliyyət göstərirdi. Akademiyanın 54 həqiqi və 41 
müxbir üzvü var idi. 
70-80-ci illərdə AMEA-nın fəaliyyətində baş verən böyük 
dəyişikliklər, maddi-texniki bazasının  əsaslı surətdə yaxşılaşdırılması 
onun inkişafına böyük təsir göstərmiş, akademiyanın bütün 
strukturlarının işində böyük irəliləyiş baş vermişdi. 
Göstərilən illərdə akademiyanın çox mühüm elmi bazası olan elmi 
kitabxananın işində də böyük canlanma baş vermiş, elmi kitabxana nəinki 
respublikanın, həmçinin SSRİ-nin  ən böyük elmi kitabxanaları 
səviyyəsinə yüksəlmişdi. Məhz bu dövrdə akademiyanın kitabxanası yeni 
binaya köçürülmüş, çox qiymətli və müasir avadanlıqla təmin edilmiş
yeni kitabxana texnikası ilə  təchiz edilmişdi. Öz fəaliyyətində müasir 
dövr kitabxana işi sahəsində baş verən yenilikləri dönmədən öz işinə 
tətbiq edən, yeni kitabxana texnologiyası ilə  zənginləşən, kitabxana 
xidmətinin müasir problemlərindən bacarıqla istifadə edən kitabxana 
tamamilə yeni tipli elmi-informasiya müəssisəsinə çevrilmiş, 
yüksəkixtisaslı akademiya oxucularının ən çox sevdiyi, istifadə etdiyi bir 
elm xəzinəsinə çevrilmişdi. Belə bir faktı qeyd etmək yerinə düşər ki, 
AMEA-nın kitabxanası  həm respublikamızda, həm də SSRİ miqyasında 
ilk dəfə olaraq akademiya kitabxana şəbəkəsini mərkəzləşdirməyə nail 
olmuşdu. O dövrdə SSRİ miqyasında kitabxanaların, əlbəttə, ilk növbədə 
kütləvi kitabxanaların mərkəzləşdirilməsi ideyası irəli sürülmüş, bu işi 
həyata keçirmək üçün Rusiyanın bir neçə rayonunda eksperiment 
qoyulmuşdu. SSRİ miqyasında, o cümlədən respublikamızda 
mərkəzləşdirmə işinə 1974-cü ildən başlandı. Kitabxana işində tamamilə 
yeni və olduqca mürəkkəb bir proses olan mərkəzləşdirməni həyata 
keçirmək böyük təşkilatçılıq və ciddi elmi-metodik hazırlıq işi tələb 
edirdi. Böyük razılıq hissi ilə demək olar ki, AMEA-nm kitabxanası bu 
mürəkkəb prosesin həyata keçirilməsinə hazır olduğunu nümayiş etdirdi. 
AMEA-nın Mərkəzi Elmi Kitabxanası bu işi həyata keçirərkən bir sıra  


 
27
çətinliklərlə üzləşdi. Bir tərəfdən akademiyanın ayrı-ayrı institutları, 
laboratoriyaları  və digər qurumları kitabxanaların mərkəzləşməsinin 
əleyhinə çıxırdılar, digər tərəfdən, mərkəzləşməni aparmaq üçün mühüm 
elmi-metodik məsələləri həll etmək çətinlik törədirdi. Həmçinin az da 
olsa vəsaitin çatışmazlığı da işin sürətli t
əşkilinə mane olurdu. Bütün bu 
çətinliklərə baxmayaraq, mərkəzləşmə  işinə ciddi hazırlıq görmüş 
Mərkəzi Elmi Kitabxana qısa bir müddət  ərzində bu işin öhdəsindən 
müvəffəqiyyətlə gəldi. Mərkəzləşmə 1972-ci ildə başlandı və 1976-cı ildə 
başa çatdırıldı. Bir-birindən ayrılıqda fəaliyyət göstərən kitabxana 
şəbəkəsinin bazası əsasında vahid kitab fonduna, kadr potensialına, ştata, 
yeniləşdirilmiş  və möhkəmləndirilmiş maddi-texniki bazaya malik olan, 
oxuculara xidməti yüksək səviyyədə təşkil etməyə qadir vahid kitabxana 
kompleksi meydana gəldi. Bu sistemə akademiyanın 24 elmi-tədqiqat 
institutunun və digər qurumlarının kitabxanaları daxil edildi. 
Mərkəzləşmiş vahid kitabxananın fondunda üç milyon nüsxəyə  qədər 
kitab var idi. Kitabxana fondunun sistemdaxili mərkəzləşdirilmiş qaydada 
komplektləşdirilməsi fondun gələcək inkişafı üçün böyük perspektivlər 
açmışdı. Kitabxana fondunun idarə edilməsinə vahid sistemli prinsipin 
tətbiqi onun məqsədyönlü komplektləşdirilməsi üçün əlverişli  şərait 
yaratmışdı. Fondun tərkibinin keyfiyyətcə  təkmilləşməsi, dünya elmi-
texniki fikrinin son nailiyyətlərini əks etdirən əsərlərlə və dövri mətbuatla 
tamamlanması oxuculara kitabxana-informasiya xidmətinin yeni əsaslarla 
qurulmasını  təmin edirdi. Kitabxanaların yanında təşkil edilmiş 
komplektləşdirmə 
şuraları  mərkəzləşmiş kitabxana şəbəkələrinin 
komplektləşdirilməsi üçün plan tərtib edirdi. Komplektləşdirmə planında 
hər bir kitabxananın profili, oxucuların sorğu və  tələbatı, elmin müasir 
inkişaf istiqamətləri nəzərə alınırdı. Cari və retrospektiv 
komplektləşdirməni ardıcıl olaraq aparmaq məqsədi ilə  Mərkəzi Elmi 
Kitabxananın yanında komplektləşdirmə  şurası yaradılmışdı. Bu şura ilk 
dəfə olaraq bütün akademiya kitabxana şəbəkələrinin komp-
lektləşdirilməsini həyata keçirirdi. Yarandığı ilk günlərdən şuranın işinin 
səmərəliliyi və effektivliliyi  aydın  oldu.  Akademiya  kitabxanalarının  
komplektləşdirmə işi keyfiyyət və kəmiyyət baxımından  


 
28
 xeyli yaxşılaşdı və təkmilləşdi. Təkcə 1984-cü ildə AMEA-nın kitabxana 
sisteminə 96 min 141 nüsxə yeni ədəbiyyat daxil olmuşdu. Bunlardan 
58.918 nüsxəsi Mərkəzi Elmi Kitabxananın, 37.223 nüsxəsi isə filialların 
fondlarına verilmişdi. Mərkəzləşmə  nəticəsində  Mərkəzi Kitabxananın 
maliyyə  vəziyyətinin sabitləşməsi kitabxana fonduna xarici dillərdə 
ədəbiyyat alınmasını xeyli yaxşılaşdırmışdı. Hər il kitabxanaya daxil olan 
ədəbiyyatın 10-12 faizini xarici dillərdə kitablar təşkil edirdi. Bu isə öz 
növbəsində alimlərə dünya elminin və texnikasının son nailiyyətləri ilə 
tanış olmaq imkam verirdi. 1970-80-ci illərdə kitabxananın fəaliyyətində 
baş verən müsbət keyfiyyətlərdən biri də beynəlxalq kitab mübadiləsinin 
təşkili olmuşdur. Kitabxana zəngin və  məzmunlu mübadilə fondu 
yaratmağa müvəffəq olmuşdu ki, bu da respublikamızın kitab sərvətini 
dünyanın  ən böyük kitabxanalarına göndərməyə imkanlar yaratmışdı. 
Belə ki, 70-ci illərin axırlarında kitabxana dünyanın 50 ölkəsinin 570 
müəssisəsi ilə kitab mübadiləsi edirdi. Bunların arasında 28 elmlər 
akademiyası, 120 universitet və institut, 29 milli kitabxana, 209 kitab 
ticarəti müəssisəsi, 23 nəşriyyat və firma, 27 muzey və başqa müəssisələr 
var idi. 1984-cü ildə Mərkəzi Elmi Kitabxanaya 10.615 nüsxə xarici nəşr 
daxil olmuşdu. Kitabxana respublikamızda ən çox dövri nəşrlər, xüsusilə 
elmi, elmi-texniki jurnallar alan müəssisə idi. Təkcə 1984-cü ildə 
kitabxana 1246 adda xarici jurnal almışdı. Kitabxananın dövri mətbuat və 
jurnal fondu respublikanın alimlərinə dünya elminin son nailiyyətləri ilə 
tanış olmaq imkanı verirdi ki, bu da ölkəmizin elmi ictimaiyyəti 
tərəfindən çox yüksək qiymətləndirilirdi. Kitabxananın xarici ədəbiyyat 
fondunun ardıcıl olaraq komplektləşdirilməsi nəticəsində bu fond 
respublikanın kitabxanaları içərisində ən böyük fonda çevrilmişdi. 1986-
cı ildə bu fonda 1 milyon nüsxədən artıq ədəbiyyat toplanmışdı. 
Respublika Milli Elmlər Akademiyasının kitabxana şəbəkəsinin 
mərkəzləşməsi, qısa müddət içərisində oxuculara xidmət işinin yenidən 
qurulmasında, keyfiyyətcə yaxşılaşmasında və 
səmərəliliyinin 
artırılmasında özünü göstərdi. Oxucuların sayı  əsaslı  şəkildə artdı.  Əgər 
mərkəzləşmədən əvvəl - 1974-cü ildə kitabxananın 18 min oxucusu var  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə