29
idisə, 1984-cü ildə onların sayı 38 min 800 nəfərə çatmışdı. Oxuculara
kitabxana xidməti sahəsində həyata keçirilən yeni qabaqcıl iş üsulları
oxucuların kitabxanaya gəlişinə müsbət təsir göstərmiş, elmi-tədqiqat
institutlarının elmi işçilərinin əksəriyyəti kitabxanadan istifadə etməyə
başlamışdılar. Elmi-tədqiqat institutlarının 23 min 601 nəfər elmi işçisi
Mərkəzi Elmi Kitabxananın oxucularına çevrilmiş, kitab fondundan
istifadə etməyə başlamışdılar. Görülən işlər nəticəsiz qalmamışdı,
kitabxanada kitab verilişi, kitabların dövriyyəsi xeyli çoxalmışdı. 1984-cü
ildə Mərkəzi Elmi Kitabxanada və onun filiallarında oxuculara 3 milyon
184 min 868 nüsxə kitab verilmişdi. Bunların 1 milyon 768 min nüsxəsi
Mərkəzi Kitabxananın payına düşürdü. Kitabxana, həmçinin oxucuların
sorğularını ödəmək və öz fondlarında olmayan kitabları əldə etmək üçün
kitabxanalararası abonementdən geniş surətdə istifadə edirdi. 1984-cü
ildə SSRİ-nin 1870, xarici ölkələrin 27 kitabxanası ilə əlaqə yaradılmış,
onlardan 13.050 nüsxə ədəbiyyat alıb oxuculara verilmişdi.
Mərkəzləşmə illərində akademiya kitabxanasında meydana gəlib
formalaşan və demək olar ki, oxuculara kitabxana xidmətinin təşkilində
mühüm mərhələ hesab edilən elmi-texniki informasiya xidmətinin
yaradılması olmuşdur. Uzun illərdən bəri elmi-texniki informasiya
xidmətini həyata keçirməyə çalışan kitabxana bu işin formalaşmasına 60-
cı illərin axırlarından başlamış, ardıcıl olaraq iş aparmış, təcrübə qoymuş,
nəhayət, 1973-cü ildə oxuculara informasiya xidməti işini
müvəffəqiyyətlə həyata keçirən elmi-texniki informasiya xidmətini
yatarmağa müvəffəq olmuşdur. Mərkəzi Elmi Kitabxana 1976-cı ildən isə
respublikada ilk dəfə olaraq bu sistemi qismən də olsa avtomatlaşdırmağa
başladı. 1980-1984-cü illərdə akademiya kitabxanası bu sistem vasitəsilə
300 elmi problem üzrə 289 elmi-tədqiqat laboratoriyasının 3000-ə qədər
elmi işçisini müntəzəm olaraq cari informasiya ilə təmin etmişdir. Bu
dövrdə kitabxana respublikamızda elmi kitabların təbliğində xüsusi
mövqeyə malik ol-muş, elmi ədəbiyyatı təbliğ etmək üçün kitabxananın
tarixində ilk sərgi salonu təşkil edilmişdi. Bu salon oxuculara xidmət
etmək üçün vaxtaşırı olaraq daimi yeni kitablar sərgisi və müxtəlif
30
elm və bilik sahələrinə aid tematik sərgilər təşkil edirdi. Təkcə 1984-cü
ildə bu salonda 25 tematik sərgi, yeni ədəbiyyat haqqında 65 informasiya
sərgisi təşkil edilmişdi. Bir il müddətində bu sərgilərdə 7717 nüsxə
ədəbiyyat nümayiş etdirilmişdi. Mərkəzi Kitabxana, həmçinin ayrı-ayrı
elmi müəssisələrdə də sərgilər təşkil etməyə başlamışdı. 1980-84-cü
illərdə elmi müəssisələrdə 92 tematik sərgi təşkil edilmişdi.
Müəssisələrdə təşkil edilən tematik sərgilər kitabxana oxucularının
sayının çoxalmasına və kitab verilişinə olduqca müsbət təsir göstərirdi.
Göstərilən illərdə Azərbaycan Elmlər Akademiyasının həyatında baş
verən böyük inkişaf və tərəqqi kitabxananın işinə də müsbət təsir etmiş,
kitabxananın maddi-texniki bazası möhkəmlənmiş, yeni bina və
avadanlıqla təchiz edilmişdi. Bu dövrü kitabxananın həyatında yeni
inkişaf mərhələsi hesab etmək olar. Kitabxana məhz bu illərdə yeni
ədəbiyyatla fasiləsiz və mükəmməl təmin olunmaqla, müasir
avadanlıqdan istifadə edərək kitab fondlarını yenidən qurmuş, onları işlək
vəziyyətə gətirmişdir. Minlərlə kitablar qapalı otaqlardan çıxarılaraq
kitabxana rəflərində işlək hala gətirilmişdi. Kitabxananın məlumat-
biblioqrafiya aparatı, kataloq və kartotekaları yenidən təşkil və redaktə
edilərək müasir tələbatlara cavab verə bilən operativ vasitəyə çevrilmişdi.
Akademiyanın kitabxana sistemində elmi işçilərə və mütəxəssislərə
xidmət etmək üçün 27 növ yardımçı kataloq və kartoteka yaradılmışdı.
Həmçinin 1974-cü ildə kitabxananın tarixində ilk d
əfə olaraq
Kitabxanaşünaslıq və biblioqrafiya elmi-tədqiqat şöbəsi yaradılmış,
kitabxanaya aspirant hazırlamağa icazə verilmişdi. Kitabxanada fəaliyyət
göstərən bu şöbə kitabxanaşünaslığın və biblioqrafiyanın müasir
problemlərinə dair tədqiqatlar aparmış, elmi məcmuələr nəşr etmiş,
biblioqrafik göstəricilərin “Elm və mədəniyyət xadimləri” seriyasını
yaratmışdı. Bu seriyadan akademiklərdən Y.Məmmədəliyevin,
M.Qaşqayın, M.Nağıyevin, Ə.Quliyevin, M. Arifin və başqalarının.
biblioqrafiyaları buraxılmışdı.
MKS-in nəşriyyat fəaliyyətinin genişlənməsi respublikamızda
kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, kitabşünaslığın və
informasiyanın inkişafına müsbət təsir göstərirdi. Elmi-tədqiqat və
31
biblioqrafiya şöbəsi ildə 20-30 çap vərəqi həcmində elmi əsərlər və
biblioqrafik göstəricilər nəşr edirdi.
Bütün bu göstərdiklərimiz bir daha təsdiq edir ki, 70-80-ci illərdə
AMEA-nın Mərkəzləşmiş Kitabxana Sistemi kitabxana fondunun təşkili,
komplektləşdirilməsi, qorunub saxlanması, xidmət işinin səmərəliliyinin
yaxşılaşdırılması, kitabxananın maddi-texniki bazasının
möhkəmləndirilməsi, elmi-tədqiqat və metodik işin inkişaf etdirilməsi
sahəsində çox böyük uğurlar əldə etmişdir.
Bu dövrdə kitabxana işi sahəsində uğurların əldə edilməsi bi-lavasitə
görkəmli dövlət xadimi H.Əliyev tərəfindən istiqamət-ləndirilən dövlət
siyasətinin nəticəsi idi.
70-80-ci illər Azərbaycan ədəbiyyatının inkişafında böyük inkişaf və
tərəqqi mərhələsi, zəngin yaradıcılıq dövrü kimi xarakterizə edilir.
Ölkənin inkişafında baş verən iqtisadi, mədəni yüksəliş, yeni yaranmış
mənəvi ab-hava, milli ideologiyanın yaranıb formalaşması sahəsində baş
verən proseslər ədəbiyyatımızda böyük canlanmaya səbəb olmuş,
görkəmli yazıçılarımızın yaradıcılığına olduqca müsbət təsir göstərmiş,
yeni-yeni qiymətli monumental əsərlər meydana gəlmişdir. Süleyman
Rəhimovun “Ana abidəsi” (1980), “Qafqaz qartalı” (1971-75), İlyas
Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” (1978), İsa Hüseynovun
“Nəsimi”, Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim”, Ələviyyə
Babayevanın “Adamlar və talelər” və s. nəsr əsərləri, şairlərdən Rəsul
Rzanın “Dünən, bu gün, sabah” (1973), Nəbi Xəzrinin “Dərələr” (1970),
“Ulduz karvanı” (1979), Mirvarid Dil-bazinin “Bənövşələr üşüyəndə”
(1970), “Ana qanadı” (1972), Nigar Rəfibəylinin “Günəşdən gənclik
istədim”, “Bizə bahar yaraşır”, Bəxtiyar Vahabzadənin “Muğam”,
“Atılmışlar”, Qabilin “Nəsimi” kimi əsərləri bu dövrün məhsuludur.
70-80-ci illər müasir ədəbiyyatımızın sütunları olan gənc yazıçı və
şairlərin yetişməsində böyük rolu olmuşdur. Anarın “Ağ liman” (1977),
“Macal” (1978), Elçinin “Gümüşü, narıncı” (1973), “Bu dünyada qatarlar
gedir” (1974), “Mahmud və Məryəm”, Əkrəm Əylislinin “Mənim
nəğməkar bibim”, “Tənha narın nağılı” və s. əsərləri məhz bu illərdə nəşr
edilib oxuculara çatdırılmışdır.
Dostları ilə paylaş: |