44
yerlərdən birini tuturdu. Kitabxanalardan istifadə edən 2 milyon 682 min
oxucunun 1 milyon 437 min nəfəri kənd oxucuları idi.
Respublikamızda MKS-lərin ştat vahidləri ilə təmin edilməsi, kadr
məsələsinin həlli sahəsində də əhəmiyyətli işlər görülmüşdür. SSRİ
Mədəniyyət Nazirliyinin “Mərkəzləşmiş kitabxana sistemlərinin
müvəqqəti nümunəvi ştat cədvəli” normativinin respublikamızda
qüsursuz yerinə yetirilməsi buna misaldır. 1980-1984-cü illərdə kitabxana
işçilərinin sayı 1498 nəfər, o cümlədən 145 nəfər ali, 331 nəfər ali ixtisas
təhsilli, 680 nəfər orta ixtisas təhsilli kitabxanaçının hesabına çoxalmışdı.
Mərkəzləşmə nəticəsində kənd kitabxanalarmm miqdan, kitab fondu və
oxucuların sayı əhəmiyyətli dərəcədə artmışdı. Bunu qabaqcıl kitabxana
sistemlərinin fəaliyyətini əks etdirən cədvəldən görmək olar. Bu cədvəldə
10 MKS-in fəaliyyəti əks etdirilmişdir.
Cədvəldən göründüyü kimi, fəaliyyəti təhlil olunan 10 MKS-də kitab
fondu 1.587.833 nüsxə, oxucuların sayı 176.810 nəfər, kitab verilişi isə
663.100 nüsxə artmışdır.
Azərbaycan SSR Mədəniyyət Nazirliyi kitabxana şəbəkəsinin 1981-
1983-cü illərdəki əsas göstəricilərini nəzərdən keçirək.
45
Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində olan
kitabxanaların 1981-1983-cü illər üzrə əsas göstəriciləri
Kitabxanalara ayrılan maliyyə vəsaitinin ilbəil artırılması kitabxana
fondlarının tərkibinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, çevik və
dinamik olmasına səbəb olmuşdur. Respublika Mədəniyyət Nazirliyi
kitabxanalarına kitab almaq üçün 1983-cü ildə 1.267.179 manat vəsait
ayrılmışdısa, 1984-cü ildə bu məbləğ 1.284.130 manata çatdırılmışdır.
Təkcə kitabxana kollektoru 1983-cü ildə Mədəniyyət Nazirliyinin
kitabxanalarına 2.114.249 nüsxə ədəbiyyat göndərmişdi.
Son 15 ildə respublikada yüksəkixtisaslı kitabxanaçı kadrların
hazırlanması sahəsində də mühüm işlər görülmüşdür. Respublika ali
məktəblərinin bayraqdarı olan Bakı Dövlət Universiteti 1.441 nəfər
yüksək-ixtisaslı mütəxəssis kadr hazırlamış, kadr hazırlığının keyfiyyətini
xeyli yaxşılaşdırmışdır. Universitetin Kitabxanaçılıq fakültəsi
kitabxanaşünaslıq və biblioqrafiyaşünaslığa dair elmi-tədqiqat işinin
təşkilində, beləliklə də bu sahədə elmi-nəzəri fikrin inkişafında mühüm
işlər görmüşdür. Fakültədə bu dövrdə 1 doktorluq və 5 namizədlik
dissertasiyası müdafiə edilmiş, kitabxana işinin tarixi və metodikasına
dair sanballı monoqrafiyalar, əsərlər yaradılmış, fakültənin nəşr et-
46
dirdiyi əsərlərdə qiymətli elmi-tədqiqat və təcrübi əhəmiyyətə malik olan
400-ə qədər məqalə nəşr edilmişdir.
Bu dövrdə əhaliyə kitabxana xidmətinin təkmilləşdirilməsi
kitabxanalarda elmi-metodik işin kökündən yaxşılaşdırılmasını,
mərkəzləşmənin qarşıda qoyduğu vəzifələrin hərtərəfli təhlil edilib
ümumiləşdirilməsini, yeni iş forma və metodlarının aşkara çıxarılmasını
tələb edirdi. Mövcud dövlət sənədlərinə müvafiq olaraq bu iş
M.F.Axundov adına Respublika Kitabxanası tərəfindən həyata keçirilirdi.
Respublika Kitabxanasının qarşısında mərkəzləşmiş kitabxana
sistemlərinə metodik rəhbərlik etmək, onların işini istiqamətləndirmək,
mühüm sənədlərin tərtibində kitabxana işi və biblioqrafiyanın perspektiv
planlarının hazırlanmasında, metodik və biblioqrafik işin
əlaqələndirilməsində, qabaqcıl iş təcrübəsinin öyrənilib, ümumiləşdirilib
yayılmasında, kitabxanaçı kadrların ixtisasının artırılmasında yaxından
iştirak etmək vəzifəsi qoyulmuşdu.
Həmin mərhələdə kitabxana xidmətinin təkmilləşdirilməsi
problemlərindən biri, heç şübhəsiz ki, yüksəkixtisaslı kadrların seçilib
yerləşdirilməsi idi. Bu illərdə respublikamızda yüksəkixtisaslı kadrların
hazırlanması sahəsində böyük nailiyyətlər əldə edilmişdi. BDU-nun
Kitabxanaçılıq fakültəsinin maddi-texniki bazası möhkəmlənmiş,
yüksəkixtisaslı elmi-pedaqoji kadrlarla təkmilləşmişdir. Fakültədə ixtisas
fənlərindən dərs deyən müəl-limlərdən 1 nəfəri elmlər doktoru, 13 nəfəri
isə elmlər namizədi idi. 1984-cü ildə SSRİ Ali və Orta İxtisas Təhsili
Nazirliyi BDU-nun Kitabxanaçılıq fakültəsi üçün 5 illik fərdi tədris planı
təsdiq etmişdi ki, bu da yüksəkixtisaslı mütəxəssis kadrlar hazırlamaq
üçün böyük şərait yaradırdı. Fakültənin qəbul plam ilbəil artırılırdı. 1984-
85-ci dərs ilində fakültənin əyani, axşam və qiyabi şöbələrinə 225 nəfər
tələbə qəbul edilmişdi. Müsabiqədənkənar qəbul və ümumi qəbul zamam
kənd yerlərindən gələnlərə üstünlük verilməsi kənd yerlərində daimi
yaşayanların tələbələr sırasında sayını xeyli çoxaltmışdı ki, bu da kənd
kitabxanalarının kitabxanaçı kadrlarla təmin edilməsinə müsbət təsir
göstərirdi.
Bütün bu vəzifələrin həyata keçirilməsində respublikamızda kitabxana
işinin mərkəzləşdirilməsi olduqca böyük rol oynadı.
47
Ölkəmizdə mərkəzləşdirmənin müvəffəqiyyətlə həyata keçirilməsi və
onların işinin ilkin yekunlarının elmi təhlili bu mühüm dövlət tədbirinin
böyük üstünlüklərə malik olmasını, kitabxana xidmətinin təşkilində ciddi
keyfiyyət dəyişikliklərinin baş verməsini, kitabxana işinin perspektiv
inkişafı üçün əhəmiyyətli nəticələr əldə edilməsini aşkara çıxardı. Əldə
edilmiş nəticələri belə ümumiləşdirmək olar:
1. Mərkəzləşdirilmiş kitabxana sistemləri maliyyə vəsaitlərinin
mərkəzləşdirilməsinə, büdcənin bir əldə toplanmasına, səmərəli istifadə
edilməsinə şərait yaratdı. Qənaət edilmiş vəsait yeni alınan kitabların
çeşidinin artırılmasına, kitab fondunun oxucu tələbatına uyğun
komplektləşdirilməsinə, dinamik, işlək oxucu sorğularına cavab verən
kitab fondlarının yaradılmasına səbəb oldu;
2. Kitabxana sistemlərinin təsir dairəsi xeyli genişlənmiş, xidmət
prosesində baş verən dəyişikliklər kitabxanalara yeni oxucuların
gəlməsinə səbəb olmuş, oxucuların sayı müntəzəm olaraq çoxalmağa
başlamışdı;
3. Kitabxana sistemlərində məlumat-biblioqrafiya və infor-masiya
bazalarının genişlənməsi kataloqların, kartotekaların, məlumat-sorğu
aparatının yenidən qurulması, bu mühüm işə informasiya texnikasının
tətbiqi məlumat-biblioqrafiya xidmətinin keyfiyyətini əhəmiyyətli
dərəcədə artırmışdı;
4. Mərkəzləşdirilmiş sistemlərdə kitab sərvətindən istifadə
strukturunun dəyişməsi kitabxana fondlarının profilə uyğun
komplektləşməsinə, elmi-texniki və peşə ədəbiyyatının toplanmasına
üstünlük verilməsi oxucuların artmasına səbəb olmuş, mütaliənin müasir
funksiyalarının daha çox təkmilləşməsi hiss edilməyə başlamışdı. Kitab
təbliğində kütləvi informasiya vasitələrindən ardıcıl olaraq istifadə
edilməsi kitabxana xidmətinin keyfiyyətcə yaxşılaşmasına əhəmiyyətli
təsir göstərmişdi.
Həmçinin mərkəzləşdirmə əsas kitabxana prosesinin birləşməsi ilə
yanaşı, kitabxana ehtiyatlarının məqsədyönlü, daha effektli
formalaşmasına və istifadə edilməsinə, kitabxanaların prinsipial maddi və
təşkilati məsələlərinin həllinə şərait yaratmışdı. Mərkəzləşdirilmiş şəkildə
kitabxana işinin çox mühüm funksiyaları: kitabxana sistemlərinin əsas
Dostları ilə paylaş: |