canlılara qayğı ilə yanaşan, xeyirxah bir qadın kimi yenidən
doğulur [170, s.72].
Tıva türkləri öqdə ocağın, odun başı (“ot bajı”) ilə
ayağını (“ayak ot”) törə görə, yəni evin kişisinə məxsus ən
hörm
ətli, qapı ilə üzbəüz olan yerə (tör) görə
mü
əyyənləşdirirdilər. Azərbaycan dilindəki “filankəsi
ocağımın başına çıxartdım, üst başa keçirtdim” ifadəsi də
“h
əmin adama layiq olmadığı hörmət göstərdim”
anlamındadır.
Tıvaların mövsüm mərasimlərindən biri də “ot
daqıır”dır. “Ot daqıır”, adətən, payızda, məhsul yığımı, el
yaylaqdan payızlağa köçəndən sonra keçirilir. Tıvaların ilin
dörd f
əslində köçdükləri, hər dəfə də eyni dayanacaqlarda,
yurdlarda b
ənd aldıqları məlumdur. Belə dairəvi köçün
n
əticəsində də onlar yenidən əvvəlki yerlərinə dönürdülər.
Köç yaylaqdan payızlağa qayıdanda yeni yurdda tayfanın,
ail
ənin xoşbəxt yaşamasının, yığılan məhsulun halallıqla
işlədilməsinin, uşaqların, qocaların, mal-qaranın, qoyun-
quzunun x
əstəliklərdən, fəlakətdən uzaq olmalarının təmin
edilm
əsi məqsədilə keçirilən “ot daqıır” mərasimi, əsasən,
yeni yaşayış yerinin, öqün paklanması ilə bağlıdır. Bu
m
əqsədlə ailə üzvləri, qohum-əqrəba tayfa ağsaqqalının
öqünd
əki ocağın başına toplaşırdılar. Hər il keçirilən
m
ərasim qabağı öq təmizlənir, səliqəyə salınır, tavandan
quzuları, buzovları bağlamaq üçün kəndirlər, çatılar –
xönel
ər, çelelər asılır, ocaq yeri təmizlənir, quru odun
yığılır, ayin üçün axtalanmış kürən, ya da qara keçi (serqe)
seçilir, xam (şaman) dəvət olunurdu. Əvvəlcə ocağın yerinə
“serqe döjee” (“keçi döşəyi”) adlanan dördkünc taxta
qoyulur. Onun üstünd
ə xəmirdən hazırlanmış keçinini, ya da
58
başqa heyvanın fiqurunu düzəldir, ətrafına gildən ağıla
b
ənzər bənd (“kajaa”) bərkidir, ona rəngarəng parçalar, iplər
(“çalama”) bağlayırdılar. Sonra bunların üstünə sacayaq
(“ojuk”) qoyur, üç t
ərəfdən topulqa (“söösken”), söyüd
(“kodan-
xaak”) ağaclarının quru budaqlarını taxırdılar. Xam,
əsasən, bu ağaclardan istifadə edirdi. İnama görə, onlardakı
magik qüvv
ə təbiəti canlandırmağa, torpağın münbitliyini
artırmağa qadirdir [170, s.68-75].
Bu m
ərasim vaxtı da ocağın yiyəsi unudulmur, onun
üçün sacayağının yuxarısına yağlı qoç döşü taxırdılar. Ailə
üzvl
əri ocağın ətrafında oturarkən gərək ayaqlarını oda tərəf
uzatmasınlar. Bu, onu murdarlamaq, təhqir etmək deməkdir.
Xam düngür
ə (dəf – G.Y.) vura-vura alqış söyləyir, ocağın
yiy
əsindən buailə, tayfa üçün əmin-amanlıq diləyirdi. Evin
qadını ocağa yağ, süd çiləyir, Günəşin hərəkət istiqaməti ilə
üç d
əfə ocağın başına dolanaraq oturanlara, duranlara ovuc-
ovuc darı, çovdar paylayırdı. Ev sahibi isə oda ət, pendir atır,
keçinin buynuzlarına piy sürtür, çalama bağlayır, başını üç
d
əfə ocağa tərəf əyir, üç dəfə ocağın başına dolandırırdı.
Bundan sonra h
əmin keçi “ıdıktaan mal”, yəni müqəddəs
heyvan sayılırdı. Onu kəsmək, öldürmək olmazdı, gərək öz
əcəli ilə ölsün. Azərbaycan türkcəsindəki «başına dönüm»
«durum, dolanım başına» deyimi, əslində, «qurban olum»
anlamında olub ocağın başına döndükdən sonrakı qurban
anlamı ilə bağlıdır. Xam isə bütün bu proses zamanı
xamlamağını davam etdirir, alqış söyləyir, dilək diləyirdi.
İçəridəkilər də ocağın başına dolanıb ona pay verir,
əllərindəki darını, çovdarı ev sahibinin ətəyinə tökür, o isə
ətəyindəkiləri müqəddəs oxun (“ıdık ok”) yanındakı
xoşbəxtlik kisəsinə (“kejik xavı”) tökürdü. Ayin başa
59
çatdıqdan sonra toplaşanlar “muncuq gizlətmək” (“çinçi
çajırar”), “aşığa vurmaq” (“kajık kaqar”)… kimi oyunlar
oynayırdılar. Üç gün ərzində öqdən heç nə çıxartmır, heç
k
əsə heç nə vermirdilər. Bu günlər “üç gün qaydalara əməl
etm
ək” (“üş xonuk şeerliq”) adlanırdı [170, s.68-75].
Tıva türklərinin odla bağlı bir sıra tabuları, qadağaları
var. M
əsələn, ocağa tüpürmək, külü çırpmaq, iti, kəsici
al
ətlərlə ona toxunmaq, zir-zibil atmaq, yuxarıda qeyd
etdiyimiz kimi, oturark
ən ayaqlarını ocağa tərəf uzatmaq ailə
ocağının yiyəsini təhqir etmək, ocağı murdarlamaq kimi
q
əbul olunur. Ocaq olan yerdə üstündə dolu qazanın olması
da ail
ənin ehtiyac içərisində olmaması istəyilə bağlıdır. Boş
qazanın ağzı üstə qoyulması, qazanın aşması… tıvalarda da
yaxşı əlamət sayılmır.
“Ot daqıır”dan başqa tıva türklərinin təbiət kultu ilə
bağlı keçirdikləri mərasimlərdən biri də müqəddəs ağac olan
“xam ıyaş”, yaxud “xam dıt”la (“xam-ağac”) bağlı inamlar,
ağacın müqəddəsləşdirilmə mərasimidir. Qədim türklərin
t
əsəvvürlərində ağac insan həyatı üçün önəm daşıyan bir
varlıqdır. Ağac uşaqları doğur, yedirdir, onlara həyat bəxş
edir. Ağacın kökündən qopardılmasının ailəyə, tayfa
üzvl
ərinə bədbəxtlik gətirəcəyinə inanırdılar. Ağacdan övlad
dil
əyir, budaqlarından beşik asır, hətta ölən körpəni ağacın
koğuşunda dəfn edirdilər. Bu da onu doğulduğu yerə
qaytarmaq anlamı daşıyırdı [198, s.32]. “Oğuz Kaqan”
dastanında da Oğuzun gölün ortasında nəhəng bir ağacın
koğuşunda oturan gənc qızı görüb, onunla evlənməsi, Göy,
Dağ, Dəniz adlı üç oğlunun olması təsadüfi deyil. Bizcə,
h
əyat ağacının içərisində doğulan bir qızın doğduğu üç oğul
dünyanın üç qatını təmsil edir: Göy – yuxarı, Dağ – orta,
60
Dostları ilə paylaş: |