iştirak edərək faydalı və yaradıcı şərhlər yazın;
Ÿ
Hədəfiniz olan nüfuzlu şəxsi maraqlandıran mövzuları
öyrənin. Google Alerts-u həmin mövzulara sazlayın və
bu mövzularda maraqlı məlumat çıxdıqda qısa
məktubla birlikdə həmin şəxsə göndərin;
Ÿ
Google Alerts-u ən yaxşı tərəfdaş və müştərilərinizin
adına kökləyin. Münasib məlumat çıxdıqda onlara
nailiyyətlərinə yüksək qiyməti ifadə edən qısa məktub
göndərin.
Ÿ
Yeni marketinq ideyalarının tapılması yollarından biri
Google Alerts vasitəsilə sizinlə eyni hədəf auditoriyası
olan rəqiblərinizin marketinq fəaliyyətlərini
izləməkdir.
Əlavə imkanlar
Daim kontenti yeniləşdirin.
Sahənizlə bağlı məqalələr yazıb geniş yayılmasını təmin edin.
Sahənizlə bağlı kitab yazın və geniş yayılmasını təmin edin (sata
bilsəz lap yaxşı). Kitabı vacib görüşlərinizdə vizitka əvəzi təqdim
edin. Kitab müəllifləri cəmiyyətdə ayrı cür qəbul olunurlar. Bəzi
texniki məqamlar. İndiki mərhələdə sizə o qədər vacib olmasa
da məlumat üçün deyim ki, ingilis dilindəki (deyilənə görə rus
dili üçün də artıq işlətmək olur) mətnləri şifahi deyərək danışığı
tanıma proqramı olan Dragon NaturallySpeaking köməyilə
word formatında mətnə çevirmək olar.
Əminəm gün olacaq ki,
belə imkanlar Azərbaycan dili üçün də yaranacaq.
Kitab üzü dizaynının hazırlanmasını yaxşı olar ki,
peşəkara həvalə edəsiz. Bunun üçün müxtəlif online-servislər
mövcuddur, məsələn,
. Öz istəklərinizi
www.99designs.com
təsvir edərək belə saytlara göndərirsiz. Təcrübəli insanlar
müxtəlif variantlar hazırlayırlar və qiymətini bildirirlər. Ən
uyğununu seçirsiz.
158
Kitabınızı çap etdirmək istəyirsizsə heç də vacib deyil ki,
əvvəlki kimi minlərlə nüsxə sifariş edəsiz. İndi
nəşr biznesində
istədiyiniz sayda çap imkanından istifadə edə bilərsiz. Bunun
üçün müxtəlif resurslar var, məsələn,
–a
www.amazon.com
məxsus olan
və ya
.
www.createspace.com
www.lulu.com
Kitabınızı elketron formatda da tərtib edə bilərsiz.
Əsərinizin (tam və ya bir hissəsinin) sizin adınız qeyd edilməklə
paylaşmasına çalışın. Kimin müəllifin adını çəkmədən
kitabınızdan istifadə etdiyini öyrənmək istəyirsizsə, Copyscape
(
) servisindən istifadə edin. Mətndən bir
www.copyscape.com
neçə sətir daxil etməklə həmin hissənin çap olunduğu resursları
dərhal görəcəksiz.
Switchblade (
və
www.documentsecurityalliance.com
www.digitalwatermarkingalliance.com
) mətn və təsvirlərinizi
qorumaq üçün müxtəlif üsüllar təklif edir.
www.clickbank.com -
un əsas məqsədi elektron kitab və
rəqəmsal kontentin satışını təşkil etməkdir (yəqin ki, dil üzrə
məhdudiyyətlər olacaq).
Elektron kitab bir çox halda çap variantından yaxşıdır:
Ÿ
Yeniləşdirmək mümkündür (əvvəlki versiyanı alanlara
göndərmək olar);
Ÿ
Mətnə aktiv link əlavə etmək olar;
Ÿ
Alış zamanı müştəri öz e-mail-ını qeyd edir;
Ÿ
Elektron kitab həm ucuzdur, həm də çatdırılması çox
rahatdır;
Ÿ
Satış olsa müəllif daha çox qazanır;
Ÿ
Hazırlaması tez başa gəlir (çap etmək tələb olunmur)
və s.
Dövri bülleten marketinq vasitəsi kimi çıxış edə bilər. Bunun
üçün o, maraqlı və müntəzəm olmalıdır.
Əvvəlcə müştərilər üçün ödənişin olmaması barəsində
düşünün. Marketinqdə “pulsuz” sözü sehrli təsirə malikdir.
159