Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə75/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   71   72   73   74   75   76   77   78   ...   94

hazırlaya bilərsiz.
Audiofaylların yaradılması:
Ÿ
Babat mikrofonlu qulaqcıq lazım olacaq. İlk dövrdə 
məsləhət  görürəm  ki,  pulsuz  olan  Audacity 
proqramından  istifadə  edəsiz  (buradan  yükləyə 
bilərsiz: 
).  Proqram, 
www.audacity.sourceforge.net
yazının  əvvəli  və  sonunda  musiqi  əlavə  etmə, 
həmçinin  sadə  redaktə  etmə  imkanı  verir. 
Paramertlərdə  məlumat  ötürmə  sürətini  64  kbit/s 
seçin;
Ÿ
Müəllif  huquqları  ilə  müdafiə  olunmayan  musiqi 
seçin. Beləsini tapmaq üçün Google-da “free music” 
adı ilə axtarış verin;
Ÿ
Audioyazını  bloqa  yükləmək  üçün  WordPress-in 
müvafiq funksiyasından istifadə etmək olar.
Marketinqdə uğurlu əməkdaşlıq
İnternetdə “ulduz”larla (nüfuzlu insan, tanınmış bloqqer, 
məşhur sayt sahibləri) əməkdaşlığa yaradıcı yanaşın.
Nüfuzlu  müştərilərinizə  xüsusi  münasibət  göstərin. 
Biznesinizin ilkin dövründə “nüfuzlu” deyiləndə, bir neçə yüz 
nəfər auditoriyası olan şəxslər nəzərdə tutulur.
 
,  
  v ə   ya 
w w w . t w i t a l y z e r . c o m
w w w . k l o u t . c o m
www.twi ergrader.com
 köməyilə Facebook və ya Twi er-dən 
istifədə edən hər hansı şəxsin nüfuz reytinqini öyrənmək olar. 
Bəlkə  ən  nüfuzlu  mövcud  və  potensial  müştərilərinizi  xüsusi 
təkliflərlə sevindirəsiz? Necə? İmkanlar çoxdur. Yaradıcı olun. 
Birini qeyd edim. Tutaq ki, iş adamlarının istifadə etdiyi kafenin 
sahibisiz.  Müsabiqə  elan  edirsiz  ki,  Twi er-də  şirkətiniz 
haqqında  qısa  məlumatın  göndərilməsi  müqabilində  pulsuz 
desert verilir. Bonusun alınması üçün işçinizə “tvit”-i göstərmək 
kifayətdir. Əgər belə şəxslərin sırasında nüfuzlu insanlar olsa siz 
156
onları kafenizdə şəxsən salamlaya bilərsiz. Əlavə olaraq onlara 
bildirirsiz ki, yeni yemək növünə (salata, buterbroda və ya s.) bu 
şəxsin  adını  vermək  istəyirsiz.  Əvəzində  sadəcə  ondan  xahiş 
edirsiz ki, bu barədə məlumatı öz abunəçilərinə çatdırsın.
Bundan əlavə siz yeni yaradılmış və Azərbaycan məhsulu 
olan 
  saytının  təklif  etdiyi  alətdən  çox 
www.keepface.com
səmərəli istifadə edə bilərsiz. İnfluencer marketing platforması 
adlanan  bu  sayt  vasitəsilə  brendlər  ilə  nüfuzlu  sosial  media 
istifadəçiləri  və  bloggerlər  birgə  sosial  media  layihələri 
hazırlayır.  Şirkətlər  sosial  media  kampaniyalarının  hazırlan-
masını,  məşhur  və  nüfuzlu  istifadəçilərin  bu  kampaniyalara 
cəlb  edilməsini  və  statistik  məlumatların  toplanmasını  bir 
platformadan idarə edə bilir.
Partnyor  marketinqi  zamanı 
  –ın 
www.clickbank.com
köməyilə  hər  məhsul  üzrə  partnyor  linkləri  yarada,  hər  satışı 
izləyə,  sifarişləri  emal  edə,  sizə  və  partnyorun  payına  düşən 
ödənişi təmin edə bilərsiz.
Ekspertlərlə  müsahibə  marketinq  məqsədli  sadə  və 
effektiv kontentdir
Bu  işdə  “aşağıdan  yuxarı”  taktikasından  istifadə  edin. 
Yəni,  birbaşa  yüksək  səviyyəli  ekspertlərdən  başlamayın, 
plankanı tədricən qaldırın.
Mövcud pulsuz alətlər müsahibə alanın işini rahatlaşdırır. 
Məsələn, 
  servisi  müsahibəni 
www.freeconferencecall.com
telefonla keçirmək, sonra da dinləyicilər arasında yaymaq üçün 
yazını  MP3  və  ya  WAV  formatında  yadda  saxlamaq  imkanı 
verir.
Google Alerts vasitəsilə marketinq hücumu nümunələri:
Ÿ
Sizə  lazım  olan  sahədə  nüfuzlu  bir  şəxslə  əlaqə 
yaratmaq  istəyirsizsə,  Google  Alerts-da  onun  adını 
qeyd  edin.  Belə  məlumatlar  olduqda  müzakirələrdə 
157


iştirak edərək faydalı və yaradıcı şərhlər yazın;
Ÿ
Hədəfiniz olan nüfuzlu şəxsi maraqlandıran mövzuları 
öyrənin. Google Alerts-u həmin mövzulara sazlayın və 
bu  mövzularda  maraqlı  məlumat  çıxdıqda  qısa 
məktubla birlikdə həmin şəxsə göndərin;
Ÿ
Google Alerts-u ən yaxşı tərəfdaş və müştərilərinizin 
adına  kökləyin.  Münasib  məlumat  çıxdıqda  onlara 
nailiyyətlərinə yüksək qiyməti ifadə edən qısa məktub 
göndərin.
Ÿ
Yeni marketinq ideyalarının tapılması yollarından biri 
Google Alerts vasitəsilə sizinlə eyni hədəf auditoriyası 
olan  rəqiblərinizin  marketinq  fəaliyyətlərini 
izləməkdir.
Əlavə imkanlar
Daim kontenti yeniləşdirin.
Sahənizlə bağlı məqalələr yazıb geniş yayılmasını təmin edin.
Sahənizlə bağlı kitab yazın və geniş yayılmasını təmin edin (sata 
bilsəz lap yaxşı). Kitabı vacib görüşlərinizdə vizitka əvəzi təqdim 
edin. Kitab müəllifləri cəmiyyətdə ayrı cür qəbul olunurlar. Bəzi 
texniki məqamlar. İndiki mərhələdə sizə o qədər vacib olmasa 
da məlumat üçün deyim ki, ingilis dilindəki (deyilənə görə rus 
dili üçün də artıq işlətmək olur) mətnləri şifahi deyərək danışığı 
tanıma  proqramı  olan  Dragon  NaturallySpeaking  köməyilə 
word formatında mətnə çevirmək olar. Əminəm gün olacaq ki
belə imkanlar Azərbaycan dili üçün də yaranacaq.
Kitab  üzü  dizaynının  hazırlanmasını  yaxşı  olar  ki, 
peşəkara  həvalə  edəsiz.  Bunun  üçün  müxtəlif  online-servislər 
mövcuddur,  məsələn, 
.  Öz  istəklərinizi 
www.99designs.com
təsvir  edərək  belə  saytlara  göndərirsiz.  Təcrübəli  insanlar 
müxtəlif  variantlar  hazırlayırlar  və  qiymətini  bildirirlər.  Ən 
uyğununu seçirsiz.
158
Kitabınızı çap etdirmək istəyirsizsə heç də vacib deyil ki, 
əvvəlki kimi minlərlə nüsxə sifariş edəsiz. İndi nəşr biznesində 
istədiyiniz sayda çap imkanından istifadə edə bilərsiz. Bunun 
üçün  müxtəlif  resurslar  var,  məsələn, 
  –a 
www.amazon.com
məxsus olan 
 və ya 
.
www.createspace.com
www.lulu.com
Kitabınızı  elketron  formatda  da  tərtib  edə  bilərsiz. 
Əsərinizin (tam və ya bir hissəsinin) sizin adınız qeyd edilməklə 
paylaşmasına  çalışın.  Kimin  müəllifin  adını  çəkmədən 
kitabınızdan istifadə etdiyini öyrənmək istəyirsizsə, Copyscape 
(
)  servisindən  istifadə  edin.  Mətndən  bir 
www.copyscape.com
neçə sətir daxil etməklə həmin hissənin çap olunduğu resursları 
dərhal görəcəksiz.
Switchblade  (
  və
www.documentsecurityalliance.com
 
www.digitalwatermarkingalliance.com
)  mətn  və  təsvirlərinizi 
qorumaq üçün müxtəlif üsüllar təklif edir.
www.clickbank.com - 
un əsas məqsədi elektron kitab və 
rəqəmsal  kontentin  satışını  təşkil  etməkdir  (yəqin  ki,  dil  üzrə 
məhdudiyyətlər olacaq).
Elektron kitab bir çox halda çap variantından yaxşıdır:
Ÿ
Yeniləşdirmək mümkündür (əvvəlki versiyanı alanlara 
göndərmək olar);
Ÿ
Mətnə aktiv link əlavə etmək olar;
Ÿ
Alış zamanı müştəri öz e-mail-ını qeyd edir;
Ÿ
Elektron kitab həm ucuzdur, həm də çatdırılması çox 
rahatdır;
Ÿ
Satış olsa müəllif daha çox qazanır;
Ÿ
Hazırlaması tez başa gəlir (çap etmək tələb olunmur) 
və s.
Dövri bülleten marketinq vasitəsi kimi çıxış edə bilər. Bunun 
üçün o, maraqlı və müntəzəm olmalıdır.
Əvvəlcə  müştərilər  üçün  ödənişin  olmaması  barəsində 
düşünün.  Marketinqdə  “pulsuz”  sözü  sehrli  təsirə  malikdir. 
159


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə