Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə77/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   73   74   75   76   77   78   79   80   ...   94

Baxaq  görək  Google,  YouTube  və  ya  Facebook-un  biznes-
modelləri  necə  işləyir.  Onlar  istifadəçilər  üçün  pulsuzdur, 
amma  digər  vasitələrlə  milyardlar  qazanırlar.  Siz  də  belə 
yanaşmanın tətbiqini gözdən keçirin.
Marketinq  kontentinizə  cəlbedici  ad  verin.  Bəzi  uğurlu 
variantları qeyd edirəm:
Ÿ
Hər bir it sahibinin vandalizm haqqında bilməli olduğu 
7 fakt;
Ÿ
Bel ağrıları barədə həkimlərin gizlətdiyi 5 sirr;
Ÿ
Xüsusi  buraxılış:  borclardan  yaxa  qurtarmaq  üçün 
addımbaaddım təlimat;
Ÿ
Arzuladığınız işə doğru 8 effektiv addım.
Kontentin paylaşması strategiyası. Paylaşmanı tezləşdirmək 
və  avtomatlaşdırmaq  üçün  müxtəlif  köməkçi  proqramlar 
m ö v c u d d u r .   B e l ə   p r o q r a m l a r   d a i m   ye n i l ə n i r   d e y ə 
www.jimcockrum.com
  saytından  ən  son  imkanlar  və 
strategiyalarla  tanış  ola  bilərsiz.  Rusdilli  istifadəçilər  bu 
məlumatı internetdə digər müvafiq resurslardan tapa bilərlər.
İstifadə etdiyiniz servislərdə müsbət rəylərinizi yerləşdirin. Bir 
biznesmenin  e-mailların  avtomatik  göndərilməsində  istifadə 
etdiyi 
 –da peşəkar köməyə görə yerləşdirdiyi 
www.aweber.com
müsbət rəyi (öz saytına linklə birlikdə) bir neçə il ərzində saytda 
qalmışdı. Nəticədə yalnız bu link ona bir neçə min yeni müştəri 
gətirmişdi.  Maraqlı  məqalələri  oxuduqda  onlara  müsbət  rəy 
verməyi  unutmayın.  Sizdən  gedən  bir  şey  olmayacaq,  amma 
xeyri çox dəyə bilər.
Marketinqdə  yumor  hissiniz  köməyinizə  çatacaq.  Özünüzə 
gülməyi də unutmayın.
İmkan verməyin ki, sizi unutsunlar. Xüsusi təkliflərlə keçmiş 
müştərilərinizi də yenidən qaytarmağa çalışın. Müxtəlif maraqlı 
müsabiqələr keçirin.
160
Sualların verilməsi əla marketinq strategiyasıdır.
Müzakirə edilən məsələ barədə öz mövqeyinizi bildirin. Səmimi 
olmağa çalışın.
Tövsiyələri təşviq edin. Dildən-dilə reklam (word of mouth) 
az investisiya hesabına yaranan şirkətlərin əsas resurslarından 
biridir. Buna görə də müştərilərinizi sövq edin ki, haqqınızda 
başqalarına danışsınlar. Sizdən razı qalanlara bu xahişi birbaşa 
edin (facebook-da paylaşmanı, tanışları sırasından 3 potensial 
müştəri  adının  bildirilməsini,  səhifənizin  “like”  edilməsini, 
internetdən kənar tövsiyələrin olunmasını və s.).
Sorğuların  keçirilməsi  də  marketinq  vasitəsidir.  Nəticədə 
müştərilər özünə qarşı diqqəti hiss edəcək, siz də öyrənəcəksiz 
ki, onların ürəklərindən əlavə nə keçir, nəyi dəyişmək istərdilər, 
yeni təklif və ya qiymət onlar üçün maraqlıdırmı və s. İnternetdə 
pulsuz sorğuları SurveyMonkey və ya Google Forms vasitəsilə 
keçirmək olar. Suallara videocavab təsiri bir az da gücləndirir. 
Ekrandakı  görüntüləri  vebkamera  və  ya  skrinşot  vasitəsilə 
yazmaq  üçün  Jing  yardımçı  proqramdan  istifadə  edə  bilərsiz 
(
). Cəmi bir neçə dəqiqə ərzində belə 
www.techsmith.com/jing
videocavabı  hazırlayıb,  internetə  yükləyərək  linkini  Jing 
serverində yerləşdirə bilərsiz.
Partizan marketinqi.
Bu  termini  ötən  əsrin  80-ci  illərində  kovboy  Marlboro 
obrazının  müəllifi  amerika  reklamçısı  Cey  Konrad  Levinson 
yaradıb.  Partizan  marketinqi  az  büdcə  tələb  edən  yaradıcı  və 
effektiv  marketinq  üsullarına  deyilir.  Niyə  belə  adlanır? 
Partizan müharibəsində olduğu kimi partizan marketinqinin də 
məqsədi  əhali  arasında  təbliğat  aparmaq,  böyük  döyüşlərin 
əvəzinə  kiçik,  gözlənilməz  və  effektiv  addımlar  atmaq, 
hərəkətlərini gizlətmək, rəqibləri taqətdən salmaqdan ibarətdir. 
161


162
Hal-hazırda bəzən bir çox oxşar marketinq üsullarını elə bu ad 
altında birləşdirilir: virus marketinqi, gizli marketinq, ambient 
marketinq, ambush marketinq, life placement və s.
Az  vəsaitlə  yaranan  kiçik  biznesdə  partizan  marketinqi 
demək  olar  ki,  sizi,  məhsulunuzu,  şirkətinizi  tanıtmaq  üçün 
yeganə  yoldur.  İndi  isə  çalışacam  ki,  partizan  marketinqinin 
əsas  xüsusiyyətlərini  və  növlərini  qeyd  etməklə  hərəsinə  dair 
uğurlu nümunələr verim. 
Əslində  partizan  marketinqi  üsulları  bu  terminin 
yaranmasından xeyli əvvəl tətbiq edilməyə başlayıb. Məsələn, 
17-ci əsrdə Britaniyaya çay idxal edən Ost-Hind şirkətinin cəlb 
etdiyi kübar cəmiyyətə mənsub xanımlar çay ziyafətləri təşkil 
edərək  bu  yeni  içkini  tərifləyirdilər.  Başqa  misal.  20-ci  əsrin 
əvvəllərində  Rusiyanın  məşhur  spirtli  içki  istehsalçısı  Şustov 
belə bir addıma əl atmışdı. Onun cəlb etdiyi tələbələr kabak və 
restoranlara  gedərək  Şustovun  spirtli  içkilərini  tələb  edir, 
olmadıqda isə dava salırdılar. Bu hadisələr barədə məlumatlar 
mətbuatda çıxaraq istehsalçını məhşurlaşdırdı. Digər tərəfdən 
də  kabak  və  restoran  sahibləri  davakar  tələbələrdən  qorxaraq 
kütləvi  surətdə  Şustovun  istehsal  etdiyi  içkiləri  almağa 
başladılar.
Partizan marketinqinin xüsusiyyətləri:
1.  Virus effektlidir.
2.  Az büdcə tələb edir.
3.  Qeyri-adidir, yaradıcı yanaşma tələb edir.
4.  Gizli ola bilər.
5.  Effekti tez hiss olunur.
6.  Çevikdir, yeniliklərdən istifadə oluna bilər.
Partizan marketinqinin əsas növləri:
163
1. Virus marketinqi.
Bu  növün  xüsusiyyəti  ondan  ibarətdir  ki,  istədiyiniz 
məlumatın sonrakı paylaşmasını siz yox, alıcılar özləri edirlər. 
Bunun üçün ilk paylaşdığınız məlumat auditoriya üçün maraqlı 
olmalıdır. Məsələn, internet marketinqi bölməsində videoların 
əhəmiyyəti barədə danışanda virus videoların xüsusiyyətlərini 
sadalamışdım.
Ən uğurlu virus marketinqi nümunələrindən biri nisbətən 
yaxınlarda “İce Bucket Challenge” kampaniyası oldu. Məqsədi 
müəyyən skleroz növünə dair tədqiqatların maliyyələşdirilməsi 
üçün vəsaitin yığılması idi. Yəqin yadınızdadır. İştirakçı üstünə 
buzlu su tökür, bu xəstəliklə məşğul olan fondun hesabına 10 
dollar  köçürür  və  estafeti  3  tanışına  ötürürdü.  Aksiyanın 
şərtlərinə  əsasən  imtina  edənlər  fonda  100  dollar  köçürməli 
olurdular. Bill Qeyts kimi bir çox tanınmış şəxslər kampaniyının 
iştirakçısı  oldu.  Nəticədə  2014-cü  ildə  fonda  köçürülən 
məbləğın həcmi ötən ilki göstəricidən 3500% çox olmaqla 100 
milyon dolları ötdü.
2. Gizli marketinq.
Bu  növün  xüsusiyyəti  ondan  ibarətdir  ki,  potensial 
müştəri məhsulunuzun reklam olunduğunu heç təsəvvür belə 
etmir.
2002-ci  ildə  Sony  Ericsson  şirkəti  belə  marketinq 
kampaniyasına əl atdı. Cəlb olunmuş 60 insan 2 və 3 nəfərlik 
qruplara  bölünərək  Nyu-York  və  Sietlin  ən  gur  yerlərində 
gəzişir,  özlərini  turist  kimi  göstərir  və  ətrafdakılardan  xahiş 
edirdilər  ki,  Sony  Ericsson  telefonu  ilə  onların  şəkillərini 
çəksinlər  və  sözarası  bu  telefonun  üstünlükləri  barədə 
danışırdılar.
3. Ambient marketinq.


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə