Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə80/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

xərcləmirdi, amma müştərisi daim bol olurdu. Sirri ondan 
ibarət idi ki, hər dəfə yeni restoran açılanda biznesin sahibi 
həmin  şəhərin  bütün  bərbərlərini  təmtaraqlı  ziyafətə 
dəvət  edirdi.  İşə  qayıtdıqda  isə  bərbərlər  restoranın 
özünəməxsus reklam agentlərinə çevrilirdilər.
Ÿ
Stikerlərin  istifadə  edilməsi  də  geniş  yayılmış  üsullar-
dandır. Məsələn, bir pizza şirkəti stikerlərdən belə istifadə 
etmişdi:
Ÿ
Avtomobil  şüşəsi  istehsalçısı  maşınların  üzərinə  sınmış 
şüşəyə  bənzəyən  stiker  yapışdıraraq  maşın  sahiblərini 
şoka  salsa  da  öz  məhsulunu  reklam  etmiş  oldu.  Vizit 
kartındakı yazıda deyilir :”Hər gün açığıq, hə a aprelin 
birində də”:
168
Ÿ
Hərdən hazırladığınız adi əşyalar belə uğurlu marketinq 
nümunəsi  ola  bilər.  Toxumun  satışı  ilə  məşğul  olan  bir 
şirkətin  vizit  kartı  paket  şəklində  düzəldilib,  içində  də 
məhsulun nümunəsi.
Ÿ
Birbaşa  məktub  (direct  mail)  da  effektiv  vasitə  ola  bilər 
(həm  fiziki  məktub,  həm  də  virtual).  ABŞ-da  bir  şirkət 
özünə  tərəfdaş  axtarırdı.  O  zaman  tanınmış  kaliforniya 
lotereyasında  cek-pot  20  milyon  dollar  idi.  Şirkətin 
nümayəndələri  bir  neçə  yüz  lotereya  alaraq  onları 
məktubla  birlikdə  potensial  tərəfdaşlarına  göndərdilər. 
Məktubda deyilirdi: “Siz ya lotereyada udaraq milyonçu 
ola bilərsiz, ya da bizimlə əməkdaşlıq edərək”. Beləliklə, 
cəmi 300 dollara başa gələn marketinq kampaniyası şirkəti 
xeyli tanıtdırdı.
Gördüyünüz kimi partizan marketinqinin imkanları demək 
olar ki, sonsuzdu. İnternetdə yüzlərlə digər nümunələrlə tanış 
ola bilərsiz. Əsası budur ki, işinizə kreativ yanaşasız.
169

2-ci əlavə. Hüquqi məsələlər.
Bu  Əlavə  “MedLex”  hüquq  şirkətinin  direktoru  Qorxmaz 
Ağayev  tərəfindən  tərtib  edilib.  Təşəkkür  edirəm!  Burada  siz 
biznesə başlayanda lazım ola bilən əsas hüquqi suallara cavab 
tapacaqsız. Aydın məsələdir ki, bir sənəddə bütün sualları əhatə 
etmək mümkün deyil. Digər məlumatları internetdən, müvafiq 
dövlət qurumlarının sorğu mərkəzlərindən və s. mənbələrdən 
əldə edə bilərsiz.
I. 
 Hüquqi şəxslərin təşkilati-hüquqi formaları.
Sahibkarlıq fəaliyyəti ilə iki formada məşğul olmaq olar: 1) 
hüquqi şəxs yaratmaqla; 2) hüquqi şəxs yaratmadan. AR Mülki 
Məcəlləsinə (bundan sonra MM adlanacaq) görə hüquqi şəxslər 
qanunla  müəyyən  edilmiş  qaydada  dövlət  qeydiyyatından 
keçməlidirlər,  mülkiyyətində  ayrıca  əmlakı  olmalıdır, 
öhdəliklərinə  şirkətin  həmin  əmlakı  ilə  cavabdehdirlər.  Fərdi 
sahibkarlıq isə hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə 
etmək  məqsədilə  yaratdıqları  sahibkarlıq  fəaliyyətinin  bir 
növüdür.  Bu  cür  fəaliyyətdə  həmin  şəxslər  mülkiyyətlərinə 
əsaslanır, risk və məsuliyyəti öz üzərilərinə götürür və bütün 
şəxsi əmlakları ilə öhdəlikləri üçün cavabdehlik daşıyırlar.
Kommersiya  hüquqi  şəxslərinin  (gəlir  əldə  etmək 
məqsədilə  yaradılan  və  əldə  etdiyi  gəlirləri  üzvləri  arasında 
bölüşdürən  hüquqi  şəxslər  kommersiya  hüquqi  şəxslərdir) 
təsərrüfat cəmiyyətləri və təsərrüfat ortaqlıqları kimi iki forması 
var.  Bunlar  da  öz  növbəsində  bir  neçə  yerə  ayrılır.  Belə  ki, 
təsərrüfat  ortaqlıqları  tam  ortaqlıq  və  kommandit  ortaqlıq 
formasında  (aşağıda  izahı  verilir),  təsərrüfat  cəmiyyətləri  isə 
məhdud  məsuliyyətli  cəmiyyət  (MMC),  əlavə  məsuliyyətli 
cəmiyyət  və  səhmdar  cəmiyyəti  formasında  yaradıla  bilər. 
Səhmdar cəmiyyətləri də öz növbəsində açıq səhmdar cəmiyyəti 
170
(ASC)  və  qapalı  səhmdar  cəmiyyətlərinə  (QSC)  ayrılır.  Lakin 
bunlardan  təsərrüfat  ortaqlıqları  və  səhmdar  cəmiyyətlərinin 
yaradılmasında daha çox makrobiznes sahələrində məşğul olan 
şəxslər  maraqlı  olurlar.  Hər  bir  formanın  çox  qısa  şəkildə 
izahatını verək.
1.1.  Təsərrüfat ortaqlıqları və cəmiyyətləri
Tam ortaqlıq.
AR MM-nin 69-cu maddəsinə görə ortaqlıq o zaman tam 
ortaqlıq  hesab  olunur  ki,  onun  iştirakçıları  (tam  ortaqları) 
nizamnaməyə  müvafiq  surətdə  ortaqlıq  adından  sahibkarlıq 
fəaliyyəti ilə məşğul olur və ortaqlığın öhdəlikləri üzrə onlara 
mənsub şəxsi əmlakla məsuliyyət daşıyırlar. 
Kommandit  ortaqlıq.  Bu  elə  bir  ortaqlıqdır  ki,  burada 
həm  tam  ortaqlar  var,  həm  də  ortaqlığın  fəaliyyəti  ilə  bağlı 
zərərə  görə  qoyduqları  mayaların  məbləği  həddində  risk 
daşıyan maya qoyan var. Lakin həmin maya qoyanlar ortaqlıq 
adından sahibkarlıq fəaliyyəti ilə məşğul olmurlar. 
Məhdud  məsuliyyətli  cəmiyyət  (bundan  sonra  MMC). 
Respublikamızda  sahibkarlıqla  məşğul  olan  şəxslərin  ən  çox 
müraciət  etdikləri  hüquqi  şəxs  forması  məhz  məhdud 
məsuliyyətli cəmiyyətdir. Bir və ya bir neçə şəxs (fiziki və (və ya) 
hüquqi  şəxs)  tərəfindən  təsis  edilən,  nizamnamə  kapitalı 
nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən 
cəmiyyət  məhdud  məsuliyyətli  cəmiyyət  sayılır.  MMC-lərin 
üstün  cəhəti  ondan  ibarətdir  ki,  onun  iştirakçıları  cəmiyyətin 
öhdəlikləri  üzrə  öz  əmlakları  ilə  məsuliyyət  daşımırlar  və 
cəmiyyətin  fəaliyyəti  ilə  bağlı  zərər  üçün  sadəcə  qoyduqları 
mayaların  dəyəri  həddində  risk  daşıyırlar.  Məsələn,  “A”  adlı 
fiziki  şəxs  “XXXX”  MMC-nin  iştirakçısıdırsa  və  onun 
nizamnamə kapitalına qoyduğu maya 50 AZN-dirsə, MMC-nin 
fəaliyyəti  zamanı  zərər  yarandıqda,  “A”  yalnız  50  AZN 
171

Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə