Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.

səhifə2/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   94

Ön söz
Salam!  Hamınızı  təbrik  etmək  istəyirəm!  Səbəbini  bir 
qədər sonra izah edəcəyəm. İcazə verin, əvvəlcə bəzi məqamları 
açıqlayım.
Kitabça barəsində ümumi məlumat.
Bu  kitabça  mikrobiznesə  başlamaq  üçün  əvvəldən 
sonadək bütün prosesləri əhatə edən bələdçinizdir. O, dünyada 
ən məşhur iş adamları, motivasiya trenerləri, biznes müəllifləri 
və  mövzu  üçün  maraqlı  olan  digər  sahələrə  aid  müəlliflər 
tərəfindən yazılmış kitab və məqalələr əsasında tərtib edilib və 
fikrimcə, olduqca maraqlı və xeyirli alınıb. Misal üçün, Stiven 
Kovi,  Brayan  Treysi,  Riçard  Brenson,  Bodo  Şefer,  Kavasaki, 
Robert Kiyosaki, Deyl Karnegi, Stiv Blank, Çan Kim, Napoleon 
Hill,  Toni  Byuzen,  Erik  Ris,  Karl  Syuel,  Donald  Tramp,  Set 
Qodin, Keyt Ferratsi və onlarla digər müəllifin, o cümlədən, bir 
sıra  keçmiş  sovet  məkanının  biznes  müəllifi  və  iş  adamının 
kitablarını  qeyd  etmək  istərdim.  Mən  yüzlərlə  kitab  və 
məqalədəki  məlumatlardan,  necə  deyərlər,  “qaymaqları” 
yığaraq sistemləşdirmişəm və öz təcrübəmdən də misallar əlavə 
etmişəm.  Bu  o  demək  deyil  ki,  gələcəkdə  bu  sahə  üzrə  kitab 
oxumağınıza ehtiyac yoxdur. Sadəcə, ola bilər ki, mən sizin bir 
neçə  ay  və  ya  ilinizə  qənaət  edərək  imkan  yaratmışam  ki,  
yığcam yazılmış bu bələdçi vasitəsilə qısa zaman ərzində xırda 
biznesinizə başlayaraq həm biznes vərdişləri qazanasız, həm də 
maddi qazanc əldə edəsiz. Sonradan öyrəndiyiniz bu vərdişlər 
və digər biliklər əsasında biznesinizi inkişaf etdirərək kiçik, orta 
və ola bilsin ki, iri biznesə çevirə biləcəksiz.
Fikirlərimi  rahat  oxuna  biləcək  dildə  yazmışam. 
Korrektorlar  mətni  ədəbi  dil  çərçivəsinə  salmaq  istəsələr  də 
4
“dır”, “dir”-lərdən qaçmağa çalışmışam :).
Əlbə ə,  biznes  elə  bir  sahədir  ki,  yarana  biləcək  bütün 
halları,  bütün  biznes  sahələrini  bir  kitabçada  əhatə  etmək 
mümkün deyil. Amma bələdçiniz sizə təfəkkürünüzü dəyişərək 
biznesə başlama yollarını sistemli şəkildə göstərəcək və bir çox 
praktiki biliklər verəcək. Nəticədə siz özünüz özünüzü yaratmış 
olacaq  və  öz  gücünüz  hesabına  uğur  qazanacaqsız!  Bu  şəklə 
diqqətlə  baxın  (özü  özünü  yaradan  insanın  heykəli).  Onu 
bələdçimizin rəmzi hesab etmək olar. Bu sizsiz!
Bələdçinin strukturu və onu necə oxumalı.
Birinci  hissə  uğura  aparan  yola  həsr  olunub  və  həyatda 
məna  tapmağa,  yeni  nailiyyətlərə  çatmaq  üçün  daxili  güc 
tapmağa  çalışan  bütün  insanlara  ünvanlanıb.  Burada  uğur 
qazanmış  insanların  timsalında  məqsədə  çatmaq  üçün  tələb 
olunan  keyfiyyətlər,  zamanın  idarə  edilməsi,  məqsədlərin 
qoyulması,  qorxunun  dəf  olunması  və  digər  məqamlar 
barəsində  danışacaq,  bir  çox  insanın  uğur  hekayələrilə  tanış 
olacağıq. Bu hissəni “beynin transformasiyası” da adlandırmaq 
olar.  Bu  mərhələni  keçmədən  yüksək  nəticələr  əldə  etmək 
çətindir, çünki dəyişikliklər şüurdan başlanır.
İkinci hissə biznes-ideyanın tapılması yolları barəsindədir 
5


və  ilk  növbədə  biznesə  başlamaq  istəyənlər  üçün  nəzərdə 
tutulub.
Üçüncü hissə kreativ ideyaların formalaşdırılmasına həsr 
olunub  və  zehni  qabiliyyətini  genişləndirmək,  işə  yaradıcı 
yanaşmaq istəyən bütün insanlara faydalı olacaq.
Dördüncü  hissə  mikrobiznesə  başlamaq  üçün  ilk 
addımlarını  atanlara  həsr  olunub  və  əminəm  ki,  biznesə  yeni 
başlamaq istəyən gənclər üçün maraqlı və xeyirli olacaq. Burada 
biznes-modelin  qurulması,  bazarın  araşdırılması,  məhsulun 
mövqeləşdirilməsi, sosial şəbəkə marketinqi, müştəri qazanmaq 
yolları və bir çox digər məqamlar barədə qısa və aydın danışılır.
Əlavələrdə biznesin qurulması və inkişafı ilə bağlı bir sıra 
maraqlı mövzulara toxunulur (internet, partizan marketinqi və 
hüquqi məsələlər).
Sizi  təəccübləndirməsin  ki,  hazırlıq  prosesinə  həsr 
olunmuş hissələrin həcmi təxmini biznesin başlanmasına həsr 
olunmuş  hissənin  və  əlavələrin  həcminə  bərabərdir.  Ən 
ö n ə m l i s i   m ə h z   i l k i n   m ə r h ə l ə d i r .   Ə s l i n d ə   i n s a n   i l k 
mərhələlərdəki  keyfiyyətlərə  malik  olsa  biznesə  başlamaq  o 
qədər də çətin deyil.
Kitabçanı aşağıdakı qaydada oxusanız təsiri daha çox olar: 
Ÿ
Bu,  bədii  ədəbiyyat  deyil.  Yalnız  bütün  fikriniz 
oxuduğunuza yönəlsə nəticəsi olacaq.
Ÿ
Hər bir tapşırığı məsuliyyətlə, sonadək yerinə yetirin. 
Bunlar artıq sınaqdan çıxıb, onlara ciddi yanaşın.
Ÿ
Ardıcıllıqla  oxuyun,  əvvəlki  məqamların  üstündən 
keçərək birbaşa biznes hissəsindən başlasanız effekti az 
olacaq.
Ÿ
Oxuyanda  tələsməyin,  aydın  olmayanları  yenidən 
oxuyub aydınlaşdırın.
6
Bu kitabçanı hazırlamaq qərarına niyə gəldim?
Ölkəmizdə  yaranan  vəziyyət  hamıya  bəllidir.  Geniş 
iqtisadi  təhlillərlə  sizi  yormaq  istəmirəm.  Neft  hasilatı  və 
qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin gəlirləri xeyli 
aşağı  düşüb  və  bu  proses  davam  edə  bilər.  Belə  vəziyyətdə 
Azərbaycanın iqtisadi yüksəlişini yalnız azad sahibkarlıq təmin 
edə  bilər.  Bunu  sıravi  vətəndaşlardan  tutmuş  dövlət 
başçımızadək  hamı  etiraf  edir.  Buna  görə  də  ölkəmizdə  azad 
sahibkarlıq mühiti, kiçik biznes daha da inkişaf etdirilməlidir. 
İnkişaf  etmiş  ölkələrin  ÜDM-in  50%-dən  çoxu  kiçik  biznesin 
payına  düşür.  Bizdə  isə  kiçik  biznesin  2014-cü  ildə  yaratdığı 
əlavə dəyər yalnız 2,6% təşkil edib. Halbuki iqtisadiyyatda kiçik 
biznesin rolu böyükdür (əsasları aşağıda sadalanıb):
Ÿ
İqtisadi konyuktura dəyişməsini yumşaldır;
Ÿ
Rəqabətli mühitın yaranmasına xidmət edir;
Ÿ
Yeni  ehtiyacların  qısa  zamanda  ödənilməsini  təmin 
edir;
Ÿ
Yeni iş yerlərinin formalaşmasına şərait yaradır;
Ÿ
Dövlətin  böhrana  qarşı  əsas  müdafiə  üsullarından 
biridir;
Ÿ
Az  investisiya  müqabilində  gəlirlilik  olduqca  yüksək 
olur;
Ÿ
Sosial sabitliyin qorunmasına xidmət edir (o cümlədən 
orta təbəqənin artması hesabına);
Ÿ
Dövlət büdcəsinin gəlirini artırır və s.
Qeyd edilən məqsəd uğrunda fəaliyyətin əsas yükü təbii 
ki, dövlətin üzərinə düşür. Amma cəmiyyətimiz də, mütərəqqi 
biznes qurumları da sosial məsuliyyət fəaliyyəti çərçivəsində bu 
prosesə  ciddi  dəstək  ola  bilər.  Məsələn,  ABŞ-da  yerləşən 
dünyanın ən iri biznes-inkubator assosiasiyasına (Milli biznes-
inkubatorlar  assosiasiyası)  daxil  olan  ən  qabaqcıl  biznes-
inkubatorlarının, həmçinin Avropa biznes-inkubatorlarının iki 
7




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə