Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə3/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   2   3   4   5   6   7   8   9   ...   94

və  ilk  növbədə  biznesə  başlamaq  istəyənlər  üçün  nəzərdə 
tutulub.
Üçüncü hissə kreativ ideyaların formalaşdırılmasına həsr 
olunub  və  zehni  qabiliyyətini  genişləndirmək,  işə  yaradıcı 
yanaşmaq istəyən bütün insanlara faydalı olacaq.
Dördüncü  hissə  mikrobiznesə  başlamaq  üçün  ilk 
addımlarını  atanlara  həsr  olunub  və  əminəm  ki,  biznesə  yeni 
başlamaq istəyən gənclər üçün maraqlı və xeyirli olacaq. Burada 
biznes-modelin  qurulması,  bazarın  araşdırılması,  məhsulun 
mövqeləşdirilməsi, sosial şəbəkə marketinqi, müştəri qazanmaq 
yolları və bir çox digər məqamlar barədə qısa və aydın danışılır.
Əlavələrdə biznesin qurulması və inkişafı ilə bağlı bir sıra 
maraqlı mövzulara toxunulur (internet, partizan marketinqi və 
hüquqi məsələlər).
Sizi  təəccübləndirməsin  ki,  hazırlıq  prosesinə  həsr 
olunmuş hissələrin həcmi təxmini biznesin başlanmasına həsr 
olunmuş  hissənin  və  əlavələrin  həcminə  bərabərdir.  Ən 
ö n ə m l i s i   m ə h z   i l k i n   m ə r h ə l ə d i r .   Ə s l i n d ə   i n s a n   i l k 
mərhələlərdəki  keyfiyyətlərə  malik  olsa  biznesə  başlamaq  o 
qədər də çətin deyil.
Kitabçanı aşağıdakı qaydada oxusanız təsiri daha çox olar: 
Ÿ
Bu,  bədii  ədəbiyyat  deyil.  Yalnız  bütün  fikriniz 
oxuduğunuza yönəlsə nəticəsi olacaq.
Ÿ
Hər bir tapşırığı məsuliyyətlə, sonadək yerinə yetirin. 
Bunlar artıq sınaqdan çıxıb, onlara ciddi yanaşın.
Ÿ
Ardıcıllıqla  oxuyun,  əvvəlki  məqamların  üstündən 
keçərək birbaşa biznes hissəsindən başlasanız effekti az 
olacaq.
Ÿ
Oxuyanda  tələsməyin,  aydın  olmayanları  yenidən 
oxuyub aydınlaşdırın.
6
Bu kitabçanı hazırlamaq qərarına niyə gəldim?
Ölkəmizdə  yaranan  vəziyyət  hamıya  bəllidir.  Geniş 
iqtisadi  təhlillərlə  sizi  yormaq  istəmirəm.  Neft  hasilatı  və 
qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin gəlirləri xeyli 
aşağı  düşüb  və  bu  proses  davam  edə  bilər.  Belə  vəziyyətdə 
Azərbaycanın iqtisadi yüksəlişini yalnız azad sahibkarlıq təmin 
edə  bilər.  Bunu  sıravi  vətəndaşlardan  tutmuş  dövlət 
başçımızadək  hamı  etiraf  edir.  Buna  görə  də  ölkəmizdə  azad 
sahibkarlıq mühiti, kiçik biznes daha da inkişaf etdirilməlidir. 
İnkişaf  etmiş  ölkələrin  ÜDM-in  50%-dən  çoxu  kiçik  biznesin 
payına  düşür.  Bizdə  isə  kiçik  biznesin  2014-cü  ildə  yaratdığı 
əlavə dəyər yalnız 2,6% təşkil edib. Halbuki iqtisadiyyatda kiçik 
biznesin rolu böyükdür (əsasları aşağıda sadalanıb):
Ÿ
İqtisadi konyuktura dəyişməsini yumşaldır;
Ÿ
Rəqabətli mühitın yaranmasına xidmət edir;
Ÿ
Yeni  ehtiyacların  qısa  zamanda  ödənilməsini  təmin 
edir;
Ÿ
Yeni iş yerlərinin formalaşmasına şərait yaradır;
Ÿ
Dövlətin  böhrana  qarşı  əsas  müdafiə  üsullarından 
biridir;
Ÿ
Az  investisiya  müqabilində  gəlirlilik  olduqca  yüksək 
olur;
Ÿ
Sosial sabitliyin qorunmasına xidmət edir (o cümlədən 
orta təbəqənin artması hesabına);
Ÿ
Dövlət büdcəsinin gəlirini artırır və s.
Qeyd edilən məqsəd uğrunda fəaliyyətin əsas yükü təbii 
ki, dövlətin üzərinə düşür. Amma cəmiyyətimiz də, mütərəqqi 
biznes qurumları da sosial məsuliyyət fəaliyyəti çərçivəsində bu 
prosesə  ciddi  dəstək  ola  bilər.  Məsələn,  ABŞ-da  yerləşən 
dünyanın ən iri biznes-inkubator assosiasiyasına (Milli biznes-
inkubatorlar  assosiasiyası)  daxil  olan  ən  qabaqcıl  biznes-
inkubatorlarının, həmçinin Avropa biznes-inkubatorlarının iki 
7


ali  məqsədindən  biri  məhz  müsbət  biznes  mühitinin 
formalaşdırılmasıdır. Biznes-inkubatorların fəaliyyəti isə yalnız 
dövlət  tərəfindən  deyil,  həm  də  ictimai,  şəxsi  biznes  və  digər 
mənbələrdən  maliyyələşdirilir.  Azərbaycanda  da  bu  sahədə 
xeyli iş görülüb, amma problemlər də mövcuddur: real nəticə 
göstərən  biznes-inkubatorların  sayı  çox  azdır,  kütləvilik  hiss 
olunmur,  ideyası  olmayan  gənclərə  dəstək  olan  biznes-
inkubator  yoxdur  və  qeyri-texnoloji  sahəyə  diqqət  azdır. 
Fikrimcə,  müsbət  biznes  mühitinin  formalaşdırılması  üçün 
mütləq  mütərəqqi  təfəkkürlü  yeni  biznesmenlər  nəsli 
yetişdirilməlidir. 
Gənclərin  biznesə  həvəsini  yoxlamaq,  həmçinin  biznes-
dən çəkindirən məqamları aydınlaşdırmaq üçün internetdə 25 
yaşadək  olan  gənclər  arasında  sorğu  keçirdim  (bu  prosesdəki 
dəstəyə  görə  gənc  biznesmen  Bəhmən  Hacıyevə  təşəkkür 
edirəm).  Nəticələr  bəzi  hallarda  gözlənilən  olsa  da,  maraqlı 
məqamlar da az olmadı.
Şərait və imkanınız olsaydı 
bizneslə məşğul olmaq istərdinizmi?
Bəli
Xeyr
Bu barədə
fikirləşməmişəm
8
İnsanların  məsuliyyəti  kənar  faktorların  üstünə  atmaq 
kimi psixoloji xüsusiyyətini nəzərə alaraq ehtimal edirdim ki, 
maliyyə vəsaiti və biznes mühiti barədə olan bəndlərin nəticəsi 
təxminən  80%  təşkil  edəcək.  Amma  sevindirici  haldır  ki,  bu 
bəndlər ümumi səslərin yarıdan azını təşkil etdi. Maraqlı digər 
məqam  da  ondan  ibarətdir  ki,  bizneslə  məşğul  olmaq 
istəyənlərin  təxminən  yarısı  xanımlardır.  Deməli,  gənclər 
bizneslə  məşğul  olmaq  həvəsindədirlər.  Sadəcə,  onlara  şərait 
yaradılmalı, yollar göstərilməlidir.
İndiki  durumda  hamı  yeni  reallıqlardan  çıxış  etməlidir. 
Xəyalları  kənara  ataraq  mürəkkəb  iqtisadi  vəziyyətin  tezliklə 
düzələcəyini, dövlətin və ya kimlərinsə bizə kömək edəcəyini 
gözləməməli və çıxış yollarını özümüz tapmalıyıq.
Araşdırma göstərdi ki, gənclər üçün “biznesə necə başlamalı” 
mövzusunda  azərbaycan  dilində  motivasiyalı,  həmçinin 
praqmatik  bələdçi  rolunu  oynaya  bilən  bir  kitab  yoxdur  (hər 
9
Hal-hazırda sizi bizneslə məşğul 
olmaqdan çəkindirən nədir?
Maliyyə vəsaiti
tapa bilmirəm.
Biznes biliyim azdır
Ölkədəki biznes mühiti
Risk etməyə ehtiyat
edirəm
Maraqlı ideyam yoxdur
Muzdlu işdə işləyirəm
Digər səbəblər


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə