Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə6/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   2   3   4   5   6   7   8   9   ...   94

12
müxtəlif aparıcı banklarda İdarə Heyətinin üzvü, departament, 
şöbə və ya filial rəhbəridirlər.
İnkişaf  etməyə  çalışıram.  Həm  peşəkar,  həm  də  şəxsi 
inkişaf sahəsində. 44 yaşında hiss etdim ki, bir maliyyəçi kimi 
biliklərim  məni  qane  etmir  və  buna  görə  Performance 
Management  üzrə  CİMA  Diplomuna  sahib  oldum.  Son 
zamanlar  çox  kitab  oxuyuram.  İdmanı  sevirəm.  Böyük  tennis 
üzrə  bank  çempionu  olmuşam,  şahmatda  isə  ikinci  yerə 
çıxmışam.  Futbol  oynamağı  xoşlayırdım.  Həftədə  3  dəfə  açıq 
havada idmanla məşğul oluram. Ağır olsa da, heç bir hazırlıq 
keçmədən  4000  metrlik  zirvəyə  qalxmışam.  İntellektual 
oyunları  və  məntiqi  məsələləri  həll  etməyi  xoşlayıram.  Çətin 
vəziyyətə düşəndə yumor hissim köməyimə çatır, insanlarda da 
bu hissi qiymələndirirəm.
Ailəliyəm,  2  övladım  var.  Ailəmdən  razıyam  (güman 
edirəm ki, onlar da məndən gileyli deyillər:)). 
Çatışmazlıqlarım  da  az  deyil.  Hərdən  tənbəllik  məni 
üstələyir,  münasibətlərdə  diplomatikliyim  azdır  və  s.  Gərək 
onları da aradan qaldırım.
Əminəm  ki,  uğur  qazanmaq  yollarına  həsr  olunmuş 
kitabların  oxunuşuna  20-25  il  əvvəl  başlasaydım  nəticələrim 
indikindən xeyli yüksək olardı. Bax belə.
Bütün  bunları  deməkdə  məqsədim  heç  də  özümü 
tərifləmək deyil. Sadəcə, göstərmək istədiyim odur ki, birincisi, 
hər bir insan özünün müsbət tərəflərini görməli və özünü səlis 
təqdim  etməyi  bacarmalıdır.  Əminəm  ki,  hər  birinizdə  fəxr 
etməli  keyfiyyət  və  nailiyyətlər  var.  Qoy  xırda  olsun,  fərqi 
yoxdur,  amma  mütləq  var.  Mən  özüm  haqqında  ətraflı 
danışdım,  indi  növbə  sizindir.  Siz  də  özünüz  haqqında  yazılı 
şəkildə aşağıdakı formatda təqdimat hazırlayın və məşq edərək 
onu yadda saxlayın: 
Ÿ
Adınız, soyadınız; 
13
Ÿ
Yaşınız, təhsiliniz, işiniz (əgər işləyirsizsə);
Ÿ
Nailiyyətləriniz (təhsildə, idmanda, şəxsi həyatda və s.);
Ÿ
Şəxsi keyfiyyətləriniz, sizi müsbət cəhətdən fərqləndirən 
xüsusiyyətlər;
Ÿ
Sizin üçün uğur nədir?;
Ÿ
Siz uğurlusuzmu, və ya uğura, xoşbəxtliyə çatmaq üçün 
h a n s ı   i m k a n l a r ı n ı z   v a r   ( s a h i b   o l d u q l a r ı n ı z ı 
qiymətləndirin)?
Geniş  təqdimatla  yanaşı  özünüz  haqqında    30  saniyəlik 
“lift təqdimatı” da hazırlayın. Adı ona görə belə qoyulub ki, liftə 
sizə  maraqlı  olan  insanla  bir  yerdə  daxil  olsanız  özünüzü 
tanıtmaq üçün ixtiyarınızda təxminən 30 saniyə vaxtınız olacaq. 
Biznesinizi  başlayanda  eyni  formatda  şirkətiniz  və  məhsul-
larınız haqqında da təqdimat hazırlamalı olacaqsız.
İkincisi, məndə qeyri-adi istedad yoxdur, zəif tərəflərim 
də az deyil. Vaxtilə inkişaf üçün indiki imkanlar da yox idi. Mən 
bunlara nail olmuşamsa siz bundan qat-qat yüksək nailiyyətlər 
əldə  edə  bilərsiz.  Özünüzə  güvənin.  Bu  kitabçanı  oxuyarkən 
bütün praktiki məşğələləri etsəniz uğur qazanacaqsız. Belə bir 
qədim şərq məsəli var: İnsana balıq versən bir gün tox olacaq, 
balıq tutmağı öyrətsən isə ömürlük. Siz də beləcə biznes bilik və 
vərdişlərinə sahib olaraq yeni peşə qazanacaqsız, yəni biznesə 
başlayıb həyatda özünüzü tapacaqsız.
Biz necə şanslı olduğumuzu dərk edirikmi?
Gəlin əvvəlcə bir videoya baxaq. Nik Vuyçiç.
h ps://www.youtube.com/watch?v=jkZr5nmYLNE
h ps://www.youtube.com/watch?v=wxEeb26e-bs
Həyatın  çətinliklərinə  qalib  gələn  iradəli  və  nikbin 
insanlar Azərbaycanda da var.


14
İlham Zəkiyev 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 
Kəşfiyyatçı  olub.  1999-cu  ildə  döyüş  tapşırığını  yerinə 
yetirərkən  düşmən  snayperi  onu  ağır  yaralayıb.  Güllə  sol 
gicgahından daxil olub sağ gicgahından çıxıb. Sağ qalmasını bir 
möcüzə hesab etmək olar. O, özünə qapanmadı və hə a idmana 
qayıtdı.  2  dəfə  paralimpiya  oyunları  çempionu,  2  dəfə  dünya 
çempionu,  5  dəfə  Avropa  çempionu  oldu  və  s.  2008-ci  ildə 
"Şöhrət" ordeni ilə təltif edildi.
Ön sözün lap əvvəlində mən sizi təbrik etmişdim. Bunun 
səbəbini indi izah etməyə çalışacam:
1. Uğur qazanmağınız üçün bütün imkanlarınız var. Fiziki 
cəhətdən  sağlamsız,  sabit  şəraitdə  yaşayırsız,  ilkin  tələbatınız 
ödənilir (aclıq çəkmirsiz, içməli suyunuz var və s.). Dünyada hər 
gün 22 000 uşaq aclıq və baxımsızlıqdan ölür, 1 milyarddan çox 
insan  içməli  suyun  çatışmazlığından  və  ya  aclıqdan  əziyyət 
çəkir. Dünya əhalisinin 25%-i elektrik enejisinə möhtacdır, 1,2 
mlrd insan günə cəmi 1,25 ABŞ dollaradək vəsaitlə dolanır.
2.  Siz  düzgün  yoldasız,  çünki  bu  kitabı  oxumağa  qərar 
vermisiz. Deməli, həyatınızı yaxşılaşdırmaq istəyirsiz və bunun 
üçün ən azı ilkin addımı atmısız. Oxuduğunuz fikirləri qəbul 
edərək  tətbiq  etsəniz  həyatda  biznesə  başlamaq  və  ya  digər 
şəkildə uğur qazanmaq üçün tələb olunan ən effektiv hazırlıq 
yolunu  keçmiş  olacaqsız.  Nəticədə  siz  1-2  aya  öz  biznesinizə 
başlaya  bilərsiz.  Bəli,  bu  xülya  deyil.  Cəhd  edin  və  nəticəsini 
15
görəcəksiz.  Bu  sizin  üçün  növbəti  bir  şansdır.  Hər  bir  insana 
ömründə bir neçə şans verilir. Sadəcə, onu görüb istifadə etmək 
lazımdır.  Əlişir  Nəvai  deyib  ki, Allah  hər  bir  canlıya  ruzisini 
verir, amma onu gətirib yuvasına qoymur.
3.  Neft  gəlirlərinin  azalması  səbəbindən  indi  ölkəmiz 
müəyyən  çətinliklərlə  üzləşib  və  bu  dövrdə  məhz  sahibkarlıq 
ölkənin inkişafına dayaq olmalıdır. Siz biznesinizə sahibkarlığın 
inkişafı  üçün  dövlətimizin  yeni  addımlar  a ığı  bir  dövrdə 
başlayacaqsız ki, bu da sizin şanslarınızı artırır. Problemlər az 
deyil,  amma  qanunvericilik  və  yanaşmada  müəyyən 
liberallaşma  özünü  göstərir  və  bu  prosesin  davam  etməsi 
qaçılmazdır. Ölkəmizin başqa yolu yoxdur.
4. Bundan başqa, əgər əvvəllər pul qazanmaq üçün torpaq, 
avadanlıq, pullu reklam və maliyyə vəsaiti daha çox lazım idisə, 
indi innovasiyalar əsasında bu resurslar olmadan da qazanmaq 
mümkündür.
5. Siz əslində çox bacarıqlısız, olduqca böyük reallaşdırıl-
mamış potensialınız var. Bəlkə də bundan xəbəriniz yoxdur. Bu 
barədə növbəti fəsillərdə daha ətraflı danışacağıq.
Səbəbləri artıra bilərəm, amma güman edirəm ki, bunlar 
da kifayətdir.
Qeyd etməliyəm ki, uğur qazanmaq ağır zəhmət bahasına 
başa gəlir. Məsələn, sahibkarlıq həyatınızı tamamilə dəyişəcək: 
gecə-gündüzünüz  olmayacaq,  bir  sıra  vərdişlərinizdən  əl 
çəkməli,  yenilərini  əldə  etməli  olacaqsız,  qarışqa  kimi 
zəhmətkeş  və  intizamlı  olmalısız,  dostlarınıza,  digər  sevimli 
işlərinizə (telefon, televizor və s.) vaxtınız çox az qalacaq, daim 
yeni problemlərlə qarşılaşacaqsız, xoşunuz gəlməyən insanlarla 
ünsiyyətdə  olacaqsız. Amma  bu  çətinliklərə  üstün  gəlib  uğur 
qazansanız əldə edəcəkləriniz bunları üstələyəcək. Çətinliklərə 
baxmayaraq davam etmək istəyirsizsə, onda başladıq!


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə