Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.

səhifə7/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   2   3   4   5   6   7   8   9   10   ...   94

14
İlham Zəkiyev 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 
Kəşfiyyatçı  olub.  1999-cu  ildə  döyüş  tapşırığını  yerinə 
yetirərkən  düşmən  snayperi  onu  ağır  yaralayıb.  Güllə  sol 
gicgahından daxil olub sağ gicgahından çıxıb. Sağ qalmasını bir 
möcüzə hesab etmək olar. O, özünə qapanmadı və hə a idmana 
qayıtdı.  2  dəfə  paralimpiya  oyunları  çempionu,  2  dəfə  dünya 
çempionu,  5  dəfə  Avropa  çempionu  oldu  və  s.  2008-ci  ildə 
"Şöhrət" ordeni ilə təltif edildi.
Ön sözün lap əvvəlində mən sizi təbrik etmişdim. Bunun 
səbəbini indi izah etməyə çalışacam:
1. Uğur qazanmağınız üçün bütün imkanlarınız var. Fiziki 
cəhətdən  sağlamsız,  sabit  şəraitdə  yaşayırsız,  ilkin  tələbatınız 
ödənilir (aclıq çəkmirsiz, içməli suyunuz var və s.). Dünyada hər 
gün 22 000 uşaq aclıq və baxımsızlıqdan ölür, 1 milyarddan çox 
insan  içməli  suyun  çatışmazlığından  və  ya  aclıqdan  əziyyət 
çəkir. Dünya əhalisinin 25%-i elektrik enejisinə möhtacdır, 1,2 
mlrd insan günə cəmi 1,25 ABŞ dollaradək vəsaitlə dolanır.
2.  Siz  düzgün  yoldasız,  çünki  bu  kitabı  oxumağa  qərar 
vermisiz. Deməli, həyatınızı yaxşılaşdırmaq istəyirsiz və bunun 
üçün ən azı ilkin addımı atmısız. Oxuduğunuz fikirləri qəbul 
edərək  tətbiq  etsəniz  həyatda  biznesə  başlamaq  və  ya  digər 
şəkildə uğur qazanmaq üçün tələb olunan ən effektiv hazırlıq 
yolunu  keçmiş  olacaqsız.  Nəticədə  siz  1-2  aya  öz  biznesinizə 
başlaya  bilərsiz.  Bəli,  bu  xülya  deyil.  Cəhd  edin  və  nəticəsini 
15
görəcəksiz.  Bu  sizin  üçün  növbəti  bir  şansdır.  Hər  bir  insana 
ömründə bir neçə şans verilir. Sadəcə, onu görüb istifadə etmək 
lazımdır.  Əlişir  Nəvai  deyib  ki, Allah  hər  bir  canlıya  ruzisini 
verir, amma onu gətirib yuvasına qoymur.
3.  Neft  gəlirlərinin  azalması  səbəbindən  indi  ölkəmiz 
müəyyən  çətinliklərlə  üzləşib  və  bu  dövrdə  məhz  sahibkarlıq 
ölkənin inkişafına dayaq olmalıdır. Siz biznesinizə sahibkarlığın 
inkişafı  üçün  dövlətimizin  yeni  addımlar  a ığı  bir  dövrdə 
başlayacaqsız ki, bu da sizin şanslarınızı artırır. Problemlər az 
deyil,  amma  qanunvericilik  və  yanaşmada  müəyyən 
liberallaşma  özünü  göstərir  və  bu  prosesin  davam  etməsi 
qaçılmazdır. Ölkəmizin başqa yolu yoxdur.
4. Bundan başqa, əgər əvvəllər pul qazanmaq üçün torpaq, 
avadanlıq, pullu reklam və maliyyə vəsaiti daha çox lazım idisə, 
indi innovasiyalar əsasında bu resurslar olmadan da qazanmaq 
mümkündür.
5. Siz əslində çox bacarıqlısız, olduqca böyük reallaşdırıl-
mamış potensialınız var. Bəlkə də bundan xəbəriniz yoxdur. Bu 
barədə növbəti fəsillərdə daha ətraflı danışacağıq.
Səbəbləri artıra bilərəm, amma güman edirəm ki, bunlar 
da kifayətdir.
Qeyd etməliyəm ki, uğur qazanmaq ağır zəhmət bahasına 
başa gəlir. Məsələn, sahibkarlıq həyatınızı tamamilə dəyişəcək: 
gecə-gündüzünüz  olmayacaq,  bir  sıra  vərdişlərinizdən  əl 
çəkməli,  yenilərini  əldə  etməli  olacaqsız,  qarışqa  kimi 
zəhmətkeş  və  intizamlı  olmalısız,  dostlarınıza,  digər  sevimli 
işlərinizə (telefon, televizor və s.) vaxtınız çox az qalacaq, daim 
yeni problemlərlə qarşılaşacaqsız, xoşunuz gəlməyən insanlarla 
ünsiyyətdə  olacaqsız. Amma  bu  çətinliklərə  üstün  gəlib  uğur 
qazansanız əldə edəcəkləriniz bunları üstələyəcək. Çətinliklərə 
baxmayaraq davam etmək istəyirsizsə, onda başladıq!


1-ci fəsil. Uğura aparan yol.
Əgər bu fəslə Ön sözü oxumadan başlayırsızsa, nəticənin 
daha yüksək olması üçün, xahiş edirəm, geri qayıdaraq ən azı 
“Kitabça barəsində ümumi məlumat”, “Bələdçinin strukturu və 
onu  necə  oxumalı”  və  “Biz  necə  şanslı  olduğumuzu  dərk 
edirikmi?” bəndlərilə tanış olasız.
Uğur nədir?
Biz hamımız uğur qazanmaq istəyirik. Əvvəlcə müəyyən-
ləşdirək  görək  “uğur”,  “xoşbəxtlik”  nədir?  Bəzi  müəlliflər 
uğuru, xoşbəxtliyi bir neçə sahədə yüksək nəticənin qazanılması 
kimi qəbul edirlər: işdə, maliyyə sahəsində (yüksək qazanc və 
sevimli  işin  olması),  ailədə  (xoşbəxt  ailə),  şəxsi  inkişafda 
(mənəvi  və  peşəkar  biliklərın  artırılması),  sağlamlıq  (sağlam 
həyat  tərzi  nəticəsində  özünü  sağlam  və  gümrah  hiss  etmə). 
Bəziləri bu siyahıya dostları da əlavə edirlər (sadiq və maraqlı 
dostların olması).
Burada  maraqlı  bir  cəhət  var.  Bir  sahədəki  uğur  digər 
sahələrdəki uğura müsbət təsir edir. Buna görə də məqsədimiz 
biznesin qurulması olsa da digər sahələrdə də uğur qazanmağın 
yolları barədə danışacağıq.
Varlı insanlar barəsində miflər.
Əvvəlcə  gəlin  biznesdə  uğur  qazanan  insanlar  haqqın-
16
dakı  miflərdən  danışaq.  Baxaq  görək  onlar  haqqında 
stereotiplər nə dərəcədə düzdür. Bir məqamı xüsusi qeyd edim, 
mən  “uğurlu”,  “varlı”  deyəndə  yalnız  qanuni  yolla  qazanan 
insanları nəzərdə tuturam. Sıralama vacibliyi əks eləmir.
1-ci mif. Varlı insanların bəxti gətirib və ya taleləri belə 
yazılıb.
Belə  bir  məsəl  var,  bəxt  güclülərin  tərəfindədir.  Uğur 
həmişə  gərgin  əməyin  nəticəsidir,  təsadüf  olmur.  Sahibkarlıq 
ruhu  ən  vacib  amildir.  Buraya  cəsarət,  proaktivlik, 
zəhmətkeşlik,  ruhdan  düşməmək,  fürsəti  görmək  və  ondan 
istifadə  etmək  qabiliyyəti  və  digər  keyfiyyətlər  daxildir. 
Hərəkətlərin  keyfiyyəti  və  sayı  əvvəl-axır  müsbət  nəticəyə 
gətirib çıxaracaq. Məsələn, tutaq ki, satıcının 10 satış cəhdindən 
orta hesabla 1-i uğurlu alınır. Deməli, əgər o, 3 cəhddən sonra 
sata  bilməyib  ruhdan  düşsə,  nəticə  əldə  etməyəcək. 
Ümumiyyətlə bizdə bəxt, tale anlayışlarını fatallıq kimi qəbul 
edirlər (bütün hərəkətlərin insanın əvəzinə müəyyən edilərək 
alın  yazısında  əks  olunması),  hərçənd  ki,  dinimizdə  də  belə 
deyil. Əks halda insan öz hərəkətlərinə görə cavabdeh olmazdı. 
Tərslikdən,  digər  dillərdən  fərqli  olaraq,  bizdə  “xoşbəxt” 
sözünün  etimologiyası  aydın  görünür.  Əvvəllər  xoş  güzaran 
keçirən, həyatından məmnun olan insan yaxşı bəxti olan adam 
hesab edilib. Fikir verin, məsələn, ingilis və bir çox digər dillərdə 
“xoşbəxt”  sözü  bu  kimi  iki  sözdən  əmələ  gəlmir  (hərçənd 
etimologiyası  oxşardır).  Bizdə  “happy”  sözündə  də  “lucky” 
sözündə  də  “bəxt”  hissəsi  var  (xoşbəxt  və  bəxtəvər).  Sanki, 
bəxtsiz heç nə mümkün deyil. Əslindəsə insan öz addımlarını 
özü atır və məsuliyyətini də özü daşıyır. Təsadüf və bəxtin rolu 
var, amma həyatınızı onların üzərində qurmamalısız.
Uğurlu insanlar talelərinin əksər hissəsini özləri yazırlar 
(yəni,  səndən  hərəkət,  məndən  bərəkət).  Bu  barədə  ətraflı 
17




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə