Тarix və onun problemləri, №1 2014 112 MƏHƏRRƏm züLFÜqarli



Yüklə 38,78 Kb.

tarix12.10.2018
ölçüsü38,78 Kb.


Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

112 


 

 MƏHƏRRƏM ZÜLFÜQARLI  

 Azərbaycan Turizm İnstitutunun dosenti, tarix elmləri namizədi 

E-mail: mzulfugarli@gmail.com 

  

AZƏRBAYCANLILARIN PARTIZAN HƏRƏKATINDA IŞTIRAKININ 

TARIXŞÜNASLIĞI (1941 – 1945-CI ILLƏR) 

 

 Açar sözlər: azərbaycanlılar, partizan hərəkatı, Böyük Vətən müharibəsi, döyüşçü, tarix-

şünaslıq 

Ключевые слова: азербайджанцы, партизанская движения, Великая Отечественная 

война, воин, историография 



Key words: azerbaijanis, partisan movement, Second World War, historiography 

 

Azərbaycan tarixinin ən gərgin və ziddiyyətli dövrlərindən biri Böyük Vətən müharibəsi 

dövrüdür. Böyük Vətən müharibəsinin tarixinə aid SSRİ-də 1975-ci ilə kimi 15,5 min kitab və 

məqalə nəşr olunub. (1, № 11 1975,s.113) 

Düşmən arxasında xalq mübarizəsi probleminə də tədqiqatçılar böyük maraq göstəriblər. 

Məsələn,  1945-1975-ci  illərdə  Böyük  Vətən  müharibəsinə  həsr  olunmuş  120  namizədlik 

dissertasiyasının  70-i  bu  mövzuya  həsr  edilib.  (2,  s.146)  Bundan  başqa  bu  mövzuda  bir  çox 

kitab və məqalələr də yazılıb. (2, 3 və s.) 

M.Alıcanovun  tədqiqatları  nisbətən  az  tədqiq  olunmuş  sahəyə,  Azərbaycan  döyüşçülə-

rinin partizan hərəkatında iştirakına həsr olunub (4).   Onun  1975-ci  ildə  nəşr  olunan  “Azər-

baycan döyüşçülərinin partizan hərəkatında iştirakı (1941-1944-cü illər)” kitabı  giriş  və 4 fə-

sildən ibarətdir.  

Kitabın giriş hissəsində Q.Ə.Mədətovun, Q.Mehdiyevin, Ə.Bağırzadənin, M.Abbasovun, 

T.Novruzovun, V.A.Belyayevanın, Ə.Kərimovun, C.F.Hüseynovun, A.Sərkisovun Böyük Və-

tən  müharibəsinə  həsr  etdikləri  kitabların  tarixşünaslıq  baxımdan  təhlil  edilməsi  təqdirəla-

yiqdir. Müəllif həmin əsərlərdə azərbaycanlı döyüşçülərin partizan hərəkatında iştirakı məsə-

ləsinin  tədqiq  edilməməsinə  və  bəzi  əsərlərdə  isə  zəif  işıqlandırılmasına  tənqidi  münasibət 

bəsləyib.  O,  tədqiq  etdiyi  mövzuya  aid  yazılmış  K.Tskitişvilinin,  M.Seyidovun,  C.Həkimo-

vun,  V.Seyidovun,  C.Rəfiyevin,  Q.Jilyayevin,  S.Məmmədovun,  İ.Qasımovun,  Q.Ə.Mədəto-

vun  kitablarını  da  tarixşünaslıq  baxımından  təhlil  edib.  Müəllif  K.Tskitişvilinin  kitabını 

prblemin  tədqiqi  sahəsində  ilk  təşəbbüs  olduğunu  göstərməklə  yanaşı,  kitabda  azərbaycanlı 

döyüşçülərin  partizan  hərəkatında  iştirakının  səthi  işıqlandırıldığını  qeyd  edir.  O,  K.Tskitiş-

vilinin  kitabında  Belorusiya  partizan  hərəkatında  iştirak  etmiş  azərbaycanlı  döyüşçülərdən 

yalnız  polkovnik  Ə.Əliyevin  fəaliyyəti  haqqında  qısa  məlumat  verilməsini  düzgün  hesab 

etməyib.(5)  Müəllifin  fikrincə  digər  kitablarda  da  azərbaycanlı  döyüşçülərinin  partizan  və 

antifaşist hərəkatında iştirakı müəyyən dərəcədə işıqlandırılsa da, onların SSRİ-nin müvəqqəti 

işğal edilmiş rayonlarında fəaliyyət göstərmiş partizan dəstələrinin tərkibində mübarizəsindən 

çox az bəhs olunur.  

Kitabın giriş hissəsində müəllif həm də mövzuya dair burjua tarixçilərinin əsərlərinə öz 

münasibətini  bildirib.  O,  ABŞ  ordusunun  keçmiş  polkovniki  Çarl  V.  Hostlerin  1957-ci  ildə 

Nyu-Yorkda nəşr etdirdiyi  “Türkizm  və  Sovetlər” adlı  kitabında  SSRİ-nin şərq respublikala-

rının əhalisinin sosialist vətəninin müdafiəsi ideyasına yad olması haqqında fikirlərini tənqid 

edərək,  bu  cür  fikirlərin  M.Ə.Rəsulzadənin  1951-ci  ildə  Türkiyədə  nəşr  etdirdiyi  “Müasir 



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

113 

Azərbaycan tarixi” kitabında da öz əksini tapmasına mənfi münasibət bəsləyib. Müəllif AFR 

tarixçiləri Ç.O.Diksonun, O.Gelbrunnun, Middeldorfun, L.Renduliçin, D.Karovun öz kitabla-

rında irəli sürdükləri “müvəqqəti işğal olunmuş ərazilərdə qalan sovet adamları faşist qoşun-

larına  rəğbət  bəsləyirdilər.  Məhz  buna  görə  də  müharibənin  ilk  4-5  ayında  partizan  hərəkatı 

mövcud olmamışdır. Partizan hərəkatına səbəb alman hərbçilərinin qəddarlığı olmuşdur” kimi 

fikirlərini tənqid edərək bunu sovet xalqının vətənpərvərlik hərəkatının, düşmənə qarşı aman-

sız mübarizəsinin saxtalaşdırılması kimi qiymətləndirir. 

Kitabın  giriş  hissəsində  müəllif  fransız  Mişel  Leqrana  istinadən  1944-cü  ildə  kapitan 

Hüseynrza Məmmədov başda olmaqla azərbaycanlı döyüşçülərinin Rodez şəhərini faşistlərdən 

azad etməsi və Polşada çıxan “Za volnoşu Lyüd” jurnalının 1973-cü il 49-cu sayına istinadən 

Kelt meşələrindəki partizan dəstələri  içərisində öz cəsarəti və qəhramanlığı ilə şöhrət qazan-

mış Əli Qarabala adlı azərbaycanlı döyüşçü haqqında məlumatlar verir.  

Kitabın  “SSRİ-nin  müvəqqəti  işğal  edilmiş  rayonlarında  partizan  hərəkatının  başlan-

ması” adlanan 1-ci fəslinin yalnız 42-ci səhifəsində Sovet Hökümətinin notasında adı çəkilmiş 

və işgəncələrə məruz qalmış azərbaycanlı döyüşçülər haqqında məlumat var.(6, 28 aprel 1942) 

 “Azərbaycan döyüşçülərinin Ukrayna ərazisindəki partizan hərəkatında iştirakı” adlanan 

2-ci fəsildə müəllif Ukrayna SSR-in müxtəlif arxiv sənədləri əsasında hesablayıb ki, Ukrayna 

ərazisində  fəaliyyət  göstərən  gizli  antifaşist  təşkilatlarında,  müxtəlif  partizan  birləşmələri  və 

dəstələrində  5000  nəfər  azərbaycanlı  döyüşçü  faşistlərə  qarşı  mərdliklə  vuruşub  və  onlardan 

1000 nəfəri müxtəlif orden və medallarla təltif olunub. Bizim hesablamamıza görə müəllif bu 

5000 nəfərdən cəmi 119 nəfər azərbaycanlı döyüşçünün qəhrəmanlığı haqqında məlumat verib 

ki,  onlardan  da  2-si  erməni,  1-rusdur.  Kitabda  bunlardan  ölümündən  sonra  “İgidliyə  görə” 

medalı ilə təltif olunmuş, qəhrəmanlığı V.Milyuxa və Q.Qalkinanın  “Komendant saatı” pye-

sində öz əksini tapmış Vəli Hüseyn oğlu Axundov, qəhrəmanlığına S.Vurğunun “Partizan Ba-

baş”  şeri  həsr  etdiyi  Babaş  Dadaşov,  “Gənc  qvardiya”  gizli  təşkilatının  üzvü,  şair  Q.Kirsa-

novun “Qeroy - azerbaydjanes” şerini həsr etdiyi Əli Dadaşov (rəsmi siyahıda Leonid Dadışev 

yazılıb),  12  nəfər  azərbaycanlılardan  ibarət  dəstəyə  rəhbərlik  etmiş,  qəhrəmanlığına  görə 

yazıçı  Fyodr  Zalata  tərəfindən  Krivoy-Roq  şəhərində  heykəlinin  qoyulması  təklif  olunmuş, 

A.Tutıkin  tərəfindən  haqqında  “Oni  ne  moqli  inaçe”  adlı  sənədli  povest  yazılmış  Xanlar 

Babanlı,  8  saatlıq  döyüşdən  sonra  qəhrəmanlıqla  həlak  olmuş  Alfa  Əli  qızı  Şirazi,  Sara 

İbrahimova və başqaları haqqında məlumatlar verilib. 

“Azərbaycan  döyüşçüləri  Belorusiya  xalq  intiqamçıları  arasında”  adlanan  3-ci  fəsildə 

müəllif Belorusiyanın müxtəlif arxivlərində tədqiq etdiyi sənədlərə əsasən hesablayıb ki, 1000 

nəfər  azərbaycanlı  döyüşçü  bu  ərazidə  işğalçılara  qarşı  mübarizə  aparıb,  bunlardan  da  300 

nəfəridən çoxu müxtəlif hökümət mükafatlarına təqdim olunub. Bizim hesablamalarımıza görə 

müəllif  kitabda  cəmi  60  nəfərin  döyüşlərdə  göstərdikləri  qəhrəmanlıqlar  haqqında  məlumat 

verir  ki, bunlardan da 2-si  milliyətcə  ermənidir. Kitabda  mayor  Ələkbər  Seyidməmməd  oğlu 

Əliyev, Qəhrəman Nəcəf oğlu Məmmədov, İsa Nurəhməd oğlu Hüseynov, Məzahir Baxış oğ-

lu Hənifiyev, Uqus Allahyar oğlu Allahyarov, Mahmud Mahmudov, Musa Orucov və başqa-

larının qəhrəmanlıqları haqqında məlumat verilib. 

“Azərbaycan  döyüşçülərinin  RSFSR-in  müvəqqəti  işğal  edilmiş  ərazilərinin  faşist  zül-

mündən  azad  edilməsi  uğrunda  döyüşlərdə  iştirakı”  adlanan  4-cü  fəsildə  müəllif  əvvəlki  iki 

fəsildən fərqli olaraq azarbaycanlı döyüşçülərinin ümumi sayını göstərməyib və bunun səbəb-

lərini  də  açıqlamayıb.  Bu  fəsildə  bir  sıra  azərbaycanlılar,  o  cümlədən  İ.Ə.Əliyevin, 

A.F.Rüstəmbəyovanın,  A.A.Əliyevin,  N.C.Allahverdiyevin,  M.K.Əliyevin,  S.C.Hacıyevin  və 

başqalarının döyüş rəşadətləri haqqında məlumat verilib.  



Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

114 


Kitabın nəticə hissəsində müəllif düşmən tərəfindən işğal edilmiş ərazilərdə 1milyon 300 

min  insanı  əhatə  edən  6200  partizan  dəstəsi  və  qrupunun  fəaliyyət  göstərdiyini  qeyd  edir. 

Bundan başqa müəllif göstərir ki, sovet Azərbaycanından yüz minlərlə döyüşçü Böyük Vətən 

müharibəsində düşmənə qarşı vuruşub və onların da 30 mini qadın olub. Azərbaycandan olan 

170 minə qədər döyüşçü göstərdikləri igidliklərə görə SSRİ - nin orden və medalları ilə təltif 

edilib, 115 nəfəri isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 

M.Alıcanovun  kitabının  təhlili  sübut  edir  ki,  müəllif  böyük  zəhmət  bahasına  faşistlər 

tərəfindən  işğal  olunmuş  ərazilərdə  fəaliyyət  göstərən  partisan  dəstələrinin  tərkibində  qəhrə-

manlıqla vuruşan azərbaycanlı döyüşçülərin sayı və fəaliyyətləri haqqında müxtəlif mənbələrə 

istinadən  məlumat  verir.  Onun  bu  tədqiqatlarının  müasir  dövrdə  tarixçilər  tərəfindən  davam 

etdirilməsi mühüm aktuallıq kəsb edir. 

Azərbaycan tarixinin Böyük Vətən müharibəsi dövrünün müxtəlif problemlərini, o cüm-

lədən  azərbaycanlıların  partizan  hərəkatında  iştirakını  tədqiq  etmiş  tarixçilərin  əsərlərinin 

tarixşünaslıq  baxımından  təhlili  göstərir  ki,  bu  əsərlər  müxtəlif  problemlərin,  hadisələrin 

faktlar  əsasında  öyrənilməsi  baxımından  əhəmiyyətlidir.  Lakin  sovet  dövrü  tarixinin  digər 

dövrləri  kimi  bu  illər  də  hakim  kommunist  partiyasının  yuxarıdan  göstərişlərinə,  müəyyən 

etdiyi  kriteriyalara  uyğun  olaraq  birtərəfli  tədqiq  edildiyi  üçün  bu  dövrün  yenidən,  obyektiv 

faktlar əsasında tərəfsiz mövqedən öyrənilməsinə ciddi ehtiyac var. 



 

ƏDƏBİYYAT 

 

1. “Военно - истрический журнал” Москва ( на рус. языке) 



2. Историографии Великой Отечественной войны. Сборник статей. Москва, 1980.  

3. Галлени М. Советские партизаны в италянском движение сопротивления. 

Москва, Прогресс, 1970, 223 с. 

4. Alıcanov M. Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı. (1941 - 1944-cü 

illər.) Bakı, Elm,1975, 250 s. 

5. Цкитишвили К. Закавказье в партизанской войне 1941 - 1945 гг. Тбилиси, Изд. 

ЦК КП Грузии, 1973, 302 с. 

6. “ Правда ” газ., Москва ( на рус. языке) 

   

 МАГЕРРАМ ЗУЛЬФУГАРЛЫ 

Доцент Азербайджанского Института Туризма, 

 кандидат исторических наук 

 

ИСТОРИОГРАФИЯ УЧАСТИЯ АЗЕРБАЙДЖАНЦЕВ 

В  ПАРТИЗАНСКОМ ДВИЖЕНИИ (1941 – 1945 гг.) 

 

Статья посвещена историографии участия азербайджанцев в партизанском движе-

нии в период Великой Отечественной войне. Азербайджанские историки мало уделяли 

внимания на этой теме. В статьи в основном анализируется статьи и книги посвящен-

ные  азербайджанцам,  которые  войвали  в  партизханских  отрядах  России,  Украины  и 

Белоруссии. 

  

 

 




Müasir dövr 

Тarix və onun problemləri, № 1 2014 

 

115 

  

 MAHARRAM ZULFUQARLI 

 Azerbaijan Tourism Institute, Associate Professor,  

candidate of historical sciences 

 

HISTORIOGRAPHY OF THE AZERBAIJANIS’ PARTICIPATION IN THE 

PARTISAN MOVEMENT (1941-1945) 

 

Article is dedicated to the historiography of the azerbaijanis’ participation in the partisan 



movement during the second World War. Azerbaijanian historians did not write many articles 

on  this  topic.  Mainly,  the  articles  and  books  dedicated  to  the  azerbaijanis  participated  in 

Russian, Ukranian and Belorusian partisan movements are researched. 

 

 



Rəyçi: t.e.n, dos.İbrahim Əliyev, t.e.d. A.C.İsgəndərov 

Azərbaycan  Turizm  İnstitutunun  İctimai  fənlər  kafedrasının  15.02.2013-ci  il  tarixli 

iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №1). 

: Tarix%20ve%20onun%20problem -> 2014%20%201
2014%20%201 -> Эмин джалилов
2014%20%201 -> Эмин джалилов
2014%20%201 -> Эмин джалилов
2014%20%201 -> Тarix və onun problemləri, №1 2014 58 zeynəb hatəmzad bdu-nun doktorantı
2014%20%201 -> Тarix və onun problemləri, №1 2014 42 saidə İsmayilzadə Gəncə Dövlət Universitetinin dissertantı
2014%20%201 -> Qədim dövr və orta əsrlər Тarix və onun problemləri, №1 2014 49
2014%20%201 -> Kitablar, Rəylər Тarix və onun problemləri, №1 2014 341
2014%20%201 -> Тarix və onun problemləri, №1 2014 116 SƏBİNƏ ƏLİyeva
2014%20%201 -> Тarix və onun problemləri, №1 2014 260 arif mustafayev
2014%20%201 -> Тarix və onun problemləri, №1 2014 18 zabil bayramli tarix üzrə elmlər doktoru


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə