Uğura İnan Dizayn cdr

Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə79/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

ətrafdakılara cihazları tərifləsinlər. Bu və digər oxşar tədbirlər 
nəticəsində brendin tanınması 26%-dən 44%-ədək artdı.
Klublardan  biri  yeni  kokteyli  reklam  etməkdən  ötrü  bu 
qəbildən maraqlı bir aksiya keçirmişdi. Digər qonaqlarla yanaşı 
tədbirə əyanları ilə birlikdə şeyx də gəlmişdi. Təbii ki, qeyri-adi 
qonaq hamının diqqətini cəlb etdi. Heç kim təsəvvür etməzdi ki, 
əslində  onlar  aktyorlar  idilər.  “Şeyxi”  hörmətli  yerdə 
əyləşdirdilər  və  hamı  onun  nə  yediyini  və  içdiyini  görürdü. 
Qonaq  isə  yalnız  yeni  kokteyli  sifariş  edirdi.  Vaxtaşırı  digər 
aktyorlar “şeyxə” qarşı marağı canlandırır və sözarası onun nə 
içdiyini  vurğulayırdılar.  Tədbir  qızışanda  aktyorla  gələn 
xanımlardan biri hamıya elan etdi ki, “şeyx” bütün iştirakçıları 
həmin kokteylə qonaq edir. Heç kim bu marketinq addımının 
qurama olmasından şübhələnmədi.
6. Digər maraqlı nümunələr.
Ÿ
Zoomağaza  sahibi  ərtaf  məktəblərin  şagirdlərini 
təbiətşünaslıq dərslərinə əlavə kimi öz mağazasına dəvət 
edir və ekskursiyanın sonunda hər bir şagirdə su ilə dolu 
polietilen  paketdə  canlı  qızıl  balıq  hədiyyə  edir.  Əlavə 
olaraq hər birinə balığa necə xidmət olunması barədə bir 
kitabça  da  bağışlayır.  Nəticədə  uşaqların  çoxunun 
valideyni  qiyməti  balıqdan  yüzlərlə  dəfə  artıq  olan 
akvarium,  aerator,  yosun,  yem  və  digər  malları  almağa 
məcbur oldular.
Ÿ
Bir şirkət müştərisi olduğu digər bir şirkətlə (ofislərə su 
daşıyan)  razılığa  gəlmişdir  ki,  onların  işçiləri  su 
apardıqları  hər  ofisə  bu  şirkətin  vizitkalarını  pulsuz 
paylasınlar. Az xərc çəkməklə şirkət bu yolla bir neçə iri 
müştəri qazana bildi.
Ÿ
Düzü  bilmirəm  həqiqətə  uyğundur,  ya  yox,  amma  hər 
halda bu barədə olmuş əhvalat kimi yazırlar. Gənc müəllif 
166
kitabının  satışını  yüksəltmək  üçün  oxunan  bir  qəzetdə 
belə elan yerləşdirir: “Cavan və yaraşıqlı milyonçu filan 
kitabın (burada özünün və kitabının adını verir) baş qız 
qəhrəmanına bənzəyən xanımla tanış olmaq istəyərdi”.
Ÿ
Partizan  marketinqində  oyun  formasından  da  istifadə 
olunur.  Məsələn,  Rusiyada  bir  şirkət  29  şəhərdə  dəfinə 
gizlətmişdi. KİV-də hissə-hissə xəritə dərc olunurdu. Bu 
xəritənin  açarını  tapıb  dəfinənin  yerini  müəyyən  etmək 
mümkün idi.
Ÿ
Digər şirkət rəqabətli nabat konfeti bazarına yeni məhsulu 
çıxarmaq istəyirdi və ilk dövrdən onu oyun konfeti kimi 
mövqeləşdirdi.  Oyunun  məğzi  bu  idi  ki,  uşaqlar  qoşma 
vərəqələrdəki tapşırıqları komanda ilə birlikdə həll edərək 
mükafat  qazansınlar.  Kampaniyanın  büdcəsi  cəmi  2000 
dollar  təşkil  elədi  və  nəticədə  bu  konfetin  satışı  yalnız 
Chupa Chups-dan geri qalaraq ikinci yeri tutdu.
Ÿ
Camaat daim harasa tələsir ya da gözləri telefona zillənib 
deyə  avtobus  dayanacaqlarında  yerləşdirilən  reklam 
əksər halda diqqətdən kənarda qalır. Fransada yapışqanlı 
Coca-Cola  reklamı  isə  hərfi  mənada  insanlara  “ilişərək” 
fikirlərini cəlb edirdi:
Ÿ
Partizan  marketinqinin  effektiv  nümunələrindən  bir  də 
sizin auditoriyanıza hədəflənən, amma rəqibiniz olmayan 
bizneslə  əməkdaşlıqdan  ibarətdir.  Məsələn,  ABŞ-da  bir 
restoran şəbəkəsi öz brendinin tanınması üçün çox vəsait 
167

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   94

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə