Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.

səhifə83/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
1   ...   79   80   81   82   83   84   85   86   ...   94

tutulmuşdur.  Belə  yoxlanışlar  zamanı  şirkətlərin  maliyyə 
sənədləri və s. yoxlanılır. Bu yoxlanışlar zamanı ortaya çıxacaq 
uyğunsuzluqlar şirkət üçün ciddi nəticələrə səbəb ola bilər. 
Qeyd edək ki, mikrobiznes üçün ən münasib forma fərdi 
sahibkarlıq  və  məhdud  məsuliyyətli  cəmiyyət  hesab 
etdiyimiz  üçün  bundan  sonra  da  əsas  diqqəti  bu  iki  forma 
üzərində  cəmləyəcəyik.  Fərdi  sahibkarlıq  qaydasında  və  ya 
MMC  yaratmaqla  sahibkarlıq  fəaliyyəti  həyata  keçirərkən, 
nəzərə  alınmalı  əsas  məqamlardan  biri  də  nağd  pul 
hesablaşmalarını  nəzarət-kassa  aparatları  vasitəsilə  apar-
maqdır.  Əks  halda  ciddi  maliyyə  öhdəlikləri  yarana  bilər. 
Nəzarət-kassa  aparatlarının  satışını  hüquqi  şəxslər  həyata 
keçirirlər. Siz bu istiqamətdə fəaliyyət göstərən hüquqi şəxslərin 
hər hansı birindən nəzarət-kassa aparatını əldə edə bilərsiniz. 
Daha sonra onu vergi orqanında qeydiyyatdan keçirməlisiniz. 
Bunun  üçün  siz  Vergilər  Nazirliyi  tərəfindən  təsdiq  olunmuş 
formada  ərizə  ilə  fəaliyyət  göstərdiyiniz  yer  üzrə  vergi 
orqanlarına müraciət etməlisiniz. Vergi orqanı ərizənin verildiyi 
vaxtdan  5  gündən  gec  olmayaraq  təqdim  edəcəyiniz 
məlumatları  yoxlayıb  nəzarət-kassa  aparatını  qeydiyyatdan 
keçirir.  Əgər  müraciət  etsəniz,  nəzarət-kassa  aparatının 
qeydiyyatdan keçməsi barədə sizə Vergilər Nazirliyi tərəfindən 
təsdiq olunmuş qeydiyyat vərəqəsi verəcəklər.¹ Nəzarət-kassa 
aparatlarını online qaydada da qeydiyyata aldıra bilərsiniz.² 
Aşağıdakı fəaliyyət növləri istisna olmaqla, hüquqi şəxslər 
və  fərdi  sahibkarlar  nağd  pul  hesablaşmalarını  nəzarət-kassa 
aparatları vasitəsilə həyata keçirməlidirlər. Onu da qeyd edək ki, 
aşağıda sadəcə az vəsaitlə başlanıla biləcək sahibkarlıq fəaliyyət 
növlərini qeyd etmişik, belə ki vergi qanunvericiliyində siyahı 
bir qədər daha genişdir: 
174
h p://www.taxes.gov.az/modul.php?name=e-xidmetler
 buradan nəzarət kassa aparatlarının online qeydiyyata alınması 
başlığına basırsınız, Vergi orqanı tərəfindən sizə verilən istifadəçi adı, parol, şifrəni qeyd edərək xidmətə girişi təmin edə bilərsiniz. 
1
2
h p://www.e-qanun.az/framework/12920
 - buradan daha ətraflı məlumat ala bilərsiniz.
1.  lotereya  biletlərinin  satışı,  idman  mərc  oyunları  üzrə 
operator və satıcı tərəfindən həyata keçirilən fəaliyyət, 
2.sərnişin və yük daşıma (dəmir yolu, hava, su və avtomobil 
nəqliyyatı vasitəsilə) fəaliyyəti (oturacaq yerlərinin sayı 6-dan az 
olan  qanunvericiliyə  uyğun  olaraq  taksometr  tətbiq  edilməli 
taksilərdən başqa),
3.  Kənd  təsərrüfatı  məhsullarının  bazarlarda,  yarmar-
kalarda və səyyar qaydada satışı,
4. şüşə qablar və dəmir tullantılarının qəbul məntəqələrinin 
fəaliyyəti, 
5.  rabitə  xidməti  (internet  klubların  fəaliyyəti  istisna 
olmaqla)
6. reklam xidməti, 
7. yaşayış və qeyri-yaşayış obyektlərinin kirayəyə verilməsi,
8. mehmanxana, motel, kempinq və yataqxana xidmətləri, 
9.  lift və təhlükəsizlik xidməti
10. kanalizasiya və sanitar təmizləmə xidməti,
11.  bədən tərbiyəsi və idman xidməti, 
12.  təhsil  müəssisələrinin  təhsillə  bağlı  olan  fəaliyyəti  və 
tədris kurslarının fəaliyyəti, 
13. avtomobil dayanacaqlarının fəaliyyəti,
14.    paltarların  kimyəvi  təmizlənməsi  və  boyanması, 
yuyulması, 
15. stasionar olmayan məntəqələrdə mərasim xidmətləri və 
bununla əlaqədar kirayə, 
16. cildləmə xidməti, 
17.  səyyar,  bazarlarda  və  digər  kütləvi  ticarət  yerlərində 
piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə 
satış fəaliyyəti və s.  
18. İşçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirilən 
mebellərin  təmiri  və  hazırlanması,  foto,  audio-video  xidməti, 
ayaqqabıların, paltarların, trikotaj və gön-dəri məmulatlarının 
175


təmiri  və  fərdi  tikilişi,  saatların,  televizor,  soyuducu  və  digər 
məişət cihazlarının təmiri, nəqliyyat vasitələrinə texniki və digər 
xidmətlər,  bərbər  xidməti,  zərgərlik  və  metal  məmulatlarının 
təmiri və hazırlanması, nəqqaşlıq və rəssamlıq emalatxanaları 
və təmiri məntəqələrinin fəaliyyəti.
176
ərizənin forması üçün klikləyə bilərsiz: 
h p://www.taxes.gov.az/modul.php?name=birpencere&lang=&bolme=legal&bolme2=erize
 
3
II.  Hüquqi  şəxslərin  və  fərdi  sahibkarların  qeydiyyat 
qaydası.
Hüquqi şəxslərin yaradılması onların dövlət qeydiyyatına 
alınması ilə yekunlaşır. Bunun üçün qanunvericilikdə müəyyən 
tələblər nəzərdə tutulmuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət 
qeydiyyatı  və  reyestri”  haqqında  Azərbaycan  Respublikası 
Qanununa əsasən hüquqi şəxs statusu almaq istəyən qurumun 
dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının 
vergi orqanlarına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir 
neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) 
müvafiq  qaydada  vəkil  etdiyi  şəxs  tərəfindən  imzalanır  və 
notariat qaydasında təsdiqlənir. Ərizədə aşağıdakılar göstərilir:
-  təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, 
soyadı,  atasının  adı,  yaşadığı  yer,  şəxsiyyətini  təsdiq  edən 
sənədin nömrəsi və verilmə tarixi;
-  ərizə  səlahiyyətli  şəxs  tərəfindən  imzalandıqda  habelə 
onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq 
edən  sənədin  nömrəsi  və  verilmə  tarixi  və  vəkalətnamə 
haqqında məlumatlar.
-  və  Vergilər  Nazirliyi  tərəfindən  təsdiq  edilən  ərizə 
formasında olan digər məlumatlar.³ 
Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
-  təsis  sənədləri  –  hüquqi  şəxs  statusu  almaq  istəyən 
qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli 
nümayəndəsi  tərəfindən  təsdiq  edilmiş  nizamnaməsi,  həmin 
qurumun  təsis  edilməsi,  nizamnaməsinin  təsdiq  edilməsi  və 
idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis 
sənədləri Mülki Məcəllədə nəzərdə tutulmuş, habelə təsisçilər 
tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və 
bütün  təsisçilər  (və  ya  onların  səlahiyyətli  nümayəndələri) 
177




Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə