Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə74/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   70   71   72   73   74   75   76   77   ...   94

görə  insanları  dörd  yerə  bölürlər:  vizuallar  (məlumatların 
əksəriyyətini gözlə mənimsəyirlər), audiallar (məlumatı əsasən 
eşitmə qabiliyyəti vasitəsilə qavrayırlar), kinestetiklər (dünyanı 
əsasən  toxunma  vasitəsilə,  emosiyalarla  dərk  edirlər)  və 
dicitallar (həyatı məntiq, rəqəm, dəlillər vasitəsilə dərk edirlər). 
İnsanların  35-40%-i vizuallardır.
Videolarınızı  viruslu  edin.  Aşağıdakı  videolar  viruslu  ola 
bilər:
Ÿ
Gülməli;
Ÿ
Forma və ya məzmunu inqilabi olan;
Ÿ
Təccübləndirə bilən;
Ÿ
Nikbin;
Ÿ
Təsirli (uşaqlar və ya heyvanların iştirakı ilə);
Ÿ
Cəlbedici süjeti olan;
Ÿ
Qısa (2-3 dəqiqəyədək).
Vacib olan marketinq videoları.
Ÿ
Məhsulunuz haqqında 10 ən vacib suala cavab verən 
video hazırlayın. Hərəsinin uzunluğu 30 saniyədən 
3  dəqiqəyədək  olsun.  Kameranız  yoxdursa 
PowerPoint  və  Camtasia  və  ya  Mac  istifadəçiləri 
üçün  Keynote  və  ScreenFlow  proqramlarından 
istifadə edin. Rəqiblərdən fərqinizi vurğulayın;
Ÿ
Əlavə  olaraq  aşağıda  verilən  4  qısa  videonu 
hazırlayın (hərəsi 3 dəqiqə uzunluğunda):
Ÿ
 “Əlavə  məlumatlar”  videosu.  Hər  videonun 
sonunda məlumat yerləşdirin ki, qalan videoları 
haradan  izləmək  olar  (video  səhifəyə  yazılmaq 
imkanı);
Ÿ
 “Adınızı daxil edin və bütün videoları alın”. Bu 
videonun  məqsədi  potensial  müştərilə  əlaqə 
yaratmaq,  təklifiniz  haqqında  məlumat  vermək 
və  abunənin  xeyrini  ona  çatdırmaqdır.Öz 
154
səhifənizdə  videolara  abunə  yazılmaq  imkanı 
yaradın;
Ÿ
 “Sağ  olun  ki,  yeniliklərimizə  abunə  olmusuz”. 
Bu videonu təşəkkürlər səhifənizdə yerləşdirin;
Ÿ
 “Məhsulumu  alın”.  Bu  videonu  saytınızda 
yerləşdirin  və  sizdən  çıxan  məktublara  əlavə 
edin.
Ÿ
Videolar  hazır  olduqdan  sonra  abunə  və  ya  hədəf 
səhifənizi  yaradın.  Videolara  baxdıqdan  sonra 
insanları ora yönəldin.
Ÿ
Videoçarxlarınızı  mümkün  qədər  çox  sayda 
tanınmış videosaytlar, sosial şəbəkələr və bloqlarda 
yerləşdirin.
Videomarketinq vasitələri (hər il yeniləri yaranır):
Ÿ
KodakZİ8 və ya Flip kameraları (mobil telefonunuz 
da işə yaraya bilər);
Ÿ
Sony  Vegas  videoların  redaktə  edilməsi  üçün 
məşhur proqramdır;
Ÿ
İri  videokliplər  üçün 
  servisindən 
www.ezs3.com
istifadə edə bilərsiz. Bu vasitə videolarınıza qəşəng 
çərçivə  və  qoşulma  düymələrini  əlavə  etmək, 
həmçinin  onları  saytınızda  yerləşdirmək  imkanı 
yaradır.
Ÿ
PowerPoint  təqdimatı  formatında  və  kadrarxası 
şərhləri olan videolar yaxşı təsir bağışlayır. Dinamik 
danışın, sadəcə kağızdan oxumayın. Belə videoları 
kompüter  ekranındakı  təsvirləri  yazan  Camtasia 
kimi  proqramlar  vasitəsilə  hazırlaya  bilərsiz. 
Təqdimatı həm PowerPoint-da, həm təqdimat üçün 
pulsuz  resurs  olan 
  köməyilə, 
www.openoffice.org
həm  də  Gmail-da  qeydiyyatda  olanlar  üçün 
istifadəsi  pulsuz  olan  Google  Docs  vasitəsilə 
155


hazırlaya bilərsiz.
Audiofaylların yaradılması:
Ÿ
Babat mikrofonlu qulaqcıq lazım olacaq. İlk dövrdə 
məsləhət  görürəm  ki,  pulsuz  olan  Audacity 
proqramından  istifadə  edəsiz  (buradan  yükləyə 
bilərsiz: 
).  Proqram, 
www.audacity.sourceforge.net
yazının  əvvəli  və  sonunda  musiqi  əlavə  etmə, 
həmçinin  sadə  redaktə  etmə  imkanı  verir. 
Paramertlərdə  məlumat  ötürmə  sürətini  64  kbit/s 
seçin;
Ÿ
Müəllif  huquqları  ilə  müdafiə  olunmayan  musiqi 
seçin. Beləsini tapmaq üçün Google-da “free music” 
adı ilə axtarış verin;
Ÿ
Audioyazını  bloqa  yükləmək  üçün  WordPress-in 
müvafiq funksiyasından istifadə etmək olar.
Marketinqdə uğurlu əməkdaşlıq
İnternetdə “ulduz”larla (nüfuzlu insan, tanınmış bloqqer, 
məşhur sayt sahibləri) əməkdaşlığa yaradıcı yanaşın.
Nüfuzlu  müştərilərinizə  xüsusi  münasibət  göstərin. 
Biznesinizin ilkin dövründə “nüfuzlu” deyiləndə, bir neçə yüz 
nəfər auditoriyası olan şəxslər nəzərdə tutulur.
 
,  
  v ə   ya 
w w w . t w i t a l y z e r . c o m
w w w . k l o u t . c o m
www.twi ergrader.com
 köməyilə Facebook və ya Twi er-dən 
istifədə edən hər hansı şəxsin nüfuz reytinqini öyrənmək olar. 
Bəlkə  ən  nüfuzlu  mövcud  və  potensial  müştərilərinizi  xüsusi 
təkliflərlə sevindirəsiz? Necə? İmkanlar çoxdur. Yaradıcı olun. 
Birini qeyd edim. Tutaq ki, iş adamlarının istifadə etdiyi kafenin 
sahibisiz.  Müsabiqə  elan  edirsiz  ki,  Twi er-də  şirkətiniz 
haqqında  qısa  məlumatın  göndərilməsi  müqabilində  pulsuz 
desert verilir. Bonusun alınması üçün işçinizə “tvit”-i göstərmək 
kifayətdir. Əgər belə şəxslərin sırasında nüfuzlu insanlar olsa siz 
156
onları kafenizdə şəxsən salamlaya bilərsiz. Əlavə olaraq onlara 
bildirirsiz ki, yeni yemək növünə (salata, buterbroda və ya s.) bu 
şəxsin  adını  vermək  istəyirsiz.  Əvəzində  sadəcə  ondan  xahiş 
edirsiz ki, bu barədə məlumatı öz abunəçilərinə çatdırsın.
Bundan əlavə siz yeni yaradılmış və Azərbaycan məhsulu 
olan 
  saytının  təklif  etdiyi  alətdən  çox 
www.keepface.com
səmərəli istifadə edə bilərsiz. İnfluencer marketing platforması 
adlanan  bu  sayt  vasitəsilə  brendlər  ilə  nüfuzlu  sosial  media 
istifadəçiləri  və  bloggerlər  birgə  sosial  media  layihələri 
hazırlayır.  Şirkətlər  sosial  media  kampaniyalarının  hazırlan-
masını,  məşhur  və  nüfuzlu  istifadəçilərin  bu  kampaniyalara 
cəlb  edilməsini  və  statistik  məlumatların  toplanmasını  bir 
platformadan idarə edə bilir.
Partnyor  marketinqi  zamanı 
  –ın 
www.clickbank.com
köməyilə  hər  məhsul  üzrə  partnyor  linkləri  yarada,  hər  satışı 
izləyə,  sifarişləri  emal  edə,  sizə  və  partnyorun  payına  düşən 
ödənişi təmin edə bilərsiz.
Ekspertlərlə  müsahibə  marketinq  məqsədli  sadə  və 
effektiv kontentdir
Bu  işdə  “aşağıdan  yuxarı”  taktikasından  istifadə  edin. 
Yəni,  birbaşa  yüksək  səviyyəli  ekspertlərdən  başlamayın, 
plankanı tədricən qaldırın.
Mövcud pulsuz alətlər müsahibə alanın işini rahatlaşdırır. 
Məsələn, 
  servisi  müsahibəni 
www.freeconferencecall.com
telefonla keçirmək, sonra da dinləyicilər arasında yaymaq üçün 
yazını  MP3  və  ya  WAV  formatında  yadda  saxlamaq  imkanı 
verir.
Google Alerts vasitəsilə marketinq hücumu nümunələri:
Ÿ
Sizə  lazım  olan  sahədə  nüfuzlu  bir  şəxslə  əlaqə 
yaratmaq  istəyirsizsə,  Google  Alerts-da  onun  adını 
qeyd  edin.  Belə  məlumatlar  olduqda  müzakirələrdə 
157


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə