Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə71/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   67   68   69   70   71   72   73   74   ...   94

əvvəl bu barədə internetdə araşdırma aparın. Məsələn, məsləhət 
görülür ki, bloqda məlumatların tarixi göstərilməsin, əks halda 
müştərilərdə elə təəssürat yarana bilər ki, köhnəlmiş məlumatı 
oxuyurlar. Çalışın ki, oxucu paylaşdığınız məlumatlara abunəçi 
olsun (təbii ki, pulsuz).
1. Bloq saytınıza daxil olanların sayını artıra bilir. 
2. Sizə öz sahənizdə ekspert kimi ad qazandıra bilər. 
3. Brendinizin tanınmasında mühüm rol oynayır.
Bloqu necə yaratmaq olar? Bloq yaratmaq sizdən heç bir 
vəsait tələb etmir. 
 saytı vasitəsilə siz çox 
www.wordpress.com
rahat  şəkildə  bloqunuzu  pulsuz  yarada  bilərsiz.  Lakin  bunu 
edərkən onun funksiyanallığına mütləq şəkildə diqqət yetirin. 
1.  Çalışın  bloqunuza  e-mail  vasitəsilə  abunə  olmaq 
mümkün olsun. 
2.  Bloqlarınızı  asanlıqla  sosial  şəbəkələrdə  paylaşmaq 
mümkün olsun. 
3.  Sizinlə  şərhlər  vasitəsilə  əks-əlaqə  qurmaq  mümkün 
olsun.
SEO (axtarışın optimallaşdırılması)
Məhsullarınızın  bir  çox  potensial  müştərisi  sizi  tapmaq 
üçün  ilk  üz  tutduğu  ünvan  onlayn  axtarış  sistemləri  olur. 
Əlbə ə  bu  axtarış  sistemləri  arasında  ən  çox  axtarış  ediləni 
“google” axtarış sistemi sayılır. Əgər vebsaytınızın, bloqunuzun 
və  sosial  media  hesablarınızın  axtarış  sistemində  yuxarı 
sıralarda  olmasını  istəyirsinizsə  o  zaman  SEO  (axtarış 
sisteminin optimallaşdırılması) texnikalarından istifadə etməyi 
bacarmalısız. 
Google-un  “məhəbbətini”  qazanmaq  üçün  sınaqdan 
çıxmış bir neçə yol var:
Ÿ
Açar sözlərə uyğun olan və istifadəçilər üçün aktual, 
rahat baxıla bilən məlumatları əks etdirən keyfiyyətli 
148
sayt yaratmaq;
Ÿ
Digər mənbələrdən saytınıza linklərın sayını artırmaq.
Ÿ
Veb saytın mobil versiyasını yaratmaq. 
Brauzerin  düymə  panelinə  Google  PageRank  indikato-
runu rahatlıqla yerləşdirə bilərsiz. Saytların əksəriyyətində bu 
göstərici 0 və ya 1-ə bərabərdir.
Açar sözlərin seçilməsi üçün Google-da pulsuz alət. Google-da 
axtarış  sətirində  keyword  tool  yazsanız  bu  pulsuz  aləti 
görəcəksiz. Axırıncı dəfə baxanda onu bu linkdə gördüm:
h p://adwords.google.ru/keywordplanner 
Bu  proqrama  bir  neçə  açar  söz  daxil  etməklə, 
Azərbaycanda və dünyada istifadə edilən uyğun axtarış söz və 
söz birləşmələrini görə biləcəksiz.
Alətin ikinci xeyri ondan ibarətdir ki, o, biznesinizlə bağlı 
müxtəlif açar söz və söz biləşmələri üzrə yaşadığınız regionda 
və  dünyada  bu  vaxtadək  neçə  axtarış  sorğusunun  olmasını 
göstərir.  Bunu  aydınlaşdırandan  sonra  ən  uyğun  olan  açar 
sözlərdən  bloq  və  saytınızda,  audio  və  video  fayllarınızın 
təsvirində istifadə edin.
Açar  sözlərin  seçilməsi  üçün  YouTube-u  da  yaddan 
çıxarmayın (internetdə ən iri ikinci axtarış saytıdır və Google-a 
məxsusdur).
Açar sözlərin seçilməsi üçün digər alətlər:
Ÿ
Micro Niche Finder:
 

www.micronichefinder.com/index.htm
Ÿ
Market Samurai: 
.
www.marketsamurai.com
Google-da reytinqinizi qaldırmaq üçün bir neçə yaradıcı 
və düzgün yol:
Ÿ
Sahənizlə  bağlı  olan  bloq  və  digər  resurslarda  etibar 
doğuran  şərhlər  verin.  Şərhlərinizdə  saytınıza  linki 
yerləşdirməyi unutmayın;
149


Ÿ
Facebook-da  fan-səhifə  yaradın  və  özünüz  haqqında 
məlumatla yanaşı orada saytınıza linki yerləşdirin;
Ÿ
Tanınmış müvafiq saytlarda məqalələr yerləşdirin (belə 
saytları Google-da axtarış etməklə tapa bilərsiz);
Ÿ
Sizin  sahənizə  və  reytinqi  saytınıza  uyğun  olan 
saytlarla qarşılıqlı irəliləyiş məqsədilə link mübadiləsi 
barədə razılığa gəlin. Sayt nə qədər köhnə, PageRank 
göstəricisi nə qədər yüksək olsa bir o qədər yaxşıdır. Bu 
cür  əməkdaşlıq  etmək  istədiyiniz  saytların  siyahısını 
tərtib edərək onlarla danışıqlara başlayın. Keyfiyyətli 
saytlarla qarşılıqlı surətdə faydalı partnyorluğa çalışın;
Ÿ
Xidmətlərindən  istifadə  etdiyiniz  internet-servislərə 
imzanıza  domen  adınızı  əlavə  etməklə  səmimi 
rəylərinizi göndərin;
Ÿ
Vebsaytınızın  mobil  versiyasının  olması  vacibdir. 
Statistikaya  görə  dünyada  aktiv  internet  istifadə-
çilərinin 51%-i internətə mobil telefon vasitəsilə daxil 
olur.
Google My Business. Bu alət Google Maps və digər yerlərdə 
şirkətiniz  haqqında  məlumatı  yerləşdirmək  imkanı  verir. 
Google  sayta  reytinq  verməzdən  əvvəl  gərək  onu  indeksləsin 
(yəni  tapsın).  Saytınıza  Google  xəritəsinin  əlavə  edilməsinin 
qeyri-standart  formaları  barədə  burada  öyrənə  bilərsiz:  
h p://www.maps.google.com
Google Analytics.  Bu  alət  vasitəsilə  siz  vebsaytınıza  daxil 
olan bütün trafikin detalları haqqında ətraflı məlumat əldə edə 
bilərsiz.  Canlı  olaraq  saytınızda  neçə  nəfərin  olduğunu 
müəyyən etməzdən əlavə onların haradan gəldiklərini də çox 
rahat şəkildə müəyyən edə bilərsiz. 
1. Saytınıza gələn trafik hardandır;
2. Saytını necə tapıblar;
3. Sayta hansı internet brauzerdən daha çox izləyici gəlir;
150
4.Saytınızı  tapmaq  üçün  hansı  açar  sözlərdən  istifadə 
edirlər.
Google Analytics vasitəsilə siz bütün bu məlumalatları çox 
asan şəkildə əldə edə bilərsiz. 
PageRank və Google-da indeksləmə. Saytınızın axtarış sistemi 
tərəfindən  indeksləməsini  yoxlamaq  üçün  müvafiq  axtarış 
sistemində  site:  sitename.com  yazın.  Məsələn,  əgər  saytınızın 
adı xyz.com-dursa belə yazın: site: xyz.com. Görsəz ki, Google 
saytınızı hələ indeksləşdirməyib, PageRank-də reytinq almağa 
çalışın.  Müsbət  nəticəyə  təminat  olmasa  da  müraciətinizi 
h p://google.com/addurl
  səhifəsində edin.
Yaxşı ad yaxşı marketinqdir. Populyar açar sözü özündə əks 
etdirən və şəhərinizlə bağlı olan domen adı axtarış sistemlərində 
və  Google  ünvanlarında  reytinqinizin  daha  yüksək  olmasına 
xidmət  edəcək.  Məsələn,  bakuroofing.com.  Domenin  adı 
yaddaqalan olmalıdır.
Partnyor  marketinqi  üçün  maraqlı  saytlar  tapın.  Aşağıdakı 
vasitələrdən istifadə edə bilərsiz:
Ÿ
Saytın  arxasında  duran  şəxsləri  müəyyən  etməyə 
çalışın. Əlaqə yaratmaq üçün bu fayda verə bilər;
Ÿ
Potensial partnyorlarınızın fəaliyyəti müzakirə olunan 
bloq  və  saytlarda  faydalı  şərh  və  məlumatlar 
yerləşdirin;
Ÿ
Sayt  sahiblərinə  onlar  üçün  maraqlı  ola  biləcək 
kontentə linklər göndərin;
Ÿ
Saytdakı  yenilikləri  və  əsas  nümayəndələrinin 
hərəkətlərini  izləyin.  Onların  sosial  şəbəkələrdəki 
səhifələrinə qoşulun, paylaşmalarına müsbət rəy verin. 
E-mail və ya şəxsi mesajla onların fəaliyyətinə heyran 
olduğunuzu  və  ya  müsbət  qiymətləndirdiyinizi 
bildirin  (əgər  doğrudan  da  belədirsə).  Səmimi 
münasibətlər qurun.
151


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə