Uğura İnan Dizayn cdr



Yüklə 37,98 Kb.
Pdf görüntüsü
səhifə70/94
tarix17.09.2017
ölçüsü37,98 Kb.
#92
1   ...   66   67   68   69   70   71   72   73   ...   94

məhsul və ya xidmət internet vasitəsilə satılırsa) və bu sahədə 
əlavə  imkanlar  barədə  məlumat  olmalıdır  (məsələn, 
qoşulduğunuz yerli ödəniş sistemləri, bank rekvizitləri (hüquqi 
şəxslər üçün maraqlı ola bilər) və s.).
Unutmayın ki, saytda təkmilləşdirmələr, istifadə etdiyiniz 
alətlərin  dəyişdirilməsi  müntəzəm  olmalıdır  ki,  effektivliyi 
maksimal olsun.
İndi  isə  sayta  müştərilərin  cəlb  edilməsi  və  satışa  sövq 
edilməsilə bağlı yaranan problemlər və onlardan çıxış yolları 
barədə danışaq.
Sayta daxil olanların sayı azdır.
Yəqin ki, təhlükəsizlik və bəzi digər dövlət orqanlarından 
savayı bütün başqa şirkət və strukturlar insanları saytlarına cəlb 
etməkdə  maraqlıdırlar.  Saytdan  istifadə  edən  olmasa  onu 
yaratmağın mənası yoxdur. Belə problemlə üzləşmisizsə mətnin 
əvvəlinə  qayıdaraq  bütün  bəndlərin  düzgün  edilməsinə əmin 
olun.  İmkan  varsa  mütəxəssilərlə  məsləhətləşin.  Sosial 
şəbəkələrdə  geniş  dost  şəbəkənizdən  yararlanın  (netvorkinq 
mövzusundan  bilirsiz  ki,  belə  şəbəkəni  qabaqcadan 
yaratmalısız),  onlardan  xahiş  edin  ki,  öz  dostlarına  da 
məhsulunuz  və  saytınız  barədə  məlumat  versinlər.  YouTube 
üçün  maraqlı  bir  videoçarx  çəkərək  onun  maksimal 
paylaşmasına  çalışın.  URL  adınız  mürəkkəbdirsə  sadəsinə 
dəyişdirin.  Qeyri-adi  bir  marketinq  yolu  tapın  ki,  insanların 
dilinə düşəsiz (məsələn, partizan marketinqinə əl atın).
İstifadəçilər sayta daxil olur, amma alış etmədən çıxırlar.
Çox  güman  ki,  problem  təklifinizin  dəyəri  və  məhsulu-
nuzun  mövqeləşdirilməsindədir.  Bu  mərhələyə  qayıdaraq 
yenidən  düşünün.  Bəlkə  saytınıza  keçidi  təmin  edən  mənbə 
sizin hədəf kütlənizə uyğun deyil? Sayta cəlb edilən müştəriləri 
alışa sövq etmək üçün istifadə etdiyiniz alətləri bir daha gözdən 
keçirin,  işləməyənləri  digərlərilə  əvəzləyin.  Alışa  sövq  edən 
146
təkliflərin  (düymələrin)  sayını  çoxaldın  (hər  hansı  bir  addım 
artıq  müsbət  bir  nəticədir:  istədiyiniz  turu  seçin,  indi  pulsuz 
sınaqdan keçirin, daha çox məlumat alın və s.). Pulsuz versiyanı 
(internet məhsullarında) təklif edin və ya müsabiqə elan edin 
(tutaq  ki,  ilk  10  sifariş  edənə  hədiyyə  verilsin).  Mətnin  və 
şəkillərin yeri, şrifti, rəngi, həcmi və digər dizayn elementlərini 
imkan daxilində bir-bir dəyişərək alışların dinamikasını izləyin. 
Potensial müştərilərinizlə əlaqə yaradaraq problemi araşdırın, 
məsləhət alın. Bütün bu addımlar kömək etməsə mütəxəssislərə 
müraciət edin.
İnternetdən  saytın  texniki  tərəfləri  və  satışyönümlü 
olması yolları barədə yüzlərlə maraqlı məqalə tapa bilərsiz. Bu 
əlavə isə yalnız ilkin  məlumatdır. Bu yolda sizə uğurlar!
Əslində  internet-marketinqin  imkanları  və  alətləri 
yazdığımdan qat-qat çoxdur. Məsələn, e-mailların müştərilərə 
göndərilməsinin avtomatlaşdırılması, videokonfransların və və 
vebinarların  təşkil  olunması  və  s.  Amma  güman  edirəm  ki, 
burada  qeyd  olunanlar  da  ən  azı  biznesinizin  başlanğıc 
dövründə sizə kifayət edəcək. İndi isə az xərc tələb edən digər 
marketinq formasından danışaq.
Bloq
İnternet-marketinqin digər vacib alətlərindən biri də bloq 
sayılır.  Statistikaya  nəzər  yetirsək  görərik  ki,  bloqdan  istifadə 
edən  saytlar  55%  çox  trafik  əldə  edirlər.  Əvvəlcə  sizə  bloqun 
internet-marketinqdə  rolunu  qeyd  etmək  istərdim.  Bloq 
yaradaraq siz bir çox üstünlüklər qazanacaqsız. Müştərilər üçün 
bloqunuzu rahatlıqla WordPress-də yarada bilərsiz. Mütəmadi 
olaraq bloqunuzda yeni və maraqlı kontent paylaşmaqla siz veb 
saytınızın  google  axtarış  sistemində  daha  yüksək  pillələrdə 
olmasını təmin edəcəksiz. 276 milyondan artıq insan bloqunu 
www.tumblr.com  vasitəsilə  yaradıb.  Hər  bir  işi  görməzdən 
147


əvvəl bu barədə internetdə araşdırma aparın. Məsələn, məsləhət 
görülür ki, bloqda məlumatların tarixi göstərilməsin, əks halda 
müştərilərdə elə təəssürat yarana bilər ki, köhnəlmiş məlumatı 
oxuyurlar. Çalışın ki, oxucu paylaşdığınız məlumatlara abunəçi 
olsun (təbii ki, pulsuz).
1. Bloq saytınıza daxil olanların sayını artıra bilir. 
2. Sizə öz sahənizdə ekspert kimi ad qazandıra bilər. 
3. Brendinizin tanınmasında mühüm rol oynayır.
Bloqu necə yaratmaq olar? Bloq yaratmaq sizdən heç bir 
vəsait tələb etmir. 
 saytı vasitəsilə siz çox 
www.wordpress.com
rahat  şəkildə  bloqunuzu  pulsuz  yarada  bilərsiz.  Lakin  bunu 
edərkən onun funksiyanallığına mütləq şəkildə diqqət yetirin. 
1.  Çalışın  bloqunuza  e-mail  vasitəsilə  abunə  olmaq 
mümkün olsun. 
2.  Bloqlarınızı  asanlıqla  sosial  şəbəkələrdə  paylaşmaq 
mümkün olsun. 
3.  Sizinlə  şərhlər  vasitəsilə  əks-əlaqə  qurmaq  mümkün 
olsun.
SEO (axtarışın optimallaşdırılması)
Məhsullarınızın  bir  çox  potensial  müştərisi  sizi  tapmaq 
üçün  ilk  üz  tutduğu  ünvan  onlayn  axtarış  sistemləri  olur. 
Əlbə ə  bu  axtarış  sistemləri  arasında  ən  çox  axtarış  ediləni 
“google” axtarış sistemi sayılır. Əgər vebsaytınızın, bloqunuzun 
və  sosial  media  hesablarınızın  axtarış  sistemində  yuxarı 
sıralarda  olmasını  istəyirsinizsə  o  zaman  SEO  (axtarış 
sisteminin optimallaşdırılması) texnikalarından istifadə etməyi 
bacarmalısız. 
Google-un  “məhəbbətini”  qazanmaq  üçün  sınaqdan 
çıxmış bir neçə yol var:
Ÿ
Açar sözlərə uyğun olan və istifadəçilər üçün aktual, 
rahat baxıla bilən məlumatları əks etdirən keyfiyyətli 
148
sayt yaratmaq;
Ÿ
Digər mənbələrdən saytınıza linklərın sayını artırmaq.
Ÿ
Veb saytın mobil versiyasını yaratmaq. 
Brauzerin  düymə  panelinə  Google  PageRank  indikato-
runu rahatlıqla yerləşdirə bilərsiz. Saytların əksəriyyətində bu 
göstərici 0 və ya 1-ə bərabərdir.
Açar sözlərin seçilməsi üçün Google-da pulsuz alət. Google-da 
axtarış  sətirində  keyword  tool  yazsanız  bu  pulsuz  aləti 
görəcəksiz. Axırıncı dəfə baxanda onu bu linkdə gördüm:
h p://adwords.google.ru/keywordplanner 
Bu  proqrama  bir  neçə  açar  söz  daxil  etməklə, 
Azərbaycanda və dünyada istifadə edilən uyğun axtarış söz və 
söz birləşmələrini görə biləcəksiz.
Alətin ikinci xeyri ondan ibarətdir ki, o, biznesinizlə bağlı 
müxtəlif açar söz və söz biləşmələri üzrə yaşadığınız regionda 
və  dünyada  bu  vaxtadək  neçə  axtarış  sorğusunun  olmasını 
göstərir.  Bunu  aydınlaşdırandan  sonra  ən  uyğun  olan  açar 
sözlərdən  bloq  və  saytınızda,  audio  və  video  fayllarınızın 
təsvirində istifadə edin.
Açar  sözlərin  seçilməsi  üçün  YouTube-u  da  yaddan 
çıxarmayın (internetdə ən iri ikinci axtarış saytıdır və Google-a 
məxsusdur).
Açar sözlərin seçilməsi üçün digər alətlər:
Ÿ
Micro Niche Finder:
 

www.micronichefinder.com/index.htm
Ÿ
Market Samurai: 
.
www.marketsamurai.com
Google-da reytinqinizi qaldırmaq üçün bir neçə yaradıcı 
və düzgün yol:
Ÿ
Sahənizlə  bağlı  olan  bloq  və  digər  resurslarda  etibar 
doğuran  şərhlər  verin.  Şərhlərinizdə  saytınıza  linki 
yerləşdirməyi unutmayın;
149


Yüklə 37,98 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə