Ulduz Oktyabr Layout 1



Yüklə 0,92 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix30.12.2017
ölçüsü0,92 Mb.
#18650
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

YEDDİ QORXULU YUXU

Birinci yuxu

Oğlumun dünyaya gəldiyi gün, gecə barında bir

qadına aşiq oldum. Bəzən insan namünasib vaxtlarda,

mənasız insanlara aşiq olur. Yuxusunda görübmüş

məni. Oturub içki içirmiş mənimlə və sonra rəqsə

dəvət edirəmmiş onu…

Birlikdə sərxoş olanacan içdik, sonra onu rəqsə

yox, otelə dəvət elədim. Aşiq olduğum o gözlərin

içindəki qəribə soyuqluğu anlayanda səhər açılmış və

sərxoşluğum keçmişdi. Özünə oyun yoldaşı tapmadığı

üçün həyətdəki maşınları mismarla cızan oğlan

uşağının həyəcanı vardı içimdə.

İzaholunmaz duyğular içərisində yastığa söykənib

bir siqaret yandırmışdım və onun gedişini seyr

etmişdim. Özüylə bərabər otel otağındakı qəribə

qoxunu da çəkib aparmışdı arxasınca.

O gün oteli tərk etmədən öncə, yataqdaca bir sevgi

şeiri pıçıldamışdım…

…Növbəti gecə barda yenidən qarşılaşdıq və mən

cibimdə gəzdirdiyim bıçaqla onu öldürdüm, sonra

onun gözlərini çıxardım…

İkinci yuxu

Həyat bəzən sonunu görə bilmədiyi macəraların

içinə atır insanı. Mən hesab-kitabdan heç nə anla -

mıram. Heç vaxt gələcəkdə nə olacağını düşünmürəm.

Özümlə bağlı hazır planlarım yoxdur.

…Sakit, təlatümsüz, həyatımda hər şeyin yolunda

getdiyi günlərin birində bir qadından mesaj aldım.

Yuxusunda görübmüş məni. Ona şeir oxuyurammış.

Sonra yaşadığı evə dəvət elədi. Getdim. Danışdıq.

İçdik. Sevişdik. Sonra hava qaraldı və mən evə

dönməli oldum.

Yaxşı yadımdadır, qaranlıq küçələrdən avtobus

dayanacağınacan ağlamışdım. Evə gəlib birtəhər

çarpayımı tapıb, yerimə uzandım.

…Səhərlər  tezdən oyanıb küçə lampalarından

qaranlıq otağa süzülən işığın yaratdığı alatoranlıqda əl

havasına axtardığım siqareti tapanda anladım ki,

həyatım alatoranlıqda əl havasına axtarış aparmaqla

keçib.

…Bir həftə sonra o qadının evinə Molotov



kokteyli atdım.

Üçüncü yuxu

İşsiz-gücsüz, avara günlərimin birində dünyanın

ən mərhəmətli qadınına aşiq oldum. Sevgim qar 

-

şılıqsız deyildi. O da dəlicəsinə sevirdi. Əlimdən tutub



düşdüyüm girdabdan çıxardı, mənə bütün gücüylə

dəstək oldu. Dünyanın ən gözəl şeirlərini, ən ülvi

məktublarını yazdı mənə. Xoşbəxt olmağım üçün

əlindən gələni edirdi. Ağlınıza gələ biləcək hər yerdə

sevişdik. İş yerində, kafedə, ictimai yerlərdə, tərk

edilmiş evlərdə…

Həyatımda ilk dəfə bir qadına bu qədər

bağlandım. Günlərin bir günü yuxuda mənim

öldüyümü görmüşdü. Danışdı. Ağladı. Onu

sakitləşdirdim, kiritdim, başını sinəmə sıxdım. Sonra

onu özümdən aralayıb diqqətlə gözlərinin içinə

baxdım. Nəmlənmiş gözləri məni dəli edirdi. Təkrar

qucaqladım. Onu dəli kimi sevirdim. Köksümə sıxdım

yenidən. Sıxdım, sıxdım, sıxdım…

…Onu çox sevdiyim üçün öldürdüm…

Dördüncü yuxu

Qadağalar, tabular, mental dəyərlər, günahlar və

olmazlar vecimə deyildi. Günlər su kimi axıb keçərkən

həyatımda ilk dəfə qadın xəyanəti ilə üz-üzə qaldım.

Evli və çılğın bir qadına aşiq olmuşdum. Ərinin

yatağında, yaşadıqları binanın blokunda, parkda

skamyaların üstündə, barların tualetində, mənim

yatağımda, otel otağında, metallomda, qəbiristanlıqda,

dəniz qırağında sevişdik. Məni aldatmayacağını

düşünərək sevmişdim onu. Lakin mənim üçün ərini

aldatdığını, atdığını dərk etməliydim. İçində böyük bir

xəyanət gəzdirirdi o qadın.

…və qısa bir müddət ondan ayrı qaldım…

Sonra bağışladım onu, çünki yuxusunu danışdı

mənə. Yuxuda, məni öldürdüyünü görübmüş…



Getməsin deyə yalvardığım ilk qadın idi…

İlk dəfə bir qadının geri dönməsi üçün göz yaşı

töküb yalvardım.

Onsuz keçirdiyim hər gün özümü yeyib-bitirdim.

Təsəllini içkidə tapdım. Sərxoş olduğum gecələr

xaricində rahat və bəxtiyar günüm olmadı.

Sonrası hər aşiqin yaşaya biləcəyi ümidsiz

macəra…


…Bir gün küçənin ortasında silahımı çəkib, bir

gülləylə işini bitirdim…



Beşinci yuxu

…Əvvəlcə yuxusuna girmişdim, özü belə

yazmışdı. Özümün də xəbərim olmadan onun

yuxusuna girəndə mən şəhərdə, o isə kənddə yaşayırdı.

Sonra o, tez-tez mənim yuxularıma girirdi…

…Hə, onu deyirdim axı, yuxusuna girmişdim

onun. Sonra o, mənə bunu yazanda gülmüşdüm.

Qəribə gəlmişdi mənə. Adam inanmır axı, gözəl

qadınların yuxusuna köntöy, çirkin kişilərin girməsinə.

Bax, yenə inanmırsınız. Vicdan haqqı, özü mənə yazdı

ki, yuxuma girmisən. Söz tapmadım. Adam belə

anlarda, həqiqətən, söz-zad tapmır. Qalırsan mat-

məəttəl. Nə deyəsən?

…Qəribə hekayəsi vardı o qadının. Mopassanın

qadın obrazları kimiydi, təhlükəli, sirli, işvəkar və

ovsunlayıcı. Ağlımı başımdan alırdı. Onun üçün yanıb

qovrulduğum günlərdə, başqalarıyla macəralar

yaşayırdı.

…Onu su quyusuna atdım…

Altıncı yuxu

Mənim üçün xoşbəxt sayıla biləcək günlərin

birində rastlaşdıq. Bu qədər kirlənməyimə rəğmən,

yenidən içimdə gözəl hisslərin baş qaldırdığını hiss

etdim. Nə qədər qorxulu qatil olsam da, hələ də içimdə

gözəl duyğuların qaldığını fərq etdim.

Sırf onun üçün hər şeydən vaz keçdim və təbii ki,

o, bunu anlamadı.

Oğlumu, qızımı, həyat yoldaşımı öldürdüm. Nə

qədər göz yaşı tökdüm, vicdan əzabı çəkdim. Ölənləri

geri qaytarmaq olmur, məlum…

Sonra ona məktub yazdım. İlk dəfə platonik bir

eşq yaşayırdım. İlk dəfə bu qədər tərtəmiz və

vicdanlıydım. Amma o getdi. Uzaqlara, Lissabonmu,

Parismi, Berlinmi, Londonmu…Hansı cəhənnəmə

getdiyini bilmirəm, amma getdi.

…Onu Londonda “Tower Bridge”dən suya

atdım…


Yeddinci yuxu

Sonra kürəyimi yerə vuran bir xəstəlik tapdı məni.

Gözümü açıb yumunca daha bir neçə il keçdi

həyatımdan, yaşlandım. Kədərimlə, üzüntülərimlə,

cansıxıcı yaşamım və düşüncələrimlə hamını yordum,

bezdirdim. Yuxularım dəhşətli filmlərə çevrildi.

Öldürdüyüm bütün qadınlar yuxuma girməyə başladı.

Gecələr hara getdiyimi bilmədən saatlarla

dolaşdım küçələri. Heç kəsin səmaya baxmadığı

xəyanət qoxulu şəhərdə bütün ümidlərimi şüşə kimi

daşa çırpıb çilikləyən o qadınların baxışlarını axtardım

səmada.


Son anda başa düşdüm ki, insan iztirablarını dilə

gətirə bilmədiyi üçün şair olur.

Son anda anladım ki, daha məni heç vaxt yuxuda

görməyəcək.

Və mən özümü öldürdüm…

PANDUŞKA

Fransua Perrenə sevgilərlə…

Hörmətli redaksiya! Bu məktubu sizə şıltaq bir

milyonçu qızının dəniz sahilindəki dəbdəbəli və rahat

villasından yazıram. Yaşadıqlarım o qədər qəribə və

maraqlıdır ki, hər şeyi sizinlə bölüşmək ehtiyacı hiss

etdim. Mən “mişka” sevgisinin qurbanıyam. Başıma

gələn son hadisələr o qədər qəribədir ki, nə edəcəyimi,

kimdən kömək istəyəcəyimi bilmirəm. Yaxşısı budur,

əhvalatı sizə nəql edim, sonrası nə ola, ola…

…Sevgililər günüydü. Yuxudan oyanıb

özümə gələn kimi yollandım şəhərin oyuncaq satılan

ən böyük dükanlarından birinə. Məqsədim yüngülvari

bir hədiyyə alıb xanımın könlünü xoş etmək idi.

Nədənsə xanımıma çiçək yox, oyuncaq hədiyyə etmək

keçmişdi içimdən. Dükanda o baş-bu başa gəzişib

normal, cibimə uyğun oyuncaq axtarırdım. Qiymətlər

də, maşallah, ceyran belində. Mağaza od tutub yanırdı.

Gəzişə-gəzişə gəlib çıxdım mağazanın nəhəng

mişkalar satılan bölməsinə. Mişkalar yan-yana

düzülüb gənc qızlara gəl-gəl deyirdi...

...Mişkaların arasında dayanıb fikrə

getmişdim. “İlahi, bu yekəlikdə mişkalar kimə

lazımdı? Niyə gənc oğlanlar öz incə, nərmənazik

sevgililərinə belə nataraz hədiyyələr seçir?” Gözlərimi

dükanın pəncərələrindən çölə dikib mişkalar haqqında

laübali xəyallara dalmışdım ki, dükanın qarşısında üç

CİP dayandı. Arxadakı maşından iki yekəpər gədə

düşüb qaça-qaça qabaqdakı ən bahalı CİP-in qapısını

açdı. Əvvəlcə səliqə-sahmanlı bir oğlan, sonra incə və

44

I



ULDUZ


Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə