“Keşkə belə olmayaydı” acısı, pərişanlığı
izləyir
unudulmaz şairimiz Nurəngiz Günün yaradıcılığını.
Hər bir halıyla... Könlü bir könül istədi könlünü
kiritməyə, bir udum su istədi yanan ciyərlərinə qur-
tum-qurtum çəkməyə - lənət sənə, kor şeytan,
gülüşdülər, keçdilər...
Yol istədi, at istədi, bir bəyaz həyat istədi, o
yolları bağladılar, onu ona vermədilər...
“Keşkə belə olmayaydı” təəssüfü qövr edir
Nurəngiz Günün “Məni məndə görmədilər, məni
mənə vermədilər” nisgilində... Şəxsi taleyində,
yaşamında urcah olduğu hekayətləri beləcə, heç
kəsə sezdirmədən şeirə-sözə nəql edirdi. Ancaq o
yerdə ki, kiminsə haqqının tapdandığını görürdü,
kiminsə laqeydlik, biganəlik, xəyanət qurbanına
çevrildiyini hiss edirdi, haray çəkməsi, üsyan
qaldırması var idi Nurəngiz Günün... Nəğməkar
bülbüllərin düçar olduqları qəfəs zülmünə dözmürdü.
Alp bəbirlərin barmaqlıqlar arasında keçən əsarətinə
qarşı üsyan qaldırırdı. Sirklərdə çarvadar kimi
belində it gəzdirməyə məhkum edilmiş meşələr
sultanı, meşələr şahı aslanın acı taleyinə nifrinlər
yağdırırdı. Bu, onun “əmrə peşiman ola bilməyən”
şair stixiyası, missiyası idi. Bütün eşqi, istəyi,
duyğuları doğma insanlara, doğma torpağa, nakam
sevgisinə, yanar çırağa, bircəcə evladına, sərhədli
dünyasına, təbrizli əzizlərə, yerə, göyə, ulduzlara,
atəşə, çörəyə, gülə, günəşə salama duran Nurəngiz
Gün bənzərsiz bir yurd, Vətən, torpaq aşiqi idi.
“Andım, Tanrım, imanım” - deyə vəsf edirdi bu
böyük dünyasını:
Bu torpağın öncə günəşi doğub,
Bu torpaq sarı tellərdən yoğrulub...
Bu torpağın ulu nənəsi Gün xanım olub -
yazırdı Nurəngiz xanım və elə ən böyük ərk,
umacaq yeri də torpağın ulu nənəsi olan Gün xanıma
idi. Yazırdı ki:
Gün xanım, Günəş xanım,
eşqim, duam, qızıl banım!
Uzat sarı tellərini,
...Uzat, uzat, sarıl mənə,
Sarıl mənə, çək məni,
Çək məni, apar məni -
Mənə soyuqdur burda...
Nurəngiz Gün “Burda” deyə nişan verdiyi aləmin
hər cür qaranlıqlarından, kölgəli xislətindən uzaq,
hər cür yeknəkəqliyə asi bir söz adamı idi. Bir şair,
vətəndaş, söz adamı kimi o, hər şeydən əvvəl qüru-
runun övladı, yetirməsi idi.
Fərqindəydi ki:
Kölgə sözü yaddır mənə,
heç kəsin kölgəsində
yorulub qalmamışam.
Kölgəsində itmərəm heç kəsin.
Bütün yaşamı üçün təşəkkürünü buğdaya, çiçəyə,
günəşə və ana südünə etməyi vardı. Beləcə anladırdı
insan olmağın, aşiq olmağın və yaşamağın gerçək
60
I
ULDUZ
ANIM
№10 (569) oktyabr 2016
I
61
yolunu. Ölümlərə inanmırdı yuxular bol olan yerdə.
Həyatından qeyb etdiklərinə “öldü” deməyə dili
gəlmirdi, “aldı, yuxu apardı” yazırdı:
Biri atam, biri anam -
vardı, vardı, vallah, vardı...
Hər ikisin bir upuzun
zalım yuxu apardı...
Ta başdan-binadan N.Gün poeziyasının,
yaddaşının boynu bükülüydü xatirələrə. Bu xatirələrin
nostalji yaşantılarını, unudulmaz təəssüratlarını
haradasa qırmağa, yarılamağa əlimiz gəlmədiyindən
bütöv, necə var elə oxucu diqqətinə təqdim edirik:
Biz ki qu quşlarıydıq,
Başımız “Cənnət ağacı”nın budaqlarında,
Üzümüz “Xədicə çiçəyi” dodaqlarında...
Dilimiz üstündə buğda duası öldük.
Təəssüf yox idi ölümümüzdə.
O imiş, deyirəm, gördüklərimiz,
Nə dəryaz var idi, nə xırmanımız.
Aman, ovçu!
İndi qov kimi boşluqda
hey uçur, hey uçur
günahsız ruhumuz, xəyallarımız.
Ah, biz ki qu quşlarıydıq!..
Obrazlı sözün şairin üslub keyfiyyətlərini tanıdan
yeganə material olması həqiqəti Nurəngiz xanımın
bu misralarının boyuna, ümumi ruhuna, deyim
tərzinə, varlığına biçilib. Qaçılmaz həqiqətdir ki,
həqiqi poeziya ifadə, deyim, üslub forması ilə
müəyyənləşir. Deyək ki, N.Günün diqqətə təqdim
etdiyimiz bu şeirinin elə ilk
Başımız “Cənnət ağacı”nın budaqlarında,
Üzümüz “Xədicə çiçəyi” dodaqlarında...
Dilimiz üstündə buğda duası öldük -
misraları ilə tanış olduğun ilk andan belə hiss
olunur ki, yeni bir üslub axarına düşüb gedirsən...
Bu üslub ən kövrək, həzin və unudulmaz
xatirələrin ifadə vasitəsi olaraq onun poeziyasının
əyninə biçilib. Eyni zamanda elastikdi. Bu elastiklik
ani bir məqamda ömrün uşaqlıq, gənclik illərinin
romantikasının, bir göz qırpımı məsafədə isə xalqın,
vətənin, cəmiyyətin gerçək həyatının yaşamını, daha
çox da problemlərini, zorla sürüklədikləri
çarpışmaların ifadəsinə dönür. N.Gün “Xocalı
simfoniyası”nda haqq bağıran bir xalqın düçar
olduğu faciələri fikir babalarına, onların əlaltılarına,
üzü üzlər görmüş beynəlxalq aləmə çatdırır öz şair-
vətəndaş etirazını, fikrini ortaya qoyur. Eyni zamanda
“Xocalı simfoniyası” onun öz taleyinin, xəyal
qırıqlığına uğramş romantik dünyasının yazısıdı.
Nurəngiz xanım, hətta ən kövrək, səmimi, xalq
təfəkküründən süzülüb gələn nəğmə, şərqi strukturlu
şeirlərində belə ictimai enerji daşıyan fikirlərini
ifadə edir. Az qala qədim bir xalq mahnısı üslubunda
yazdığı şeirlərində belə o, daha çox dünya, cəmiyyət,
daxili çarpışmalar, mənəvi sıxıntılar barəsində olan
acılarını təsvir edir. Bunu daha çox şairin “Ay lolo”
silsiləsindən olan şeirlərində müşahidə edə bilirik:
Ay lolo,
sevinəndim, güləndim.
Ay lolo,
bir sevgiyə bələndim.
Ay lolo,
gül bağçamı aldılar,
Ay lolo,
yağış olub çiləndim.
Ay lolo,
tutuldu ki gözlərim.
Ay lolo,
Itirmişəm dünyanı.
Ay lolo,
İndi mən hara gedim?
Ay lolo,
haram var, hara gedim?
Ay lolo,
qəribəm, bir yol göstər,
Ay lolo,
hansı diyara gedim?
Bi şeir 1979-cu ildə yazılıb. Hələ o zamanlardı
ki, Sovet hökumətinin düçar olacağı siyasi uçurumun
girdabı barədə söz belə gedə bilməz... Yalançı və
yalan şəklində qafalarda dumanlanan kommunizm
xülyasının sərməstliyi yaşanmaqdadı. İti, fəhmli
şair düşüncəsi isə bu sərməstlik aləminin qürbət
havasını dil-dil ötməkdə, yaşamaqdadı. Tam bir
şair öncəgörməsi “Ay lolo” silsiləsinin sətiraltı
mahiyyətini qapsamaqdadı.
Ayrılıq acısından doğan tənhalıq xofu N.Günün
daim qaçdığı yerdi. O, bir söz adamı kimi ayrılığın
ağır sükutundan, daş qıfılından can qurtarmağın,
gen durmağın yolunu nişan vermək çabası göstərirdi.