Ümümi cərrahiyə


) Siqmayabənzər bağırsağın burulması münasibətilə aparılan əməliyyat hansı aşağıdakı üsullarla başa çatdırıla bilər?



Yüklə 1,54 Mb.
səhifə11/19
tarix20.09.2017
ölçüsü1,54 Mb.
#1069
növüРуководство
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

501) Siqmayabənzər bağırsağın burulması münasibətilə aparılan əməliyyat hansı aşağıdakı üsullarla başa çatdırıla bilər?

A) Detorsiya, mezosiqmoplikasiya, «S»-vari bağırsağın rezeksiyası, gətirici və aparıcı dizlər arasında anastomoz qoyaraq nekrozlaşan «S»-vari bağırsağın yaraya çıxarılması

B) Detorsiya, siqmopeksiya, mezosiqmoplikasiya, «S»-vari bağırsağın rezeksiyası, gətirici və aparıcı dizlər arasında anastomoz qoyaraq nekrozlaşan «S»-vari bağırsağın yaraya çıxarılması

C) Detorsiya, siqmopeksiya, mezosiqmoplikasiya, «S»-vari bağırsağın rezeksiyası

D) Detorsiya, siqmopeksiya, «S»-vari bağırsağın rezeksiyası, gətirici və aparıcı dizlər arasında anastomoz qoyaraq nekrozlaşan «S»-vari bağırsağın yaraya çıxarılması

E) Siqmopeksiya, mezosiqmoplikasiya, «S»-vari bağırsağın rezeksiyası, gətirici və aparıcı dizlər arasında anastomoz qoyaraq nekrozlaşan «S»-vari bağırsağın yaraya çıxarılması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

502) Siqmayabənzər bağırsağın burulması münasibətilə aparılan əməliyyatlara nə daxildir?

A) Həyat qabiliyyətli dolixosiqmanın birmomentli rezeksiyası anastomozun qoyulması ilə, nekrozlaşan «S»-vari bağırsağın birmomentli rezeksiyası anastomoz və vaqotomiya olunması

B) Düzgün cavab qeyd olunmayıb

C) Həyat qabiliyyətli dolixosiqmanın birmomentli rezeksiyası anastomozun qoyulması ilə, nekrozlaşan «S»-vari bağırsağın birmomentli rezeksiyası anastomozun qoyulması ilə, «S»-vari bağırsağın rezeksiyası kolostomanın qoyulması ilə, Hartman əməliyyatı

D) Nekrozlaşan «S»-vari bağırsağın birmomentli rezeksiyası anastomozun qoyulması ilə, «S»-vari bağırsağın rezeksiyası kolostomanın qoyulması ilə, Hartman əməliyyatı, nekrozlaşan «S»-vari bağırsağın burularaq açılması və arxa dəlikdən xaricə çıxarılması

E) Həyat qabiliyyətli dolixosiqmanın birmomentli rezeksiyası anastomozun qoyulması ilə, «S»-vari bağırsağın rezeksiyası kolostomanın qoyulması ilə, Hartman əməliyyatı, nekrozlaşan «S»-vari bağırsağın burularaq açılması və arxa dəlikdən xaricə çıxarılması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
503) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?

A) Paralitik bağırsaq keçməməzliyində

B) Spastik bağırsaq keçməməzliyində

C) Obturasion bağırsaq keçməməzliyində

D) Bitişmə mənşəli bağırsaq keçməməzliyində

E) Stranqulyasion bağırsaq keçməməzliyində


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

504) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?

A) Cərrahi müdaxilə

B) İnfuzion terapiya

C) Antibiotikoterapiya

D) Antixolinesteraz təsirli preparatların tətbiqi

E) Nazoqastral zondlama


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
505) Mədəaltı vəzi sistlərinin müalicəsində sistoqastrostomiya əməliyyatı icra edilir ki, bu zaman hansı aşağıdakı fəsadlar ola bilər?

A) Ezofagit, tripsinin zədələyici təsiri nəticəsində

B) Sistin residivi

C) İnfeksiya

D) Postoperasion qanaxma

E) Bəd xassəliyə çevrilmə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
506) Mədəaltı vəzin anadangəlmə sistlərinin müalicəsində əsas üsul hansıdır?

A) Marsupializasiya

B) Sistin kəsilib götürülməsi

C) Mədəaltı vəzi cisminin rezeksiyası

D) Medikamentoz müalicə

E) Şüa terapiyası


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
507) Mədəaltı vəzi sistlərinin müalicəsində mədə-bağırsaq traktı ilə qoyulan anastomozlar arasında ən yaxşısı hansıdır?

A) Sistoqastrostomiya

B) Sistoyeyunostomiya təcrid olunmuş ilgəkdə

C) Sistoduodenostomiya

D) Sistokolostomiya

E) Sistoyeyunostomiya, bağırsaqlararası anastomozla


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
508) Mədəaltı vəzi xərçəngində müşahidə edilən assit nə əlaqədardır?

A) Peritonun kanseromatozu ilə, xərçəngin qara ciyərə metastazı nəticəsində portal qan dövranının pozulması ilə, qapı venasının şişlə sıxılması hesabına, qapı venasının trombozu ilə

B) Xərçəngin qara ciyərə metastazı nəticəsində portal qan dövranının pozulması ilə, qapı venasının şişlə sıxılması hesabına, qapı venasının trombozu ilə, splenomeqaliya ilə

C) Peritonun kanseromatozu ilə, xərçəngin qara ciyərə metastazı nəticəsində portal qan dövranının pozulması ilə, qapı venasının şişlə sıxılması hesabına, splenomeqaliya ilə

D) Peritonun kanseromatozu ilə, xərçəngin qara ciyərə metastazı nəticəsində portal qan dövranının pozulması ilə, qapı venasının şişlə sıxılması hesabına, qapı venasının trombozu ilə, splenomeqaliya ilə

E) Peritonun kanseromatozu ilə, qapı venasının şişlə sıxılması hesabına, qapı venasının trombozu ilə, splenomeqaliya ilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
509) Mədəaltı vəzi xərçəngində müşahidə edilən pankreas axacağının tutulması nə ilə xarakterizə olunur?

A) Qarnın yuxarı şöbələrində ağrı, bağırsaq pozğunluğu, arıqlama, şəkərli diabetin aradan qalxması, əgər əvvəl müşahidə edilmişsə

B) Qarnın yuxarı şöbələrində ağrı, həzm pozğunluğu, bağırsaq pozğunluğu, arıqlama, şəkərli diabetin aradan qalxması, əgər əvvəl müşahidə edilmişsə

C) Bağırsaq pozğunluğu, arıqlama, şəkərli diabetin aradan qalxması, əgər əvvəl müşahidə edilmişsə

D) Qarnın yuxarı şöbələrində ağrı, həzm pozğunluğu, bağırsaq pozğunluğu, arıqlama

E) Qarnın yuxarı şöbələrində ağrı, həzm pozğunluğu, bağırsaq pozğunluğu, şəkərli diabetin aradan qalxması, əgər əvvəl müşahidə edilmişsə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
510) Kəskin mədə genişlənməsi zamanı təxirəsalınmaz yardım göstərilməsə hansı fəsad ehtimal edilir?

A) Ağrı şoku

B) Selikli qişanın nekrozu

C) Ağ ciyər çatmamazlığı

D) Peritonit

E) Mədənin cırılması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
511) Mədənin tipik rezeksiyasından sonra ən çox rast gəlinən qanaxma yeri hansıdır?

A) Qastroenteroanastomoz

B) Mədənin kiçik əyriliyi

C) Mədə güdülündə saxlanmış xora

D) Eroziv qastrit

E) Duodenal güdül


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

512) Mədənin limfoqranulematozunda vacib nə icra edilməlidir?

A) Mədə rezeksiyası və vaqotomiya

B) Mədə rezeksiyası

C) Mədə rezeksiyası və ximioterapiya

D) Şüa terapiyası

E) Kimyəvi terapiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
513) Bud yırtığı nə ilə xarakterizə edilir?

A) Böyük olmayan ölçülərlə, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə, qasıq kanalından çıxması ilə

B) Tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə, qasıq kanalından çıxması ilə

C) Böyük olmayan ölçülərlə, tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, qasıq kanalından çıxması ilə

D) Böyük olmayan ölçülərlə, tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə, qasıq kanalından çıxması ilə

E) Böyük olmayan ölçülərlə, tezləşmiş boğulmalarla, xayalığa düşməsilə, pupart bağından aşağı yerləşməsilə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
514) Xəstəxanaya boğulmuş qasıq yırtığı ilə daxil olan xəstələrə göstərilən ilk tədbirə nə aiddir?

A) Analgetik və spazmolitiklərin vurulması

B) Yırtığın zorla yerinə salınaraq stasionar şəraitdə müşahidə edilməsi

C) Təcili cərrahi müdaxilə

D) Yırtığın spontan olaraq yerinə keçməsi ehtimalı ilə ilıq vanna

E) Yırtığın yüngül yerinə düzəlməsi məqsədilə spazmolitiklərin vurulması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
515) Bir neçə saatlıq boğulmuş qasıq yırtığında ilkin tədbirlərə nə aiddir?

A) Yırtığın yerinə salınması

B) 2-3 saatlıq əməliyyatönü hazırlıqdan sonra cərrahi əməliyyatın aparılması

C) Ümumi ilıq vannanın tətbiqi

D) Yırtığın yüngül yerinə düzəlməsi məqsədilə spazmolitiklərin vurulması

E) Təcili cərrahi müdaxilə spazmolitiklərin və analgetiklərin vurulması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
516) Əməliyyat zamanı həyat qabiliyyətini itirmiş gətirici bağırsaq ilgəyi nekroz sahəsindən hansı məsafədə rezeksiya edilir?

A) 15-20 sm

B) 60-70 sm

C) 40-50 sm

D) 5-10 sm

E) 25-30 sm


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
517) Sürüşən qasıq yırtığı ilə əməliyyat zamanı meydana çıxan texniki çətinliklər nə ilə əlaqədardır?

A) Diaqnostik səhv olub

B) Yırtıq kisəsinin bir divarını bağırsaq təşkil edir

C) Köndələn fassiyanın anadangəlmə çatmamazlığı vardır

D) Yırtığın sol tərəfli lokalizasiyası çox rast gəlinir

E) Nazik bağırsağın müsariqəsi yırtıq qapısında boğulub


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
518) Hemorragik pankreatitin xarakter simptomuna nə aiddir?

A) Yüksək intensiv kəmərləyici ağrının olması, yuxuculluq, məsafədən eşidilən peristaltik küylərlə bağırsaların köp vəziyyətdə olması, sol tərəfli plevra boşluğunda maye yığılması, qarın boşluğunda sərbəst maye

B) Yüksək intensiv kəmərləyici ağrının olması, məsafədən eşidilən peristaltik küylərlə bağırsaların köp vəziyyətdə olması, sol tərəfli plevra boşluğunda maye yığılması, qarın boşluğunda sərbəst maye

C) Yüksək intensiv kəmərləyici ağrının olması, yuxuculluq, sol tərəfli plevra boşluğunda maye yığılması, qarın boşluğunda sərbəst maye

D) Yuxuculluq, məsafədən eşidilən peristaltik küylərlə bağırsaların köp vəziyyətdə olması, sol tərəfli plevra boşluğunda maye yığılması, qarın boşluğunda sərbəst maye

E) Yüksək intensiv kəmərləyici ağrının olması, yuxuculluq, məsafədən eşidilən peristaltik küylərlə bağırsaların köp vəziyyətdə olması, sol tərəfli plevra boşluğunda maye yığılması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
519) Metilen abısının bağırsaqlarda hərəkət sürəti neçədir?

A) 10 sm/dəq

B) 1 sm/dəq

C) 25 sm/dəq

D) 5 sm/dəq

E) 15 sm/dəq


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
520) Peritonitin mənbəyi götürüldükdən sonra qarın boşluğunun yuyulmasına tələb olunan mayenin həcmi neçədir?

A) 4-6 litr

B) 18-20 litr

C) 14-16 litr

D) 1-2 litr

E) 8-12 litr


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
521) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir?

A) Enən çənbər və siqmaya bənzər bağırsaq

B) Siqmaya bənzər və nazik bağırsaq

C) Kor və nazik bağırsaq

D) Nazik bağırsaq ilgəkləri

E) Düz və nazik bağırsaq


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
522) Öd kisənin hidropsu hansı səbəbdən inkişaf edir?

A) Kisə axacağının daşla tutulması

B) Ümumi öd axacağının daşla tutulması

C) Ümumi qara ciyər axacağının daşla tutulması

D) Böyük duodenal məməciyin daşla tutulması

E) 12 b/b keçiriciliyinin xroniki pozğunluğu


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
523) Mədə xorasının deşilməsi zamanı əsas diaqnostik üsul hansıdır?

A) Təcili qastroduodenoskopiya

B) Laparoskopiya

C) Barium kütləsilə mədənin rentgenoskopiyası

D) Angioqrafiya

E) Qarın boşluğunun obzor rentgenoskopiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
524) Mədə xorasından qanaxmaya şübhə varsa nə icra edilməlidir?

A) Təcili qastroduodenoskopiya

B) Qarın boşluğunun obzor rentgenoskopiyası

C) Angioqrafiya

D) Laparoskopiya

E) Mədənin rentgenoskopiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

525) Mellori-Veys sindromuna nə aiddir?

A) Pilorik stenoz

B) Kardial sfinkterin spazmı

C) Mədənin kardial şöbəsinin selikli qişasının cırılması

D) Mədənin antral şöbəsinin selikli qişasının cırılması

E) «Güzgülü» xoraların olması


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
526) Boğulmuş yırtığın öz-özünə yerinə düzəlməsindən sonra təcili əməliyyata olan göstərişə nə aiddir?

A) Dizurik əlamətlərin olması

B) Peritoneal əlamətlərin inkişafı

C) Hərarətin yüksəlməsi

D) Yırtıq qapısında ağrı sindromunun olması

E) Yırtıq şişkinliyinin itməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
527) Bağırsaq keçməməzliyinin daha ağır kliniki formasına nə aiddir?

A) Yoğun bağırsağın şiş obturasiyası

B) Yırtığın boğulması

C) Burulma

D) İnvaginasiya

E) Düyünləşmə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
528) Qanlı ishal hansı hallarda olur?

A) Xoralı kolit, terminal ileit, dizenteriya, kəskin porfiriya

B) Xoralı kolit, terminal ileit, dizenteriya, yoğun bağırsağın işemiyası

C) Xoralı kolit, terminal ileit, dizenteriya, kəskin porfiriya, yoğun bağırsağın işemiyası

D) Terminal ileit, dizenteriya, kəskin porfiriya, yoğun bağırsağın işemiyası

E) Xoralı kolit, dizenteriya, kəskin porfiriya, yoğun bağırsağın işemiyası


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
529) Karsinoid şişin çox rast gəlinən yeri hansıdır?

A) Nazik bağırsaq

B) Qara ciyər

C) Soxulcanabənzər çıxıntı

D) Yoğun bağırsaq

E) Qalça bağırsaq


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
530) Həzm traktının yuxarı şöbələrində kəskin xoraların ən çox rast gəlinən ağırlaşmasına nə aiddir?

A) Maliqnizasiya

B) Xroniki xoraya keçid

C) Penetrasiya

D) Qanaxma

E) Perforasiya


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
531) Mədə rezeksiyasından sonra xəstədə çoxlu miqdarda öd qatışığı olmayan mədə möhtəviyyatı ilə qusma, taxikardiyanın olması nəyin inkişafını göstərir?

A) Peritonit

B) Anastomozit

C) Bağırsaq keçməməzliyi

D) Pankreatit

E) Mədə daxilinə qanaxma


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
532) Mədə rezeksiyasından sonra xəstədə ürəkbulanma, qusma, qarında köp, qazların xaric olmaması, sakit vəziyyətdə və palpasiya zamanı ağrıların olması nəyi təsdiqləyir?

A) Bağırsaq keçməməzliyi, peritonit, pankreatit, bağırsaqlararası abses

B) Peritonit, pankreatit, anastomozit, bağırsaqlararası abses

C) Bağırsaq keçməməzliyi, pankreatit, anastomozit, bağırsaqlararası abses

D) Bağırsaq keçməməzliyi, peritonit, pankreatit, anastomozit

E) Bağırsaq keçməməzliyi, peritonit, pankreatit, anastomozit, bağırsaqlararası abses


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
533) Xora xəstəliyi nə ilə ağırlaşır?

A) Penetrasiya, perforasiya, maliqnizasiya, stenoz

B) Qanaxma, penetrasiya, perforasiya, stenoz

C) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya

D) Qanaxma, penetrasiya, perforasiya, maliqnizasiya, stenoz

E) Qanaxma, perforasiya, maliqnizasiya, stenoz


Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
534) Duodenal xoranın perforasiyası ilə əlaqədar inkişaf etmiş yayılmış peritonitdə nə icra edilməlidir?

A) Selektiv proksimal vaqotomiya və piloroplastika

B) Bilrot-1 üsulu ilə mədə rezeksiyası

C) Xoranın közənməsi və qarın boşluğunun drenə edilməsi

D) Hofmeyster-Finsterer üsulu ilə mədə rezeksiyası

E) Kötük vaqotomiyası və piloroplastika


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
535) Qanitirmənin ağırlıq dərəcəsini laborator testlərlə qiymətləndirərkən nəyə üstünlük verilir?

A) Hematokrit ədədinə

B) Hemoqlobinə

C) Dövr edən qan kütləsinin defisitinə

D) Dövr edən plazma kütləsinin defisitinə

E) Qanın oksigenləşməsinin defisitinə


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
536) Xəstə klinikaya bir neçə dəfə qanlı qusma şikayətləri ilə daxil olub. Xora anamnezi yoxdur, alkohol həvəskarıdır, anamnezində pankreatit var. Qanaxmanın ehtimal edilən səbəbi hansıdır?

A) Mədə xorası

B) Mədə xərçəngi

C) Mellori-Veys sindromu

D) Zollinger-Ellison sindromu

E) Qida borusu varikoz genişlənmiş venaları


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
537) Dekompensə olunmuş stenozla ağırlaşan 12 barmaq bağırsağın xorası xəstəsində meydana çıxan aşağı ətraflarında tonik qıcolmalar, bayılma əlamətləri nə ilə əlaqədardır?

A) Elektrolit mübadiləsi pozğunluğu

B) Hipoqlikemik şok

C) Xoranın perforasiyası

D) Beyin qan dövranı pozğunluğu

E) Qanaxma


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.

538) Dekompensə olunmuş stenozla ağırlaşan 12 barmaq bağırsağın xorası xəstəsində aşağı ətraflarında tonik qıcolmalar, bayılma əlamətləri müşahidə edilir. Xəstəyə ilk növbədə nə vurulmalıdır?

A) Natrium xlor və kalium məhlulları

B) Ürək qlikozidləri və mezaton

C) Eritrosit kütləsi

D) Qlükoza məhlulu

E) İnsulin


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
539) Mədə rezeksiyasından sonra xəstədə «qəhvə xıltı» xarakterli qusma müşahidə edilərsə sizin taktika hansıdır?

A) Eritrosit kütləsinin köçürülməsi

B) Relaparotomiya

C) Mədənin yuyulması və fibroezoqastroduodenoskopiya FEQS

D) Aminokapron turşusu və kalsium xlorid məhlulunun vurulması

E) Mədənin yuyulması


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.

540) Yüngül dərəcəli dempinq sindromun əlamətlərinə nə aiddir?

A) Şirin qida qəbulundan sonra başgicəllənmə

B) Tərləmə

C) Ürəkdöyünmə

D) Zəiflik

E) Anemiya


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
541) 75 yaşlı, davam edən mədə qanaxması, həmçinin ağır yanaşı xəstəlikləri olan xəstəyə nə göstərişdir?

A) Konservativ müalicə

B) Fibroqastroskop vasitəsilə damarın termokoaqulyasiyası

C) Mədə xorasının pazvarı kəsilməsi

D) Mədə rezeksiyası

E) Qanaxan damarın tikilməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
542) Çənbər bağırsağın sol yarısının divertikulyozu olan xəstədə profuz qanaxma başlayarsa taktika necə olmalıdır?

A) Qanaxan damarın endoskopik plomblanması

B) Qanaxan divertikulun kəsilib götürülməsi

C) Sol tərəfli hemikolektomiya

D) Qanaxan damarın elektrokoaqulyasiyası

E) Siqmotomiya və qanaxan damarın tikilməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
543) Divertikullar ən çox harda rast gəlinir?

A) Mədədə

B) Qida borusunda

C) Çənbər bağırsaqda

D) 12-barmaq bağırsaqda

E) Nazik bağırsaqda


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
544) Kəskin appendisit səbəbi ilə əməliyyat zamanı xəstədə absesləşən kövşək infiltrat müəyyən edilərsə sizin taktikanız hansıdır?

A) Appendiks xaric edilərək absess boşluğu drenə olunur

B) Absess boşluğu ekstraperitoneal drenaj olunur

C) İnfiltrat tamponlarla əhatə edilərək qarın boşluğu tikilir

D) Şkolnikov üsulu ilə novokain blokadası

E) Laparotomiya və absess boşluğu drenə edilir


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
545) Bağırsaq divarının nekrozu ilə müşayiət olunan Rixter yırtığı zamanı optimal əməliyyat növü hansıdır?

A) Bağırsağın xaricə çıxarılması

B) Nekroz sahəsinin iki sıralı tikişlərlə tikilib örtülməsi

C) Nekroz sahəsinin pazvarı rezeksiyası

D) Bağırsağın rezeksiyası

E) Nekroz sahəsinin bir sıralı tikişlərlə tikilib örtülməsi


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
546) Boğulmuş yırtıqda bağırsağın əsas həyat qabiliyyəti əlamətlərinə nə aiddir?

A) Müsariqə damarlarının pulsasiyası

B) Bağırsağın peristaltikası

C) Tünd albalı rəngli parlaq seroz qişa

D) Bağırsaq divarı çəhrayı rəngdə, seroz qişa parlaq olub, müsariqə damarlarının pulsasiyası və bağırsaq peristaltikası saxlanmışdır

E) Seroz qişa parlaqdır və bağırsaq peristaltikası saxlanmışdır


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
547) Boğulmuş əməliyyatdan sonrakı nəhəng yırtıq zamanı nə vacibdir?

A) Boğulmanı ləğv etməli, yırtıq qapısını klassik üsullarla plastika etməli

B) Boğulmanı ləğv etməli, yırtıq kisəsi rezeksiyasından sonra, plastik materiallardan istifadə etməklə yırtıq qapısını plastika etməli

C) Boğulmanı ləğv etməli, yırtıq kisəsi səhfələrindən istifadə edərək yırtıq qapısını plastika etməli

D) Boğulmanı ləğv etməli, yırtıq qapısını plastika etməməli

E) Boğulmanı ləğv etməli


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
548) Qasıq limfadenitinin boğulmuş bud yırtığından çətin differensasiyası zamanı nə icra edilir?

A) Antibiotiklərlə müalicə

B) Törəmənin punksiyası

C) İrriqoskopiya

D) Əməliyyat

E) Qalium izotopu ilə skanerləmə


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
549) Boğulmuş bud yırtığı səbəbi ilə əməliyyat zamanı Cimbernat bağını kəsərkən hansı damar zədələnir?

A) Bud venası

B) Bud arteriyası

C) Qapayıcı arteriya

D) Aşağı müsariqə arteriyası

E) Xarici qalça arteriyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с
550) Bağırsağın azad kənarının boğulması nə zaman müşahidə edilir?

A) Spiqel xətti yırtığında

B) Litre yırtığında

C) Kombinəolunmuş qasıq yırtığında

D) Rixter yırtığında

E) Pti üçbucağı yırtığında


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
551) Mekkel divertikulunun boğulması nə zaman müşahidə edilir?

A) Spiqel xətti yırtığında

B) Kombinəolunmuş qasıq yırtığında

C) Litre yırtığında

D) Rixter yırtığında

E) Pti üçbucağı yırtığında


Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
552) Boğulmuş yırtıqda ilk növbədə nə icra edilir?

A) Laparotomiya

B) Boğucu həlqənin kəsilməsi

C) Spazmolitiklərin təyini

D) Yırtıq kisəsinin kəsilməsi

E) Törəmənin punksiyası


Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə