UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
59
Kredit alınması üçün sənədlər toplusu (ərizələr) müştəri ilə iş üzrə menecerlər və kredit
mütəxəssisləri tərəfindən hazırlanır. Bu toplu müəyyən edilmiş limitlər çərçivəsində filiallar və ya
müvafiq biznes vahidləri tərəfindən təsdiqlənir. Təsdiq olunmuş sənədlərin surətləri sonrakı nəzarət
prosesi, o cümlədən reytinqin müəyyən edilməsi və monitorinq cədvəlinə daxil edilməsi üçün
Risklərin İdarə Edilməsi Departamentinə təqdim edilir. Müəyyən edilmiş risk limitlərindən yuxarı olan
ərizələr Risklərin İdarə Edilməsi Departamentinin Kredit Qrupuna göndərilir. Kredit Qrupu ikinci dəfə
təhlili aparır və hesabat, reytinq və rəy təqdim edir. Əgər tələb olunan kredit məbləği müəyyən
edilmiş limitdən aşağı olarsa və Risklərin İdarə Edilməsi Departamenti tərəfindən müsbət rəy
verilərsə, eləcə də müvafiq işçilər tərəfindən imzalanarsa, kredit ərizəsi təsdiqlənmiş hesab edilir.
Əgər Risklərin İdarə Edilməsi Departamenti tərəfindən mənfi rəy verilərsə, kredit ərizəsi yenidən
baxılmaq üçün Kredit Komitəsinə təqdim edilir. Təsdiqlənmiş kredit ərizəsində nəzərdə tutulan
məbləğ Kredit Komitəsinin səlahiyyətindən yuxarı olarsa, həmin ərizə təsdiqlənmək üçün İdarə
Heyətinə təqdim edilir. Yuxarıda qeyd edildiyi kimi, böyük məbləğdə kreditlər üçün ərizələr
təsdiqlənmək üçün Müşahidə Şurasına təqdim edilir.
Qrup 7 dərəcəli reytinq sistemindən istifadə edir. Müştərinin reytinqi dörd əsas meyarın təhlilinə
əsasən müəyyən edilir: ödəmə qabiliyyəti, maliyyə göstəriciləri, kredit tarixçəsi və digər risklər.
Balansdankənar maliyyə alətləri üzrə kredit riski həmin maliyyə aləti üzrə əməliyyatların digər
iştirakçısı tərəfindən müqavilə üzrə öz öhdəliklərini yerinə yetirə bilməməsi nəticəsində zərərin
yaranması ehtimalı kimi müəyyən edilir. Qrup şərti öhdəlikləri və balans üzrə maliyyə alətləri ilə
əlaqədar əməliyyatların təsdiqlənməsi prosedurları, riskləri məhdudlaşdıran limitlərdən istifadə və
monitorinq prosedurlarına əsaslanan eyni kredit siyasətini tətbiq edir.
Fiziki şəxslərə verilmiş bəzi kredit məhsulları üçün Qrup kreditin qiymətləndirilməsi sistemindən və
potensial riskli müştərilərin müəyyən edilməsi üçün öz daxili prosedurlarından və Azərbaycan
Respublikası Mərkəzi Bankının idarə etdiyi məlumat bazasındakı məlumatlardan istifadə edir.
Kreditlər portfel üzrə qiymətləndirilir və bu zaman kreditin məbləği və müddət limitləri, təsdiqləmə
prosedurları, məhsulların növləri, defolt haqqında məlumatlar, kredit/girov əmsalları (əgər tətbiq
edilərsə) və qiymətləndirmə kimi amillərə daha çox diqqət yetirilir.
Girov və digər kredit təminatları
Kredit riski həmçinin əmlak üzrə ipoteka tələbi formasında girovun, girov qoyulmuş aktiv və qiymətli
kağızların, eləcə də depozitlər, hüquqi və fiziki şəxslərə verilmiş zəmanətlər daxil olmaqla digər girov
növlərinin əldə olunması, nəzarəti və monitorinqi vasitəsilə qiymətləndirilir və idarə edilir.
Kredit riskinin qiymətləndirilməsində girovun əsas faktor olmasına baxmayaraq, Qrupun kredit
siyasəti ərizələrin müştərilərin yalnız təklif etdiyi girova deyil, onların ödəniş qabiliyyətinə əsasən
qiymətləndirməkdir. Girov kreditin qaytarılması üçün ikinci ödəniş mənbəyi hesab edilir. Kreditlər
nadir hallarda müştərinin maliyyə vəziyyətindən və ya kredit məhsulunun növündən yaxud
həcmindən asılı olaraq təminatsız ola bilər. Qrup risk portfelinin təminatsız kreditləri üzrə müxtəlif
limitlər müəyyən etmişdir.
Qrupun qəbul etdiyi əsas girov növləri aşağıdakılardır:
Kommersiya əmlakı
Yaşayış binaları
Korporativ kapital aktivləri
Korporativ likvid aktivlər
Nəqliyyat vasitələri
Müddətli depozitlər
Digər, o cümlədən qiymətli metallar
Qrupda qəbul edilmiş bütün girov növləri üzrə dəqiq qiymətləndirmə, sənədləşdirmə və tətbiq
edildikdə qeydiyyat prosedurları mövcuddur. Kreditlərin girova nisbəti İdarə Heyəti tərəfindən
təsdiqlənir və Risklərin İdarə Edilməsi Departamenti tərəfindən nəzarət edilir: 31 dekabr 2011-ci il
tarixinə kredit limitləri aşağıdakılardır:
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
60
Girovun növü
Kredit məbləğinin girovun likvid dəyərinə nisbəti
Daşınmaz əmlak
up to 70%
Qiymətli metallar
up to 80%
Maşın, avadanlıqlar
up to 50%
Inventar
up to 60%
Avtomobillər, nəqliyyat
up to 70%
Müddətli depozit
up to 90%
Bank əlavə təminat kimi fərdi zəmanətləri qəbul edə bilər.
Təminatla bağlı təlimatlara dair hər hansı istisna İdarə Heyəti tərəfindən təsdiqlənməlidir.
Monitorinq Qrupu monitorinq nəticələri üzrə planın hazırlanması, onun yerinə yetirilməsi və
monitorinq nəticələrinin qənaətbəxş olmadığı təqdirdə müvafiq tərəflərin məlumatlandırılması və
tədbirlər planı ilə bağlı tövsiyələrin verilməsinə görə məsuliyyət daşıyır. Monitorinq Qrupu müəyyən
edilmiş məbləğdən yuxarı olan bütün əməliyyatların monitorinqini aparır və bu məbləğdən aşağı olan
əməliyyatları seçmə üsulu ilə yoxlayır. Müəyyən edilmiş məbləğdən yuxarı olan bütün əməliyyatlar
üzrə monitorinq ilk olaraq kreditin ödənildiyi aydan əvvəl və ya ən azı bir ay müddətində aparılır.
Müvafiq olaraq, monitorinq cədvəlinə uyğun olaraq risklərə nəzarət olunur.
Risklərin İdarə Edilməsi Departamentinin Statistika Qrupu qarşı tərəflərin kredit riskləri üzrə bütün
məsələlər, o cümlədən bütün limitlərə uyğunluq, risklər üzrə konsentrasiyalar, portfel üzrə
tendensiyalar, vaxtı keçmiş kreditlər və defolt statistikası, kreditlər üzrə ehtiyatlar və girov
statistikasına dair məlumatların toplanması və təqdim edilməsinə görə cavabdehdir. Müntəzəm aylı
hesabatlardan başqa, həmin departament seçilmiş kredit prosedurlarına riayət edilməsinə dair
hesabatlar tərtib edir.
Əlaqəli tərəflərə verilmiş kreditlər
Azərbaycan Respublikası Mərkəzi Bankı “əlaqəli tərəflər” kateqoriyası ilə bağlı dəqiq anlayışlar
müəyyən etmişdir. Bu kateqoriyaya əsasən səhmdarlar və ya fiziki şəxslər və yaxud onların yaxın
ailə üzvlərinin mülkiyyətində olan/nəzarət etdiyi hüquqi şəxslər daxildir. Buraya həmçinin Qrupda baş
rəhbərlik/səlahiyyətli vəzifələrdə çalışan fiziki şəxslər daxildir. Fiziki şəxs olan əlaqəli tərəfə verilən ən
böyük kreditlər Qrupun konsolidasiya edilmiş kapitalının 3%-dən artıq ola bilməz. Müvafiq hüquqi
şəxslər üzrə isə bu limit 10% təşkil edir. Əlaqəli tərəflərə verilmiş kreditlər üzrə risklər üçün ümumi
limit 20%-dir. Qiymətləndirmə və digər şərtlər tərəflərin müstəqilliyi prinsipi əsasında müəyyən
edilməlidir.
Vaxtı keçmiş işləməyən kreditlər
Qrup vaxtı keçmiş və işləməyən kreditlərin vaxtının keçdiyi və işləmədiyi ilk gündən belə kreditlər
barədə hesabat vermə və onların idarə edilməsi prosedurlarına malikdir. 60 günə qədər vaxtı keçmiş
kreditlər aşkar problemlər erkən müəyyən edilməyənə qədər müvafiq biznes qurumları tərəfindən
idarə edilir. 60 gündən artıq vaxtı keçmiş təminatsız pərakəndə kreditlər avtomatik olaraq Problemli
Kreditlər Şöbəsinə ötürülür. 90 gündən artıq vaxtı keçmiş korporativ kreditlər də həmçinin bu şöbəyə
ötürülür. Bütün kreditlər 90 gün vaxtı keçdikdən sonra şübhəli kreditlər kimi yerləşdirilir. Əgər
Problemli Kreditlər Şöbəsi bu kreditləri toplamağa müvəffəq olmazsa, o halda hüquqi procedural
tədbirlər görülür. Kredit yığılmaz hesab edildikdə belə məbləğin silinməsi barədə tövsiyələr Kredit
Komitəsi və İcraedici Şuraya təqdim olunur. Silinməyə dair son qərar Nəzarət Şurası tərəfindən
qəbul edilir.
Bütün vaxtı keçmiş kreditlər üzrə məlumatlar ən azı aylıq əsasda Kredit Komitəsinə təqdim edilir.
Bütün korporativ kreditlərin vaxtında ödənilməməsi məsələləri barədə fərdi olaraq Kredit Komitəsinə
hesabat verilir.