Unibank kommersiya banki 31 dekabr 2011-ci IL tarixinə Konsolidə edilmiş Maliyyə Hesabatları



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə3/37
tarix14.09.2018
ölçüsü3,48 Mb.
#68414
1   2   3   4   5   6   7   8   9   ...   37

UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

10 


 

Faiz gəlir və xərclərin tanınması  

 

Faiz  gəliri  və  xərci  effektiv  faiz  metodundan  istifadə  etməklə,  hesablama  metodu  ilə  uçot  əsasında 



tanınır.  Effektiv  faiz  metodu  maliyyə  aktivi  və  ya  maliyyə  öhdəliyinin  (yaxud  maliyyə  aktivləri  və  ya 

öhdəlikləri qrupunun) amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri yaxud faiz xərcinin 

müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur. 

 

Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət 

ərzində  hesablanmış  nağd  pul  daxilolmalarını  (o  cümlədən,  effektiv  faiz  dərəcəsinin  ayrılmaz 

hissəsini  təşkil  edən  məntəqələrdə  ödənilmiş  yaxud  alınmış  bütün  haqqlar,  əməliyyat  xərcləri  və 

digər  mükafat  yaxud  endirimlər)  ilkin  tanınma  anında  xalis  balans  məbləğinədək  dəqiqliklə 

diskontlaşdıran dərəcədir. 

 

Gəlir  ƏDMZ  (ədalətli  dəyəri  mənfəət  və  zərərdə  tanınan)  kimi  təsnif  edilən  maliyyə  aktivləri  istisna 



olunmaqla borc alətləri üzrə effektiv faiz dərəcəsi əsasında uçotda tanınır.  

 

Maliyyə  aktivi  yaxud  bənzər  maliyyə  aktivləri  qrupu  ehtimal  olunan  zərərin  baş  verməsi  nəticəsində 



hesabdan  qismən (bir hissəsi  qismən) silinərsə, faiz gəliri bundan sonra dəyərsizləşmə üzrə zərərin 

ölçülərini müəyyən etmək məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq 

edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.  

 

Ədalətli dəyərlə qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri daxilində təsnif edilir.  



 

Gəlirin tanınması – digər  

 

Haqq və komissiya gəlirinin tanınması  



 

Kreditlərin verilməsinə görə komissiya haqqları birbaşa xərclər ilə birlikdə təxirə salınır və kredit üzrə 

effektiv  faiz  dərəcəsinə  düzəliş  kimi  uçotda  tanınır.  Kreditin  ayrılması  xüsusi  kredit  razılaşmasının 

bağlanmasına  gətirib  çıxaracağı  ehtimal  edilən  hallarda,  kreditin  alınmasına  görə  komissiya  haqqı 

birbaşa  xərclər  ilə  birlikdə  təxirə  salınır  və  nəticədə  verilən  kreditin  effektiv  faiz  dərəcəsinə  düzəliş 

kimi  uçotda  tanınır.  Kreditin  alınması  xüsusi  kredit  razılaşmasının  bağlanması  ilə  nəticələnəcəyi 

ehtimal edilmədiyi hallarda, kreditin alınmasına görə komissiya haqqı kredit verilişi müddətinin qalan 

dövrü  üzrə  mənfəət  və  zərər  uçotunda  tanınır.  Kreditin  ayrılması  öhdəliyinin  müddəti  kredit 

verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya haqqı müddət başa çatdığı anda mənfəət və 

zərər  uçotunda  tanınır.  Kreditə  xidmət  etmə  haqqı  kredit  üzrə  ödənişlər  yerinə  yetirildiyi  təqdirdə 

gəlirlər kimi uçotda tanınır.  

 

Maliyyə alətləri  

 

Qrup  maliyyə  aləti  üzrə  müqavilə  öhdəliyinə  tərəf  olduğu  halda,  maliyyə  aktivləri  və  öhdəlikləri 



maliyyə  vəziyyəti  haqqında  hesabatda  tanınır.  Maliyyə  aktivləri  və  öhdəliklərinin  adi  alqı  –  satqısı 

prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.  

 

Maliyyə  aktivləri  və  maliyyə  öhdəlikləri  ilkin  anda  ədalətli  dəyərlə  ölçülürlər.  Maliyyə  aktivləri  və 



maliyyə öhdəliklərinin alınması və buraxılmasına aidiyyəti olan birbaşa əməliyyat xərcləri (mənfəət və 

zərər  hesabatında  ədalətli  dəyərlə  uçota  alınmış  maliyyə  aktivləri  və  maliyyə  öhdəlikləri  istisna 

edilməklə) uçotda ilkin tanınma anında maliyyə aktivləri  yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq 

ədalətli  dəyərinə  əlavə  edilir  və  ya  bu  dəyərdən  çıxılır.  Maliyyə  aktivləri  və  maliyyə  öhdəliklərinin 

mənfəət  və  zərər  uçotunda  ədalətli  dəyərlə  alınması  ilə  bağlı  birbaşa  əməliyyat  xərcləri  dərhal 

mənfəət və zərər uçotunda tanınır.   

 

Maliyyə aktivləri 

 

Maliyyə  aktivləri  aşağıdakı  xüsusi  kateqoriyalar  üzrə  təsnif  edilir:  “ödəniş  müddətinə  qədər 



saxlanılan”  investisiyalar,  “satıla  bilən”  (SB)  maliyyə  aktivləri  və  “kreditlər  və  debitor  borcları”. 

Təsnifləşdirmə maliyyə alətinin mahiyyəti və məqsədindən asılıdır və ilkin tanınma anında müəyyən 

olunur.  



UNİBANK KOMMERSİYA BANKI 

 

31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ 

HESABATLARINA QEYDLƏR (DAVAMI) 

(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)  

11 


 

Ödəmə tarixinədək saxlanılan investisiyalar 

 

Ödəmə  tarixinədək  qədər  saxlanılan  investisiyalar  Qrupun  ödəniş  tarixinədək  saxlamaq  niyyəti  və 



imkanı olan sabit və ya müəyyən edilə bilən və müəyyən edilmiş ödəmə müddətinə malik olan qeyri-

derivativ  maliyyə  aktivləridir.  Ödəmə  tarixinədək  saxlanılan  investisiyalar  effektiv  faiz  dərəcəsi 

metodundan  istifadə  etməklə  dəyərsizləşmə  çıxıldıqdan  sonra  amortizasiya  olunmuş  dəyərdə 

ölçülür. 

Əgər Qrup ödəmə tarixindən əvvəl belə investisiyaların əhəmiyyətsiz hissəsindən artığını satmalı və 

ya  yenidən  təsnifləndirməli  olsa  (müəyyən  konkret  halları  çıxmaqla),  bütün  kateqoriya  satıla  bilən 

qismində yenidən təsnifləndirilməli olardı. Bundan başqa, Qrupa  növbəti  iki il müddətində hər hansı 

maliyyə aktivini ödəmə tarixinədək saxlanılan kimi təsnifləndirmək qadağan edilərdi.  

 

Satıla bilən maliyyə aktivləri  

 

Satıla  bilən  maliyyə  aktivləri  satıla  bilməsinə  görə  müəyyən  edilmiş  yaxud  da  (a)  verilmiş  kreditlər  və 



debitor  borcları,  və  ya  (b)  ödəmə  tarixinədək  saxlanılan  investisiyalar  kimi  təsnif  olunmayan  qeyri-

derivativlərdir. Fəal  bazarda  qiyməti  bəyan  edilməmiş  və  ədalətli  dəyəri  düzgün  ölçülə  bilməyən  SB 

(SB)  investisiya  qiymətli  kağızları  hər  hesabat  dövrünün  sonunda  müəyyən  olunmuş  hər  hansı 

ehtimal olunan zərər çıxılmaqla ilkin dəyərində ölçülür.  



 

Kreditlər və debitor borcları 

 

Sabit  və  ya  müəyyən  oluna  bilən  ödənişləri  olan  və  fəal  bazarda  qiyməti  bəyan  edilməmiş  ticarət 



debitor  borcları,  müştərilərə  verilmiş  kreditlər  və  digər  debitor  borcları  “müştərilərə  verilmiş  kreditlər 

və  debitor  borcları”  kimi  təsnif  edilir.  Kreditlər  və  debitor  borcları  effektiv  faiz  dərəcəsi  metodundan 

istifadə  etməklə  dəyərsizləşmə  çıxıldıqdan  sonra  amortizasiya  olunmuş  dəyərdə  ölçülür.  Faiz  gəliri, 

faizin  tanınması  cüzi  əhəmiyyət  kəsb  etdiyi  qısa-müddətli  kreditlər  istisna  edilməklə,  effektiv  faiz 

dərəcəsini tətbiq etməklə uçotda tanınır.  

 

Maliyyə aktivlərinin dəyərsizləşməsi  

 

Maliyyə  aktivləri  hər  hesabat  dövrünün  sonunda  dəyərsizləşmə  göstəriciləri  üzrə  qiymətləndirilir. 



Maliyyə  aktivinin  ilkin  tanınmasından  sonra  baş  vermiş  bir  və  ya  bir  neçə  hadisə  nəticəsində 

investisiyaların gələcək pul hərəkətinin təsirə məruz qaldığına sübut edən obyektiv sübut yaranarsa, 

maliyyə aktivləri dəyərsizləşmiş hesab edilir.  

 

Bütün digər maliyyə aktivləri halında, dəyərsizləşməni göstərən amillərə aşağıdakılar aiddir: 



 

 

Emitent və ya qarşı tərəfinin əhəmiyyətli maliyyə çətinlikləri; yaxud  



 

Əsas  borc  məbləği  və  ya  faizlərin  vaxtında  ödənilməməsi  və  ya  ödəmə  öhdəliyinin  yerinə 

yetirilməməsi halları kimi müqavilə şərtlərinin pozulması; yaxud 

 

Borcalanın  müflisliyə  uğrayacağı  və  ya  maliyyə  strukturunun  yenidən  təşkil  edəcəyi  güman 



olunduqda yaxud da 

 

Maliyyə  çətinlikləri  səbəbindən  qeyd  olunan  maliyyə  aktivinin  təqdim  edildiyi  fəal  bazar 



məkanlarının yox olması. 

 

Verilmiş kreditlər və debitor borcları kimi müəyyən maliyyə aktivi kateqoriyaları halında, ayrı-ayrılıqda 



dəyərsizləşməyəcəyi  qiymətləndirilən  aktivlər,  əlavə  olaraq,  dəyərsizləşmənin  müəyyən  olunması 

məqsədilə  kollektiv  şəkildə  təhlil  edilir.  Müştərilərə  verilmiş  kreditlər  və  debitor  borcları  portfelinin 

dəyərsizləşdiyini göstərən obyektiv sübutlara Qrupun ödənişlərin yığılması ilə bağlı keçmiş təcrübəsi, 

portfeldə vaxtı gecikdirilən ödəmələrin sayının artması, eləcə də borc öhdəliyinin yerinə yetirilməməsi 

ilə əlaqələndirilən yerli və ya ölkə iqtisadi şəraitlərdə müşahidə olunan dəyişikliklər aid edilə bilər. 

 

Amortizasiya  olunmuş  dəyərlə  qeyd  edilən  maliyyə  aktivləri  halında,  hesabatda  tanınmış  ehtimal 



olunan  zərərin  məbləği  aktivin  balans  dəyəri  ilə  maliyyə  aktivinin  ilkin  effektiv  faiz  dərəcəsində 

diskontlaşdırılmış  təxmin  edilən  gələcək  pul  vəsaiti  hərəkətinin  cari  dəyəri  arasındakı  fərqdən 

ibarətdir. 



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə