UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
18
Ehtiyatların yerləşdirilməsi üçün tələb olunan müəyyən və ya bütün iqtisadi mənfəətin kənar qurum
tərəfindən bərpa ediləcəyi gözlənilirsə, bu vəsaitin qaytarılması və alınacaq belə vəsaitlərin düzgün
qiymətləndirilməsi barədə qəti əminlik olduqda alınacaq məbləğ uçotda aktiv kimi tanınır.
Şərti aktiv və öhdəliklər
Şərti öhdəliklər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınmır, lakin, onların
yerinə yetirilməsi ilə bağlı xərclərin yaranmasına ehtimallar reallıqdan uzaq olmayana qədər belə
öhdəliklər açıqlanmalıdır. Şərti aktivlər maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatlarda
tanınmır, lakin, onlarla bağlı iqtisadi mənfəətin əldə olunacağı ehtimal edildikdə açıqlanmalıdır.
Xarici valyutalar
Hər bir fərdi qrup müəssisəsinin maliyyə hesabatları hazırlanarkən, müəssisənin əməliyyat
valyutasından başqa digər valyuta (xarici valyutalar) ilə aparılan əməliyyatlar belə əməliyyatların
aparıldığı tarixdə üstünlük təşkil edən mübadilə məzənnələri ilə qeydə alınır. Hər hesabat dövrünün
sonunda, xarici valyuta ilə ifadə olunmuş monetar müddəaların valyuta mövqeyi ədalətli dəyərin
müəyyən olunduğu tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. Xarici valyutada
ədalətli dəyər ilə uçota alınmış qeyri-monetar müddəalarin valyuta mövqeyi ədalətli dəyərin
müəyyənləşdirildiyi tarixdə üstünlük təşkil edən məzənnə ilə təkrar qiymətləndirilir. İlkin dəyərlə xarici
valyutada ölçülmüş qeyri-monetar müddəaların valyuta mövqeyi təkrar qiymətləndirilir.
Aşağıdakı hallar istisna olmaqla, monitar müddəalar üzrə məzənnə fərqləri baş verdiyi müddət
ərzində mənfəət və ya zərərdə tanınır:
Gələcək produktiv istifadə üçün tikilidə olan aktivlərə dair xarici valyuta kreditləri üzrə məzənnə
fərqləri, hansı ki, həmin xarici valyuta kreditləri ilə bağlı faiz xərclərinə düzəliş kimi hesab
edildikdə həmin aktivlərin xərcinə daxil edilir;
Müəyyən xarici valyuta risklərinə qarşı müdafiə vasitələrini təmin etmək məqsədilə bağlanmış
sövdələşmələr üzrə məzənnə fərqləri; və
İlkin olaraq digər məcmu gəlirdə tanınan və monitar müddəların ödənilməsi üzrə kapitaldan
mənfəət və ya zərərə yenidən təsnifləndirilən, hesablaşması nə planlaşdırılan, nə də baş
verməsi ehtimal edilən (buna görə xarici əməliyyatda xalis investisiyanın bir hissəsini təşkil
edərək) xarici əməliyyata ödəniləcək və ya bu əməliyyatdan alınacaq monitar müddəalar üzrə
məzənnə fərqləri.
Konsolidə edilmiş maliyyə hesabatlarının təqdim edilməsi məqsədləri üçün, Qrupun xarici
əməliyyatlarının aktiv və öhdəlikləri hər bir hesabat dövrünün sonunda üstün olan məzənnə
dərəcəsindən istifadə etməklə manata çevrilir. Sövdələşmə tarixlərində məzənnə dərəcələrinin
istifadə olunduğu müddət ərzində məzənnə dərəcələri əhəmiyyətli şəkildə tərəddüd etməyincə
mənfəət və zərər müddəaları müddət üzrə orta valyuta məzənnəsinə çevrilir. Hər hansı yaranan
məzənnə fərqləri digər məcmu gəlirdə tanınır və kapitalda toplanır (müvafiq halda qeyri-nəzarət
paylarına aid olan).
Qrup tərəfindən konsolidə edilmiş maliyyə hesabatlarına ilin sonunda istifadə olunan məzənnə
fərqləri aşağıdakı şəkildədir:
31 dekabr
2011-ci il
31 dekabr
2010-cu il
Manat/1 ABŞ dolları
0.7865
0.7979
Manat/1 Avro
1.0178
1.0560
Girov
Qrup məqsədəmüvafiq hesab edildiyi hallarda müştərilərin öhdəlikləri müqabilində girov alır. Girov
adətən müştəri əmlakının həbs olunmasını nəzərdə tutur və Qrupa müştərinin həm cari, həm də
gələcək öhdəlikləri ilə əlaqədar əmlaka qarşı iddianın irəli sürülməsi üçün əsas yaradır.
UNİBANK KOMMERSİYA BANKI
31 DEKABR 2011-Cİ İL TARİXİNƏ BİTƏN İL ÜZRƏ KONSOLİDƏ EDİLMİŞ MALIYYƏ
HESABATLARINA QEYDLƏR (DAVAMI)
(min Azərbaycan manatı ilə, başqa şəkildə qeyd edilməyənə qədər)
19
Müsadirə edilmiş girov
Müsadirə edilmiş girov dedikdə vaxti keçmiş borclarla hesablaşmaqda Qrup tərəfindən əldə edilən
maliyyə və qeyri-maliyyə aktivlər başa düşülür. Aktivlər əldə edilən və bina və avadanlığa, digər
aktivlər daxilində digər maliyyə aktivlərinə və ya inventara daxil edilən zaman həmin aktivlərin
qaytarılması ilə əlaqədar Qrupun niyyəti və aktivlərin məzmunundan asılı olaraq ilkin olaraq ədalətli
dəyərdə tanınır və həmin aktiv kateqoriyaları üzrə mühasibat uçotu qaydalarına əsasən yenidən
ölçülür və hesablanır.
Kreditlə bağlı öhdəliklər
Qrup akreditivlər və maliyyə zəmanətləri daxil olmaqla kredit öhdəliklərini bağlayır. Maliyyə
zəmanətləri müştərinin üçüncü tərəflərə öz öhdəliklərini yetinə yetirə bilməməsi və borc kimi eyni
kredit riskini daşıyan öhdəliklər halında ödəniş etmək üçün qaytarılmaz təminatları nəzərdə tutur.
Kredit vermək üçün maliyyə zəmanətləri və öhdəlikləri ilkin olaraq ədalətli dəyərdə tanınır ki, bu da
alınan haqqın məbləği ilə isbat edilir. Bu həcm Qrupun konkret borc müqaviləsi bağlayacağı və
verildikdən qısa müddət sonra krediti satacağı gözlənilməyən və ehtimal edilməyən halda kredit
vermə öhdəliyini istisna etməklə, öhdəliyin xidmət müddəti boyu düz xətt əsasında amortizasiya
edilir. Belə kredit öhdəliyi haqqları ilkin tanınmada təxirə salınır və kreditin balans dəyərinə daxil
edilir. Hər bir hesabat dövrünün sonunda öhdəliklər a)ilkin tanınmada məbləğin qalan amortizasiya
edilməmiş balansından yuxarı və b) hər bir hesabat dövrünün sonunda öhdəlik üzrə hesablaşmaq
üçün tələb olunan ən yaxşı xərc hesablamasında ölçülür.
Kapital ehtiyatlar
Qrupun maliyyə vəziyyəti barədə hesabatında kapitalda (digər məcmu gəlir) qeyd edilmiş ehtiyatlara
satıla bilən investisiya qiymətli kağızlarının ədalətli dəyərində dəyişiklikləri təşkil edən “Satıla bilən”
ehtiyat daxildir.
Mühüm mühasibat mülahizələri və qeyri-müəyyən təxminlərin əsas mənbələri
Yuxarıda təsvir edilən Qrupun mühasibat uçotunun tətbiqində direktorlardan digər mənbələrdən hazır
aşkar edilməyən aktiv və öhdəliklərin balans dəyəri barədə mülahizələr, təxminlər və fərziyyələr
aparmaq tələb olunur. Belə təxminlər və əlaqədar mülahizələr tarixi təcrübəyə və müvafiq olması hesab
edilən digər faktorlara əsaslanır. Faktiki nəticələr bu hesablamalardan fərqli ola bilər.
Təxminlərə və əsas mülahizələrə daimi əsasda baxılır. Mühasibat uçotu hesablamalarına düzəlişlər
düzəlişin yalnız həmin müddətə təsir göstərdiyi zaman və ya düzəlişin cari və gələcək müddətə təsir
etdiyi zaman düzəliş və gələcək müddətlərdə mülahizəyə düzəliş edilən dövrdə tanınır.
Qeyri-müəyyən təxminlərin əsas mənbələri
Aşağıdakılar növbəti maliyyə ilində aktiv və öhdəliklərin balans dəyərinə maddi düzəlişlə nəticələnən
əhəmiyyətli riski daşıyan hesabat dövrünün sonunda gələcəyə dair əsas mülahizələr və digər əsas
qeyri-müəyyən təxmin mənbələridir.